çərşənbə günü, 30 sentyabr 2026
     

Gənclər siyasəti DİO-da uğurla davam etdirilir

Image


Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. ölkəmizdə gənclərlə iş sahəsində, onların inkişafına təkan verən, cəmiyyətdə özlərini təsdiq etməsində böyük əhəmiyyəti olan tədbirlər həyata keçirilir.

Elə bu faktı nəzərə alaq ki, MDB məkanında və Şərqi Avropa ölkələri arasında gənclər günü ilk dəfə Azərbaycanda qeyd olunub. Hər il 2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Gənclərə göstərilən yüksək diqqət və qayğının nəticəsi olaraq ulu öndər Heydər Əliyev bu barədə müvafiq sərəncam imzalayıb. Aradan ötən müddətdə bu siyasət daha da davam və inkişaf etdirilib. 

Dövlət başçımız tərəfindən “Azərbaycan gəncləri 2017-2021-ci illər” Dövlət Proqramının təsdiq olunması barədə imzalanmış Sərəncam gənclərlə bağlı üçüncü Dövlət Proqramıdır. Gənclərlə bağlı ardıcıl olaraq bu qədər proqramların qəbul edilməsində də dövlətimiz liderlik mövqeyini qoruyub saxlayır.

Dövlət Proqramının müvafiq bəndinə əsasən, sənədin əhatə etdiyi dövrdə hər il ölkənin bir rayon və ya şəhərinin "Gənclər Paytaxtı" elan edilməsi nəzərdə tutulub. Bu münasibətlə onlayn səsvermədə iştirak edən gənclər Naxçıvan şəhərinə daha çox səs veriblər, bununla da qədimliyin və müasirliyin harmoniyasında yenidən qurulan bu möhtəşəm şəhəri 2018-ci ildə “Gənclər paytaxtı” olmağa layiq ən ideal məkan hesab etdiklərini nümayiş etdiriblər.

Hazırda Azərbaycan gəncləri vətənpərvər, yüksək intellektli, milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, dövlətə və Vətənə sadiq olmaqla yanaşı, ictimai-siyasi məsələlərlə bağlı əsl vətəndaşlıq mövqeyindən çıxış edərək yüksək fəallıq və təşəbbüskarlıq göstərirlər. Ötən il 160-dan çox ölkədən nümayəndələrin iştirakı ilə Dünya Skaut Təşkilatının 41-ci konfransının Azərbaycanda təşkili Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunun bariz nümunəsidir.

Ümummili lider və onun uğurlu siyasətinin layiqli davamçısı, möhtərəm Prezident İlham Əliyev ölkəmizin gələcəyinin intellektli, sağlam təfəkkürlü, geniş dünyagörüşlü, dərin bilikli, mükəmməl təhsil almış, dövlətçiliyə sadiq, vətənpərvər gənclərdən asılı olduğunu çıxış və nitqlərində dəfələrlə vurğulamış, belə gənclərin hər zaman dövlət idarəçiliyində daha geniş şəkildə təmsil olunmaları üçün tövsiyə və tapşırıqlarını verib.

Dövlət gənclər siyasəti daxili işlər orqanlarında da  layiqincə yerinə yetirilir. Kadrların hazırlıq səviyyəsinin artırılması, gənc əməkdaşlara lazımi diqqət və qayğı göstərilməsi, onların bacarığına, peşəkarlığına, dövlətçiliyə sədaqətlərinə görə irəli çəkilmələri DİN rəhbərliyinin fəaliyyətində ən ümdə istiqamətlərdən və daim nəzarətdə saxlanılan məsələlərdəndir.

Bunun nəticəsidir ki, son illər minlərlə belə gənc əməkdaş şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında daxili işlər orqanlarında xidmətə qəbul olunub, dövlətə və xalqa sədaqətlə xidmət edir.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov daxili işlər orqanlarında xidmətə qəbul olunan gənclərlə görüşlərində bu istiqamətdə ulu öndərin və dövlət başçısının müdrik tövsiyələrinin və göstərişlərinin layiqincə yerinə yetirildiyini, gənclərə dövlət qayğısının davamlılığını xüsusi qeyd edir, onlara bilik və bacarıqlarını, təcrübələrini daim artırmalarını, ekstremal hallarda müstəqil qərar qəbul edə bilmələrini, müasir dövrün tələblərinə və çağırışlarına cavab vermələrini, daim öz üzərlərində işləmələrini, ən müasir informasiya texnologiyalarına yiyələnmələrini və praktikada fəal şəkildə tətbiq etmələrini, insan və vətəndaş hüquq və azadlıqlarına, onların şərəf və ləyaqətinə hörmətlə, həmçinin vətəndaşların müraciətlərinə xüsusi diqqət və həssaslıqla yanaşmalarını tövsiyə edir.

Hazırda DİN-də xidmətin daha müasir tələblər səviyyəsində qurulması üçün yeni xidmət sahələri yaradılıb. Burada geniş tətbiq olunan informasiya kommunukasiya texnologiyaları ilə işləyən gənclər asayişin, təhlükəsizliyin təminində yüksək nəticələr əldə edirlər.

Gənc əməkdaşlarımız həm də beynəlxalq miqyaslı yarışlarda, Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında dəfələrlə fərqlənib, ölkəmizin idman şərəfini layiqincə qoruyublar.

Gənc əməkdaşların elmi-praktiki fəaliyyətdə uğurlar qazanmasına da daim lazımi diqqət yetirilir. Onların hüquqi biliklərinin artırılması, daha peşəkar və hazırlıqlı əməkdaş kimi formalaşmaları üçün DİN-in Polis Akademiyasında güclü elmi baza yaradılıb.

Gənc əməkdaşlar onlara olan inama, göstərilən diqqət və qayğıya cavab olaraq asayişin, sabitliyin qorunması üçün səy və bacarıqlarını əsirgəmədən çalışır, uğur və nailiyyətlərini daha da artırır, istər xidmət, istərsə də texnologiyalar, elmi-nəzəri, praktik sahədə əldə etdikləri göstəricilərlə dəyərli töhfələr verir, bir sözlə, etimadı layiqincə doğruldurlar.

Natiq CAVADOV
Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşları 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

28.09.2026 / 23:21
Trampdan Cinpinə təəccüblü təklif – bizdən silah almaq istəyirsiniz?...

28.09.2026 / 23:05
Senator Kennedi Trampı Hörmüz boğazında gərginliyi artırmağa çağırdı...

28.09.2026 / 22:37
Paşinyan hökuməti kilsəni siyasətdən kənarlaşdıran 74 səhifəlik sənəd hazırladı...

28.09.2026 / 22:22
Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

28.09.2026 / 22:08
Tramp Rusiya ilə sülh hədəfini dəyişdi - Zelenski “Patriot”ları aldı...

28.09.2026 / 21:52
Azərbaycan 44 günə bitirdi - Rusiyanın Ukraynada ilişməsinin müqayisəli kökləri...

28.09.2026 / 21:37
Bərələr Azərbaycanın rolunu daha da gücləndirdi...

28.09.2026 / 21:25
Netanyahunun seçki məğlubiyyəti qaçılmaz ola bilər - İsraildə seçkiqabağı rəy sorğusu...

28.09.2026 / 21:10
Çindən 6 min kilometr dəmiryolu İran üçün nə deməkdir...

28.09.2026 / 20:57
Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

28.09.2026 / 20:43
Azərbaycanda dollar-manat kursu dəyişməyəcək - Prezident sözünü qəti dedi...

28.09.2026 / 20:30
Azərbaycanın xarici siyasətinə Türkiyə iqtidarının müdaxilə cəhdi iflas etdi...

28.09.2026 / 20:25
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyinin rəhbəri vəzifəsindən azad edildi

28.09.2026 / 20:18
Britaniyada katolik-protestant toqquşmaları başladı...

28.09.2026 / 20:05
Fransua Olland Fransa prezident seçkilərində iştirak edəcəyini istisna etmədi...

28.09.2026 / 19:48
Qarabağ arxeoloji mədəniyyətlər qovşağında: Professor Hidayət Cəfərovun tədqiqatları timsalında

28.09.2026 / 19:36
Tramp İrana elə sözlər dedi ki... Müharibədə “qan su yerinə axacaq”...

28.09.2026 / 19:23
ABŞ-la Avropanın yanacaq “müharibəsi” başlanır...

28.09.2026 / 19:22
Ermənistanın İctimai Televiziyası üzr istədi - 27 sentyabrda konsert yayımladığına görə…

28.09.2026 / 19:03
Şuşada avtomobil tankəleyhinə minaya düşdü, sürücü xəsarət aldı

28.09.2026 / 18:45
Vüqar Rəhimzadə: Azərbaycan uğurlu iqtisadi inkişaf modeli ilə qlobal sərmayə üçün etibarlı və cəlbedici tərəfdaşdır

28.09.2026 / 18:40
Hindistan etirazlarla çalxalanır - hakim partiyanın şok fırıldaqları üzə çıxdı...

28.09.2026 / 18:31
Hacıbaba Babayev Gədəbəyin icra başçısı təyin edildi

28.09.2026 / 18:28
Naftalan şəhərinə icra başçısı təyin edildi

28.09.2026 / 18:26
Qaradağ rayonuna yeni icra başçısı təyin edildi

28.09.2026 / 18:21
Azərbaycan və Gürcüstan arasında süni kilsə mübahisəsi niyə qızışdırılır?

28.09.2026 / 18:12
“Vyanadan Bakıya” – Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

28.09.2026 / 18:04
Mingəçevir Dövlət Universiteti ilə “Mingəçevir Tekstil” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

28.09.2026 / 17:36
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ