Salyan Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirib və nəticədə külli miqdarda narkotik vasitə aşkar olunaraq götürülüb.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən, əvvəllər də eyni əməllərinə görə məhkum olunmuş rayon sakini Elmar Rəsulov polis əməkdaşları tərəfindən saxlanıb. E.Rəsulovun üzərinə baxış zamanı ümümi çəkisi 17,763 qram narkotik vasitə olan tiryək götürülüb.
Əməliyyatın davamı olaraq onun yaşadığı evə baxış zamanı ümümi çəkisi 351,833 qram tiryək, ümümi çəkisi 1,378 qram olan heroin və 1 ədəd tərəzi aşkar edilərək götürülüb.
Faktla bağlı Salyan RPŞ-nin İstintaq bölməsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.
Toğrul NƏSİRLİ polis leytenantı