Bazar günü günü, 15 noyabr 2026
     

Cəzanın tətbiqi fəlsəfəsi – təqsirkardan əməlinə görə dövlət elə səviyyədə qisas almalıdır ki...

Image


Sosial ədalətin bərpası məqsədilə cəza yalnız məhkəmənin hökmü ilə dövlətin cinayət hüququ xarakterli məcburiyyət tədbiri kimi cinayət törətməkdə təqsirli sayılan şəxslərə tətbiq edilir. Bir az da obrazlı ifadə etsəm, cəzanın tətbiqi ilə təqsirkara məhrumiyyətlər yaradılır, onun hüquq və azadlıqları məhdudlaşdırılmaqla fəlsəfi bir anlama eyham vurulur ki, ətraf üçün baş verə biləcək təkrar cinayətlərin qarşısını almağa, məhkumların islah olunmasına istiqamətlənən və hamı üçün görk olunan bir imkan açılır.

Cəzanın tətbiqi fəlsəfəsi onun mahiyyətini, məzmununu və formasını xarakterizə edən əlamətlərini, cəzanın məqsədinin qaçılmaz olduğunu, habelə ictimai təhlükəli əməlin dərəcəsinə uyğunluğunu özündə əks etdirir. Digər xarakterik cəhət ondan ibarətdir ki, cəzanın ümumi xəbərdarlığı həm təqsirkara və onun ətrafına, həm də baş verə biləcək təhlükəli halların qarşısının alınmasına yönəlir.

İlk növbədə cəzanı xarakterizə edən əlamətlərə diqqət yetirək:

- Bu, dövlətin törədilən cinayətlərə-ictimai təhlükəli əməllərə və onun subyektlərinə olan reaksiyasıdır(sair hüquqpozmalara tətbiq edilmir).

- Yalnız Azərbaycan Respublikası CM-də ehtiva edilən və cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməllərə görə tətbiq edilir;

- Cinayət hüquq məsuliyyətinin subyekti olan (müəyyən yaş həddinə çatan) anlaqlı fiziki şəxslərə tətbiq edilir;

- Əməlin dərəcəsinə uyğun, yalnız məhkəmənin hökmü ilə təqsirkarlara təyin edilir;

- Məhkumluq yaradır;

- Cəzanın hüquqpozmalardan fərqli cəhəti təqsirkar üçün əhəmiyyət kəsb edən azadlıqlardan məhrum olunması, azadlığının  və hüquqlarının məhdudlaşdırılması ilə bağlıdır.

Digər hal cəzanın məzmununu xarakterizə edən əlamətlərdir. Yəni cəzanın dövlətin adından cinayət hüquqi xarakterli məcburiyyət tədbiri kimi təyin edilməsi, hüquq və azadlıqların məhdudlaşdırılması diqqət çəkir.

Cəzanın formasını  xarakterizə edən əlamətlərə isə yalnız CM-nin müvafiq  maddələri ilə təqsirkarların işkəncələrlə, qeyri-insani və amansız rəftar və yaxud ləyaqəti alçaldan hərəkətlərlə müşayiət olunmayan formalarla həyata keçirilməsini nəzərdə tutur.

Bir qayda olaraq, cəzanın məqsədi onun tətbiqindən gözlənilən və hamı üçün ideal ifadə təzahürünün realizə olunmasından  ibarətdir –deyə bilərik.

Sosial ədalətin bərpası cəzanın törədilən cinayətə uygun olması ilə təsdiqini tapır. Əməlin subyektinə qarşı cəzanın və ya cinayət hüququ xarakterli tədbirin tətbiqi ədalətli olmalı, ictimai təhlükəli əməlin dərəcəsinə və xarakterinə, təqsirkarın şəxsiyyətinə və əməlin törədilmə şəraitinə müvafiq olmalıdır. Sosial ədalətin bərpası o deməkdir ki, dəymiş zərərin müxtəlif növləri kompensasiya olunur, zərər ödənilir. Bu əlamət cəzanın cinayətkarın sosial statusuna uyğun tətbiqini də özündə birləşdirir. Cəza elə həddə olmalı və təqsirkardan əməlinə görə dövlət elə səviyyədə qisas almalıdır ki, zərərçəkən vətəndaşlar üçün qisas almağa dəhliz açılmasın.

Məhkumun islah olunması: islah etmək məhkumda insana hörmətin, cəmiyyətə, əməyə,ictimai normalara, hüquq və birgəyaşayış qaydalarına qeyri etik davrananlara qarşı xüsusi xəbərdarlığın formalaşdırılması ilə əhəmiyyət kəsb edir. Cəzanın tətbiqi ilə məhkuma hüquqi və qeyri-hüquqi vasitələrlə təsir edilir, məhkum törətdiyi əmələ görə daxili iztiraba məruz qalır və hər gün peşmançılıq çəkməyə vadar olunur. İslah olunmanın ilk və deyərdim ki, ən mühüm  üsulu cinayətkarın öz günahını anlamasından ibarətdir. Bu baş vermirsə, deməli, cəzanın məqsədinə dair bütün hərəkətlər boş yerə sərf edilib.

Cəza həm də yeni cinayətlərin (törədilə biləcək) qarşısını almaq məqsədilə xəbərdarlıq vasitəsidir. Cəzanın bu əlaməti qeyri müəyyən şəxslərin dairəsi və ətraf üçün onların şüuruna və düşüncələrinə təsir edəcək “cinayət varsa, cəza da olmalıdır” hədəsi – vahiməsinin bir alətə və vasitəyə çevrilməsini özündə əks etdirir.

Cəza, məzmununun xarakterinə görə tənzimlənməyən sosial davranışlara görə təqsirkara fiziki, maddi və mənəvi ziyanın yetirilməsi gücünü özündə saxlayır. Bu mənada, cəzanın əsas cəhətlərindən biri onun labüdlüyündən doğan məcburi tətbiqindən asılı olur. Amma bəzən davranışın özünü tənzimləmə təcrübəsinə də rast gəlinir. Yəni şəxs vicdanı və həyası qarşısında əzab çəkərək özünə “cəza” tətbiq edir, hərəkətinə görə sarsılır, peşimanlıq çəkir...

Cəzanın tətbiqi ona görə məcburi və qaçılmazdır ki, əxlaqında və davranışında problem olan fərd digər tərəfin hüquqlarına, ictimai münasibətlərə zidd davranmasın, sosial-fəlsəfi, əxlaq və etik baxımdan ictimai şüurun qəbul etmədiyi anormal hərəkətlərə bir daha yol verməsin və s...

Tarixən cəzanın törədilən əməlin subyektlərinə tətbiqinə həmişə “bəraət” qazandırılıb, bu təqdir olunub. Müasir normativ nəzəriyyələrdə də cəzanın məqsədi unudulan, əldən çıxan və axtarışı çətin olan bəşəri bir dəyərin - ədalətin  bərpası kimi xatırlanır, sosial ədalət yalnız ədalətli cəzanın tətbiqindən sonra bərpa olunur. Yuxarıda qeyd etdiyim kimi,  məhkum günahını anlayacağı təqdirdə sosial ədalət bərpa oluna bilər. Eyni zamanda zərəçəkənlərin –qurbanların da hüquq və azdalıqlarının ədalətlə təmini, mühafizəsi və dəymiş fiziki, maddi və mənəvi ziyanın, kompensasiyanın sözsüz ödənilməsi prioritet təşkil edir. Neqativ, deviant davranışı olan şəxslərin islah olunması da cəzanın sonrakı məqsədi kimi qəbul edilir. Cəzanın tətbiqi ilə  təqsirkarın, şəxsiyyətin oriyentasiyasında dəyişiklik etmək mümkün olarsa, məhkuma qanunlara, hüquq qaydalarına və ətrafın hüquq və azadlıqlarına hörmət ruhunda davranılması aşılanarsa (ən azı təkrar əməlinə görə cəzanın tətbiqindən ehtiyatlanırsa, həyacan keçirirsə), deməli, cəzanın islah olunmağa təsiri olmuşdur. Sonrakı məqsəd törədiləcək yeni ictimai münasibətlərə zidd əməllərin qarşısını almaqla xəbərdarlığı nəzərdə tutur. Bu bir növ, məhkuma və digər sosial qruplara cəzanın “Vahiməli barmağının” silkələnib “dur” deməsidir.

Cəzanın bütün məqsədləri məzmununa görə fərqlənsə də, təsir vasitəsi kimi qarşılıqlı əlaqədə və şəraitdə fəaliyyət göstərir. Qənaətimə görə, cəzanın çəkindirmə və yaxud ona  hörmətin aşılanması üçün cinayətlərin qəsdən törədilən ağır və xüsusilə qğır növlərinə görə sərtləşdirilməsinə ehtiyac var. Kimin nə deyəcəyindən asılı olmayaraq, cəzanın sərtliyi insana məhəbbətin təzahürüdür. İnsanın sərtliyi isə onun amansızlığından və empirik düşüncəyə malik olmasından yaranır. Bunları eyniləşdirmək olmaz. Cəza sərtliyi ilə insanı təkrar bədxahlıqdan saxlamaqla ona məhəbbətini ifadə edir...və s. Ağacın bar verməsi və inkişafı üçün yağışa və günəşə nə dərəcədə ehtiyac varsa, cəmiyyətin də  təhlükəsizliyinin təmini, hüquq və azadlıqlarının mühafizəsi üçün cəzanın sərtləşdirilməsi qaçılmazdır. Əvvəlki CM-də cəzaların növləri sırasında “azadlığın məhdudlaşdırılması”növü var idi. Sonra bu, hüquqi islahatların davamı kimi, məcəllədən çıxarıldı. Elə bir vəziyyət yarandı ki, dövlət qulluğuna gələn hüquqşünas namizədlərə cəzanın növləri ilə bağlı sual verildikdə, bu cəza növünü də sadalayır, məcəllədən çıxarılmasından xəbərləri olmurdu. Məcəlləyə yenidən bu cəza növünün salınmasının(və yaxud çıxarılması) hansı zərurətdən yarandığı bəlli deyil və “azadlığın məhdudlaşdırılması”nın tətbiqi proseduru barədə ictimaiyyətə qanunun yaradıcı ekspertləri tərəfindən heç bir məlumat  və şərh verilməyib.

XXI əsrin astanasında vətəndaşların məlumat almaq imkanı daha genişdir, başqasının hüquq və azadlıqlarına, qüvvədə olan qanunların tələblərinə hörmət etmək üçün təkmil, əhatəli normativ baza vardır. Belə olan halda cəmiyyətin azad inkişafına mane olan deviant davranışların subyektlərinə qarşı “başqalarına dərs olsun” deyə sərt davranmaq lazım gəlir.

Son illərdə bir sıra ölkələrdə cəzanın sərtləşməsi tendensiyasına artıq rast gəlinir, daha çox vətəndaşların həyat və sağlamlığına yönələn qəsdlərə görə azadlıqdan məhrum etmənin müddəti artır, ömürlük həbs cəzası tətbiq edilir. Bu onunla sərtlənir ki, əvvəllər, sovet dönəmində dövlətin marağına daha çox önəm verilirdisə, müasir cəmiyyətimizdə insan kapitalı,vətəndaşların həyat və sağlamlığı, dövlətin ali məqsədi kimi qabarılan insan və vətəndaş hüquq və azadlıqlarının təmini, habelə onların rifah halının yaxşılaşdırılması əsas götürüldüyündən, cəzanın sərtləşdirilməsini gerçəkləşdirir.

Azərbaycan Respublikasının Mili Məclisində müstəsna cəza növünün tətbiqinə artıq təkliflər səslənir. Cəza fəlsəfi mənada da sanksiyadır, qanunun və qaydanın pozulması halları zamanı tətbiq edilir, müəyyən imkanların məhdudlaşdırılması və təqsirkarın sosial statusunu “aşağılamaq” məqsədini daşıyır. Cəza həmçinin əxlaqi, fəlsəfi və hüquqi kateqoriyadır.Yetər ki, təqsirkar əməlinə görə “qazandıqlarının bəhrəsini”anlasın. Bu çox vacibdir və təqsirkarın sağlam fərd kimi cəmiyyətə inteqrasiyasına sövq edir.

Qədim filosofların cəza haqqında üç əsas ideyaları diqqət çəkir:

1) Cəza cinayətlərin xəbərdarlığına(profilaktikasına)istiqamətlənməlidir;

2) Cəza lazımi həddə ətraf üçün tərbiyə etmək təsiri bağışlamalıdır;

3) Cəza ədalətli və əməlin təhlükəlilik dərəcəsinə adekvat olmalıdır.

Qədim Yunan mütəfəkkürlərinə görə, cəza şəxsin iztirab çəkməsi üçün tətbiq edilən ədalətli prosesual tədbir vasitəsidir, “onu çəkən şəxs üçün xeyirlidir”, o, törətdiyi əmələ müvafiq, ən azı, mənəvi cəhətdən islah olunmağa məcbur edilir. Yunan və Roma mütəfəkkirlərinin təbirincə,“Qanun bütün və hər bir təsəvvürdən üstündür, onu pozmaq isə, sözsüz ki, şər olduğuna görə tətbiq edilən cəza daha xeyirlidir. Xətaya görə tənbeh və cəza vacibdir, əks təqdirdə qanunun pozulması faktlarını mübahisələndirmək  olmazdı.

Bunun əksi olaraq qədim Yunan dövlətində belə bir antitezis aforizmə xas tərzdə meydana gəlmişdi: cinayətkar iradəcə zəif olduğuna, hakimlərin kompetensiyası şübhə doğurduğuna  və müqəddəs olmadığına görə cəzanın tətbiqi zamanı sosial ədalətin bərpası həmişə mümkün olmur. Yəni təqsirkarın maddi və mənəvi cəhətdən çətin durumda olduğuna görə  cinayət törətdiyi ehtimal edilir, əməlin məcburiliyi və hakimin cəza tətbiq etməkdə çətinlik çəkməsi və yaxud, “səlahiyyətli” olmaması diqqətə çatdırılırdı. Burada “məcburi cinayət törətmə”qanuniləşdirilir, eyni zamanda onun zəif iradəyə malik olmasına da haqq qazandırılırdı.

Rəvayət edilir ki, qədim Romada qatilə hökm oxunan zaman müdafiəçi söz istəyir. Odeyir:”Zati aliləri! İttiham etdiyiniz qatilin əməlinin qurbanı yaxın dəqiqələrdə zala daxil olacaq, ehtimallara söykənən sübutlar əhəmiyyətini itirəcək və qatil bəraət qazanacaq.Hamının baxışları qapıya dikilir.Vəkil yalanı o dərəcədə məharətlə səsləndirmişdi ki, qətlə yetirilənin möcüzə olaraq zala daxil olacağına hamı inanmışdı. Məhkəməyə sədrlik edən isə qatili baxışları ilə izləyirdi. Qatil  öz dünyasında, bambaşqa bir mühitdə idi, barmaqları ilə oynayır,qapıya əsla baxmırdı. Hakim  düşünürdü: “Qatil əməlinin qurbanının dirilməyəcəyinə əmindir”...Bir neçə dəqiqədən sonra hakim hökmü elan etmək üçün ayağa qalxır.Vəkilə:”Sizin dedikləriniz yalnız güman edildiyindən  həqiqət sayıla bilməz. Söylədiklərinizə qatil heç əhəmiyyət vermədi. Qatilə gün kimi aydın idi ki, əməlinin qurbanı heç vaxt dirilməyəcək, onun qapıdan girəcəyini gözləmirdi və qapıya tərəf də əsla baxmırdı. Vəsatətiniz bizə nihilist ovqat bəxş etdi, elan edilən ittihamlar isə əsaslıdır...

Çox təəssüf ki, belə hallara  və vəkillərə indi də rast gəlmək olur. Amma nə yaxşı ki, təcrübəli və peşəkar  hakimlər də var...

Şəmsəddin ƏLİYEV
hüquqşünas



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ