Bazar günü günü, 15 noyabr 2026
     

Əqli mülkiyyətlə bağlı Prezidentin son Fərmanı dərin perspektivlərə qədər təhlil olunur

Image


Aydın Xan Əbilov: “Fikrimcə, bu Fərman əqli mülkiyyət sahəsində mövcud olan boşluğun aradan qaldırılmasını tənzimləyəcək” 
Rəşad Həsənov: “Əqli Mülkiyyət Agentliyinin yaradılmasında əsas məqsəd bu istiqamətdə vahid dövlət siyasətinin vahid mərkəzdən idarə edilməsinə və eyni zamanda əvvəlki dövrlərdə mövcud olan nöqsanların aradan qaldırılmasına hədəflənib” 

 

İnsan təfəkkürünün, düşüncəsinin, yaradıcılığının məhsulu olan əqli mülkiyyətin bütün zamanlarda müdafiəsinə ehtiyac var. Azərbaycanda əqli mülkiyyətçilərin hüquqlarının müdafiəsi məsələsi hər zaman diqqət mərkəzində olub.

Bununla belə, zaman-zaman əqli mülkiyyət sahəsində müəyyən problemlər, çətinliklər yaranıb. Sözügedən sahədə müəyyən tədbirlərin həyata keçirilməsi zəruri bir hal kimi qarşıda dururdu. Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasına səbəb olacaq.

Qeyd edək ki, Fərmana əsasən, Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsi təsdiq edilir.

Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi, ləğv edilmiş Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin tabeliyinə verilir.

Fərmanın 5.2-ci bəndinə uyğun olaraq, məlumat aldığı gündən on gün müddətində Agentliyin tabeliyində ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilər barədə daxil olmuş iddia sənədlərinin ekspertizasını apararaq patent və şəhadətnamə verilməsi üçün ekspert rəyini hazırlayan, ixtira, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizası sahəsində digər məsələləri qanunvericiliyə uyğun olaraq həyata keçirən, habelə müvafiq məlumatların dərci üçün tələb olunan sənədləri hazırlayan, patent müvəkkillərinin attestasiyasının aparılmasında müvafiq qaydada iştirak edən publik hüquqi şəxs statuslu “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi”nin yaradılması və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməsi tapşırılır. Fərmanda o da bildirilir ki, “İstehlak bazarına nəzarət, standartlaşdırma, metrologiya və əqli mülkiyyət hüquqları obyektlərinin mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 aprel tarixli 5 nömrəli Sərəncamının 8.5-ci və 8.6-cı bəndlərinə uyğun olaraq, Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflər üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılması nəzarətdə saxlansın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verilsin; bu Fərmandan irəli gələn digər məsələlər həll edilsin.

Kulturoloq Aydın Xan Əbilov bildirir ki, “Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman və bu sənədlə Əqli Mülkiyyət Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi əqli mülkiyyət sahəsində mövcud boşluqları doldurmağa xidmət edəcək. Ölkə başçısının əqli mülkiyyət sahəsinin inkişafına mütəmadi olaraq diqqət yetirdiyini deyən A.X.Əbilov hesab edir ki, bu gün Azərbaycanda əqli mülkiyyət sahəsində yaşanan problemlərdən biri plagiatlıq halları ilə bağlıdır. Onun sözlərinə görə, istər elm, istər mədəniyyət, istərsə də digər sahələrdə bu hal mövcuddur. Mütəxəssis qeyd etdi ki, hazırda Azərbaycan müəlliflərinin əqli mülkiyyətinin beynəlxalq aləmdə müdafiəsinə ciddi ehtiyac var. Azərbaycan alimlərinin bəzi ixtiralarının, eləcə də mahnıların, filmlərin xarici ölkələrdə plagiatçılığa məruz qaldığını deyən A.X.Əbilov hesab edir ki, fərman bu məsələləri də tənzimləyəcək. “Əqli mülkiyyət ən həssas bir sahədir. Bütün dünyada əqli mülkiyyətlə bağlı problemlər mövcuddur. Təbii ki, bu sahənin tənzimlənməsi, nizamlanması baxımından qanunvericilik aktlarının qəbul edilməsinə ehtiyac hər zaman olur. Ölkə başçısının verdiyi fərmanı bu sahədə atılan uğurlu addımlardan biri hesab edirəm. Bilirsiniz ki, vaxtilə elmi ixtiralarla, eləcə də məhsullara əmtəə nişanının verilməsi ilə bağlı patent ləğv edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilirdi, indi isə artıq Fərmana əsasən, bu səlahiyyətlər Agentliyə həvalə edilib. Bunun müsbət tərəfləri çoxdur. Hesab edirəm ki, “Patent və Əmtəə Nişanlarının Ekspertizası Mərkəzi”nin yaradılması ilə bağlı məsələ də müsbət nəticə verəcək. Çünki bunlara hazırda böyük ehtiyac var. Mən burada əsas məsələ kimi elmi ixtiraların, faydalı model, sənaye nümunəsi, əmtəə nişanı və coğrafi göstəricilərin ekspertizasının həyata keçirilməsini vurğulamaq istəyirəm. Fikrimcə, bu Fərman əqli mülkiyyət sahəsində mövcud olan boşluğun aradan qaldırılmasını tənzimləyəcək. Bundan başqa, bilirsiniz ki, xarici ölkələrdə Azərbaycana aid əqli mülkiyyət nümunələri plagiatlığa məruz qalır. Xüsusən də bu iş bədnam ermənilər tərəfindən həyata keçirilir. Onlar Azərbaycan sənətkarlarının əqli mülkiyyət hüququnu pozurlar. Mədəniyyət nümunələrimizi, elmi ixtiralarımızı çox zaman öz adlarına çıxmağa cəhd edən ermənilərin bu hərəkətlərinin qarşısının birdəfəlik alınması gərəkdir. Bilirik ki, Agentlik özü bir sıra beynəlxalq aidiyyəti qurumların üzvüdür. Bundan da istifadə edərək əqli mülkiyyət sahəsində tədbirləri davam etdirməliyik”.

İqtisadçı Rəşad Həsənov da hesab edir ki, sözügedən Fərmanın imzalanması bu sahədə olan boşluqları doldurmağa xidmət edir: “Ümumiyyətlə, Azərbaycanda əqli mülkiyyət hüququnun qorunması ilə bağlı ciddi problemlər var. Bu problemlər də son nəticədə beynəlxalq reytinq agentliklərinin, digər maliyyə institutlarının hesabatlarında Azərbaycanın mövqeyinə mənfi təsir göstərir. Bu da daha çox nədən qaynaqlanır? Bu gün xüsusilə də əqli mülkiyyət hüquqlarının müdafiəsi istiqamətində Azərbaycanda səmərəli mexanizm yoxdur. Bu boşluqlardan istifadə edərək bir sıra hallarda görürük ki, vətəndaşların əqli mülkiyyət hüquqları pozulur. Vətəndaş nə isə ixtira edir və o başqası tərəfindən oğurlanır. Bir müəssisə hansısa bir məhsul növü ortaya qoyur və digər müəssisə də onu oğurlayır və onu ixtira edən müəssisə bundan mənfəət görmədən çətinliklə üzləşir. Fikirlərin oğurlanması halı mövcuddur. Oğurlanmış fikirlərin sonrakı proseslərdə məhkəmə instansiyalarında geri tələb olunmasında, brend hüquqlarının qorunmasında və s. həqiqətən də boşluq mövcuddur. Bu günə qədər bu sahədə fəaliyyət göstərən qurumların da gördüyü işlər hər hansı bir effekt verməyib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin nə işlə məşğul olduğunu hamı bilirdi. Bu qurum kimə nə gəldi satırdı. Səhv etmirəmsə, əvvəllər Əqli Mülkiyyət Komitəsi adlı qurum var idi. Onun da səlahiyyətləri çox zəif idi. Şərait özü tələb edir ki, əqli mülkiyyət sisteminin formalaşdırılması üçün yeni addımlar atılsın. Əvvəlki qurumlar bu sahədə effektiv tənzimləməni qura bilmirdi. Prezidentin fərmanı ilə Əqli Mülkiyyət Agentliyinin yaradılmasında əsas məqsəd bu istiqamətdə vahid dövlət siyasətinin vahid mərkəzdən idarə edilməsinə və eyni zamanda əvvəlki dövrlərdə mövcud olan nöqsanların aradan qaldırılmasına hədəflənib. Əvvəlki reputasiyası daha aşağı olan qurumların dövriyyədən kənarlaşdırılması, yeni bir qurumun yeni bir imicdə, yeni səlahiyyətlə meydana çıxması nəticəsində mövcud olan problemlərin aradan qaldırılmasına şərait yaradacaq”.

R.Həsənovun sözlərinə görə, bu qurumun yaradılmasının sonrakı mərhələlərdə problemin həllinə nə kimi təsir göstərəcəyi gələcəkdə bilinəcək. R.Həsənovun dediyinə görə, bəzən biz onu da müşahidə edirik ki, təşkilatlar yaradılır, amma özlərinin səlahiyyətlərinə aid olan işlərdən başqa hər işlə məşğul olurlar. “Ümid edirik ki, Əqli Mülkiyyət Agentliyi Azərbaycanda qeyri-maddi mülkiyyət hüququnun normal, müasir tələblərə, beynəlxalq standartlara uyğun qurulmasında və bu istiqamətdə proseslərin stimullaşdırılmasında bir mexanizm rolunu oynaya biləcək” - deyə R.Həsənov bildirdi.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ