Bazar günü günü, 15 noyabr 2026
     

Qəbələ İslam turizm mərkəzi kimi ölkəyə turist axınında yeni mərhələ aça bilər…

Image


Bahadur Bilalov: “Qəbələnin İslam dünyasının turizm paytaxtı seçilməsi buraya gələn turistlərin sayının kəskin artmasına səbəb olacaq”
Həyat Məhərrəmova: “Qəbələ şəhərinin tarixi abidələri və bugünkü mənzərəsi turistləri özünə cəlb etməyə qadirdir”

 

Azərbaycanın bölgələri öz göstəricilərinə, sahib olduqları dəyərlərə, ənənələrə görə dünyanın diqqətini özünə cəlb edir. Azərbaycan İslam aləmində də böyük nüfuza malikdir. Bildiyimiz kimi, qədim zamanlardan bəri Azərbaycan islam dəyərlərinin yaşadıldığı, böyük qiymət verildiyi bir ölkədir. Azərbaycanın hər bölgəsində islam mədəniyyətinin silinməz izləri var.

Bu gün dünyanın diqqətində olan bölgələrimizdən biri Qəbələdir. Qəbələ şəhəri uzun illərdir bir sıra beynəlxalq tədbirlərin, festivalların keçirildiyi məkana çevrilib.

Qəbələ şəhərinin 2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməsi təqdirəlayiq haldır.

Məlumatlara görə, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm nazirlərinin X konfransının iclasında 2019-cu il "İslam dünyasının turizm paytaxtı" Dəkkə (Banqladeş) və 2020-ci il "İslam dünyasının turizm paytaxtı"nın isə Qəbələ olması qərara alınıb.

Qeyd edək ki, 2016-cı ildə "İslam dünyasının turizm paytaxtı" Konya olub. 2017-ci ildə isə bu şərəfli adı Mədinə daşıyıb , 2018-ci ildə bu status Təbrizə məxsusdur.

Qədim şəhərlərimzidən biri olan Qəbələnin 2020-ci il “İslam dünyasının turizm paytaxtı “ seçilməsini mütəxəssislər yüksək dəyərləndirirlər. 

Azərbaycan Turizim və Menecment Universitetinin kafedra müdiri, turizm üzrə mütəxəssis Bahadur Bilalov “Bakı-Xəbər”ə açıqlamasında Qəbələ şəhərinin 2020-ci il “İslam dünyasının turizm paytaxtı seçilməsinə müsbət yanaşdığını dedi: “Son dövrlərdə ölkə Prezidentinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkəmizdə qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Belə sahələrdən biri də turizmdir. Son 3 ildə Prezidentimiz tərəfindən turizmin inkişafını sürətləndirən onlarla sənəd qəbul edilib. Bütün bunların nəticəsidir ki, ölkəyə xaricdən, xüsusən də İslam dünyasından turist axını başlanıb. Məlumdur ki, Azərbaycanın dilbər guşəsi olan Qəbələdə aparılan tikinti-quruculuq işləri nəticəsində turizmin maddi-texniki bazası yaradılıb. Burada ilin bütün fəsillərində turistlərin qəbulu üçün şərait mövcuddur. Hesab edirəm ki, Qəbələnin İslam dünyasının turizm paytaxtı seçilməsi buraya gələn turistlərin sayının kəskin artmasına səbəb olacaq”.

Bahadur Bilalov bildirdi ki, turistləri yüksək səviyyədə qəbul etmək üçün əlaqədar təşkilatlar daha aktiv və işgüzar olmalıdırlar: “Sadəcə olaraq yerli turizm təşkilatları, otel sahibləri, restoran biznesi ilə məşğul olanlar bu məsələdə təkcə öz ciblərinin hayında olmamalı, məsələyə dövlətçilik baxımından yanaşmalıdırlar. Gələn turistlərə baha olmayan qiymətlərlə yüksək xidmət göstərilməlidir ki, onlar geri qayıtdıqdan sonra Azərbaycanın turizm ölkəsi kimi reklamçılarına, təbliğatçılarına çevrilsinlər”.

Tarixçi Həyat Məhərrəmova isə bildirdi ki, Qəbələ şəhəri Azərbaycanın tarixi şəhərlərindən biri kimi turistləri özünə cəlb edəcək. O qeyd etdi ki, Qəbələ şəhərinin 2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməsi Azərbaycan dövlətinin İslam aləmi üçün böyük dəyərə malik olduğunu və əhəmiyyət daşıdığını deməyə əsas verir: “Qəbələ şəhəri Azərbaycanın qədim şəhərlərindən biridir. Özü də paytaxtlarımızdan biri olub. Qəbələ şəhərinin tarixi abidələri və bugünkü mənzərəsi turistləri özünə cəlb etməyə qadirdir. Bu şəhərdə qədim və müasir dövrün ahəngi formalaşıb. Qəbələ şəhərinin 2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməsini təqdir edirəm. Hesab edirəm ki, bu şəhər bütün göstəricilərinə görə üzərinə düşən missiyanı layiqincə yerinə yetirəcək. Bilirsiniz ki, son on-on beş ildə Qəbələyə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir. Onlar burada keçirilən müxtəlif musiqi festivallarında iştirak edirlər. Beynəlxalq Qəbələ Musiqi Festivalı da bu şəhərimizdə keçirilir. Bu olduqca maraqlı bir festivaldır”.

O qeyd etdi ki, Azərbaycanda bütün ənənəvi, sağlam mədəniyyətlərin inkişafına şərait yaradılır. İslam mədəniyyətinin Azərbaycanın ayrılmaz parçası olduğunu qeyd edən tarixçi bildirdi ki, ölkəmizdə İslam dünyasına aid saysız dəyərlər var. “Azərbaycanda islam ənənələri əsrlərdir  formalaşıb. Ölkəmizin hər yerində böyük tarixə, əhəmiyyətə malik olan islam abidələri mövcuddur. Azərbaycan İslam dünyası üçün böyük əhəmiyyətə malikdir. Belə olmasaydı, Naxçıvan şəhəri 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” olmazdı, yaxud Qəbələ şəhəri 2020-ci il “İslam dünyasının turizm paytaxtı” seçilməzdi. Ölkəmiz tarixən islam dəyərlərinə sahib çıxıb və bu dəyərləri qoruyub, təbliğ edib, yaşadıb” - deyə tarixçi vurğuladı.

İradə SARIYEVA  



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ