şənbə günü, 14 noyabr 2026
     

Orta məktəblərimizdə ikinci növbə təhsilin vaxtı çatmış problemlərindən danışılır...

Image


Kamran Əsədov: “Şagird sıxlığı olan məktəblər üçün əlavə korpuslar tikməklə, yaxud modul tipli məktəbləri həmin məktəblərin ərazilərinə salmaqla həm şagird sıxlığını aradan qaldırmaq olar, həm də ikinövbəlilik probleminə son qoymaq mümkünləşər”

 

Respublikamızın orta ümumtəhsil məktəblərinin əksəriyyətində ikinci növbə dərslər də keçirilir. Yəni orta məktəblərimizin əksəriyyətində, xüsusən də paytaxtda dərslər ikinövbəlidir. Orta ümumtəhsil məktəblərinin rəhbərləri ikinövbəli tədrisi məktəbdə mövcud olan şagird sıxlığı ilə izah edirlər.

Onlar bildirirlər ki, məktəblərə tələbat hədsiz dərəcədə olduğu üçün, məktəb rəhbərləri məcbur olub ikinci növbədə də dərs keçilməsini təmin edirlər. Şəhər məktəblərinin çoxunda sinif otaqlarının çatışmadığını deyən məktəb direktorları hesab edirlər ki, məktəblər üçün əlavə korpuslar tikilməyənə qədər sözügedən proses davam edəcək.

Onu da vurğulayaq ki, orta məktəblərdə ikinci növbədə təhsil alan şagirdlər, eləcə də onların valideynləri çətinliklərlə qarşılaşırlar. Valideynlər qeyd edirlər ki, övladları ikinci növbədə dərsdən çıxdıqdan sonra hədsiz yorğun olurlar və onların nə istirahətə, nə də sabahkı dərsləri hazırlamağa vaxtları olmur. Hətta belə fikirlər də var ki, ikinci növbədə məktəbin savadlı, təcrübəli müəllimləri deyil, öz sahəsini elə də mükəmməl bilməyən müəllimlər dərs deyir. 

Orta ümumtəhsil məktəblərində ikinci növbə tədris sisteminin yaratdığı problemlər nədən ibarətdir?

Tarix üzrə fəlsəfə doktoru, tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, orta ümumtəhsil məktəblərində ikinci növbə təhsil şagirdlərə müsbət deyil, mənfi təsir göstərir. K.Əsədov hesab edir ki, bu sistemin ləğv edilməsi üçün xüsusi tədbirlər görülməlidir. “Əslində, ikinövbəli orta ümumtəhsil məktəbləri daha çox şagird sıxlığı olan məktəblərdir. Buna o zaman keçildi ki, məktəblərdə dərslər 5 günlüyə keçdi. Yəni bundan əvvəl bütün orta məktəb müəssisələrində dərs günü 6 gün olduğu üçün, bütün şagirdləri birinci növbədə yerləşdirə bilirdilər. Ancaq bir neçə il bundan əvvəl təhsil naziri qərar imzaladı və məktəblər 5 günlük dərsə keçdi, məktəblərin də pedaqoji şuraları bununla bağlı qərar qəbul etdi. Əlbəttə, biz istər buraxılış, istər qəbul imtahanlarında, istərsə də digər tədbir və olimpiadalarda şagirdlərin göstərdikləri nəticələri təhlil etdikdə görürük ki, birinci növbədə oxuyan şagirdlərin müvəffəqqiyət göstəriciləri ilə ikinci növbədə dərsə gedən şagirdlərin arasında ciddi fərq var. Birinci növbədə oxuyanlarda nəticə daha yaxşıdır. Bu danılmaz faktdır. Hətta pedaqoji təhsil sisteimində, pedaqoji normalarda da göstərilir ki, şagirdlərin günün birinci növbəsində qavraması daha yaxşı olur. Yəni dərs başlayana qədər onların beyinləri açıq olur və aldıqları informasiyalar onların rahat şəkildə tədris prosesində iştirakına imkan verir. Bu, beynəlxalq təcrübədir. Lakin Azərbaycanda o məktəblərdə ki, ikinövbəlilik var, bəzən məktəb rəhbərləri bundan sui-istifadə edirlər. Birincisi, bəzi məktəb direktorları valideynlərə məlumat verirlər ki, bu il sizin övladlarınız ikinci növbə oxuyacaq, belə olduğu təqdirdə valideynlər pul yığıb məktəb direktorlarına verirlər və övladları birinci növbəyə düşür. Belə faktlar kifayət qədərdir. Bəzi məktəblərin direktorları şagirdləri qəsdən ikinci növbəyə salırlar ki, valideynlər onlara pul versinlər. İkinci növbə dərslər o məktəblərdə olur ki, sinif sayı azdır, məktəblərin tutumu kiçikdir, şagirdlərin sayı isə çoxdur” - deyə bildirən K.Əsədovun sözlərinə görə, heç bir halda, yuxarı sinif şagirdləri ikinci növbə oxuya bilməz. Ekspert qeyd etdi ki, bu hal yalnız dərsin keyfiyyətinə mənfi təsir göstərmir, həmçinin, şagirdlərin təhlükəsizliyini də risq altında qoyur: “İkinci növbə təhsil şagirdlərin təhlükəsizliyi baxımından da ciddi problemlər yaradır. Çünki həm Bakıda, həm də rayonlarda axşam saatlarında yolların işıqlandırılması sahəsində ciddi problemlər var. Nəzərə almalıyıq ki, şagirdlərin də dərsləri saat 18-də, 18:30-da bitir və onlar axşam saatlarında yola çıxırlar. Biz dəfələrlə axşam saatlarında şagirdlərin yol qəzalarının qurbanına çevrilməsinin şahidi olmuşuq. Digər tərəfdən, səhər saatlarında işə gedən valideynlər övladlarını çox rahatlıqla dərsə yola salıb, günorta isə dərsdən götürə bilirlər. Uşaqları ikinci növbədə oxuyan valideynlərin isə nə uşaqlarını dərsə aparmaq, nə də dərsdən götürmək imkanları var. Əsas problemlərdən biri odur ki, uşaqların dərslərə hazırlaşması üçün vaxtları qalmır. Onlar ikinci növbədə axşam dərsdən çıxıb evə gəlirlər və yorğunluqdan dərslərini oxuya bilmirlər. Səhər-səhər də evdə onlarla məşğul olacaq valideynləri olmur, onlar işə gedirlər. Ona görə də orta məktəblərdə ikinci növbə təhsil alan şagirdlərin həm müvəffəqiyyət göstəricisi, həm də dərslərə davamiyyəti birinci növbədə oxuyan şagirdlərlə müqayisədə aşağıdır. Digər tərəfdən, ikinci növbədə dərs deyən müəllimlər elə də məsuliyyətli, daha keyfiyyətli dərs keçən müəllimlər olmurlar. Çünki peşəkar, savadlı müəllimlər repititorluqla məşğuldurlar və onlar da günün ikinci yarısı repititor xidməti göstərdiklərinə, ikinci bir yerdə işlədiklərinə görə ikinci növbədə məktəbdə qalmırlar. Bütün hallarda, hesab edirəm ki, şagird sıxlığı olan məktəblər üçün əlavə korpuslar tikməklə, yaxud modul tipli məktəbləri həmin məktəblərin ərazilərinə salmaqla həm şagird sıxlığını aradan qaldırmaq olar, həm də ikinövbəlilik probleminə son qoymaq mümkünləşər”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ