“İtaliya memarları “Yanardağ"da kompleks tikilməsi üçün layihə hazırlayıblar". APA-nın xəbərinə görə, bunu İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari deyib.
O bildirib ki, layihənin icrası ilə bağlı son qərar vermə səlahiyyəti ancaq Azərbaycan tərəfinə məxsusdur: "İtaliya tərəfindən razılıq var. Bu, əvvəlki əməkdaşlığımızın davamı ola bilər. Bu kompleks olduqca önəmlidir. Tarixi kompleksə italyan memarlarının toxunuşu olsa, bu, həm tarix, həm də turizm baxımından yaxşı olar".