Bazar günü günü, 15 noyabr 2026
     

Dilçilik İnstitutunun bir sıra sözlərin yazılışı ilə bağlı hazırladığı qaydalar ictimaiyyət tərəfindən qınaqla qarşılanır

Image


Buludxan Xəlilov: “Dəyişikliklər elmi şəkildə əsaslandırılmalıdır ki, ictimaiyyəti bu dəyişikliklərə kökləyə, hazırlaya bilsinlər”
Gültəkin Qurbanova: “Müəyyən şivələrdə vurğulanan səslərə bu dərəcədə meydan vermək olmaz”
Elçin Mirzəbəyli “Dil Akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır” deyir

 

Müasir Azərbaycanda dilçilik elminin inkişaf etdirilməsi, ana dilimizin düzgün qaydada təbliğ olunması, sözlərin düzgün yazılışı və işlədilməsi aktual məsələlərdən biri kimi gündəmdədir.

Bildiyimiz kimi, bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası”nın tərkibi təsdiq edilib. Dövlət Dil Komissiyasının tərkibi müəyyənləşdikdən sonra bir sıra komissiya üzvləri dilimizdəki alınma və milli sözlərin yazılışında xeyli dəyişikliklər edilməsinə ehtiyac olduğunu bəyan etməyə başladılar. Hətta əksər dilçilər kor-koranə şəkildə belə bir fikir irəli sürdülər ki, söz necə deyilir, elə də yazılmalıdır. Bəzi dilçi alimlər hesab edirlər ki, ictimai rəyi öyrənmədən, belə məsələlər ətrafında illərlə çəkən müzakirələr aparmadan, cəmiyyəti, elmi ictimaiyyəti, KİV-ləri bu prosesə kökləmədən bu kimi işlərə rəvac vermək olmaz.

Bir müddət əvvəl komissiya üzvü olan bəzi alimlər qeyd edirdilər ki, on minlərlə sözün dəyişdirilməsi vacibdir. Sizcə bunu asanlıqla həyata keçirmək mümkündürmü?

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, filologiya elmləri doktoru, professor Möhsün Nağısoylu mətbuata açıqlama verərək qeyd edib ki, bir sıra sözlərin yazılışında “g” hərfi “k” kimi işlədilməlidir. Məsələn, əsgər-əskər, İsgəndər-İskəndər kimi yazılacaq. Alqı sözünün alğı kimi yazılması məsələsini də M.Nağısoylu gündəmə gətirib. O, mətbuata açıqlamasında bildirib ki, qoşa “y” hərfi olan sözlər də bir “y” ilə yazılmalıdır.

Dilçilik İnstitutunun təklif etdiyi qaydalara ölkənin tanınmış alimləri, yazarları da etirazlarını bildirirlər. Məsələn, millət vəkili, yazıçı Aqil Abbas qoşa “y”nın əvəzinə bir “y” işlədilməsinə, “g” samitinin “k” ilə əvəzlənməsinə qarşı çıxaraq bunun lazımsız olduğunu deyir.

M.Nağısoylu qeyd edib ki, tənqidi fikirlərlə tanışdır, ancaq bəzi ziyalılar qaydalardan xəbərsizdirlər: “Qaydalara baxa bilərsiniz və yaxud biz bütün qoşa samitlərin birinin azaldılmasını təklif etməmişik. Biz bir dənə qoşa “y”nı demişik, onu da bütün qoşa “y”lar üçün deməmişik. Elmi əsaslarla fikrimizi söyləmişik: tərkibində “iyyat”, “yyət”, bir də “iyyə” olan sözlərin bir “y” ilə yazılması tövsiyə olunur: “ədəbiyat”, riyaziyat”, “səhiyə”, “maliyə” və sair. Fonetik prinsipə əsaslanaraq bu cür etmişik. Dünyada da bu prinsipə üstünlük verilir. Məqsədimiz odur ki, deyilişlə yazılış arasındakı sədd minimuma endirilsin, uçurum olmasın. “Ədəbiyyat” demirik, “ədəbiyat” deyirik, “davamiyyət” demirik, “davamiyət” deyirik… Bəziləri qaydaları diqqətlə oxumayıblar. İkincisi, irad tutanların bir çoxu qaydalarla heç tanış deyillər. Qeyri-peşəkarlar nə gəldi danışırlar. Məsələn, bilmirlər ki, niyə görə “alqı” sözü “ğ” ilə yazılmalıdır, “satqı” sözü “q” ilə. Belə prinsip var ki, sonu kar samitlə bitənlər olur “q”, - “basqı”, “asqı”, “satqı” – sonu cingiltili ilə bitənlər olur “ğ”.

M.Nağısoylunun fikirlərinə qarşı çıxan fikir adamları vurğulayırlar ki, AMEA-nın Dilçilik İnstitutunun xalqın rəyini öyrənmədən sözlərin yazılışında özbaşına dəyişiklik etməsi ana dilimizə zərbə vura bilər.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin dekanı, Dövlət Dil Komissiyasının üzvü, professor, dilçi-alim Buludxan Xəlilov isə hesab edir ki, həyata keçirilməsi nəzərdə tutulan dəyişikliklər ictimaiyyətin geniş müzakirəsinə verilməlidir: “Biz nəzərdə tutulan dəyişikliklərlə bağlı cəmiyyəti maarifləndirməliyik. Yəni niyə filan söz “k”, yaxud “g” ilə yazılmalıdır. Dəyişikliklər elmi şəkildə əsaslandırılmalıdır ki, ictimaiyyəti bu dəyişikliklərə kökləyə, hazırlaya bilsinlər. Ənənəvi yazı qaydasında olan bəzi sözlərin “g” ilə yazılması cəmiyyətdə narahatlıq doğurur. Əsaslandırılmalıdır ki, bu niyə belə yazılmalıdır? Dəyişikliklərlə bağlı 69 maddədən ibarət qaydalar artıq çap olunub. İndi isə bu qaydalar əsasında, onun təbliği istiqamətində cəmiyyətdə maarifləndirmə işləri həyata keçirilməlidir. Çünki o qaydaların arasında elə qaydalar var ki, onlar ənənəvi deyil, yenidir. Yenilik isə həmişə müqavimətlə qarşılaşır. Bu qaydalar da müqavimətlə qarşılanmasın deyə, cəmiyyətdə maarifləndirici işlər görülməlidir”.

Dilçi-alim Gültəkin Qurbanovanın sözlərinə görə, dilin zənginləşməsi vacibdir, bəzi sözlərin yazılışına dəyişiklik etmək olar. Onun sözlərinə görə, ancaq böyük sayda sözün yazılışını dəyişmək lazım deyil: “Dilçilik İnstitutu xalqın rəyini öyrənmədən gündə bir açıqlama verir ki, sözlərin yazılışı dəyişəcək, yaxud iki “y” ilə yazılışa ehtiyac yoxdur, bəzi sözlərdə “q” “g” səsi ilə əvəz edilməlidir və s. Bunlara ehtiyac yoxdur. Bir də ki, dildə islahatlar aparılarkən, mütləq mənada, dilin bütün xüsusiyyətləri, işləklik prinsipləri nəzərə alınmalıdır. Bu gün ictimaiyyət arasında böyük bir narahatlıq var. Bu islahatlar həyata keçirilsə, bütün kitablar, dərsliklər dəyişdirilməlidir. Dövlət sənədlərinə, insanların özlərinə aid mülkiyyət sənədlərinə, şəxsiyyət vəsiqlərinə də kütləvi dəyişiklik olmalıdır. Bu da böyük hərc-mərclik, problemlər yaradacaq. İctimaiyyət hələ latın qrafikasını yeni-yeni mənimsəyir, sözlərin yazılışını tətbiq edirlər. Bu dəyişikliklər olsa, bəs sabah nə edəcəklər? Bilirsiniz, bu kimi işlərə necə gəldi yanaşmaq olmaz. Haradasa oxudum ki, artıq qaydalar hazırlanıb və təsdiq edilməsi üçün Nazirlər Kabinetinə göndərilir. Bu dəyişiklik harada müzakirə edildi ki, tez-tələsik onu qəbul etdirmək istəyirlər. Bu işə ciddi yanaşmaq lazımdır. Bəzi dilçilər sözü deyirlər və ictimaiyyətdən, ziyalılardan təpki görəndə bildirirlər ki, bunu belə demək istəmirdik, ziyalılar, yazıçılar, dilçilər, filoloqlar səhv başa düşüblər. Dili cilalayan, təmizləyən, onu yüksək səviyyədə təqdim etməyi bacaran adamlar deyilənləri necə başa düşə bilər? Çox istərdik ki, o qaydalar təsdiqə göndərilməmişdən əvvəl daha çox müzakirə edilsin ki, ictimaiyyət o qaydalarla tanış olsun. Düzdür, qaydalar çap edilib, ancaq geniş şəkildə yayılmayıb, bütün KİV-lərdə getməyib. Deyirlər ki, alimlər, ziyalılar qaydalardan xəbərsizdirlər. Siz o qaydaları nə zaman Akademiyanın divarları arasından ictimaiyyətə, ziyalılara təqdim etdiniz ki, onlar “yeniliklər”lə tanış olmaqdan imtina etdilər? “Alqı” sözü necə “alğı” kimi yazıla bilər ki, ölkədə hamı, birmənalı olaraq, “alqı”ya “alğı” demir. Bilirsiniz, müəyyən şivələrdə vurğulanan səslərə bu dərəcədə meydan vermək olmaz. Dilin öz xüsusiyyətləri, qaydaları, tələbləri var”.

O hesab edir ki, dildə aparılan hər bir islahat elmi məntiqə əsaslanmalıdır.

“Xalq cəbhəsi” qəzetinin baş redaktoru, tanınmış şair, politoloq Elçin Mirzəbəyli də irəli sürülən dəyişikliklərə qarşı çıxır. O öz “Facebook” hesabında məsələyə bu cür yanaşır: “Dil Akademiyanın, yaxud hər hansı bir mərkəzin yerləşdiyi binanın divarları arasında yaranmır, cilalanmır, formalaşmır. Azərbaycan türkcəsinin ünvanı Azərbaycan xalqıdır!

70 il ərzində Azərbaycan dili öz tarixi qaynaqlarından mümkün qədər uzaqlaşdırılıb, akademikləşdirilib, mürəkkəbləşdirilib. Təəssüf ki, hələ də qarşısına xalqları tədricən assimilyasiyaya uğratmaqla "sovet adamı" yaratmağı məqsəd qoymuş şər imperiyasının cızdığı sərhədləri aşa bilmirik. İmperiyanın texnoloqları assimilyasiya siyasətini birbaşa həyata keçirmirdilər. Bunun üçün müvafiq institutlar var idi. Bu institutlar milli identikliyi qoruyan bütün əsas amilləri tədricən sıradan çıxarır, yararsız hala gətirirdilər. SSRİ dövründə Azərbaycan dilinə, onun tarixi qaynaqlarına, saflığına qarşı böyük bir savaş açılmışdı. Doğrudur, 70-ci illərdə bu prosesin qarşısının alınması üçün həmin dövrün reallıqları çərçivəsində müəyyən tədbirlər həyata keçirilirdi. Lakin vurulan ziyanın miqyası o qədər böyük idi ki, imperiya mərkəzini duyuq salmamaq yolu ilə həyata keçirilən tədbirlər prosesin qarşısını ala bilməzdi. İmperiya ideoloqları bizə sübut etməyə çalışırdılar ki, Azərbaycan dili insanların öz fikirlərini ətraflı şəkildə ifadə etmələri üçün yetərli deyil, söz ehtiyatı azdır və özünütəsdiqin yolu rus dilindən keçir... Bu, məxməri assimilyasiya siyasəti idi.

Artıq dövlət müstəqilliyimizin 27-ci ilinə qədəm qoymuşuq. Dövlət, siyasi hakimiyyət Azərbaycan dilinin yad təsirlərdən qorunması və saflaşması üçün üzərinə düşən bütün vəzifələri yerinə yetirir. Müvafiq institutlar, mərkəzlər fəaliyyət göstərir, amma necə... Bu, təbii ki, daha geniş bir yazının, yaxud müzakirənin mövzusudur. Zənnimcə, Azərbaycan dili ilə bağlı islahatlara həmin institutların, mərkəzlərin yerləşdiyi binaların nəfəsliklərindən başlamaq və ilk növbədə havanı dəyişmək lazımdır... Sözün bütün mənalarında”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ