Bazar günü günü, 15 noyabr 2026
     

Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı kimi mühüm strateji missiya daşıyacaq...

Image


Həyat Məhərrəmova: “Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam dünyasının Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir”
Fariz Xəlilli: “Hesab edirəm ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox böyük əhəmiyyətə malikdir”

 

Qədim mədəniyyət mərkəzlərindən olan Azərbaycan bütün dövrlərdə dünyanın diqqətində olub. Müxtəlif mədəniyyətlərin, dünaygörüşlərin vəhdət təşkil etdiyi ölkəmizdə islam mədəniyyətinin xüsusi yeri var. 

Ölkəmizin istənilən yerində islam mədəniyyəti nümunələrini görə bilərik. Klassik Azərbaycan alimlərinin islamın bir elm kimi yayılmasında, tədris edilməsində, təbliğində rolu misilsizdir.

Bildiyimiz kimi, 2018-ci il Naxçıvan şəhəri İslam mədəniyyətinin paytaxtı elan edilib.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı ildə verdiyi Sərəncam da təsdiq edir ki, bu olduqca vacib bir hadisədir.

Qeyd edək ki, Bakı şəhərində 2009-cu ilin oktyabr ayında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransında Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilib. Məlumdur ki, sözügedən qərar sivilizasiyalararası dialoqa mühüm töhfələr verən Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə yüksək qiymətin təzahürüdür. Bu barədə Prezidentin sərəncamında qeyd edilir. Daha sonra sənəddə o da vurğulanır ki, tarixən Yaxın və Orta Şərqin əzəmətli şəhərlərindən biri kimi Naxçıvan bütün böyük keçmişi ərzində İslam mədəniyyətinin çoxəsrlik nailiyyətlərinin layiqincə qorunub yaşadılmasında özünəməxsus rol oynayıb.

Qeyd edək ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar yaradılan təşkilat komitəsinin indiyə qədər bir neçə iclası keçirilib. Həmin iclaslardan birində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Təşkilat Komitəsinin sədri Vasif Talıbov çıxış edərək bu məsələnin illərdir gündəmdə olduğunu vurğulayıb: “...Naxçıvan şəhərinin 2018-ci ildə İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı toplaşmışıq. Artıq 15 ildir ki, “İslam mədəniyyətinin paytaxtı” anlayışı gündəlikdədir. Bununla bağlı ilk rəsmi sənəd İslam Ölkələrinin Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) təklifi ilə İslam Konfransı Təşkilatına üzv olan ölkələrin mədəniyyət nazirlərinin 2001-ci ildə keçirilmiş üçüncü konfransında qəbul edilmişdir. İSESCO-nun qərarı ilə 2007-ci ilin noyabrında keçirilmiş beşinci konfransda Azərbaycanın paytaxtı Bakı şəhəri 2009-cu il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuşdur. 2009-cu ilin oktyabrında İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin Bakı şəhərində keçirilən altıncı konfransında isə Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına dair qərar qəbul edilmişdir. Bu qərar əsaslıdır. Ona görə ki, Azərbaycanın 5 min illik tarixə malik qədim şəhəri olan Naxçıvan İslam mədəniyyəti nümunələri ilə zəngindir və bəşər sivilizasiyasına dəyərli töhfələr vermişdir. Qeyd olunanlar, eləcə də 2009-cu ildə Bakı şəhərinin İslam mədəniyyəti paytaxtı elan olunması ilə bağlı qazanılan təcrübə 2018-ci ildə Naxçıvan şəhərində tədbirlərin yüksək səviyyədə keçiriləcəyinə əminlik yaradır”.

Məlumatlara görə, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədar hazırlıq işləri yüksək səviyyədə həyata keçirilir. “İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018” loqotipi hazırlanıb və rəsmi internet səhifəsi yaradılıb. Məlumatlara görə, Naxçıvanın İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları da hazırlanır.

Bildiyimiz kimi, Muxtar Respublika türk-islam mədəniyyət nümunələri, dini abidələrlə zəngindir. Bu abidələrin tanıdılması ilə bağlı onlardan bəzilərinin İSESCO-nun siyahısına salınması istiqamətində iş aparılır.

Onu da vurğulayaq ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmasına həsr edilmiş poçt markası və zərf tədavülə buraxılıb. Artıq Naxçıvan Muxtar Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sifarişi ilə “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan 100 min marka və 100 min zərf muxtar respublikaya gətirilib və yanvar ayının 8-dən etibarən tədavülə buraxılıb. Ölkədaxili və beynəlxalq poçt göndərişlərində istifadə olunması nəzərdə tutulan standart ölçülü poçt markasının üzərində “Naxçıvan islam mədəniyyətinin paytaxtı – 2018” loqosunun rəsmi həkk olunub. Markanın dəyəri 50 qəpikdir. Üzərində “Naxçıvan islam mədəniyyətinin paytaxtı – 2018” loqosunun təsviri olan poçt zərfinin isə ölçüləri 220 x 112 millimetrdir.

Bundan əlavə, içərisində 12 ədəd marka və 1 ədəd birinci gün zərfi olan və üzərində Haçadağın, “Naxçıvan İslam mədəniyyətinin paytaxtı – 2018” loqotipinin və “Gülüstan” türbəsinin əks olunduğu 100 ədəd hədiyyə bukleti hazırlanıb.

Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsinin böyük əhəmiyyət daşıdığını deyən tarixçi Həyat Məhərrəmova bizimlə söhbətində bildirdi ki, bu təsadüfi deyil. Onun dediyinə görə, Naxçıvan bütün göstəriciləri ilə İslam mədəniyyətinin paytaxtı seçilməyə layiqdir: “Naxçıvan Azərbaycanın qədim ərazilərindən biridir. Burada türk-islam mədəniyyətinin minlərlə dəyəri mövcuddur. Bura həm abidələr, həm məscidlər, həm də Naxçıvan alimlərinin islamla bağlı fikirləri, kitabları aiddir. Naxçıvandakı qədim abidələrdə, daş kitabələrdə, məzarüstü yazılarda islam dünyagörüşünü əks etdirən saysız nümunələr var. Onu da vurğulayım ki, naxçıvanlılar islam dininə həmişə sadiq olublar. İslamın qorunmasında, pərvəriş tapmasında onların böyük əməyi var. Bu il Naxçıvanın islam mədəniyyətinin paytaxtı elan edilməsinin böyük əhəmiyyəti var. Hesab edirəm ki, Azərbaycanda keçirilən digər beynəlxalq tədbirlər kimi, islam mədəniyyəti ili də çox yüksək səviyyədə qeyd ediləcək. Çünki artıq uzun  illərdir bu tədbirin baş tutması üçün uğurlu işlər görülür. İl boyu Naxçıvan bütün İslam dünyasının diqqət mərkəzində olacaq. Bu həm mədəniyyətimizin, İslam dünyasına verdiyimiz dəyərin bariz nümunəsi, həm də islam həmrəyliyinə bir töhfə kimi xarakterizə edilməlidir. Naxçıvanın İslam mədəniyyətinin paytaxtı elan edilməsi İslam dünyasının Azərbaycana verdiyi böyük dəyərin nümunəsidir”.

“MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri tarixçi Fariz Xəlilli də hesab edir ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi tam əsaslıdır. Alimin sözlərinə görə, Naxçıvan ərazisi Azərbaycanda islamın ilk və sürətlə yayıldığı bölgələrdən biri olub: “Naxçıvan Azərbaycanın ən qədim şəhərlərindəndir. Daş dövründən başlayaraq bu ərazidə yaşayış mövcud olub. Tunc dövrü, ilk dəmir dövrü və eləcə də digər dövrlərin izləri Naxçıvanda yaşayır. Naxçıvan müxtəlif Azərbaycan dövlətlərinin sərhədləri çərçivəsində olub və tarixən burada böyük bir mədəniyyət formalaşıb. Azərbaycanda Naxçıvan islamı qəbul edən ilk bölgələrdən biridir. Zaman-zaman burada formalaşan mədəniyyət bu ərazinin mədəni imkanlarını artırıb. Naxçıvan ərazisində çoxsaylı maddi mədəniyyət abidəmiz var ki, orada islamın izləri əksini tapıb. Bu gün istər türbələrdə, istər məscidlərdə islamın qədim izləri yaşamaqdadır. Orada Səlcuq dövrünə aid abidələrin qalıqları var ki, islam izlərinə rast gəlinir. Atabəylər dövründə tikilən Mömünəxatun Türbəsində, Yusif ibn Küseyir abidəsində, eləcə də digər çoxsaylı maddi mədəniyyət qalıqlarında islama dair elementlər çoxdur. Bu da Naxçıvanın mədəni irs baxımından potensialını, imkanlarını göstərir. Yəni söhbət yer üstündə olan maddi mədəniyyət qalıqlarından gedir. Naxçıvan şəhəri və Naxçıvanətrafı ərazilər həm də mənəvi mədəniyyət ocaqları olublar. Bilirsiniz ki, Azərbaycanda o dövrdə mövcud olan islam mədəniyyətinin, islam fəlsəfəsinin özəyini təşkil edən təsəvvüf, sufizm abidələri və sufizm alimləri Naxçıvanda yerləşib, burada fəaliyyət göstəriblər”.

O qeyd etdi ki, Naxçıvan ərazisi orta əsrlərdən islamın intişar tapdığı, islam dininin tədris edildiyi, yayıldığı bir mərkəz olub. F.Xəlillinin sözlərinə görə, hətta bura dərs almaq, sufizmi öyrənmək üçün dünyanın müxtəlif ölkələrindən gənclər axın edib: “Fəzullah Nəimin Naxçıvanda Əlincə qalasının yaxınlığında xanəgahı var. Bura dünyanın bir çox yerlərindən müridlər gəlib toplaşıb, onlar burada təlim keçərək islamı, sufizmi öyrəniblər. Sonra da öyrəndiklərini dünyanın bir çox yerlərində yayıblar. Tanınmış alim, nəqşibəndi şeyxlərindən olan Nemətullah Naxçıvani ilk dəfə Qurani-Kərimi sufizm baxımından şərh edən, təfsir edən alimdir. O, XV əsrdə yaşayıb və Azərbaycanın ilk nəqşibəndi şeyxlərindən biridir. Yəni Naxçıvanın həm maddi mədəniyyətə, həm mənəvi, həm də yazılı mədəniyyətə verdiyi  töhfələr çox böyükdür. Bu bütün dövrlərdə belə olub. Bu baxımdan da Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı elan edilməsinin bütün  tarixi və mədəni əsasları var. Bu sahədə görüləcək işlərin əsasında həm maddi, həm mənəvi, həm də yazılı mədəniyyət dayanmalıdır. Hətta deyərdim ki, Nemətullah Naxçıvaninin də Qurani-Kərimin təfsiri ilə bağlı əsərini çap edib yaymaq lazımdır. Bir il müddətində keçiriləcək tədbirlərdə Naxçıvanın İslam dünyası üçün əhəmiyyəti daha da qabardılmalıdır. Hesab edirəm ki, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi çox böyük əhəmiyyətə malikdir”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ