Məzarlıqlarla bağlı qaydalar yaxın vaxtlarda təsdiqlənəcək. Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov deyib.
O qeyd edib ki, məzarlıqlarla bağlı qaydaların son variantı ilə bağlı müxtəlif yanaşmalar olub: "Bununla əlaqədar bütün fərqli baxışlar uyğunlaşdırılıb. Yaxın vaxtlarda sənəd imzalanacaq".