Bazar günü günü, 15 noyabr 2026
     

İslam mədəniyyəti paytaxtı və Naxçıvana turist axını perspektivləri…

Image


Fariz Xəlilli: “Düşünürəm ki, bu il Naxçıvana daha çox turist gələcək”
Fərid Mehdiyev: “Naxçıvan həmişə turistlərin maraq göstərdiyi məkan olub”
Həyat Məhərrəmova: “Mən bu şəraiti özüm görmüşəm”

 

Naxçıvan şəhəri 2018 il üçün İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirəcək. 5 min il yaşı olan və böyük tarixə, mədəniyyətə malik Naxçıvan il boyu bütün İslam dünyasının diqqət mərkəzində olacaq. Ümumiyyətlə,  Naxçıvan tarixən dünya səyyahlarının, alimlərinin maraq göstərdiyi tarixi ərazilərimizdən biri olub. Burada islam mədəniyyətinin canlı nümunələri, daş yaddaşı yaşayır. Öz inancı, islama bağlılığı ilə seçilən naxçıvanlılar həm də öz qonaqpərvərliyinə görə bu diyara qədəm basan hər bir insanın sevgi və diqqətini qazanıblar.

Son illərin hesablamaları göstərir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan turistlərin ən çox maraq göstərdiyi məkanlardan birinə çevrilib. Məlumatlara görə, bu diyarı ziyarət edənlər dünyanın əksər ölkələrinin vətəndaşlarıdır. Onlar Naxçıvan ərazisini qarış-qarış gəzərək bu torpağın gözəlliklərini, tarixi abidələrini, dünya mədəniyyətinin parlaq incilərini heyranlıqla seyr edirlər.   

Qeyd etdiyimiz kimi, Naxçıvan ərazisi turizm üçün olduqca əlverişlidir. Burada turistlər üçün nümunəvi şərait mövcuddur.

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olması bu əraziyə turist axınına necə təsir göstərəcək?

“Miras - Mədəni İrsin Öyrənilməsinə Kömək” İctimai Birliyinin rəhbəri, tarixçi-etnoqraf Fariz Xəlilli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İslam mədəniyyətinin paytaxtı ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Naxçıvana güclü turist axını gözlənir. O hesab edir ki, bu il Naxçıvana gələn turistlərin sayı keçən illərlə müqayisədə bir neçə qat artıq olacaq: “Bilirsiniz ki, Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir. Bu il Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır. Üstəlik də burada çox zəngin islam mədəni irsi var. Bu mədəni irs, hər zaman olduğu kimi, turistlərin diqqətini cəlb edir. Düşünürəm ki, bu il Naxçıvana daha çox turist gələcək. Çünki bunun üçün çox böyük əsaslar var. Birincisi, Naxçıvan İslam mədəniyyətinin paytaxtıdır, ikincisi, buranın çox gözəl təbiəti var, üçüncüsü, bu ərazi qədim abidələr məskənidir, dördüncüsü, Azərbaycanın hər yerində olduğu kimi, burada təhlükəsizlik, əminamanlıq, sabitlik var. Turist üçün lazım olan hər bir şərait, imkan bu diyarda mövcuddur. Turistlərin Naxçıvanda ziyarət edəcəyi məkanlar saysız-hesabsızdır. Burada Əshabi-Kəhf mağarası var, eləcə də digər abidələr mövcuddur. Bəzən alimlər Naxçıvan sözünün etimiologiyasını  Nuxçıxan kimi qeyd edirlər. Onun adını Nuh Peyğəmbərlə bağlayırlar. İslam coğrafiyası ilə bağlı burada mövcud olan Gəmiqaya abidəsi də diqqət çəkir. Naxçıvan ərazisində islam mədəniyyəti, islam dünyagörüşü, Qurani-Kərimin hədisləri ilə bağlı çoxlu abidə, tarixi yerlər var. Turistlər hər zaman bu tarixi yerləri görməkdə maraqlı olublar. Bu il Naxçıvanın İslam mədəniyyətinin paytaxtı élan olunması İslam dünyasının diqqətinin bu diyara yönəlməsinə bir daha imkan verəcək”. 

Naxçıvanın İslam mədəniyyətinin paytaxtı missiyasını layiqincə yerinə yetirməsi üçün çox zəngin tədbirlər planının hazırlandığını deyən F.Xəlilli qeyd etdi ki, bir il müddətində Naxçıvanda çox maraqlı, əhatəli tədbirlər keçiriləcək və bütün İslam dünyası o tədbirlərdə təmsil olunacaq: “Bu tədbirlər Azərbaycanın bir parçası olan Naxçıvanın islam mədəniyyətinə verdiyi töhfələri təqdim etmək baxımından çox əhəmiyyətlidir. Deyim ki, tədbirlər çərçivəsində müxtəlif elmi konfransların, turizm simpoziumlarının, festivalların, ekoturların və s. keçirilməsi olduqca maraqlı olardı. Naxçıvan artıq il boyu o tədbirləri keçirməyə hazırdır və bu tədbirlərin bölgəyə turist axınının güclənməsinə böyük təsiri olacaq.  “Miras - Mədəni İrsin  Öyrənilməsinə Kömək” İctimai Birliyi olaraq istəyirik ki, elmi konfranslarımızdan birini ilin ikinci yarısında Naxçıvanda keçirək. Bu bizim arzumuzdur. Ora müxtəlif turlar təşkil etməyi də düşünürük. Hesab edirəm ki, bu il həm yerli, həm də islam dövlətlərinin turizm şirkətləri tərəfindən Naxçıvana təşkil edilən turların sayı bir neçə qat artacaq. Hesab edirəm ki, bu turlara daha çox ərəb ölkələrini, Orta Asiya respublikalarını, İran və Türkiyəni, Balkan ölkələrini cəlb etmək lazımdır. Onsuz da onlar bu turlara qatılmaqda maraqlıdırlar. Yerli turizm şirkətləri turist cəlb etmək üçün internet üzərindən və başqa vasitələrlə fəaliyyət göstərməlidirlər. Naxçıvan hava limanına çarter reyslərin təşkili də maraqlı olardı. Düşünürəm ki, müxtəlif şirkətlər bunu həyata keçirsə, daha çox turist axınına nail olarıq. Burada təkcə dövlətin deyil, həm də ictimai təşkilatların, turizm qurumlarının üzərinə düşən işlər var”.

Yerli turizim təşkilatlarından birində çalışan Fərid Mehdiyev bizimlə söhbətində qeyd etdi ki, Naxçıvan tarixən əcnəbilərin maraq göstərdiyi diyarlarımızdan biri olub. Onun sözlərinə görə, Naxçıvan İslam mədəniyyətinin paytaxtı kimi bu il daha çox turistə qucaq açacaq: “Naxçıvan həmişə turistlərin maraq göstərdiyi məkan olub. Qədim və orta əsrlərdə də, XIX yüzillikdə də, Sovet dövründə də Naxçıvan turistlərin axın etdiyi ərazimiz olub. Azərbaycan müstəqillik əldə etdikdən sonra bura müsəlman və qeyri-müsəlman ölkələrdən turistlər gəlib. Son illər həm yerli, həm də xarici turizm şirkətləri Naxçıvana turist aparmaqda maraqlıdırlar. Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı  olması bura turist axınını daha da gücləndirəcək. Əminəm ki, bura islam ölkələrinin hər birindən kütləvi turist axını olacaq. Hətta Avropa dövlətlərindən də gələnlər az olmayacaq. Məlumdur ki, burada islam mədəniyyətilə bağlı çoxlu abidə mövcuddur. Bu abidələr turistlərin marağını özünə çəkir. Naxçıvan özünəməxsus bir bölgəmizdir və öz adətləri, mətbəxi var. Hesab edirəm ki, Naxçıvanın təbii, tarixi gözəlliyi ilə yanaşı mətbəxi də turistlər üçün maraq doğuracaq”.

O qeyd etdi ki, Azərbaycanın tarixində xüsusi yeri olan Naxçıvanın qədim abidələri Azərbaycan xalqının zəngin keçmişini, mədəniyyətini, adət-ənənələrini özündə yaşadır. Onun sözlərinə görə, məmləkətimizin ayrılmaz bir parçası olan bu diyarda ilk insanların yaşadıqları mağaralara, qədim yaşayış yerlərinə, möhtəşəm qala divarlarına, qayaüstü rəsmlərə, ən mükəmməl memarlıq incilərinə rast gəlmək olur: “Bütün bunlar da turistlər üçün xüsusilə dəyərlidir. Naxçıvan abidələrinin analoqu bütün dünyada yoxdur. Məlumatıma görə, Naxçıvanda 1162 tarixi-mədəniyyət abidəsi mövcuddur ki, onların da 58-i dünya əhəmiyyətli sayılır”.

Tarixçi Həyat Məhərrəmova da hesab edir ki, Naxçıvanın 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı missiyasını yerinə yetirməsi Naxçıvana güclü turist cəlb edəcək: “Naxçıvan qüdrətli, zəngin bir diyarımızdır. İslam aləmi üçün böyük əhəmiyyət kəsb edən bu diyarımız turistlərə hər zaman qapı açıb. Bu il nəinki islam dövlətlərindən, eləcə də dünyanın bir sıra ölkələrindən bura saysız turist gələcək. Naxçıvan bir il müddətində islam aləminin diqqətində olacaq. Naxçıvan Muxtar Respublikası çox gözəl bir diyardır. İnsanları mehriban və qonaqpərvərdirlər. Burada turistlərin gəzməsi, əylənməsi, ziyarət etməsi, qalması üçün gözəl şərait var. Mən bu şəraiti özüm görmüşəm. Naxçıvan turistlər üçün çox böyük maraq kəsb edir. Bu torpaqda zəngin bir dünya yaşayır. Deyim ki, buradakı abidələrin bir çoxu islamla və ondan əvvəlki və sonrakı dövrlərlə bağlıdır. Qədim yaşı olan Qazma, Əshabi-Kəhf, Kilid mağaralarında daş dövrü mədəniyyətinin izləri yaşayır. Eramızdan əvvəl IV minilliyin sonu və II minilliyin əvvəllərində Naxçıvan ərazisində Oğlanqala, Qarabağlar, Çalxanqala, Govurqala kimi qala-şəhər yaşayış məntəqələri salınıb. Gəmiqaya rəsmləri tipli təsviri sənət abidələri Naxçıvanın qədim tayfalarının həyat tərzini, dini-ideoloji dünyagörüşünü əks etdirir. Əshabi-Kəhf mağarasının Qurani-Kərimin Kəhf surəsindəki mağara olduğu ehtimal edilir. Adlarını çəkdiyim abidələr turistlər üçün böyük maraq kəsb edir. İslam dövlətlərindən gələn və avropalı turistlər də bu abidələrə maraqla tamaşa edəcəklər. Memar Əcəminin şah əsəri olan Mömünə Xatun türbəsi də turistlər üçün maraq doğuracaq. Bu türbəni Naxçıvanın Tac-Mahalı da adlandırırlar. Türbə təkcə Azərbaycanda deyil, İslam dünyasında ən uca və incə kompozisiyalı abidələrdən sayılır. O, 1186-cı ildə Azərbaycan Atabəylər dövlətinin banisi Şəmsəddin Eldənizin xanımı Mömünə Xatunun qəbirüstü məqbərəsi kimi ucaldılıb. El arasında bu türbəyə "Atabəy günbəzi" də deyilir.

Memar Əcəmiyə aid daha bir tarixi memarlıq abidəsi Yusif ibn Küseyr türbəsidir. 1162-ci ildə inşa edilən türbə xalq arasında ata-baba türbəsi adlanır. Abidənin gövdəsində kufi xətlə Qurandan ayələr yazılıb”.

Ekspert vurğuladı ki, orta əsr Naxçıvan memarlığının ən qiymətli yadigarlarından biri də Qarabağlar türbəsidir. İslam mədəniyyətinin Naxçıvanda tam oturuşduğu dövrdə inşa edilən Qarabağlar abidələri kompleksinin də islam ölkələrindən gələn turistlər üçün əhəmiyyət kəsb edəcəyini deyən tarixçi bildirdi ki, türbənin qoşa minarələrinin XII əsrin axırlarında və ya XIII əsrin əvvəllərində tikildiyi güman edilir və türbənin fasad bəzəyi təkrarlanan "Allah" sözlərindən yığılıb: “Naxçıvanın diqqətçəkən memarlıq abidələrindən biri də Ordubad şəhərinin mərkəzində XIV əsrə aid Buzxana abidəsidir. Bina böyük otaqdan, 36 pillədən və buz saxlanan zirzəmidən ibarətdir. Binanın hündürlüyü 11 metr, divarlarının qalınlığı isə 80 santimetrdir. Qış aylarında zirzəmiyə su vurularaq buz halına salınır, yay aylarında isə yerli əhalinin ərzaq məhsulları və azuqələrini saxlamaq üçün istifadə edilirdi.

XVIII əsrə aid tarixi abidələrdən biri sayılan və Naxçıvanın əzəmətli tikililərindən hesab edilən Xan sarayı şəhərin qonaqlarının maraqla ziyarət etdikləri məkanlardan biridir. Sarayı XVIII əsrin sonunda axırıncı Naxçıvan xanı Ehsan xanın atası Kəlbəli xan Kəngərlinin tikdirdiyi ehtimal edilir. Abidə XX əsrin əvvəllərinə qədər Naxçıvan xanlarının yaşayış evi olub. Hazırda bu sarayda Naxçıvan Xalça Muzeyi yerləşir. 

XVIII əsrə aid Şərq hamamı Naxçıvanın dövlət  tərəfindən qorunan tarixi-memarlıq abidələrindən biridir. Bu memarlıq kompleksi vaxtilə Naxçıvan şəhərinin mərkəzindən keçən Bazar çayının yaxınlığında inşa edilib. Mən bu abidələrin adlarını qısaca qeyd etdim. Bildiyim qədər, Naxçıvanın gəzməli, görməli, ziyarət etməli yerlərilə bağlı yol xəritələri, yaddaş, məlumat broşurları çap edilib. Bu, turistlər üçün mayak rolunu oynayacaq”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ