Bazar günü günü, 15 noyabr 2026
     

Tibb Universitetinin professoru revmatik xəstəliklərlə bağlı hamı üçün çox gərəkli elmi mülahizələr söylədi

Image


Azərbaycan Tibb Universiteti II uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru, Əməkdar Elm xadimi Surxay  Musayev son zamanlarda həm böyüklər, həm də uşaqlar arasında daha çox rast gəlinən revmatik xəstəliklərlə bağlı klinikanın mətbuat xidmətinə müsahibə verib.

- Professor, revmatik xəstəliklər son illərin təsnifatında geniş yayılmış xəstəliklər sırasına daxil edilib. Bu haqda nə deyə bilərsiniz?    

- Revmatik xəstəliklər təbabətə məlum olan ən qədim patologiyalardandır. “Rheuma” (revma) anlayışına ilk dəfə bizim eranın birinci əsrinə aid olan tibbi ədəbiyyatda rast gəlinir. Rheuma – “axma,tökülmə” mənasını verir. Çünki qədim həkimlər hesab edirdilər ki, beyində əmələ gələn “ilkin şirə” bədənin müxtəlif hissələrinə axaraq xəstəlik törədir. Hazırda revmatik xəstəliklər qrupuna 120-dən çox xəstəlik və sindromlar daxil edilib. Sizi maraqlandıran revmatizm xəstəliyi də bu qrupa daxil olan patologiyalardan biridir. Müasir təsnifatlara əsasən, revmatizm termini əvəzinə  «kəskin revmatik qızdırma» terminindən istifadə olunur.   Bu xəstəliyə dünyanın bütün ölkələrində rast gəlinir, əsasən 7-15 yaşlarda uşaqlar daha çox xəstələnir. 30% hallarda kəskin revmatik qızdırma ailəvi xarakter daşıyır.

Kəskin revmatik qızdırmanın inkişafını şərti olaraq 3 əsas mərhələyə bölmək olar. Birinci mərhələ adətən keçirilmiş anginadan, skarlatinadan və ya kəskin nazofaringitdən sonra 2- 4 həftə ərzində davam edir, simptomsuz və ya  uzanmış sağalma əlamətləri ilə keçir. İkinci mərhələ xəstəliyin əsas klinik əlamətlərinin meydana çıxması ilə xarakterizə  olunur. Xəstəlik kəskin, tədricən, hətta bilinmədən başlaya bilər. Əksər uşaqlarda ilkin əlamətlər kimi qızdırma, halsızlıq və oynaq ağrıları meydana çıxır. Müayinə zamanı ürək tərəfindən dəyişikliklər, leykositoz, eritrositlərin çökmə sürətinin artması, anemiya aşkar edilir. Bəzən isə kəskin revmatik qızdırma xoreya əlamətləri ilə başlayır. Ayrı-ayrı simptomların büruzə verilməsi xəstəliyin gedişindən, ağırlıq dərəcəsindən asılı olaraq müxtəlif forma və  kombinasiyalarda ola bilər. Üçüncü mərhələ - qayıdan kəskin revmatik qızdırmanın müxtəlif əlamətləri - ürək qüsurunun proqressivləşməsi və hemodinamik pozğunluqların inkişafı ilə  xarakterizə olunur.

- Kəskin revmatik qızdırma haqqında danışdınız. Bu zaman valideynlər daha çox hansı əlamətlərə diqqət etməlidir?

- Qeyd etdiyim kimi, kəskin revmatik qızdırma zamanı valideynlərin və həkimlərin diqqətini ilk cəlb edən klinik əlamətlərindən biri oynaqların zədələnməsidir. Bu, bir qayda  olaraq, iri oynaqların simmetrik, uçuğu xarakterli zədələnməsi ilə xarakterizə olunur. Oynaqlarda dözülməz ağrılar, şişkinlik, dəri örtüyünün  qızartısı, az nəzərə çarpan defiqurasiyası diqqəti cəlb edir. Bəzən oynaqların belə klassik zədələnməsi deyil, bir neçə gündən 3- 4 həftəyə qədər davam edən oynaq ağrıları müşahidə olunur.

Xəstəliyin əvvəlində özünü çox da büruzə verməyən, lakin həyati baxımdan ən təhlükəli əlamət ürəyin zədələnməsidir. Patoloji proses, bir qayda olaraq, ürəyin bütün təbəqələrini əhatə edir. İlkin olaraq miokardit, onun fonunda isə endokardit və perikardit inkişaf edir. Miokard, perikard və endokard prosesə ardıcıl olaraq qoşulur və müxtəlif variantlarda rast gəlirlər. Əsas obyektiv simptomları taxikardiya (ürək döyüntüsü), küylər, ürəyin böyüməsi, ürək çatışmazlığı, atrioventrikulyar keçiriciliyin ləngiməsi, perikardit əlamətləridir. Uşaqlarda, demək olar ki, 100% hallarda  miokardit, 50-55%  hallarda endokardit inkişaf edir. Uşaqların ümumi vəziyyəti  ağır olur, avazıma, təngnəfəslik, sianoz, zəif nəbz, arterial təzyiqin aşağı enməsi, ritm pozğunluqları qeydə alınır. Təxminən 10% hallarda aortal qapaqlar zədələnir, aşağı tembrli diastolik küy eşidilir, bəzən diastolik təzyiq aşağı enir.

40% -ə qədər hallarda ekssudativ perikardit inkişaf edə bilər. Bu zaman uşağın vəziyyəti hədsiz dərəcədə ağırlaşır, sifəti şişir, boyun venaları qabarır, təngnəfəslik, məcburi yarımoturaq vəziyyəti müşahidə olunur.

Sinir sisteminin zədələnmələri uşaqlarda adətən kiçik xoreya şəklində təzahür edir. Tədricən uşağın psixikası dəyişilir, eqoistlik, emosional dəyişikənlik, yorulma, aqressivlik meydana çıxır. Bir-iki həftədən sonra xoreyanın əsas əlamətləri - müxtəlif əzələ qruplarının qeyri-iradi yığılmaları (hiperkinezlər), əzələlərin hipotoniyası, zəifliyi, hərəkətlərin koordinasiyasının pozulması inkişaf edir. Mimiki əzələlərin qeyri-iradi yığılması, nitq pozğunluğu, xəttin dəyişilməsi baş verir. Xəstələr yemək zamanı əşyaları əlində saxlaya bilmir, narahat hərəkətlər edir. Ağır hallarda, hətta uşağın oturub-durması, gəzməsi çətinləşir, udma aktı, digər fizioloji aktlar pozulur. Xoreik  hiperkinezlər uşaqlar həyacanlananda, fiziki yük zamanı artır, yuxuda itir. Bəzən valideynlər uşağın bu hərəkətini şıltaqlıq kimi qəbul edərək onlara irad tutur, qışqırır və s. Bu isə prosesə mənfi təsir göstərir və onu daha da dərinləşdirir. Belə hallarda təcili revmatoloqa müraciət etmək lazımdır.

- Xəstəliyə vaxtında və düzgün diaqnoz qoyulmadıqda hansı fəsadlara gətirib çıxarır?          

- Vaxtında diaqnoz qoyulmadıqda, müalicə-profilaktika tədbirləri gecikdikdə, yaxud səriştəsiz aparıldıqda kəskin revmatik qızdırmanın təkrar hücumları - təkrari revmatik qızdırma  baş verir. Təkrar hücum əsasən burun-udlaq infeksiyasından və ya paraallerqik təsirlərdən (soyuqlama, fiziki gərginlik) sonra müşahidə olunur. Xəstələrin əksəriyyətində xəstəliyin təkrar hücumu kəskin başlayır, öz fəallığı və gediş xüsusiyyətilə əvvəlkini təkrar edir. İkinci hücum zamanı 95%, sonrakı hücumlar zamanı isə 100% hallarda ürək zədələnir. Bir neçə hücumdan sonra ürəyin xroniki revmatik xəstəliyi inkişaf edir və əksər hallarda  qazanılmış ürək qüsuru formalaşmış olur.

- Bəs, bu xəstəliyin tam müalicəsi mümkündürmü?

- Xəstəliyin tam müalicə olunmasına gəlincə onu deyim ki,  kəskin revmatik qızdırma  zamanı birləşdirici toxumada patoloji proses 4 ardıcıl fazadan ibarət olur. Bu prosesin yalnız birinci- mukoid şişmə fazası geri qayıdandır. Odur ki, mümkün qədər  kəskin revmatik qızdırma diaqnozu erkən qoyulmalı, vaxtında düzgün müalicə başlanmalı və profilaktik tədbirlər həyata keçirilməlidir.

- Professor, sonda valideynlərə hansı tövsiyəni verərdiniz.

- Bu məsələdə həm valideynlərin, həm də həkimlərin xəstəliyə münasibəti ciddi rol oynayır. Bəzi valideynlər uşaqlarının yuxarıda sadaladığım şikayətlərinə ciddi fikir vermir. Bəziləri bu şikayətləri keçid dövrü ilə əlaqələndirir, digərləri isə özbaşına müalicə etməyə çalışırlar.

Belə hallarda bizi həm hiperdiaqnostika, həm də hipodiaqnostika problemləri narahat edir. Belə ki, bəzən uşağın normal inkişafının müəyyən mərhələlərində sümüklərlə əzələlər, eləcə də ürəklə magistral damarlar arasında müvəqqəti disbalans yaranır və bu zaman ətraflarda ağrılar, ürəkdə müxtəlif xarakterli küylər eşidilə bilər. Bu müvəqqəti haldır və revmatizmlə heç bir əlaqəsi yoxdur. Yəni hər oynaq-əzələ ağrısı revmatizm, hər eşidilən küy ürək qüsuru əlaməti deyil. Digər tərəfdən, bəzi hallarda revmatizmin valideynlər və həkimlər tərəfindən ciddi qəbul edilməməsi ağır fəsadlara da gətirib çıxarır.

Biz sözlə, revmatoloji xəstəlikləri revmatoloqlar müalicə etməlidir. Bəzən klinikaya qədər uşaqların müxtəlif ixtisaslı həkimlər tərəfindən müalicə olunduğunun və bunun ağır nəticələrinin şahidi oluruq. 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ