Bazar günü günü, 15 noyabr 2026
     

Bakıda Cumhuriyyət bağı...

Image


Firdovsiyyə Əhmədova: “Müstəqil dövlətimizin milli maraqlarına uyğun olaraq cumhuriyyətimizin 100 illiyinin qeyd edildiyi ərəfədə belə bir addımın atılması...”
Vaqif Abışov: “Sahil bağı”nın Cumhuriyyət bağı adlandırılması təklifi çox müsbətdir və təqdirəlayiqdir”

 

1918-ci ildə qurulan Azərbaycan Xalq Cumhuriyyəti (AXC) dövlət müstəqilliyimiz tarixində əvəzsiz rola malikdir. 23 ay ömrü olan, lakin fəaliyyət göstərdiyi müddətdə azadlıq, hürriyyət sevdasını insanların qəlbində alovlandıran Azərbaycan Xalq Cumhuryyətinin bu il 100 yaşı tamam olur. 1991-ci ildə dövlət müstəqilliyi qazanan Azərbaycan Respublikası böyük fəxr hissi ilə özünü AXC-nin varisi elan etdi. Bu gün 27 yaşlı gəncAzərbaycan Respublikası AXC-nin varisi olaraq XX əsrdə yaranan ilk müstəqil dövlətimizin bütün atributlarına sahib oldu. Azərbaycan dövləti AXC ənənələrini layiqincə davam etdirir.

Məlum olduğu kimi, yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və 2018-ci ilin Cumhuriyyət ili elan olunması ilə bağlı Sərəncam imzalayıb. Prezident İlham Əliyevin Sərəncamını ölkə ziyalıları, ictimaiyyət nümayəndələri, eləcə də cumhuriyyət qurucularının doğmaları böyük rəğbətlə qarşılayıblar.

2018-ci ilin Cumhuriyyət ili elan edilməsi həqiqətən də dövlətçilik tariximizə, AXC qurucularının işıqlı əməl və ideyalarına, onların ruhuna diqqət və sayğının təzahürüdür.

2018-ci ilin Cumhuriyyət ili elan edilməsi ictimaiyyət və ziyalılar tərəfindən bir sıra təkliflərin meydana çıxmasına şərait yaratdı. Bu təkliflərdən biri “Sahil bağı”nın Cumhuriyyət bağı elan edilməsi ilə bağlıdır. Ölkə ziyalıları və ictimaiyyət nümayəndələri arzu edirlər ki, “Sahil bağı” Cumhuriyyət bağı adlandırılsın. Digər fikirlərdə isə bu bağın Cumhuriyyət bağı adlandırıldıqdan sonra bura AXC ideoloqlarının, qurucularının büstlərinin qoyulması təklif olunur.

Qeyd edək ki, indiki “Sahil bağı” Sovet dövründə “26-lar bağı” adlandırılıb və burada Bakı Kommunası üzvlərinin bir qisminin cəsədləri basdırılmışdı. Bir neçə il əvvəl 26-lara aid abidə bağdan söküldü və oradan 26-lara aid cəsədlər başqa yerə köçürüldü. Həmin vaxt o da məlum oldu ki, heç də 26 nəfərin hamısı burada dəfn edilməyib.   

DİA-nın tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bizimlə söhbətində bildirdi ki, “Sahil bağı”nın Cumhuriyyət bağı elan edilməsi müsbət hal olardı. O qeyd etdi ki, indiyə qədər “Sahil bağı”nın Cumhuriyyət bağı adlandırılması təklifi çox səsləndirilib və Milli Məclisdə də bu məsələnin gündəmə gətirilməsi təqdirəlayiqdir: “Sahil bağı” Bakının mərkəzində yerləşən bir bağdır. Bura şəhər sakinlərinin, eləcə də xarici qonaqların mütəmadi olaraq gəzişdiyi, istirahət etdiyi bir məkandır. Bu baxımdan, şəhərin mərkəzində Cumhuriyyət bağının olması təbiidir. Bu bağın Cumhuriyyət bağı adlandırılması məqsədəuyğun olardı. Ancaq son 100 ilə nəzər salsaq görərik ki, o bağ siyasi-ideoloji amillərdən asılı olaraq bir neçə dəfə ad dəyişikliyinə uğrayıb. Müstəqil dövlətimizin milli maraqlarına uyğun olaraq, cumhuriyyətimizin 100 illiyinin qeyd edildiyi ərəfədə belə bir addımın atılması, təbii ki, gözləniləndir”.

F.Əhmədovanın fikrincə, “Sahil bağı”nın ərazisi kiçik olduğundan, gərək ora elə rekonstruksiya olunsun ki, cumhuriyyətlə bağlı bütün məqamlar orada əks olunsun: “Bu bağda nəzərdə tutulan kompleks tədbirlərin həyata keçirilməsi məsələsinə gəlincə, bura cumhuriyyət qurucularının xatirəsinə kompleksin ucaldılması, onların büstlərinin qoyulması baxımından imkanvericidir. Ancaq yerin kiçikliyi orada xatirə muzeyinin və s. yaradılması baxımından məhdudiyyət təşkil edir. Bütün hallarda, yubiley ərəfəsində şəhərin mərkəzində belə bir layiqli parkın salınması baxımından yer məhdudiyyəti var, ona görə də “Sahil bağı” daha münasibdir. Bu bağın Cumhiriyyət bağı adlandırılması təqdirəlayiq olardı”.

Bu məkanda Xalq Cumhuriyyəti qurucularına abidə ucaldılmalı olduğunu deyən tarixçi bildirdi ki, o abidə üzərində cumhuriyyət qurucularının hər birinin adları qeyd edilməlidir. “Bu bağ Cumhuriyyət bağı adlandırılacaqsa, onun dizaynı düzgün seçilməlidir. Əgər bu bağ Cumhuriyyət bağı olacaqsa, 28 Maya çox az vaxt qalıb, görüləcək işlərə başlanmalıdır. Yəni cumhuriyyətin 100 illik təntənəli yubileyinə qədər həmin ərazidə rekonstruksiya işləri aparılsın və cəmiyyətimizin arzuladığı işlər həyata keçirilə bilsin. Təbii ki, cumhuriyyətin adına layiq ola biləcək bağ şəhərin mərkəzində olmalıdır. Bu nöqteyi-nəzərdən də məhdud məkan olsa da, həmin bağın seçilməsi əlverişlidir, məqsədəuyğundur”- deyə F.Əhmədova qeyd etdi.

Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışovun da “Bakı-Xəbər”ə verdiyi açıqlamaya görə, “Sahil bağı”nın Cumhuriyyət bağı adlandırılması təqdirəlayiq addım olardı: “Bu barədə bir neçə dəfə təkliflər səsləndirilib. Bu bağın Cumhuriyyət bağı adlandırılması ideyasına müsbət yanaşıram. Bilirsiniz ki, yanvarın əvvəllərində Prezident İlham Əliyev həm Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinin qeyd edilməsi, həm də 2018-ci ilin Cumhuriyyət ili elan edilməsi ilə bağlı Sərəncam imzalayıb. Hesab edirəm ki, həm cumhuriyyətin 100 illiyi, həm də tarixi ədalətin bərpa edilməsi baxımından Cumhuriyyət bağı yaradılmalıdr. Məlumdur ki, Azərbaycan Xalq Cumhuriyyəti dövlətçilik tariximizdə mühüm yer tutur. AXC-nin bütün dövlətçilik atributlarına müstəqil Azərbaycan dövləti sahibdir. O da məlumdur ki, müstəqil Azərbaycan dövləti 1918-ci ildə yaradılan AXC-nin varisidir. Bu baxımdan “Sahil bağı”nın Cumhuriyyət bağı adlandırılması müsbət hal olardı”.

V.Abışov bildirdi ki, bu bağa Cumhuriyyət adı verilirsə, orada Xalq Cumhuriyyəti qurucularının xatirəsinə abidə də ucaldılmalıdır. Onun sözlərinə görə, bağda hər bir element AXC-yə bağlı olmalıdır: “Bu bağdan keçən məktəblilər, tələbələr, xarici qonaqlar bağla maraqlanarkən onlar o abidənin, xatirə lövhəsinin üzərinə yazılan məlumatdan AXC qurucuları haqqında bilgiyə sahib olarlar. O bağda cumhuriyyət qurucularının büstləri də qoyula bilər. Bu təklif də dəfələrlə gündəmə gətirilib. Hesab edirəm ki, bağda onların  büstləri də ucaldılmalıdır. Gənclərimiz, xarici qonaqlar o bağa gedib onların büstlərini də ziyarət etməlidirlər. Bu baxımdan hesab edirəm ki, “Sahil bağı”nın Cumhuriyyət bağı adlandırılması təklifi çox müsbətdir və təqdirəlayiqdir” .

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ