Yeni il ərəfəsində ölkənin mobil rabitə bazarının lideri “Azercell Telekom” MMC öz abunəçilərini, hər zaman olduğu kimi, yeni kampaniya ilə sevindirdi.
28.12.2017 – 04.01.18 tarixlərində Park Cinemakinoteatrlarından bilet alan “Azercell” abunəçiləri Yeni İl hədiyyəsi olaraqpulsuz danışıq dəqiqələrivə SMS-lərqazandılar.
Beləliklə, film seyr etməyə gələn “Azercell” abunəçiləri həm əylənib dincəldilər, həm də hədiyyələrə sahib oldular.
“Azercell” bundan sonra da öz abunəçilərinə yüksək keyfiyyətli xidmət göstərməklə yanaşı, mütəmadi olaraq xoş sürprizlər etməyə davam edəcək.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.