çərşənbə axşamı günü, 29 sentyabr 2026
     

Ölkəmizdə sosial yeməkxanalar şəbəkəsi...

Image


Əhməd Qəşəmoğlu: “Azərbaycanda sosial yeməkxanaların açılmasına çox böyük ehtiyac var”
“Nəzarət güclü olmalıdır ki, aidiyyəti olmayan adamlar o yeməkxanalardan bəhrələnə bilməsinlər”

 

Kasıb, kimsəsiz insanlara, ehtiyacı olan yaşlı insanlara hər birimizin qayğı və diqqət göstərməyimiz vacibdir. Bəzən günlərlə isti xörəyə, bir stəkan çaya möhtac olan insanlar var ki, onlar cəmiyyətin, ictimai qurumların, eləcə də bələdiyyələrin qayğısı ilə əhatə olunmalıdırlar. Bəzi ölkələrdə kasıb, ehtiyacı olan insanlar, kimsəsiz qocalar üçün sosial yeməkxanalar fəaliyyət göstərir. Ehtiyacı olan insanlar gündə bir-iki dəfə həmin sosial yeməkxanalarda qarınlarını doyururlar.

Azərbaycanda da konkret ünvanlarda sosial yeməkxanaların olmasına böyük ehtiyac var. Ümumiyyətlə, bu istiqamətdə könüllü iş görmək, ehtiyacı olan insanlara xidmət göstərmək vacibdir. Sözsüz ki, dövlət yoxsul və aztəminatlı ailələrlə bağlı köklü işlər görür, onların problemlərini həll etmək istiqamətində fəaliyyət göstərir. Sosial yeməkxanaların qurulması isə əsasən aidiyyəti üzrə fəaliyyət göstərən ictimai qurumların, eləcə də bələdiyyələrin üzərinə düşən məsələdir.

Yeri gəlmişkən, bildirək ki, bir neçə ildir Bakıda Nizami Rayon Bələdiyyəsinin sosial yeməkxanası fəaliyyət göstərir. “Neftçilər” metrostansiyasının yaxınlığında yerləşən həyətlərdən birindəki xeyir-şər evində fəaliyyət göstərən sosial yeməkxana ərazidə yaşayan kasıb, kimsəsiz insanlara, əlsiz-ayaqsız qocalara xidmət göstərir.

Nizami Rayon Bələdiyyəsindən “Bakı-Xəbər”ə verilən məlumata görə, şənbə və bazar günləri istisna olmaqla, həftənin 5 günü sosial yeməkxana insanlara xidmət göstərir. Kimsəsiz insanlar, səfillər, küçələrdə yaşayanlar gündə bir dəfə saat 2-də bu yeməkxanaya gələrək burada duru və quru yeməklər yeyirlər. Bələdiyyədən bildirdilər ki, nahar süfrəsində müxtəlif cür xörəklərdən, meyvələrdən tutmuş, şirəyə, kampota qədər hər cür nemət olur. Həftənin 5 günü 90 nəfər insan bu yeməkxanada qarınlarını doydurur.

Əlbəttə, Nizami Rayon Bələdiyyəsinin həyata keçirdiyi bu xeyirxah iş təqdirəlayiqdir və bir nümunədir. Bunun digər rayonların, qəsəbə və kəndlərin bələdiyyələri tərəfindən də davam etdirilməsi vacibdir.

Qeyd edək ki, son illər qış aylarında müəyyən könüllülər metro stansiyalarına yaxın yerlərdə çadırlar qurur və kimsəsiz, səfil, əlsiz-ayaqsız insanlara isti çay, buterbrodlar verirlər. Bu da mövsümi xarakter daşıdığından davamı olmur.

Azərbaycanda sosial yeməkxanaların açılmasına tərəfdar olan insanlar hesab edirlər ki, bu yeməkxanalar açılarsa, bundan kimsəsiz insanlar bəhrələnə bilərlər.

Tanınmış sosioloq, professor Əhməd Qəşəmoğlu bizimlə söhbətində bildirdi ki, bu gün Azərbaycanda sosial yeməkxanaların yaradılmasına çox böyük ehtiyac var. Ə.Qəşəmoğlu hesab edir ki, rayonlar üzrə o yemıkxanadan istifadə etməyə ehtiyacı olan insanlar qeydiyyata alınmalı və onlara yeməkxanadan istifadə etmək üçün xüsusi kart verilməlidir. “Mən ilk dəfə sosial yeməkxanaları İsveçrədə görmüşəm. Belə yeməkxanalar dünyanın bir çox ölkəsində var. Azərbaycanda sosial yeməkxanaların yaradılması məsələsi məni çoxdandır düşündürür. Bizdə də sosial yeməkxanalar açılmalıdır. Çalışmaq lazımdır ki, burada yemək yeyən adamlar həqiqətən də ehtiyacı olan adamlar olsunlar. Bunun üçün rayon, qəsəbə üzrə aztəminatlı, kimsəsiz, ehtiyacı olan insanlar qeydiyyata alınmalı və onlara sosial yeməkxanalardan istifadə etmək üçün xüsusi kart verilməlidir. Ümumiyyətlə, bu işə ciddi nəzarət olunmalıdır ki, neqativ hallara yol verilməsin. Bilirsiniz ki, bu sahədə neqativ halların baş verməsi mümkündür. İnsanlar ola bilər ki, bu kartları saxtakarlıq yolu ilə əldə etsin və s. Elə edilməlidir ki, bu yeməkxanalardan istifadə edən insanlar həqiqətən də kimsəsizlər, buna ehtiyac duyanlar olsun . Kart olmasa, bəzi insanlar kənardan gəlib deyə bilərlər ki, mən də buradan faydalanmalıyam. Ümumiyyətlə, sosial yeməkxanalar yaradılarsa, onun işinə, fəaliyyətinə QHT-lər, eləcə də ictimaiyyət tərəfindən ciddi nəzarət olmalıdır. Bu işdə hər şeydən əvvəl şəffaflıq gözlənilməlidir. Nəzarət güclü olmalıdır ki, aidiyyəti olmayan adamlar o yeməkxanalardan bəhrələnə bilməsinlər, orada ərzaqlar oğurlanmasın, yanlış yerlərə göndərilməsin və s. Sosial yeməkxanalar yaradılmalıdır və onun yaranmasında ictimaiyyət nümayəndələri, bələdiyyələr, QHT-lər də iştirak etməlidir. Bu sahədə inanılmış adamlar olmalıdır. Sosial yeməkxana sisteminin təşkil edilməsi, yaradılması üçün halal bir komanda olmalıdır. Eyni zamanda da rayonların, şəhərlərin ərazilərində sosial yeməkxanalar üçün xüsusi yerlər ayrılmalıdır” - deyə bildirən Ə.Qəşəmoğlunun sözlərinə görə, biz bu sosial yeməkxanaları Avropa dövlətlərinin və başqa ölkələrin standartlarına uyğun deyil, öz standartlarımıza, xalqımızın xarakterinə, yaşam tərzinə uyğun qurmalıyıq. Ə.Qəşəmoğlu, həmçinin, qeyd edir ki, yoxsullara, kimsəsizlərə veriləcək kartlar da mütəmadi olaraq nəzarətdə saxlanmalıdır. “Bu mənada kı o kartdan başqaları istifadə etməsinlər. Bir də ki, sosial yeməkxanalar açılarsa, o yeməkxanaların fəaliyyəti üçün mövcud olacaq büdcəyə nəzarət etməsi üçün komissiya yaradılmalıdır. Bunsuz olmayacaq. Çünki ola bilər ki, 2-3 qat artıq adamların adlarını bu siyahıya salıb ərzaqı başqa yönə yönəldəcəklər. Bu qaçılmazdır. Bu xoşagəlməz hadisənin baş verməməsi üçün bu işə ciddi nəzarət olmalıdır. Azərbaycanda sosial yeməkxanaların açılmasına çox böyük ehtiyac var. Həkimlərlə söhbətimizdə də deyirlər ki, bu gün acından əziyyət çəkən insanlar var. Elə insanlar var ki, övladları yoxdur, kimsəsizdirlər, əlləri bir yana çatmır, o insanlar sosial yeməkxanalarda yemək yeməlidirlər” - deyə bildirən Ə.Qəşəmoğlu hesab edir ki, respublikamızda sosial yeməkxanaları nə qədər tez təşkil etsək, bir o qədər yaxşı olar. Bu işdə bələdiyyələrin, QHT-lərin fəaliyyət göstərməli olduğunu deyən Ə.Qəşəmoğlu ümid edir ki, bu sahədə iş görmək istəyənlər tapılacaq.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

28.09.2026 / 17:10
Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastırını ziyarət ediblər

28.09.2026 / 16:53
Ukraynadan böyük əməliyyat – üç kənd azad edildi, 250-dən çox rus əsgəri əsir götürüldü…

28.09.2026 / 16:38
Tramp Putini G20 zirvəsinə xüsusi məqsədlə dəvət edib - ancaq şübhələr var...

28.09.2026 / 16:23
ABŞ-ın Azərbaycandakı səfirliyi media nümayəndələri ilə görüş keçirdi

28.09.2026 / 15:39
Kreml Ankaranın Qara dənizdə təhlükəsizlik təklifini rədd etdi...

28.09.2026 / 15:12
Xocavənddə yeni xəstəxana fəaliyyətə başladı

28.09.2026 / 14:57
Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

28.09.2026 / 14:38
Türk mediasında Azərbaycana qarşı kampaniyaya rəsmi reaksiya... - VIDEO

28.09.2026 / 14:15
Ukrayna Krasnodarda daha iki neft anbarını vurdu…

28.09.2026 / 14:03
Dövlət Agentliyinin rəhbərliyi Zəfər Parkını ziyarət ediblər

28.09.2026 / 13:51
Azərbaycan arxeologiyasına həsr edilmiş ömür yolu: Professor Arif Məmmədovun elmi və pedaqoji fəaliyyəti

28.09.2026 / 13:38
Macarıstanın Baş naziri telefon oğurlamaqda ittiham olunur – Magyarın toxunulmazlığı ləğv edildi…

28.09.2026 / 13:22
İranın Hörmüz boğazında ABŞ gəmisini vurdu, səkkiz dəniz piyadası yaralandı...

28.09.2026 / 13:07
Bakının bu küçələrində avtomobillərin hərəkətinə qadağa qoyuldu...

28.09.2026 / 12:51
Ukraynda həlak olan vətəndaşımızın Azərbaycana gətirilməsi üçün iş aparılır - XİN

28.09.2026 / 12:36
Rusiyanın Kiyevə hücumları nəticəsində bir Azərbaycan vətəndaşı həlak oldu…

28.09.2026 / 12:14
Kamran Əliyev ermənilərin məhkəmə işini tarixi hadisə adlandırdı...

28.09.2026 / 11:55
Baş prokuror: "Bu il əvvəlki illərdən bağlı qalmış 9 cinayət işi açılıb"

28.09.2026 / 11:03
Ərdoğan Prezident İlham Əliyevə zəng etdi

28.09.2026 / 10:36
Prezident bir qrup prokurorluq əməkdaşını təltif etdi

28.09.2026 / 10:35
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verildi - Sərəncam

28.09.2026 / 10:24
Rusiya Ukraynanın PUA Qüvvələri komandanının başına 20 milyon dollar pul qoydu - kriminal qruplar "Magyar"ın izinə düşdü...

28.09.2026 / 10:19
Paytaxtda avtoşluq edən sürücü həbs olundu...

28.09.2026 / 09:44
Netanyahunun şəxsi təyyarə ilə gizlicə BƏƏ-yə səfər etdiyi ortaya çıxdı…

28.09.2026 / 09:20
Ruslar Kiyevdə Səudiyyə səfirinin iqamətgahını vurdu…

28.09.2026 / 09:03
Tokayev Xəzərdə həlak olan hərbçilərlə bağlı qəti tapşırıq verdi - xilasetmə jiletləri olmayıb...

28.09.2026 / 07:45
İran Hörmüzdə pilotsuz sualtı təyyarə yaxaladı - ABŞ nə təsdiq, nə təkzib etdi

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ