Fevralın 12-dən, respublikanın bütün bölgələrində olduğu kimi, Nəsimi rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.
Nəsimi Rayon İcra Hakimiyyətindən “Bakı Xəbər”ə verilən məlumata görə, bununla əlaqədar müvafiq komissiya yaradılıb, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafikləri tərtib olunub.
20 saylı Şəhər Poliklinikasında keçirilən tibbi müayinə zamanı Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva bildirib ki, rayonda tibbi müayinənin keçirilməsi üçün işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanır. Əhalinin tibbi müayinə tədbirləri ilə bağlı bütün hazırlıq işləri aparılıb, poliklinikalar lazımi dərman preparatları ilə təchiz olunub, burada həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Həmçinin əhalinin tibbi müayinədən keçirilməsi işləri Nəsimi rayonunda yerləşən özəl səhiyyə müəssisələrində də aparılır. Nəsimi RİH-də hazırlanmış tədbirlər planına uyğun olaraq fevralın 15-də rayondakı Medical Plaza və Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında əhalinin tibbi müayinəsi təşkil edilib.Tibb müəsisələrində sakinlər əvvəlcə terapevt tərəfindən, sonra isə ehtiyaca uyğun olaraq ixisaslı həkimlərin iştirakı ilə rentgen, kardioqram, ultrasəs və diğər müayinələrdən keçirilib.
Nəsimi rayon İcra hakimiyyətinin təşəbbüsü ilə səhiyyə müəssisələri arasında müvafiq işlər nəticəsində müayinə nəticələrində əməliyyata ehtiyacı olan rayon sakinlərinin əməliyyat olunması da nəzərdə tutulub. Ötən il tibbi müayinə zamanı 40 nəfərdən artıq rayon sakini Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aidiyyatı səhiyyə müəssisələrində əməliyyat olunub.
Prezident İlham Əliyevin 2018-ci ilin “Azərbaycan Xalq Cumhuriyyəti İli” elan edilməsi haqqında Sərəncamının icra edilməsi ilə əlaqədar olaraq isə rayonun Cumhuriyyət yaşlı 5 nəfər sakininə, habelə fəaliyyət qabiliyyəti məhdud olan 100 nəfərdən artıq yaşlı rayon sakininə evlərində tibbi xidmət göstərilib. Bu sırada rayonun ən qocaman sakini Süleyman Əliyev də doğüm günündə ziyarət olunaraq, ad günü münasibətilə təbrik edilb, eyni zamanda həkimlər tərəfindən tibbi müayinədən keçirilrayon sakini bu diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.
Baki-xeber.com