Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan bələdiyyələrinin mədəni-kütləvi tədbirlər keçirməsi də unudulmuş sahədir…

Image


İlqar Hüseynli: “Hansısa bir bələdiyyənin mədəni-kütləvi tədbir keçirməsi, festival təşkil etməsi, sərgi açması üçün maliyyə lazımdır”
Təranə İsayeva: “Bələdiyyələrin hər biri festivallar təşkil etməli, mədəni-kütləvi tədbirlər keçirməlidir”
“Qardaş Türkiyədə bələdiyyə qurumları tərəfindən hər ay müxtəlif folklor festivalları, mədəni tədbirlər, aşıqlar, musiqiçilər yarışması keçirilir”

 

Azərbaycanda uzun illərdir bələdiyyə institutu yaradılıb. Lakin bələdiyyələr ölkənin sosial-mədəni həyatında elə də böyük rol oynamırlar. Respublikamızda hər rayonun, hər kəndin öz bələdiyyəsi olmasına baxmayaraq, bəzi istisnaları nəzərə almasaq, bələdiyyələr mədəni-kütləvi tədbirlər keçirməyib.

Halbuki, bələdiyyələrin statusuna daxil olan məsələlərdən biri onların mədəni-kütləvi tədbirlər keçirmək səlahiyyətinə malik olmaları ilə bağlıdır. Bələdiyyələr müxtəlif musiqi festivalları, olimpiadalar və s. keçirməli olduqları halda, bu sahədə heç bir iş görmürlər.

Məlumdur ki, qardaş Türkiyə Cumhuriyyətində bələdiyyələr beynəlxalq mədəni-kütləvi tədbirlər, festivallar, yarışmalar, elmi-bədii tədbirlər keçirirlər. Lakin qeyd etdiyimiz kimi, bizdə bu sahədə nümunələr, demək olar ki, yoxdur.

Bələdiyyə üzrə ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, bələdiyyələrin festivallar, mədəni tədbirlər, konsert proqramları təşkil etməməsinin bir neçə səbəbi var. Onun sözlərinə görə, bu, ilk növbədə, yerli bələdiyyələrin maddi dayaqlarının zəif olması ilə bağlıdır. Əslində isə bələdiyyələrin mədəni-kütləvi tədbirlər, sərgilər, konsertlər təşkil etməli olduğunu deyən İ.Hüseynli hesab edir ki, əgər bələdiyyələrin maliyyə imkanları yetərincə olarsa, onlar bu tədbirləri keçirə bilərlər: “Qeyd etdiyim kimi, bələdiyyələr tərəfindən bu tədbirlərin təşkil edilməməsinin bir neçə səbəbi var. Onlardan biri də maliyyə ilə bağlıdır. Hansısa bir bələdiyyənin mədəni-kütləvi tədbir keçirməsi, festival təşkil etməsi, sərgi açması üçün maliyyə lazımdır. Bu kimi məsələlər maliyyəsiz həll olunmur. Banerlərin çapı, bayraqların hazırlanması, tədbirə dəvət ediləcək qonaqların, musiqiçilərin xərcləri və s. bələdiyyənin üzərinə düşür. Azərbaycan bələdiyyələrinin maddi-iqtisadi vəziyyəti o səviyyədə deyil ki, onlar bu tədbirləri təşkil edə bilsinlər. Bələdiyyələrin statusuna nəzər salsaq görərik ki, onların bütün mədəni-kütləvi tədbirlər keçirmək səlahiyyətləri nəzərdə tutulub”.

Türkiyədə bələdiyyələrin mədəni-kütləvi tədbirlər təşkil etməsinə toxunan müsahibimiz bildirdi ki, bu ölkənin bələdiyyələrinə dövlət büdcəsindən vəsait ayrılır, bizim bələdiyyələrə isə ayrılmır: “Türkiyə bələdiyyəsinin büdcəsinə dövlət büdcəsindən 6 faiz vəsait ayrılır. Bizdə isə elə deyil, bələdiyyənin gəlirləri camaatdan yığılan pullar hesabınadır. Bu isə o tədbirləri keçirməyə kifayət etmir”.

Mədəniyyətşünas Təranə İsayevanın sözlərinə görə isə bələdiyyələr özləri bu işdə maraqlı deyillər. O hesab edir ki, bu gün yerli bələdiyyələrin bir çoxunun o tədbirləri keçirmək imkanları var, sadəcə, bu işə qoşulmaq istəmirlər: “Bələdiyyələrin hər biri festivallar təşkil etməli, mədəni-kütləvi tədbirlər keçirməlidirlər. Ancaq bizim bələdiyyələr bu işə qətiyyən maraq göstərmirlər. Neçə dəfələrlə müxtəlif mədəniyyət qurumları bələdiyyələrə kitab sərgiləri keçirmək, festivallar, konsertlər təşkil etməklə bağlı müraciət ediblər, lakin onlar deyiblər ki, pulumuz yoxdur. Bələdiyyələrin bu tədbirləri keçirməyə marağı olsa, onlar bunun üçün sponsor dəstəyindən də istifadə edə bilərlər. Bildiyim qədər, bu bələdiyyələr içində Rəsulzadə Bələdiyyəsi mədəni-kütləvi tədbirlər sahəsində aktivdir. Yəni bu bələdiyyə müəyyən tədbirlər keçirir. Bizim musiqiçilər tez-tez xaricdə keçirilən festivallara qatılırlar. Qardaş Türkiyədə bələdiyyə qurumları tərəfindən hər ay, demək olar ki, müxtəlif folklor festivalları, mədəni tədbirlər, aşıqlar, musiqiçilər yarışması keçirilir. Digər ölkələrdə də yerli özünüidarə qurumları tərəfindən yumor, teatr festivalları, eləcə də musiqi tədbirləri keçirilir”.

T.İsayeva vurğuladı ki, bələdiyyələr özləri mədəni-kütləvi tədbirlərin keçirilməsində maraqlı olmalıdırlar. O hesab edir ki, bələdiyyə qurumlarının özlərinin mədəniyyət ocaqları, kino mərkəzləri,  konsert zalları, dərnəkləri olmalıdır. Lakin bizdə bələdiyyələrin bu kimi işlərə maraq göstərmədiyini deyən ekspert bildirdi ki, bələdiyyələrin bu sahədə fəaliyyət göstərməməsi mənfi haldır. “Türkiyədə bələdiyyələrin özünün teatrı, mədəniyyət ocaqları, elmi-mədəni kütləvi tədbirlər keçirilməsi üçün xüsusi yerləri, məkanları var. Bizdə isə bələdiyyələrin nəzdində heç bir mədəniyyət ocağı yoxdur. Dövlət bələdiyyələrə hər zaman dəstək verir. Bu qurumların əlində böyük səlahiyyətlər var. Sadəcə, onlar bundan istifadə etmək istəmirlər. Mənə elə gəlir ki, Azərbaycanı tanıtmaq, təbliğ etmək üçün insanda böyük vətənpərvərlik sevgisi olmalıdır. Bu olmayanda adam onlardan başqa şey uma bilmir. Bu gün ölkədə keçirilən bütün beynəlxalq və yerli mədəniyyət tədbirləri, sərgilər, mərasimlər dövlət dəstəyi ilə baş tutur. Bu işə bələdiyyələr də qoşulsa, çox yaxşı olar”- deyə T.İsayeva bildirdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ