Bazar günü günü, 15 noyabr 2026
     

Mədəniyyətə xidmət etməklə keçən 70 illik ömür...

Image


Heydər Əliyev sarayı - Paytaxtımızın memarlıq simasında xüsusi yeri olan bu möhtəşəm məkan həm də ölkənin baş səhnəsi, əsas konsert salonudur. 45 ildir ki, ictimai-siyasi, mədəni-kütləvi tədbirlərə ev sahibliyi edən, Azərbaycan xalqının həyatında önəmli hadisələri, tədbirləri səhnəsindən geniş tamaşaçı kütləsinə çatdıran saray bu gün də qaynar həyatını yaşayır.

Yüksək səviyyəli təmir-bərpadan sonra yenidən qapılarını tamaşaçıların üzünə açan Heydər Əliyev Sarayı 2017-ci ildə 45-cı yaşını zəngin tədbirlərə səhnə açmaqla qeyd etdi. Əlbəttə, sarayın davamlı olaraq öz tamaşaçılarına və Azərbaycana gələn xarici qonaqlara keyfiyyətli xidmət göstərməsində bu mədəniyyət müəssisəsinin fəaliyyətə başladığı gündən burada müxtəlif vəzifələrdə çalışan və 1989-cu ildən ona rəhbərlik edən Əməkdar mədəniyyət işçisi Fərhad Babayevin  rolu və əməyi danılmazdır. Yüksək intellektə və mədəniyyət səviyyəsinə malik Fərhad müəllimin gərgin əməyi və zəhməti nəticəsində Heydər Əliyev Sarayı bu gün də ölkənin bir nömrəli sarayı adını qoruyub saxlaya bilir. Onu yaxından tanıyan biri kimi tam əminliklə deyə bilərəm ki, Fərhad müəllim şəxsən  bütün konsertləri izləyir. Hətta o, afişalara  baxmadan  da  hansı  tarixlərdə  hansı  tədbirin  olduğunu sizə deyə bilər. O təkcə tədbir və konsertləri yox, həm də tamaşaçıları izləyir. Çünki məhz tamaşaçıların əhval-ruhiyyəsi Fərhad müəllim üçün əsas göstərici və vacib şərtdir. Hər zaman işinin başında olan  Fərhad Babayev hamıdan əvvəl işə gəlib, hamıdan sonra işdən gedir.Bunun səbəbini soruşanda isə hörmətli Fərhad müəllim etiraf edir ki, ortaya çıxa biləcək hər hansı məsələnin həllinə və hər şeyin yüksək səviyyədə təşkilinə ilk  növbədə o cavabdehdir.

Qısa haşiyə çıxaq ki, Ümummilli lider Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk günlərdən, bir çox tikinti işləri ilə yanaşı, məhz indi onun adını daşıyan bu möhtəşəm sarayın tikintisi ilə də maraqlandı və onun başa çatdırılması üçün xüsusi göstərişlər verdi. Beləliklə, sarayın illərlə ləngiyən tikintisi böyük öndərin qayğısı nəticəsində 2 ilə başa çatdı və 1972-ci ilin 11 dekabrında bu möhtəşəm saray təhvil verildi. Dekabrın 14-də isə artıq saray öz qapılarını tamaşaçıların üzünə açdı. O tarixi gündən 45 il keçsə də, bu gün Azərbaycan incəsənətinin nümayiş olunduğu əsas səhnə məhz bu məkan - Heydər Əliyev Sarayıdır. Fərhad Babayevin indi rəhbərlik etdiyi bu səhnə bir çox möhtəşəm hadisələrə şahidlik edib. Xalqımızın böyük oğlu, ulu öndərin mədəniyyət sahəsinə olan sonsuz diqqəti və qayğısı bu saraya münasibətdə də hər zaman aydın nəzərə çarpıb. Elə bu səbəbdən də mədəniyyət ocaqları sırasında özünəməxsus yeri olan ölkənin mərkəzi konsert salonu öz qurucusu – ümummilli lider Heydər Əliyevin adını daşıyır.

Nəhayət bu  möhtəşəm saray özünün ikinci həyatına ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı ilə qədəm qoydu. Onun müvafiq qərarı ilə yüksək səviyyədə əsaslı təmir-bərpa olunan saray ümumilikdə dövlətimizin mədəniyyətə, onun inkişafına göstərdiyi münasibətin  bariz nümunəsidir. 

Bunun nəticəsidir ki, bu gün paytaxt Bakımızın, ölkəmizin rəmzinə çevrilən bu konsert müəssisəsi özünün gözəlliyi və möhtəşəmliyi ilə dünyanın seçilən mədəniyyət məkanlarından birinə çevrilib. Bu gün bizim bir çox milli-mədəni dəyərlərimiz - muğam musiqisi, aşıq sənəti UNESCO-nun mədəni irs siyahısında yer alıb. Fərhad Babayevin peşəkarlıqla rəhbərlik etdiyi və sadiq keşikçisi olduğu ölkənin əsas konsert salonu - Heydər Əliyev Sarayı isə mədəniyyətimizin incisi hesab olunan bu sənət sahələrinin təbliği yönündə hər zaman çalışıb. Mədəniyyət ocağının tarixi yaddaşına nəzər yetirsək, müxtəlif dövlət əhəmiyyətli, beynəlxalq miqyaslı mərasimlərə, eləcə də insanların mədəni istirahətini təmin edən tədbir və konsertlərə ev sahibliyi etdiyini görərik. Məlumdur ki, ulu öndər bu sarayda  xalq qarşısında and içərək, Prezident kimi ilk nitqini söyləyib. Onun layiqli davamçısı cənab İlham Əliyev də ölkə başçısı seçilərkən xalqa məhz bu məkandan səslənib. Azərbaycan Respublikasının bir çox dövlət əhəmiyyətli tədbirləri də məhz Heydər Əliyev Sarayının ev sahibliyi ilə reallaşıb. İndinin özündə də Fərhad Babayevin rəhbərliyi ilə saray hər mövsümə böyük məsuliyyətlə, yüksək səviyyədə hazırlaşır. 

Böyük musiqiçilərin yubileyləri, ənənəvi Bakı Caz Festivallarına ev sahibliyi, dünyaca tanınmış müğənnilərin solo konsertləri bu sarayın bizə təqdim etdiyi mədəni proqramların yalnız bir hissəsidir. Son illər saray tərəfindən təşkil olunan layihələrdə milli musiqimizin təbliği və bu sahədə gənc istedadların təqdimatı da xüsusi nəzərə çarpır. Şərqin ən qədim musiqi janrlarından olan, xalqımızın mədəniyyətində, mənəvi dünyasında mühüm rol oynayan muğam sənəti daim saray rəhbərlyinin diqqət mərkəzindədir. Məhz Fərhad Babayevin təşəbbüsü ilə Heydər Əliyev Sarayının təşkilatçılığı ilə artıq bir neçə ildir ki, “Gəncləşən muğam” adlı layihə hazırlanaraq yüksək səviyyədə təqdim olunub.

Əlbəttə, reallaşan bu tipli layihənin əsas məqsədi məhz gənc muğam ifaçılarının tanınması və təbliğidir. Təbii ki, saray yalnız muğam ifaçılarına deyil, digər sənətçilərə də dəstək olur. Aşıq sənətinin layiqli davamçıları da bu səhnədə davamlı olaraq öz istedad və bacarıqlarını göstərmək imkanı əldə edirlər. Media nümayəndələrinə müsahibələrində də hörmətli Fərhad müəllim bildirib ki, sarayın repertuarını müəyyənləşdirərkən daha çox Azərbaycanın milli musiqisi, folklor sənət sahələri ilə yanaşı, müasir mədəniyyətdən də bəhrələnirlər. Hər bir yaş təbəqəsinin istəyi nəzərə alındığı üçün müasir dövrün tələblərinə uyğun musiqi janrlarının təbliği istiqamətində də tədbirlər təşkil edilir. Bir sözlə, Fərhad Babayevin rəhbərlik etdiyi kollektivin  bir missiyası var: hər bir kəsin marağını nəzərə almaqla milli-mənəvi dəyərlərimizi əks etdirərək fəaliyyət göstərmək. Görünən də odur ki, Fərhad Babayevin rəhbərlik etdiyi saray ölkənin mərkəzi konsert salonu olaraq, ölkə əhəmiyyətli və eyni zamanda vətəndaşların istəklərinə uyğun tədbirlərə yer verir. Xüsusilə son illər tamaşaçıların artan tələbatını və zövqünü tam olaraq ödəmək üçün xeyli sayda müasir texniki avadanlıqlar – səhnənin qalxıb enən döşəməsi, hər iki istiqamətdə hərəkət edən transpartyor lenti, konsert proqramının daha yüksək səviyyədə keçirilməsi üçün  dünya standartlarına uyğun işıq və səs texnikası müxtəlif xarici ölkələrdən , o cümlədən Birləşmiş Ştatlar, Kanada və Yaponiyadan gətirilmiş və qurulmuşdur.

Şəxsi müşahidələrim əsasında gəldiyim bir məqami da qeyd etmək istərdim. İstər sarayın təşkil etdiyi tədbirlər, istərsə də dövlət əhəmiyyətli mərasimlər, təşkil olunan konsertlər zamanı Fərhad Babayevin rəhbərlik etdiyi kollektiv hər bir halda işinə eyni dərəcədə böyük məsuliyyətlə yanaşır. Çünki bu sarayın adı onun  məsuliyyət  yükünü daha da artırır.

Ömrünün 45 ilini məhz bu saraya həsr edən hörmətli Fərhad müəllim 2018 –ci il yanvarın 5-i 70 illiyini qeyd edəcək. Mən şəxsən öz adımdan və təmsil etdiyim media sahəsinin təmsilçiləri adından bu dəyərli insanı 70 illiyi – bu yubiley yaşı münasibətilə səmimiyyətlə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, çoxşaxəli fəaliyyətində yeni uğurlar arzulayıram. Arzu edirəm ki, məhz onun rəhbərliyi altında ölkəmizin bir nömrəli sarayı daha çox  yaradıcılıq uğurları əldə etməyə davam etsin, ən əsası, qazandığı etimadı daim möhkəmləndirsin.

Ayaz Mirzəyev
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvü, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ