Bazar günü günü, 15 noyabr 2026
     

Orta məktəblərdə summativ sualları ətrafında ziddiyyətli vəziyyət…

Image


Kamran Əsədov: “Təhsil Nazirliyi ölkədə fəaliyyət göstərən 4500 məktəbin heç birinə KSQ, BSQ sualları göndərmir”
“Summativlərin bütün məsuliyyəti tədrisi həyata keçirən müəllimin üzərinə düşür”

 

Orta ümumtəhsil məktəblərində summativ qiymətləndirmə prosesi həyata keçirilir. 1-ci sinifdən tutmuş, 11-ci sinif şagirdlərinə qədər summativ yazırlar. Əksər hallarda KSQ (kiçik summativ qiymətləndirmə) və BSQ-lərin (böyük summativ qiymətləndirmə) suallarını cavablandırmaq şagirdlər üçün elə də asan olmur.

Çox vaxt onlar deyirlər ki, KSQ və BSQ-yə düşən suallar arasında dərsliklərdə olmayan mövzulara da rast gəlirlər. Bu, şagirdlərin o sualları lazımi səviyyədə cavablandırmasında problemlər yaradır. Mətnlərdə suallar olduqca mürəkkəb dildə ifadə olunur. Şagird oxuduğunu anlaya bilmir. Bunun səbəbini müəllimlərdən soruşduqda onların bir çoxu valideynlərə deyirlər ki, KSQ və BSQ sualları Təhsil Nazirliyində hazırlanır. Yəni müəllimlər KSQ və BSQ suallarının hazırlanmasından xəbərsiz olurlar. 

Bu arada yerli mətbuatda yayılan məlumatlara görə, ümumiyyətlə, summativlər yığışdırılacaq. Hələ bu reallaşmayıb. Əsas məsələ KSQ və BSQ suallarının ibtidai sinif müəllimləri və fənn müəllimləri tərəfindən hazırlanmasıdır. Çünki onlar siniflərin, şagirdlərin vəziyyətini, bilik səviyyəsini, qavrama qabiliyyətini yaxşı bilirlər. Bu səbəbdən də summativ suallarını onların biliyinə, səviyyəsinə, xarakterinə uyğun qoya bilərlər.

KSQ və BSQ suallarının hansı səbəbdən fənn müəllimləri və ibtidai sinif müəllimləri tərəfindən hazırlanmamasının səbəblərini araşdırmaq məqsədilə ekspertlərlə əlaqə saxladıq. Ekspertlər bildirdilər ki, summativ suallarına Təhsil Nazirliyi ümumiyyətlə müdaxilə etmir, suallar müəllimlər tərəfindən hazırlanır. Ekspertlərin fikirləri bizdə təəccüb yaratdı. Bəs onda nə üçün bir çox müəllimlər valideynlərə “KSQ və BSQ sualları nazirlik tərəfindən hazırlanır” deyirlər?

Tanınmış təhsil eksperti Kamran Əsədov bizimlə söhbətində bildirdi ki, müəllimlərin əksəriyyəti KSQ və BSQ suallarını ordan-burdan köçürdüyü, götürdüyü üçün, valideynlərin fikrini yayındırmaq istəyirlər. O qeyd etdi ki, summativ sualları müəllimlər tərəfindən hazırlanır: “Azərbaycan ümumtəhsil məktəbləri 2008-2009-cu tədris ilindən etibarən yeni təlim standartları ilə, yəni kurikulum tədris standartları ilə təhsil prosesini qurmağa başlayıblar. Yəni biz artıq yaddaş məktəbindən təfəkkür məktəbinə keçmişik. Bu gün şagirdlər faktları deyil, faktlardan çıxan nəticələri öyrənib, müqayisə edib, tətbiq edib nəticə çıxarmalıdırlar. Ancaq bunun üçün də ilk növbədə müəyyən edilən vaxt ərzində bacarığa çevrilmiş biliklər summativdə ifadə olunur. Yəni KSQ-lər, BSQ-lərdir. Orta məktəbdə biliklərin qiymətləndirilməsi zəruridir. Biz 10 ildir kurikuluma keçmişik. Hələ də Təhsil Nazirliyi tərəfindən orta məktəblər üçün dövlətin tələb etdiyi standartlara uyğun test tapşırıqları bankı formalaşmayıb. Ölkəmizdə 4500 orta ümumtəhsil məktəbi var, burada 1,6 milyon şagird təhsil alır, onlara 151 min müəllim dərs deyir. 151 min müəllim hər 5-6 həftədən bir şagirdlərə KSQ, BSQ yazdırırlar. Test suallarını nazirlik deyil, müəllimlər özləri hazırlayırlar. Əgər müəllim deyirsə ki, bizə Təhsil Nazirliyi tərəfindən müəyyən edilən standartlar çərçivəsində test tapşırıqları, imtahan sualları gəlir, bu tamamilə yanlışdır. Təhsil Nazirliyi ölkədə fəaliyyət göstərən 4500 məktəbin heç birinə KSQ, BSQ sualları göndərmir. KSQ-lər tədrisi həyata keçirən müəllimlər, BSQ-lər isə məktəb direktorlarının nəzarəti altında yenə də müəllimlər tərəfindən hazırlanır. Summativlərin bütün məsuliyyəti tədrisi həyata keçirən müəllimin üzərinə düşür.

Orta ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirməyə dair təlimatda göstərilib ki, KSQ-lər tədrisi həyata keçirən müəllim tərəfindən hazırlanır. Sizin dediyiniz kimi, yalnız o, sinifdə təhsil alan şagirdin bilik və bacarıqlarını bilir. Bu faktdır. Ancaq bizim orta məktəb müəllimlərinin əksəriyyəti nə edirlər? Bu, müəllimlərimizin 90 faizinə aiddir. Sosial şəbəkələrdə müəyyən qruplar var. Məsələn, tarix müəllimləri qrupu, Azərbaycan dili müəllimləri qrupu, ibtidai sinif müəllimləri qrupu və s. Tutalım, Bakıda bir müəllim KSQ-ni hazırlayır və həmin qrupda yerləşdirir, respublika müəllimlərinin də əksəriyyəti summativ tapşırıqlarını oradan götürür. Onlar heç bir əziyyət çəkmədən hazır məhsulu əldə edirlər. Bu da standartlara cavab verməyən məhsuldur. Bir müəllimin beyninin məhsulu olan test tapşırıqlarını digər müəllimlər şagirdlərə işlədirlər”.

K.Əsədov qeyd etdi ki, şagirdlərin orta məktəbdə keçirilən KSQ-dən, BSQ-dən yorulmasının, bezməsinin əsas səbəbi müəllimlər və məktəb rəhbərliyi tərəfindən onlara verilən test nümunələrinin heç birinin dövlətin təhsil standartı olan kurikulumun tələblərinə uyğun olmamasıdır. “Buna misal üçün 2017-ci ilin mart ayında Dövlət İmtahan Mərkəzinin ilk dəfə olaraq 9 il ərzində kurikulum çərçivəsində dərs keçmiş şagirdlər üçün buraxılış imtahanlarının nəticələrini göstərmək istəyirəm.  Məlum oldu ki, imtahanda iştirak edən şagirdlərin 75 faizi imtahandan 2 aldı. Aydın oldu ki, bizim uşaqlara ənənəvi test tapşırıqları verilib. Yəni bizim müəllimlərimizin çoxu əziyyət çəkmək istəmirlər. Düzdür, buna əməkhaqqı və digər tələblər təsir göstərə bilər. Ancaq əməkhaqqı o müəllimləri qane etmirsə, onlar camaatın övladlarını bədbəxt etməsinlər, gedib başqa işlə məşğul olsunlar. Amma müəllim dərs keçirsə, mütləq dövlətin tələb etdiyi standartlara uyğun test tərtib etməlidir. Bunu dövlət tələb edir ki, mənim gəncim bu bilik və bacarığa, kompetensiyalara malik olsun. Ancaq bəzi müəllimlər uşaqları bədbəxt edirlər. Siz istənilən məktəbə gedin və tərtib edilən test tapşırıqlarına baxın. Bütün suallar bir neçə variantlıdır. Belə olmamalıdır. Dövlətin öz standartı var ki, şagird 1-ci sinfin 1-ci yarımilində, yaxud sonunda biliklə yanaşı, musiqi, idman, təsviri incəsənətlə bağlı bacarıqlara da yiyələnməlidirlər. Ancaq bizim məktəblərdə belə deyil” - deyə K.Əsədov qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ