Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan dilinin orfoepiya lüğəti ideyası ortaya çıxdı

Image


Buludxan Xəlilov: “Azərbaycan dilinin praktik işləkliyindəki problemlər orfoepiya lüğətinin olmamasından qaynaqlanır”

 

Azərbaycan dilinin orfoqrafiya qaydaları layihəsinin mətbuatda, eləcə də ölkə ictimaiyyətində geniş müzakirə edildiyi, hətta ətrafında böyük qalmaqallar yaşandığı vaxtda dilimizin orfoqrafiya qədər vacib, lakin unudulan əsas qaydalarından birini yadınıza salmaq istəyirik. Söhbət nəinki sadə vətəndaşların, ziyalıların, hətta dilçilərin belə o qədər də əhəmiyyət vermədiyi, tədqiqatdan kənarda saxladığı orfoepiya qaydalarından gedir.

Araşdırmamız nəticəsində məlum oldu ki, müstəqillik dövründə hələ ki, Azərbaycan dilinin vahid orfoepiya qaydaları yoxdur. Yəni bu sahədə kitab, vəsait nəşr edilməyib. Ötən əsrin 80-ci illərinin sonunda çap olunan orfoepiya qaydaları kitabı da dilimizin, şifahi nitqimizin, danışıq tərzimizin bugünkü vəziyyətini ifadə etmir.

Qeyd edək ki, orfoepiya dilçilik elminin ədəbi dilinin tələffüz normalarından və qayda-qanunlarından bəhs edən bir bölməsidir. Yeri gəlmişkən, vurğulayaq ki, orfoepiya sözü yunanca “düzgün”, “dürüst” mənasında olan orthos sözü ilə “danışıq”, “nitq” mənasında olan eros sözünün birləşməsindən əmələ gələn bir termindir.

Məlumdur ki, dilimizin lüğət tərkibinə daxil olan sözlərin müəyyən qrupu yazıldığı kimi tələffüz edilmədiyi kimi, əksinə, deyildiyi kimi də yazılmır. Məsələn, kitab (kitap), bağlayır (bağlıyır), iqtidar (iktidar), hikkə (hikgə), səcdə (səjdə), şəhərli (şəhərri), məxfi (məxvi) və s.

“Fonetika” bölməsində bəzi saitlərin uzun tələffüzü, (k) səsinin yazıda ifadəsi, qoşa saitli və qoşa samitli sözlərin yazılışı və tələffüzü, sözlərin sonunda cingiltili samitlərin yazılışı və tələffüzü, sonu “q” və “k” ilə bitən çoxhecalı sözlərin yazılışı və tələffüzü barədə müfəssəl məlumat verildiyindən, biz düzgün tələffüz üçün vacib olan bir sıra xüsusiyyətləri göstərməklə kifayətlənəcəyik.

Mütəxəssislər qeyd edirlər ki, indiyə qədər orfoepiya lüğətinin qaydalarının hazırlanaraq çap edilməməsi efirdə, ekranda, ictimaiyyətdə, məktəbdə müşahidə etdiyimiz danışıq dilinin pozulmasına səbəb olur.

Azərbaycan dilinin orfoepiya lüğətinin olmaması faktına münasibət bildirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, professor, dilçi-alim Buludxan Xəlilov indiyə qədər orfoepiya lüğətinin yaradılmamasını təəssüf hissilə qarşılayır. Bu sahənin diqqətdən kənarda qaldığını deyən B.Xəlilov hesab edir ki, bütün səyləri birləşdirib Azərbaycan dilinin orfoepiya lüğətini hazırlayıb nəşr etmək lazımdır: “Ümumiyyətlə, Azərbaycan dilinin qrammatikası indiyə qədər geniş şəkildə tədqiq olunub, öyrənilib, müxtəlif sahələrlə bağlı dissertasiyalar, dərs vəsaitləri yazılıb. Yəni bu sahədə uğurlarımız kifayət qədərdir. Ancaq Azərbaycan orfoepiyası sahəsində görüləcək işlərə çox böyük ehtiyac var. Vaxtilə orfoepiya sahəsində Əbdüləzəl Dəmirçizadənin, Əziz Əfəndiyevin xeyli xidmətləri olub. Amma bu sahədə geniş bir məktəb yaranmayıb. Dilçilik elminin elə sahələri var ki, orada böyük məktəb yaranıb, o məktəb xeyli işlər görüb. Ancaq Azərbaycan dilinin orfoepiyası ilə bağlı köklü işlər görülməlidir. Xüsusilə sözlərin düzgün tələffüz məsələsi bu gün öz aktuallığını itirməyən bir məsələdir. Həm orta məktəblərdə, həm ali məktəblərdə, həm də radio və televiziyalarda orfoepiya qaydalarına əməl edilməlidir. Bu, ümumiyyətlə, hər kəsin əməl etməli olduğu bir qaydadır. Orfoqrafiya qaydaları yazını tənzimləyir, sistemə salır. Ancaq düzgün tələffüz məsələsi sistemində qüsurlar daha çoxdur. Açıq deyək, bu problem ailədən, bağçadan, orta məktəbdən, ali məktəbdən, mövcud KİV-lərdən  başlayır. Bu səbəbdən də bu sahədə xeyli ciddi, köklü işlər görülməlidir. Həvəskar səviyyədə, bir az da mütəxəssis səviyyəsində müəyyən orfoepiya sözlükləri çap olunub. Məktəblinin orfoepiya sözlüyü nəşr edilib və s. Ancaq bunlar, bütövlükdə, dilin lüğət tərkibində olan sözlərin orfoepik lüğəti deyil. Açıq deyim, bu sahənin bir az praktik olduğundan ehtiyat edərək, ondan bir az uzaq düşmüşük. Ona görə də Azərbaycan dilinin orfoepiya sözlüyü yoxdur, lakin bu sözlüyün yaranmasına çox böyük ehtiyac var. Nəzərə almaq lazımdır ki, bir sıra sözlərin yazılışında qüsurlar var və bu da onların tələffüzündən qaynaqlanır. Bu problem özünü daha çox alınma sözlərdə göstərir. Etiraf etməliyik ki, Azərbaycan dilinin orfoepiya sözlüyü yaranmalıdır. Azərbaycan dilinin izahlı lüğəti var, bu da xüsusi tarixi ənənəsi olan bir lüğətdir. Azərbaycan dilinin tarixi ənənəsi olan orfoqrafiya lüğəti var. Bu lüğət bu il 7-ci dəfə nəşr ediləcək. Ancaq təəssüflər olsun ki, Azərbaycan dilinin orfoepiya sözlüyü Azərbaycan dilində olan bütün sözləri əks etdirmir”.

B.Xəlilov hesab edir ki, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsi respublikanın ali məktəblərinin filologiya fakültəsinin müvafiq şöbələri ilə bərabər Azərbaycan dilinin orfoepiya lüğətini hazırlamalıdır. B.Xəlilov qeyd etdi ki, biz mükəmməl orfoepiya sözlüyü hazırlamaq istəyiriksə, bu işə ciddi yanaşmalıyıq: “Onu da vurğulayım ki, bu sahədə işlər görülməlidir. Azərbaycan dilinin orfoepiya lüğətinin hazırlanması yalnız Dilçilik İnstitutunun tətbiqi dilçilik şöbəsinin imkanlarına uyğun məsələ deyil. Bura müvafiq ali təhsil müəssisələrinin filologiya fakültəsinin dilçiləri, kolleclərdə dərs deyən dilçi mütəxəssislər də qoşulmalıdır. Nəyə görə? Orfoepiya sözlüyü orfoqrafiya sözlüyü qədər çətin bir sözlükdür, lüğətdir. Əgər orfoqrafiya sözlərin düzgün yazılşını tənzimləyirsə, orfoepiya da sözlərin düzgün tələffüzünü tənzimləyir. Ona görə də orfoepiya lüğətinin hazırlanması ölkə dilçilərini bir araya gətirən işə çevrilməlidir. Təəssüflər olsun ki, bu işin çətinliyi bəzən mütəxəssislərin özünü də qorxudur. Açıq deyim ki, biz dövlət müstəqilliyi əldə etdikdən sonra dəfələrlə orfoepiya sözlüyünün çap edilməsi müzakirə mövzusu olub. Ancaq dilçilər bu ağırlıqdan çəkinərək hər zaman geri durublar və bu sahəni diqqət mərkəzindən kənarda saxlayıblar. Hesab edirəm ki, orfoepiya sözlüyü xüsusi bir layihə şəklində olmalıdır. Eyni zamanda da o layihənin işlənib hazırlanması, həyata keçməsi üçün orada xeyli mütəxəssislər çalışmalıdır. Onu da deyim ki, rus və digər dillərdə orfoepiya sözlüyü var. Bu çox vacib məsələdir, söz necə yazılır, necə tələffüz olunur və s. Bizdə bu istiqamətdə görüləcək işlər Azərbaycan dilinin praktik işləkliyinə xeyli zəmanət verə, danışıq dilimizi xeyli inkişaf etdirə bilər. Çünki Azərbaycan dilinin praktik işləkliyindəki problemlər orfoepiya lüğətinin olmamasından qaynaqlanır”.

Azərbaycan dilinin orfoepiya lüğətinin Sovet dövrü nəşrinə də toxunan B.Xəlilov bildirdi ki, o lüğət də özündə dilimizi tam olaraq ifadə etməyib. Onun sözlərinə görə, bu lüğət elə də mükəmməl olmayıb: “Hazırda orfoqrafiya lüğətinin 7-ci nəşri çapa hazırlanır. Belə olan təqdirdə orfoqrafiya ilə orfoepiya qoşa qanaddır. Ancaq orfoqrafiya lüğəti dəfələrlə çap olunur, orfoepiya lüğətinin isə belə nəşrlərini tapmaq mümkün deyil. Bu qoşa qanadın biri həmişə diqqət mərkəzində olub, o biri qanad isə diqqətdən yayınıb. Ona görə də bu istiqamət kənarda qalıb. Yazıda etdiyimiz qüsurlar mükəmməl orfoepiya lüğətinin olmamasından qaynaqlanır. Çünki orfoepiya lüğəti yarandıqdan, çap olunduqdan sonra düzgün yazı və düzgün deyiliş bir-birini tamamlayacaq. Bu da dilin düzgün tətbiqinə geniş imkan, şərait yaradacaq”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ