Bazar günü günü, 15 noyabr 2026
     

Reallığı unutmayaq: virtual aləmdə də...

Image


Bu gün sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Az adam tapılar ki, informasiya texnologiyalarından istifadə etməsin. Virtual aləmə o dərəcə bağlanmışıq ki, onlarsız özümüzü narahat hiss edirik. Canlı ünsiyyətdən qaçır, sosial şəbəkələrdə sərhədsiz, hüdudsuz məkanda tanımadığımız adamlarla belə “dostlaşırıq”.

Şəbəkə istifadəçilərinin bir qismi bəzən elə düşünür ki, bu mühit qapalıdır, olanları heç kim görmür, bilmir, burda özünü gizlədə, anonimliyini təmin edə bilər. Və beləliklə, özlərini mücərrəd azadlıq mühitində hiss edirlər.

Qeyri-rəsmi statistik göstəricilərə əsasən, təkcə "Feysbuk"da saxta istifadəçilərin sayı istifadəçilərin ümumi sayının 5 faizdən 10 faizədək nisbətində dəyişir. Yeni sosial şəbəkələrin sayı bu gün də artır və həmin nisbət, təbii ki, daha da çoxalır. Azərbaycanda da sosial şəbəkələrdən istifadə edənlərin sayının, habelə bu şəbəkələrin insanların şəxsi məlumatlarına, onların ləyaqətinə və işgüzar nüfuzuna təsir imkanlarının artması saxta istifadəçilərin bu şəbəkələrdən cinayət əməlləri üçün sui-istifadə etməsi hallarına qarşı tədbirləri şərtləndirir. Məhz 2016-cı ilin dekabr ayında Azərbaycan RespublikasınınCinayət Məcəlləsinin 148-1-ci maddəsinə edilən dəyişikliklər internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etmə məsələlərini tənzimləyir. Yəni həmin hesablardan istifadə edənlər cinayət məsuliyyətinə cəlb olunur.

Sosial şəbəkələrdə müəyyən məsələlərə bəzən elə yanaşma sərgiləyirlər ki, insan çaşıb qalır. Hətta qınağın dərəcəsini ölümlə təhdidə belə yüksəldirlər. İstifadəçi kütləsinin bir qismi orada kimlərisə qınayır, kimlərisə lap üst səviyyəyə çıxarır. Bəli, ictimai rəy, qınaq olmalıdır.

Şəbəkələrdə polis, onun xidməti müzakirə edilən əsas mözulardandır. Söhbət polisdən düşmüşkən: bəzən polis əməkdaşları ilə bağlı hansısa paylaşımı sorğu-sualsız yarğılayırlar. Çox zaman paylaşımlardan sonra həmin şəxslərin məsuliyyətdən yayınmaq üçün bu addımları atdığının şahidi oluruq. Sözsüz ki, xidmət zamanı nöqsana yol verən, vəzifəsinin öhdəsindən layiqincə gəlməyən əməkdaşlar rəhbərlik tərəfindən cəzalandırılır.

Gün ərzində polisin əməliyyat-axtarış, maarifləndirmə və digər sahələrdə keçirdiyi uğurlu tədbirlər barədə məlumatlar,videosüjetlər ölkə mətbuatında yayımlanır. Buna baxmayaraq, yenə də internet üzərindən açar sözlə “polis əməkdaşı” axtarsaq çox zaman köhnə tarixli video və şəkillərin dəfələrlə tirajlandığının şahidi olarıq. İnanın, bu, polisin işguzar imicinə xələl gətirmir, sadəcə, həmin saytları məlumatlı oxucu qarşısında gülünc vəziyyətə salır. Bəzi saytlar polisin keçirdiyi hüquqi-maarifləndirmə tədbirlərinin işıqlandırılmasına laqeydlik göstərir. Halbuki, bu mövzulu xəbərlər cəmiyyət üçün daha əhəmiyyətlidir. 

Daxili İşlər Nazirliyinin rəsmi internet saytında (mia.gov.az) polisə təşəkkür bölümü yaradılıb. Burada vətəndaşlarımız tərəfindən edilən təşəkkürlər yerləşdirilir. Həmin məktublar həm polis-vətəndaş həmrəyliyinin hər gün daha da yaxşılaşmasının bir nümunəsi, həm də polisin işinə kölgə salmaq istəyən qüvvələrə tutarlı cavabdır.

Xəbər başlıqları saytları lap müharibə meydanına bənzədir. Diqqət  cəlb etməkdən ötrü hətta elə başlıqlar qoyurlar ki, oxuyanda adamın damarında qanı, sümüyündə iliyi donur. Həmin başlıqları gördükdə az qala ölkədə xaos olduğunu düşünürsən.

Allı-güllü başlıqlar heç də reklama, tanınmağa, oxucu toplamağa xidmət etmir və ölkəmizdə senzuranın ləğvi, söz və fikir azadlığının təmin olunması üçün hüquqi bazanın möhkəmlənməsi heç kimə diqqəti cəlb etmək naminə dəqiqləşdirilməmiş məlumatı media vasitəsilə gündəmə gətirib manşetə çıxarmağa əsas vermir.

Yeri gəlmişkən, Daxili İşlər Nazirliyində 2017-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclasında əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayının azalması, Dünya İqtisadi Forumunun “2017-2018-ci illər üzrə qlobal rəqabətlilik" hesabatına əsasən, “Polis xidmətlərinin etibarlılığı” indikatoru üzrə Azərbaycanın 21 pillə irəliləyərək 137 ölkə arasında 54-cü yerdə qərarlaşması da diqqətəlayiq fakt kimi vurğulanıb. Aparılmış təhlillərin nəticələri, bəzən isə dolğun faktlar elə saytlar vasitəsilə təhrif olunur. Heç kim unutmamalıdır ki, həqiqətin bir üzü var ...

Daxili işlər orqanlarının gecəli-gündüzlü xidmətini görən, üzləşdiyi hər hansı bir problemdən qurtulmaq üçün polisə üz tutanlar da bəzən haqqı görməzdən gəlir. Son illər bəzi telekanal və özəl prodakşnların çəkdiyi filmlərə nəzər salsaq görərik ki, burada bircə müsbət polis obrazı yoxdur. Tə­əs­süf ki, müs­tə­qil­lik döv­rü Azər­bay­can ki­no­sun­da, xü­su­sən də son zamanlar çəkilən filmlərdə po­li­sin ob­ra­zı re­al şə­kil­də təq­dim edil­mir, onun fə­da­kar əmə­yi nədənsə “diqqətdən qaçır”.

Bir faktı xüsusi vurğulamaq istərdim. Ssenarisi komediya janrında olan bugünkü kinoların çəkilişi zamanı polis obrazının yaradılmasında köməklik göstərilməsi  üçün DİN-ə tez-tez müraciət olunur. Təbii ki, lazımi köməklik göstərilir. Amma nəticə? Nəticə reallığı əks etdirmir. Ucuz “gülüş ustaları” gülüş obyektini polis üzərindən qururlar. Unudurlar ki, Vətən yolunda şəhid olmuş, cinayətkarlıqla mübarizədə canından keçmiş bu insanların varisləri, dünən olduğu kimi, bu gün də sabitliyimizin qoruyucusu, haqq işi üçün canını fəda etməyə hazır qəhrəmanları gülüş hədəfinə çevirmək isə ən azı ləyaqətsizlikdir.

Bizdən bu qədər. Vicdanın gözü ilə baxıb görmək və qiymət vermək özünə qələm adamı, söz əhli deyənlərin ən ümdə borcu olmalıdır.

Zeyni HÜSEYNOV
DİN Mətbuat Xidmətinin əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ