şənbə günü, 14 noyabr 2026
     

Zəm-zəm quyusunun möcüzəvi gizlinləri... tərkibində mikroorqanizm və bakteriyalar olmayan yeganə su...

Image


Zəm-zəm suyu və onun tarixi haqqında qismən də olsa hər kəsin məlumatı var. Tarix boyu bir çoxları zəm-zəm suyunu adi quyu suyu olaraq qəbul etsə də, aparılan araşdırmalar onun qəribə xüsusiyyətlərini üzə çıxarıb.

Elm adamları quyuda araşdırmalar apararkən ilk növbədə suyun gözünü axtarıb tapmaq istəyiblər, fəqət nə qədər axtarsalar da suyun mənbəyini tapmaq mümkün olmayıb. Suyun mənbəyini tapmaq üçün yeganə bir yol qalırdı – güclü nasoslarla quyu suyunun tam çıxarılması. Çox qəribədir ki, son dəfə quyuya enib suyun mənbəyini tapmağa cəhd ediblər. Bu zaman qəribə bir şey ortaya çıxıb. Araşdırmaçılar quyunun dibində, ayaqlarının altındakı qumun tərpəndiyini hiss ediblər. Addım atılan hər yerdə bu hiss olunurdu. Zəm-zəm quyusunun dibi tam olaraq su fışqırırdı. Yalnız bundan sonra təzyiqlə çıxan bu su axınının qarşısında su nasoslarının niyə aciz qaldığını anlayıblar. Sonra təsdiq olunub ki, zəm-zəm quyusuna onun divarlarından heç bir su sızması yoxdur. Quyu ancaq dibindən – yerin təkindən çıxan suyun hesabına dolur. Bu isə qurunt suların quyuya axması ilə bağlı mövcud iddialara və qeyri-adi şübhələrə son qoymaq üçün kifayət idi. Beləliklə, analiz suyun içməyə tam yararlı olduğunu təsdiqləyib. Yarandığı gündən bəri bu quyunun suyu bir dəfə də olsun nə quruyub, nə də azalıb. Bu da bir həqiqətdir ki, zəm-zəm quyusu İbrahim peyğəmbərin zamanından bu günədək hər il zəvvarlara, Məkkə və Mədinə şəhərlərinə milyon tonlarla su verməkdədir. Quyunun başqa qəribəliklərindən biri də, digər quyulardan fərqli olaraq, divarlarında mamır və başqa bitkilərin bitməməsidir.

Adı Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında çəkilən, mənbəyi bilinməyən suyun dənizdən 80 kilometr uzaqda olmasına və ətrafında başqa bir su mənbəyinin olmamasına baxmayaraq, minillərdir qurumaması alimləri çaş-baş edir. Sadəcə 1,5 metr dərinliyindəki quyudan həcc mövsümündə milyonlarla hacı bütün su ehtiyacını qarşılayarkən, su səviyyəsində heç bir azalma olmur. İçənin susuzluğunu və hətta açlığını belə aradan qaldıran bu suyun sirri uzun illərdir elmi müəssisələr və tanınmış alimlər tərəfindən araşdırılır.

Alman professoru Pfeyler zəm-zəmlə tanış olduğu gündən etibarən suyun üzərində bir çox tədqiqat işləri aparıb. Onun dediyinə görə, “Bu su heç bir şərt altında dəyişmir, amma dəyişdirir. Maraqlı bir test etdim. Bir damla zəm-zəm suyuna 100 damla normal su qarışdırdım. Sonra gördüm ki, suyun hamısı zəm-zəm olub. Sonra bir damla zəm-zəm suyuna min damla normal su qarışdırdım və eyni nəticə əldə etdim. Zəm-zəmdə böyük bir enerji var. Başqasını dəyişdirər, amma özü dəyişməz”. Doğrusu, bir alman professorunun əldə etdiyi bu nəticə insanlığa çox şey deməlidir!

Yapon alimi Masaru Emoto isə zəm-zəm kristallarını mikroskop görüntüsündə araşdırıb.

Dr.Masaru zəm-zəm kristallarının zəng səsində qaraldığını, Quran və azan səsində isə parladığını qeyd edib. Onun apardığı araşdırmalar nəticəsində yazdığı yazılarında qeyd olunur ki, zəm-zəmin kristalları bir növ Kəbə evini xatırladır. Bu görkəmli elm xadimi bildirib ki, zəm-zəm suyu fiziki və kimyəvi tərkib baxımından yer üzərindəki bütün sulardan fərqlənir.

Zəm-zəm suyunun xeyri elmi cəhətdən isbat edilsə də, bu su elmin izah edə bilməyəcəyi

bir çox möcüzələri özündə birləşdirir. İçilməsi savab sayılan bu müqəddəs suyun şəfaəti bütün dünyada dillər əzbəridir. Zəm-zəm suyunun baş ağrısını kəsməsi və gözü işıqlandırması da isbata ehtiyacı olmayan həqiqətlərdəndir. Amerikada aparılan araşdırmalarda isə zəm-zəm suyunun tərkibində mikroorqanizm və bakteriya olmayan yeganə su olduğu təsdiqlənib.

Bu da bir həqiqətdir ki, digər sulara nisbətən daha çox qidalandırıcı və mineral maddələrlə zəngin olan zəm-zəm suyunun quyusu yer üzərindəki ən müqəddəs torpaqlarda yerləşir. Məkkə şəhərində Məscidül-həramın ərazisində yerləşən bu quyu İslam dininin ən müqəddəs yeri sayılan Kəbədən 20 metr şərqdədir. İslam inancına görə, bu bulaq minillər əvvəl Hz.İbrahim peyğəmbərin körpə oğli İsmayıl susuzluqdan ağladığı vaxt möcüzəvi şəkildə Uca Yaradan tərəfindən yaradılıb. Baş verən hadisənin səbəbini izah edə bilməyən dünya şöhrətli alimlər bunun son dərəcə möcüzəli və qeyri-adi bir məqam olduğunu deyiblər.

Tarixi məlumatlara görə, Hz.İbrahim zövcəsi Həcəri və hələ anasını əmməkdə olan oğlu İsmayılı Uca Yaradanın əmri ilə Kəbənın olduğu yerə gətirir. O zaman orada nə insan, nə su, nə də bir həyat işartısı vardı. Ora daşlıq və bitkisiz bir yer idi. Hz.İbrahim qayıtmaq istədikdə Həcər onun ardınca qaçıb fəryad edir, fəqət İbrahim əleyhissalamın ona cavab vermədiyini gördükdə: “Səni Özünə dost tutan Cənab Haqqın xətrinə söylə, bizi burada Uca Yaradanın əmriləmi buraxıb gedirsən?”– deyir. İbrahim əleyhissəlam: “Bəli”– deyir. Bunu eşitdikdə Hz.Həcər susur və səmimi qəlbdən öz-özünə: “Elə isə Rəbbimiz bizi qoruyar, bizi sahibsiz buraxmaz”– deyir və əllərini səmaya doğru qaldırıb dua etməyə başlayır.

Tənha qalan Hz.Həcər ilk günü İbrahim əleyhissalamın onlar üçün buraxdığı xurmadan yeyib sudan içir, oğlunu əmizdirib ağlayır, göz yaşları axıdır. Su və xurma bitdikdə isə çaşıb-qalır, nə edəcəyini bilmir. Ortalıqda bir damla belə su yox idi. O, İsmayılı yerə yatırıb, bəlkə bir su görərəm ümidilə Səfa təpəsinə çıxır, fəqət heç bir şey görə bilmir. Sonra gedib Mərvə təpəsinə çıxır və o yüksək yerdən ətrafa baxır, fəqət yenə də bir şey görə bilmir. Səfa ilə Mərvə arasında 6 dəfə gedib-gəlir, yeddincidə Mərvə təpəsindən bir səs eşidir, baxır, fəqət ətrafda heç kəsi görmür. Ona səslənən Cəbrail əleyhissəlam idi. Uca Yaradanın elçisi: “Ey Həcər! Oğlunun yanına gəl. Haqq Təala onu ziyan etməz. Bir gün gələr, o bu yerdə atası ilə birlikdə Kəbəni inşa edər” – deyərək onu çağırırdı. Həcər oğlunun yanına gəldikdə orada Cəbrail əleyhissəlamı görür. Cəbrail əleyhissəlam: “İbrahim sizi bu kimsəsiz yerdə kimə əmanət etdi, ey Həcər?”– deyə sorduqda Həcər: “Allah Təalaya”– deyərək cavab

verir. Cəbrail əleyhissəlam isə: “İbrahim sizi elə bir gücə əmanət edib ki, O hər ikinizə kafidir. Allah Təala İbrahimin duasını qəbul edib, bu uşağın soyundan böyük bir millət çıxaracağını müjdələyir,”– deyir...

Bu vaxt Həcər canı qədər sevdiyi oğlunun topuğunun yerdə buraxdığı izdən su axdığını görür. Bu su zəm-zəm suyu idi. Hz.Həcər və oğlu bu sudan içir və Həcər tələm-tələsik su qabını da doldurmaq istədikdə Cəbrail əleyhissəlam: “Buna lüzum yoxdur, ey Həcər, qorxma. Haqq Təala bu suyu əskiltməyəcək, əksinə, çoxaldacaq. O bu məqamı ibadətgah edəcək və bu mübarək yerdə qiyamətə qədər ibadət ediləcək” - deyərək qeyb olur.

Bəli, zəm-zəm Uca Yaradanın möcüzələrindən biridir. Bunu quyunu araşdırarkən onun mənbəyinin tapılmaması da sübut edir. Quyuya su yerin dərinliklərindən gəlir və heç vaxt tükənmir. Hətta dünyanın hər yerində su qurusa belə, zəm-zəm tükənməz. O, dünyada olan hər bir insana yetər. Zəm-zəm suyu Avropa laboratoriyalarında incələndikdə öz möcüzəsi ilə hamını heyrətə gətirib. Belə ki, zəm-zəm suyunun tərkibində başqa sulara nisbətən kalsium və maqnezium daha çoxdur. Bu isə susuzluğu aradan qaldırır. Ən maraqlısı isə budur ki, zəm-zəm suyu mikrobları məhv edən xlorla da zəngindir. Bu isə onun qeyri-adiliyini göstərir:

1. Zəm-zəm suyu tərkibində ən az kükürd olan sudur.    

2. Başqa sulardan fərqli olaraq minerallarla zəngindir.

3. Zəm-zəm suyunun mənbəyi hələ də tapılmayıb.

4. Yaxınlığında heç bir quyu yoxdur və dənizdən 80  km uzaqdadır. Belə ki, suyun dənizdən, yaxud başqa bir quyudan gəlmə ehtimalı yoxdur.

5. Aclıq üçün içən insanın aclığını, susuzluq üçün içən insanın susuzluğunu aradan qaldırır.

6. 1,5 metr dərinliyində olan kiçik bir quyudan çıxan zəm-zəm suyu həcc mövsümü boyunca bütün ziyarətçilərin su ehtiyacını təmin edir.

7. Suyu heç vaxt azalmır, eyni səviyyədə qalır.

8. Zəm-zəm suyu tərkibində mikro-orqanizm və bakteriya olmayan yeganə sudur.

Minillərdir ki, bu su öz keyfiyyətini itirmir, qoruyur, suyun həcmi azalmır, onun tərkibinə heç vaxt xlor əlavə edilmir. İllərlə saxlansa belə xarab olmur, öz keyfiyyətini quyudan təzə çıxmış kimi saxlayır.   

Yaxşı, müqəddəs sayılan zəm-zəm suyu və quyusu üçün elm nə deyir? Zəm-zəm quyusu haqqında elmi araşdırmalar aparmaq üçün 35 il əvvəl bir İnstitut qurulub. Uzun illərdir dünyanın çoxsaylı yeraltı suları üzrə mütəxəssislərindən biri olan prof.Zekai Şen zəm-zəm araşdırmaları İnstitutunun idarəçiliyini edir. Prof.Zekai Şen 500 nəfərlik bir qrupla ilk tarixindən bu günədək zəm-zəm suyunu və bu suyun keyfiyyəti və xüsusiyyətlərini araşdırır. Dünyanın  ən quraqlıq bölgələrindən biri olan Ərəb yarımadasının ən quraqlıq vadisində bu keyfiyyətdə, bu bolluqda olan bir suyun 1,5 metr diametrindəki bir quyudan çıxmasının möcüzəvi bir hadisə olduğunu dilə gətirən prof.Zekai Şen zəm-zəm quyusunun minillərdir su verməyə davam etdiyini, lakin suyun azalmadığını, zəm-zəm quyusunun  tam olaraq qaynağının hara olduğunun hələ də sirr olaraq qaldığını açıqlayır.

Minlərlə illər ərzində milyonlarla kubmetr su çəkilən 1,5 metr genişliyindəki zəm-zəm quyusunun qaynağının hələ də tapılmaması möcüzə olaraq qiymətləndirilir. Uzun müddəti əhatə edən elmi araşdırmalar isə o qənaətə gəlməyə əsas verir ki,  zəm-zəm suyunun bitmə ehtimalı yoxdur. Belə demək olarsa, bu quyu dərya kimidir. Mənbəyi bilinmir, amma bitməz-tükənməz miqdarda su gəlməyə davam edir. Nə qədər çəkirsənsə quyu o qədər su verir. Bütün bunlar insanlığa bir şey demirmi?

Fazil QARAOĞLU
Professor



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ