Bazar günü günü, 15 noyabr 2026
     

Şərəfli və fədakar ömür yaşadı...

Image


Hörmət, ehtiramsız bir anın olmur,
Kim deyər adını tutanın olmur,
Şəhidlər tək bircə atanın olmur,
El çəkir bu qəmi, bu dərdi, Zahid!

 

Bu misralar şair Mədət Məhbubun Daxili Qoşunların şəhid zabiti baş leytenant Mahmudov Zahid Alı oğluna həsr etdiyi şeirdəndir. Həmin şeir 1996-cı ildə “Dəli Kür” qəzetində dərc olunub. M.Məhbubun şəhid həmkəndlisi haqqında qələmə aldığı şeirdə vurğulanan dəyişməz bir həqiqət var - şəhidlər el yaddaşında heç vaxt unudulmur!

Zahid Mahmudov 1955-ci il may ayının 18-də Qazax rayonunun Yuxarı Salahlı kəndində, Mahmudovlar ailəsində anadan olub. Bu kənd bütün Azərbaycanda məşhurdur. Belə ki, dahi şairlərimiz Molla Pənah Vaqif və Səməd Vurğun Yuxarı Salahlıda dünyaya göz açıblar. Bir sıra digər görkəmli şəxsiyyətlərimiz də bu kənddə doğulublar. Yuxarı Salahlı vətənpərvər ruhlu, mənəvi dəyərlərimizə bağlı olan insanların yaşadığı yurddur.

Şəhidin valideynləri – Alı Mahmudov və Səmayə Mahmudova el-obasını sevən, zəhmətkeş, xeyirxah insanlar kimi xatırlanırlar. Onlar övladlarını da bu ruhda tərbiyə etmişlər. Mahmudovlar ailəsində üç oğul və bir qız övladı dünyaya gəlib. Bu övladlardan hər biri öz müsbət keyfiyyətləri ilə cəmiyyətdə hörmət qazanıblar. 

Z.Mahmudov Yuxarı Salahlı kəndinin orta məktəbinin məzunudur. 1972-1973-cü illərdə əmək fəaliyyətinə başlayaraq o vaxtkı M.P.Vaqif adına üzümçülük sovxozunda işləyib. Sonra Bakı Rabitə Elektrotexnikumuna (hazırda Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci) qəbul olunub. Burada rabitəçi peşəsinin sirlərinə yiyələnib. Təhsili ilə yanaşı əmək fəaliyyətini davam etdirib. Belə ki, Respublika Rabitə Nazirliyi (hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi) Bakı Şəhər Telefon Şəbəkəsində texniki işə götürülüb. 1975-ci ildə isə Z.Mahmudov sovet ordusu sıralarına hərbi xidmətə çağırılıb. Xidmət etdiyi hərbi hissə Ukraynada yerləşib. Səhhəti ilə əlaqədar olaraq hərbi xidmətdən vaxtından əvvəl tərxis edilib. Hərbi xidmətdən qayıtdıqdan sonra texnikumda təhsilini bitirib.

Onun çoxşaxəli əmək bioqrafiyasının təhlili göstərir ki, təyin olunduğu vəzifələrdə əzmlə çalışıb, peşəkarlıq səviyyəsinin artırılmasına nail olub, üzərinə düşən vəzifələrin icrasına vicdanla yanaşıb. Əmək fəaliyyətinin qısa bir müddəti (1976-cı il) Sumqayıt Xlorlu Üzvi Məhsullar Zavodu ilə bağlıdır. Sonrakı mərhələdə isə (1977-1992-ci illər) rabitə sahəsindən ayrılmayıb. Respublikamızın Rabitə Nazirliyi Mərkəzi Telefon Rabitəsi İB-nin Telefon Qovşağında ona müxtəlif məsul vəzifələr həvalə olunub. Harada işləyibsə, rəhbərliyin etimadını doğruldub. Bunu əmək kitabçasındakı mükafatlar barədə qeydlər də təsdiqləyir.

Z.Mahmudov 1988-1991-ci illərdə milli azadlıq hərəkatının fəallarından olub. O, Azərbaycanın uğurlu gələcəyini onun müstəqilliyə qovuşmasında görürdü. SSRİ rəhbərliyinin Qarabağ məsələsində ermənipərəst mövqeyinə etiraz səsini ucaltmaqdan çəkinmirdi. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı ölüm təhlükəsi ilə üz-üzə qalmışdı...

1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın öz dövlət müstəqilliyini elan etməsindən sonra müstəqil dövlət quruculuğu dövrü başladı. O, bir rabitə mütəxəssisi kimi öz sahəsi üzrə respublikamızın inkişafına töhfə vermək əzmi və məramı ilə çalışırdı.

1992-ci ildən başlayaraq Dağlıq Qarabağ və ətraf rayonlara erməni hərbi təcavüzünün şiddətlənməsi şəraitində respublikadaxili vəziyyət gərginləşmişdi. Xocalıda  ermənilərin törətdiyi soyqırım, Şuşa və Laçının işğal olunması Z.Mahmudovu da dərindən sarsıtmışdı.

1992-ci ilin iyun ayında DİN-in Daxili Qoşunlarına hərbi xidmətə qəbul olunmaq təklifinə tərəddüd etmədən razılıq vermişdi. O, təcrübəli rabitə mütəxəssisi kimi Daxili Qoşunların Rabitə xidmətinin rəisi vəzifəsinə təyin olunub. Onun Daxili Qoşunlarda rabitə sisteminin müharibə şəraitinin tələblərinə uyğun qurulmasında öz əməyini əsirgəmədiyi xüsusi qeyd edilməlidir. Bacarıqlı bir mütəxəssis kimi o, ön cəbhədə döyüş əməliyyatlarına cəlb olunan, habelə dövlətin ictimai təhlükəsizliyinin keşiyində dayanan Daxili Qoşunlar üçün rabitənin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini tam məsuliyyəti ilə anlayır və bu yöndə vəzifə borcunu fədakarcasına yerinə yetirirdi.

Baş leytenant Z.Mahmudovun iş qeydləri apardığı bloknotu vərəqlədim. Bloknotdakı qeydlər onun gərgin iş rejimində fəaliyyət göstərdiyini təsdiqləyir. Həmin dövrdə Daxili Qoşunların hərbi hissələri ön cəbhənin ayrı-ayrı istiqamətlərində düşmənlə vuruşurdular. Ağdam-Ağdərə bölgəsində vəziyyət xüsusilə ağır idi. Baş leytenant Z.Mahmudov rabitənin təşkili ilə bağlı tədbirlərin görülməsi üçün döyüş zonasına da ezam olunur, vətənpərvər bir zabit kimi çətin sınaqlardan çəkinmirdi.            

1992-ci il avqustun 6-da o, Tərtər-Ağdərə bölgəsinə ezam olunub. Avqustun 7-də isə ermənilərin Ağdərə istiqamətindən hücumu başlayıb. Hərbi qulluqçularımız hücumun qarşısının alınmasına cəlb olunublar. Möhrətaq (hazırkı adı Kiçik Qarabəy) kəndi ərazisində döyüş tapşırığını yerinə yetirərkən baş leytenant Z.Mahmudov düşmən artilleriyasının atəşi altında mərmi qəlpələrindən ağır yaralanaraq şəhid olub. O, həmin döyüşdə ağır yaralanmış əsgər İsmayıl Mehdiyevi ərazidən çıxarmağa cəhd edib, lakin yaxınlıqlarında mərmi partlayışı onun həyatına son qoyub, İsmayıl isə təkrar yaralansa da, sağ qalıb. Bu gün İsmayıl Qazax rayonunun Yuxarı Salahlı kəndində yaşayır, I qrup əlildir. İsmayıl mənimlə telefon söhbətində şəhidi qorxmaz və qeyrətli bir zabit kimi həmişə ehtiramla xatırladığını söylədi.

Daxili Qoşunların veteranları Səfxan Bayramov, Ramiz Abdullayev və Vüqar Bayramov şəhid haqqında söhbət zamanı onu ləyaqətli, öz şərəfini uca tutan, vətənini və xalqını sevən, döyüş sınaqları qarşısında iradəsini itirməyən, peşəsini mükəmməl bilən zabit kimi xarakterizə etdilər.

Baş leytenant Z.Mahmudov Qarabağ müharibəsində Yuxarı Salahlı kəndinin ilk şəhididir. Doğma yurdunda dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 12.03.2009-cu il tarixli, 204 nömrəli Sərəncamı ilə baş leytenant Z.Mahmudov ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. Bundan əlavə, o, ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fəxri Fərmanı ilə mükafatlandırılıb.

Şəhidin qardaşı Fazil Mahmudov onun hərbi xidmət yolunu davam etdirib. Daxili Qoşunların sıralarından mayor hərbi rütbəsində ehtiyata buraxılıb. O, mənə danışdı ki, anası şəhid qardaşının köynəyini uzun illər heç kəsə göstərmədən sandıqda saxlayıb. Vəfatından əvvəl öləndə oğlunun köynəyi geyindirilərək dəfn olunmasını vəsiyyət edib. Dəfn zamanı bunu etmək mümkün olmasa da, şəhidin köynəyini kəfənin içinə qoyublar.

Şəhid zabitin həyat yoldaşı Gültəkin Mahmudova xarici dil müəlliməsidir. Bakıda 212 saylı orta məktəbdə işləyir. O, ailə başçısının ölümündən sonra nə qədər əzablı olsa da, mənəvi gücünü toparlayaraq, onun ocağını yaşadıb, övladlarını böyüdüb, onların xoşbəxtliyi, dövlətimizə gərəkli vətəndaş kimi formalaşmaları üçün zəhmətini əsirgəməyib.

Baş leytenant Z.Mahmudovun iki oğlu var. Böyük oğlu Zaur Mahmudov Dövlət İqtisad Universitetinin məzunudur, iş adamıdır. Kiçik oğlu Anar Mahmudov isə Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının məzunudur. O, Daxili Qoşunların zabitidir, hərbi rütbəsi baş leytenantdır. “N” saylı hərbi hissənin xüsusi təyinatlı dəstəsində layiqincə xidmət edir. Onun ən böyük arzusu atasının şəhidlik zirvəsinə ucaldığı kəndi və işğal altındakı digər yurdlarımızı düşmən tapdağından azad edəcəyimiz günə qovuşmaqdır. 

Hər iki qardaş evlidir, övladları var. Şəhidin oğul nəvələrindən biri onun adını daşıyır.

Onu da qeyd edim ki, Yuxarı Salahlı kəndindəki orta məktəb şəhid zabitin adını daşıyır. Məktəbdə şəhidin adını əbədiləşdirmək üçün xatirə guşəsi yaradılıb.

Bu günədək dövri mətbuatda şəhid hərbi qulluqçumuz haqqında bir sıra yazılar dərc olunub.

Qəbri nurla dolsun!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ