Beynəlxalq Jurnalistlər Federasiyasının təşkilatçılığı və Norveç Xarici işlər Nazirliyinin maliyyə dəstəyi ilə Tiflisdə “Araşdırmaçı jurnalistlərin təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.
JuHİ Mətbuat xidmətindən “Bakı-Xəbər”ə verilən məlumata görə, təlimlərə AB-nin “Şərq tərəfdaşlığı proqramı”na daxil olan ölkələr üzrə BJF-nin yerli üzv təşkilatlarının təmsilçiləri qatılıb. Azərbaycandan tədbirdə BJF-nin yerli üzv təşkilatı -Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) təmsilçiləri Teymur Zahidoğlu və Nəzirə Nurullayeva iştirak edib.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təlim iştirakçılarına “araşdırmaçı jurnalistlər üçün planlaşdırma”, “risqlərin təhlili”, “şəxsi təhlükəsiszlik”, “mənbələrlə işləmə pinsipləri”, “araşdırmaların aparılması üçün müasir metodlar” mövzusunda bilgilər verilib.
Təlimləri uğurla başa vuran iştirakçılara “Təlimçi sertifikatı” verilib. Azərbyacandan olan iştirakçılar da sertifikat alanlar sırasındadır.
Baki-xeber.com