Bazar günü günü, 15 noyabr 2026
     

Muxtar Respublikanın paytaxtı Naxçıvan – üstəlik, “Gənclər Paytaxtı” və “İslam Mədəniyyəti Paytaxtı” statuslarında...

Image


Naxçıvan MR gənclər və idman naziri Azad Cabbarov: “Gənclər bu qədim diyarı yenidən kəşf etmək üçün Naxçıvanı paytaxt seçdilər”
Məmməd Babayev: “...birgə tədbirlər planından əlavə...”

 

5000 illik şəhər mədəniyyətinə malik olan Naxçıvan bu gün həm də müasirliyi ilə öyünür. Keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır. Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. Və muxtar respublika sakinləri 2018-ci ili yüksək əhvalla, İslam mədəniyyətinin paytaxtı kimi qarşıladı.

Həmçinin Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində ilk yeri tutub. Təbii ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərini xarakterizə edən mühüm faktorlardandır. Bütün bunların ardınca Naxçıvanın ölkəmizin Gənclər paytaxtı seçilməsi muxtar respublikanın tarixində yaşanan daha bir əlamətdar hadisə oldu. Məlum olduğu kimi, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Və artıq İslam mədəniyyətinin paytaxtı həm də Gənclər Paytaxtıdır. 2012-ci ildən həyata keçirilən layihədə  hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. "Gənclər Paytaxtı"nın elan edilməsi yerlərdə gənclərlə işin daha da canlandırılması məqsədi ilə həyata keçirilir. İl ərzində həmin şəhər (rayon) gənclərin ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması, yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Naxçıvanın Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsinə yalnız muxtar respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən olan sakinlər, ələlxüsus da gənclər dəstək verib. Səbəbi aydındır: Naxçıvanın bu statusu daşımağa daha çox haqqının olması.

Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarov 2018-ci ilin Naxçıvan üçün uğurlu bir il olduğunu qeyd etdi: “Naxçıvan İslam mədəniyyətinin paytaxtı ünvanını aldı, ardınca da Azərbaycanın “Gənclər Paytaxtı”  statusunu. Gənclər Naxçıvanı ölkənin gənclər paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Əminəm ki,  bundan sonra da naxçıvanlı gənclər ümumən ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiləcəklər.

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə “Buta Palas”da keçirilən təntənəli mərasimə 10 nəfərlik heyətlə  qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi açarı təqdim olundu və biz onu aid olduğu yerə - Naxçıvana gətirdik. Yaşanan həmin anın təəssüratlarını bölüşmək olduqca çətindir. Belə düşünürəm ki, Naxçıvanın qalibiyyəti yalnız səsvermə hesabına olmadı, Naxçıvan bunu haqq edirdi və qazandı. Biz bunu gözləyirdik,  ona görə ki, Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasəti buna əsas verirdi. Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur.  Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan “Gənclər Paytaxtı” olmağa layiqdir. Çox sevindirici bir hal idi, çünki Naxçıvan daha bir uğura imza atırdı. Naxçıvanın Gənclər paytaxtı seçilməsini gənclər çox istəyirdi. İlk səsvermə başlayan gündən sonuna qədər Naxçıvan səsvermədə öz liderliyini qorudu  və sonda da qalib oldu. Naxçıvanda bu gün  3 böyük ali təhsil müəssisəsi, həmçinin 3 orta ixtisas məktəbinin olması gənclər kontingentinin çoxluğunu önə çıxarır.  Gənclər üçün yaradılan müasir infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər Naxçıvanı yenidən kəşf etmək üçün Naxçıvana səs verdilər”.

Azad Cabbarov, həmçinin, “Gənclər Paytaxtı” Naxçıvanda keçiriləcək tədbirlər haqqında da danışdı:

- İlboyu gənclərlə bağlı müxtəlif tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali MəclisiSədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman nazirliyi, Gənclər Fondu,  YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olunub. Bu tədbirlər planında sırf gənclər sferasını əhatə edən37 maddə var. Nəzərdə tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin gənclərə aşılanması, intellektual oyunların keçirilməsi, hərbi xidmətdən tərxisolunmuş gənclərlə işi gücləndirmək və onları peşə ixtisasına yönəltmək, internetdən gəncləri səmərəli istifadəyə təşviq etmək kimi məsələlər yer alır. Digər tərəfdən intellektual oyunlar olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsini planlaşdırmışıq. Keçiriləcək tədbirlər sırf gənclər sahəsini  əhatə etdiyi üçün düşünürəm ki, biz 2018-də birgə tədbirlər planına uyğun olaraq gənclərlə işin gücləndirilməsində və gənclərimizin düzgün maarifləndirilməsində, onların intellektual səviyyəsinin yüksəldilməsində məqsədyönlü fəaliyyətimizi uğurla  həyata keçirəcəyik.

Bu tədbirlərlə yanaşı, Naxçıvanın Gənclər paytaxtı seçilməsi ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər Naxçıvan gənclərinin intellektual  səviyyəsinin artırılması,  eləcə də Naxçıvanın  tanıdılmasına səbəb olacaqdır. Naxçıvanın “Gənclər Paytaxtı”  seçilməsi ilə əlaqədar yaxın günlərdə hazırlanacaq tədbirlər planına əsasən fəaliyyətimizi həm də bu istiqamətdə quracağıq. Gənclər paytaxtının rəmzi açarının təqdimat mərasimindən sonra ölkəmizdə fəaliyyət göstərən bir çox ictimai təşkilatlar, gənclər təşkilatları bizə yaxınlaşıb,  bu il Naxçıvandayıq,- deyə mesajlar verdilər. Düşünürəm ki, Naxçıvanın “Gənclər paytaxtı” seçilməsi bu qədim diyara töhfə verəcəkdir. Həyata keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində naxçıvanlı gənclərin fəaliyyət dairəsi daha da genişlənəcək. Bu tədbirlər naxçıvanlı gənclərlə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayacaq. Həmçinin ölkəmizin müxtəlif bölgələrindən bura gələcək gənclər təşkilatları Naxçıvanda gənclər üçün yaradılan şəraitlə tanış olacaq, Naxçıvanın tanıtımına və turizm potensialının təbliğinə öz töhfələrini verəcəklər.

Naxçıvan MR Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev də Naxçıvanın “Gənclər Paytaxtı” olması sevincini bölüşdü: “2018-ci ili hər kəs Naxçıvan şəhərini islam mədəniyyətinin paytaxtı olaraq qarşılamışdı. Yəni 2018-ci ildə Naxçıvan şəhərində keçiriləcək tədbirlərin ilk istiqaməti bəlli idi, daha çox bu istiqamətdəki tədbirlərə üstünlük veriləcəkdi.Amma xoş bir hal oldu ki, bir neçə gün bundan əvvəlki internet səsverməsi ilə Naxçıvan şəhəri eyni zamanda Azərbaycanın “Gənclər Paytaxtı” seçildi. Yəni bir ildə şəhərimizin həm İslam mədəniyyətinin paytaxtı, həm Azərbaycanın “Gənclər Paytaxtı” statusunu daşıması artıq gənclər sahəsində həyata keçiriləcək tədbirlərin yeni müstəviyə daşınmasına təkan vermiş olacaq.  Buna uyğun olaraq da muxtar respuiblikamızda yaşayan gəncləri əhatə edəcək bir sıra maraqlı tədbirlər keçiriləcəkdir. Bu da onu göstərir ki, bundan əvvəlki illərdə Naxçıvan MRAli Məclisi Sədrinintövsiyə və tapşırıqlarını əsas tutaraq keçirilən tədbirlər öz müsbət nəticələrini verdi. Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsini biz  gözləyirdik, çünki muxtar respublikanın kütləvi informasiya vasitələrində aparılan iş, eyni zamanda həm Gənclər və İdman nazirliyi, Gənclər Fondu və digər aidiyyatlı təşkilatlar tərəfindən keçirilən tədbirlər, aparılan təbliğat işləri muxtar respublikada internet resurslarından, sosial şəbəkələrdən düzgün istifadə etməyə gəncləri təşviq etdi və buna uyğun olaraq da gənclər bu gün Naxçıvanı Azərbaycanın “Gənclər Paytaxtı” seçməklə bu təşviqatın doğru istiqamətdə aparıldığını bir daha sübut etdilər. Təbii ki, Naxçıvanın Azərbaycanın “Gənclər Paytaxtı” seçilməsi  hər kəsi sevindirdi. İnanırıq ki, 2018-ci ildə bu istiqamətdə keçirilən tədbirlərdə də gənclər fəal iştirak edəcək və paytaxt adını əminliklə,laiqli şəkildə daşıyacaqlar”.

Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev il ərzində Fond tərəfindən reallaşdırılacaq tədbirlər barədə də məlumat verdi:

-Naxçıvan MR Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və YAP Naxçıvan MR Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə tədbirlər planı var və bu tədbirlər planından əlavə, həm də digər aidiyyatı təşkilatlarla Gənclər Fondunun tədbirlər planı var.  Hazırlanmış tədbirlər planı gənclərin intellektual inkişafı, onların asudə vaxtının səmərəli təşkili və bu istiqamətdə digər tədbirlərin keçirilməsi məqsədinə xidmət edir. Bununla yanaşı, Naxçıvanın2018-ci ildə İslam mədəniyyətinin  paytaxtı seçilməsi ilə əlaqədar olaraq Gənclər Fondu ənənəvi yaradıclıq müsabiqəsi keçirəcəkdir. Bu istiqamətdə iki yaradıclıq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda muxtar respublikanın  turizm potensialının təbliğ olunması ilə bağlı mütəmadi tədbirlər keçirilir. Buna uyğun olaraq  “Naxçıvanı tanıyaq” devizi altında gənclərin muxtar respublikanın tarix, təbiət abidələrinə ekskursiyalarının təşkil olunması nəzərdə tutulub. Keçiriləcək tədbirlərdə gənclərin intellektual inkişaf məsələsi əsas prioritet istiqamətdir. Çünki intellektual inkişaf gənclərin düzgün dünyagörüşünün formalaşmasına da dəstək verir və bu məqsədlə də il ərzində müxtəlif intellektualyarışların keçirilməsi nəzərdə tutulur. Bildiyimiz kimi, muxtar respublikada digər ölkələrdən olan əcnəbi tələbələr təhsil alır. Onlar arasında da intellektual oyunların keçirilməsi və əcnəbi tələbələrin muxtar respublikanın turizm potensiallı ərazilərinə, tarixi abidələrə ekskursiyalarınıntəşkil olunması nəzərdə tutulur. Burada məqsəd Naxçıvanın xarici ölkələrdə daha yaxşı tanıdılması və muxtar respublikanın ali təhsil müəssisələrinə digər əcnəbilərin də cəlb olunmasıdır. Keçirilən tədbirlərdə gənclərin potensialından düzgün istifadə olunması qarşıda duran əsas vəzifələrdəndir. Muxtar respublikanın tanıdılması ilə bağlı Naxçıvan televiziyası tərəfindən müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr vasitəsilə, internet resurslarından düzgün istifadə etməklə geniş kütlə arasında yayımlanması da həyata keçirəcəyimiz tədbirlər sırasında yer alacaq. Bununla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları və ortaməktəblərin yuxarı sinif şagirdləri arasında yazı, eləcə də rəsmmüsabiqələri keçiriləcək. Dövlət Dram Teatrının repertuarındakı tamaşalardan istifadə etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın rayon mərkəzlərində müxtəlif tamaşaların göstərilməsi, gənclərin hərbi hissələrə səfərlərinin təşkili, onların əsgər və zabitlərlə görüşlərinin keçirilməsi və bir sıra digər tədbirlər də  2018-ci ildə reallaşdırılacaq layihələr sırasındadır.

Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar burada ölkə səviyyəsində də mühüm layihələr həyata keçiriləcək. Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yekun hesabat tədbiri keçirildi.  Həmin tədbirdə Naxçıvanın növbəti uğura imza atması hər kəs tərəfindən alqışlandı. Gənclər Fondunun icraçı direktoru, həmçinin gənclər təşkilatlarının rəhbərləri, nümayəndələri bu il Naxçıvan şəhərində həm İslam mədəniyyətinin paytaxtı, həm gənclər paytaxtı istiqamətində layihələr həyata keçirmək istədiklərini bildirdilər. Düşünürəm ki, Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi digər bölgələrdəki gənclər təşkilatlarını Naxçıvana cəlb edəcək. Onların artıq Naxçıvanın da gənclər potensialından öz tədbirlərində istifadə etmək kimi niyyətləri var. Bu da muxtar respublikamızda yaşayan gənclərin özünüifadə etməsi, dünyagörüşünün artrılması istiqamətində müsbət mənada öz təsirini göstərəcəkdir.

“Biz yaratdığımız, qurduğumuz müstəqil Azərbaycan dövlətini gənclərə tapşırırıq. Bizim işimizi gənclər davam etdirməlidir.” Ümummilli liderimiz Heydər Əliyevin bu fikirləri Azərbaycan gəncliyinə göstərilən etimadın təzahürüdür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun da qeyd etdiyi kimi, Bu gün bizim qarşımızda bir vəzifə durur: Mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır.”

İnanırıq ki, bu il İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan Azərbaycanın “Gənclər Paytaxtı” kimi də, öz üzərinə düşən misiyyanı layiqincə yerinə yetirəcəkdir. Yaradılan şərait onu deməyə əsas verir ki, Gənclər Paytaxtı Naxçıvan bu adı uğurla doğruldacaq. İl ərzində həyata keçirilən tədbirlər gənclərin fəaliyyət imkanlarını  daha da genişləndirəcəkdir. İnkişafının şahidləri və iştirakçıları olaraq günü-gündən gəncləşən Naxçıvanımızla qürur duyur, “Gənclər paytaxtı” seçilən şəhərimizlə fəxr edirik. İrəli gənclər, yol sizindir!

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ