Bazar günü günü, 15 noyabr 2026
     

ATU-nun dosenti İsmayıl Əfəndiyev ölümcül zəhərlənmədən qorunmağın səmərəli üsullarını öyrətdi...

Image


KİV-lərdə demək olar hər gün dəm qazından zəhərlənmə ilə bağlı bədbəxt hadisələr haqqında məlumat verilir. Əfsuslar olsun ki, bəzən bu hadisələr bütöv ailənin ölümü ilə də nəticələnə bilir. Səhiyyə və Fövqəladə Hallar nazirliklərinin və digər qurumların profilaktik və izahetmə tədbirlərinin keçirilməsinə baxmayaraq, bu sahədə vəziyyət çox ciddi olaraq qalır.

Bu ağır zəhərlənmədən özünü necə qorumalı, intoksikasiya baş verdikdə onun ilkin əlamətləri və təxirəsalınmaz yardım barədə ətraflı məlumat üçün Azərbaycan Tibb Universitetinin dosenti, həkim-toksikoloq İsmayıl Əfəndiyevə müraciət etdik.

- Azərbaycanda dəm qazı ilə zəhərlənmə hallarına rast gəlinməsi hansı səviyyədədir?

- Son illər Azərbaycanda dəm qazı və yanma məhsullarından zəhərlənmə hallarında artma tendensiyası qeyd olunub. 2007-ci ildə toksikologiya mərkəzində bu cür hospitalizasiyaların sayı 173 nəfər idisə, 2017-ci ildə bu rəqəm 4 dəfə artıb. Lakin bu vəziyyətin təkcə Azərbaycan üçün səciyyəvi olduğunu düşünmək səhvdir. Belə ki, ABŞ-da hər il dəm qazı ilə 10 mindən çox zəhərlənmə hadisəsi baş verir. Avropa ölkələrində isə dəm qazı ilə intoksikasiya alkohol və onun surroqatları ilə zəhərlənmələrdən sonra stabil ikinci yeri tutur.

- Dəm qazı ilə zəhərlənmənin əlamətləri necə olur?

- Karboksihemoqlobinin qanda səviyyəsi təxminən 15%-ə çatdıqda dəm qazı ilə zəhərlənmənin simptomları özünü biruzə verir. Zəhərlənmənin üç dərəcəsi ayırd edilir:

1. Yüngül dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 15-30% təşkil edir). Ümumi toksiki simptomlar (baş ağrısı, qulaqlarda küy, başgicəllənmə, ürəkbulanma), təngnəfəslik, boğazda acışma, quru öskürək, ürək nahiyəsində xoşagəlməz hisslər əmələ gəlir. Bayılma (huşun itirilməsi) adətən müşahidə olunmur.

2. Orta dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 30-40% təşkil edir). Yorğunluq, artan zəiflik (xüsusən aşağı ətraflarda), görmə və eşitmənin qavranmasında pozulmalar, şüur dolaşıqlığı, ürək ritminin pozulması və döşdə ağrılar (miokardın işemiyası), qıcolmalar. Dəm qazı ilə orta dərəcəli intoksikasiyanın fərqləndirici cəhəti qısa müddətliyinə huşun itirilməsidir. Dərsliklərdə təsvir olunan və qanda karboksihemoqlobinin olması ilə bağlı yaranan dəri və dodaqların albalı-qırmızı rəngə boyanmasına nadir hallarda təsadüf edilir.

3. Ağır dərəcə (karboksihemoqlobinin qanda səviyyəsi 40-50% təşkil edir). Koma, beyin ödemi, tənəffüsün ciddi pozulmaları inkişaf edir. Ağ ciyərlərin toksiki ödemi, trofik pozulmalar, kəskin böyrək çatışmazlığı və huşsuz vəziyyət nəticəsində “pozision travma” səbəbindən rabdomioliz yaranması mümkündür.

- Bu cür zəhərlənmənin hansı fəsadları ola bilər?

- Dəm qazı ilə yüngül dərəcəli zəhərlənmədə belə toksiki ensefalopatiyanın baş ağrıları və digər simptomları bir qədər sonra yeni qüvvə ilə təkrar olunur.

Bundan başqa bəzi xəstələrdə hətta müalicə və yaxşılaşma fonunda, zəhərlənmədən iki həftə sonra gecikmiş nevroloji fəsadlar yaranır: düşüncə qabiliyyətinin enməsi, yaddaşın zəifləməsi, baş ağrıları, əzələlərin zəifliyi və əsməsilə özünü biruzə verən dəm qazı ilə induksiyalanmış təxirəsalınmış neyropsixi sindrom müşahidə olunur.

Bəziləri isəgüman edir ki, karbon monooksid (dəm qazı) spesifik iyə malikdir, lakin əfsuslar olsun ki, bu belə deyildir. Onun heç bir iyi, rəngi və dadı yoxdur. Məhz buna görə, ona “dinməz qatil” deyirlər.

- Zəhərlənmə zamanı zərərçəkmişə göstərilən tibbi yardım necə olmalıdır?

- Belə hallarda vaxt amili böyük rol oynayır. Xəstələr tez-tez deyirlər ki, dəm qazının onları tutduğunu hissedirlərmiş, amma buna baxmayaraq, hamamdan çıxmadım ki, çimib qurtarım. Yaxud, başları ağrısa, ürəkbulanma olsa da, buna əhəmiyyət vermirlr. Yadda saxlamaq lazımdır ki, zəhərlənmənin birinci simptomlarını hiss edən andan huşun itirlməsinə qədər olan dövr çox qısadır, bəzən bu bir dəqiqədən də az çəkir. Ona görə də, bu simptomları hiss edən kimi həmin yeri tərk etmək lazımdır.

Zəhərlənmə zamanı ilkin yardım kimi xəstəni dəm qazının çox yığıldığı yerdən təmiz havaya çıxartmaq və ağız boşluğunu təmizləyərək tənəffüs yollarının keçiriciliyini bərpa etmək lazımdır. Komatoz vəziyyət zamanı isə ağız boşluğuna hava ötürən borunun yerləşdirilməsi məqsədəuyğun sayılır. Təkrar qusmaların profilaktikası məqsədilə əlavə olaraq vena daxilinə 10 mq metoklopromid (serukal) yeritmək olar.

- Dəm qazı zəhərlənmələrin spesifik antidotu varmı?

- Dəm qazı ilə zəhərlənmələr zamanı antidot kimi 100%-li oksigen (üzə kip bağlanılmış maska vasitəsilə 10-15 l/dəq) tətbiq olunur. Huşu itmiş xəstələrdə intubasiya aparılmalı və 100%-li oksigenlə ağ ciyərlərin süni ventilyasiyası həyata keçirilməlidir. Bundan başqa, qeyd etmək lazımdır ki, dəm qazı ilə zəhərlənmələr zamanı pulsoksimetr faydasızdır və dəqiq olmayan göstəricilər verir.

Hiperbarik oksigenasiyanın tətbiqi sahəsində aparılmış son elmi tədqiqatlar göstərib ki, hiperbarik oksigenasiya arzu edilməyən nevroloji fəsadların qarşısını almır və normobarik oksigenasiya ilə müqayisədə böyük effektivliyə malik deyil. Ona görə də, dəm qazı ilə zəhərlənmələr zamanı hiperbarik oksigenasiya ilə bağlı standart yardım mütəxəssisin rəyindən asılıdır və seçim terapiyası hesab olunur.

Əlavə müalicə üsulları kimi infuzion, vitamin, kəhraba turşusu və simptomatik terapiya tətbiq edilir. Bundan başqa, həkim arterial hipotenziyanın və ürək ritminin dəyişmələrinin korreksiyasına, qıcolmaların aradan qaldırılmasına yönəlmiş terapiyanın aparılmasına hazır olmalıdır. Bir çox xəstələrə isə həkim  nevropatoloqun məsləhəti tələb olunur.

- Dəm qazı ilə zəhərlənmələrdən özünü necə qorumaq lazımdır?

- Əfsuslar olsun ki, Azərbaycanda dəm qazı ilə zəhərlənmələrin böyük əksəriyyəti ilk növbədə əhali tərəfindən sertifikasiyadan keçməmiş qızdırıcı cihaz və sistemlərdən istifadə etdikdə, habelə onların quraşdırılma və işlədilməsi zamanı təhlükəsizlik texnikasının qaydalarının pozulması nəticəsində baş verir. Praktikamızda vətəndaşların bilərəkdən qaz sobasının çıxış dəliyini kömürlə tıxadığını (belə düşünürlər ki, bu yolla əmələ gələn dəm qazını kömür udacaq) və ya bacanın büzməli borusunu su ilə dolu vedrəyə salmasını, qaz filtirinin çıxarılmasının şahidi olmuşuq. Dəm qazı ilə zəhərlənmələrin profilaktikası üçün “pyatiminutka”adlanan qaz kolonkaları yerləşdirilmiş vanna otaqlarında mütləq ventilyasiya pəncərələri olmalı, bacaların hava çəkməsi mütəmadi olaraq yoxlanılmalıdır. Belə olur ki, küləkli günlərdə yanma məhsulları bacadan geriyə ötürülərək insanların zəhərlənməsinə gətirib çıxarır.

İşlədilən qaz cihazları təyinatı üzrə istismar qaydaları nəzərə alınmaqla işlədilməlidir. Binaları isitmək üçün təhlükəsizlik standartlarına cavab verməyən sobalar və plitələrdən istifadə olunmamalıdır. Daşına bilən qaz plitələri ancaq küçə şəraitində istismar oluna bilər. Benzin və ya dizel yanacağı ilə işləyən elektrik generatorlarından qapalı otaqlarda istifadə etmək olmaz.

Qaz cihazları olan otaqlarda dəm qazının səviyyəsini müəyyən edən analizatorların quraşdırılması çox yaxşı olardı. Bu çox baha olmayan və etibarlı cihazlar dəm qazının təhlükəli konsentrasiyasını aşkar etdikdə uca səs siqnalı verir ki, bu da qazı bağlamağa və həmin yeri vaxtında tərk etməyə imkan verir.

Beləliklə, təhlükəsizlik texnikasının çox da mürəkkəb olmayan qaydalarına riayət etməklə özünüzü və yaxınlarınızı bu ağır, bəzən ölümcül zəhərlənmədən qoruya bilərsiniz.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ