Bazar günü günü, 15 noyabr 2026
     

Sevilən və sevən vətəndaş olma xoşbəxtliyi... - FOTO

Image


Deyirlər, gözəl mahnı da məhəbbət kimidir, qəlbin dərinliklərindən süzülür, insanın iliyinə hopur, varlığına hakim kəsilir...

Hər dəfə Azərbaycan Respublikasnın xalq artisti Fidan Hacıyevanın ifasında qəlbi isidən nəğmələri dinləyəndə onunla həmsöhbət olmaq arzusu keçirdi ürəyimdən. Xüsusən yaratdığı Karmen obrazı müasir incəsənətimizdə öz yeri olan fenomen kimi məni daha çox cəzb edirdi.

Nəhayət, bu arzum da gerçəkləşdi və xalq artisti, DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin hərbi dirijoru-mahnı ansamblı rəisinin müavini, baş leytenant  Fidan Hacıyeva ilə həmsöhbət oldum.

Öyrəndim ki, 19 yaşında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müsabiqəyə qatılıb, qalib kimi bu sənət məbədinin solisti olub. Belə yüksək etimad o vaxta qədər bu yaşda heç kəsə nəsib olmamışdı. İlk dəfə “Koroğlu” operasında Xanəndə qızın obrazını canlandırıb. İkinci rolu Jorj Bizenin eyniadlı operasında Karmenin rəfiqəsi Mersedes olub. Dediyinə görə, “Karmen”də uğur qazanmaq üçün fransız dilini və flamenko rəqslərini öyrənib, az qala taqətdən düşənədək məşq etməli olub. Hətta obrazı daha dərindən dərk etmək üçün vətəni Əndəlusa da gedib çıxıb. Beləliklə, artıq 21 yaşında Akademik Opera və Balet Teatrının böyük səhnəsində Karmen obrazını canlandırıb, “ən gənc Karmen” olub.

Sənətçi “Karmen” operasının ona həmişə uğur gətirdiyini və bu əsərin hətta onun ailə uğuru olduğunu da deyir. Çünki həyat yoldaşı ilə tanışlığında xüsusi yeri məhz bu opera tutub.

Sonrakı illərdə Fidan xanım Cüzeppe Verdinin “Aida” operasında Amnerisin, “Trubadur”da dramatik bir obraz olan Azuçenanın ariyalarını ifa edib. Səsinə valeh olan italyanlar onu 2002-ci ildə İtaliyanın Kidjiano Akademiyasında keçirilən beynəlxalq müsabiqəyə dəvət ediblər. Opera müğənnisi həmin müsabiqədə də qalib olub.

Bir çox ölkələrdə müsabiqələrin laureatı olan şöhrətli həmkarımız vətənpərvərlik mövzusunu heç vaxt yaddan çıxarmır. Hələ uşaq yaşlarından doğma musiqimizə hədsiz sevgi ruhunda böyüdüyü üçün bu məhəbbəti, bu istəyi sonradan ölməz klassik musiqini dərindən anlamağa və qavramağa imkan verib.

Dəfələrlə cəbhə bölgələrində, hərbi hissələrdə geniş konsert proqramları ilə çıxış edib. Düz 11 il müddətində Müdafiə Nazirliyinin Həzi Aslanov adına Mahnı və Rəqs Ansambılının baş solisti kimi tez-tez cəbhə bölgələrində əsgərlərimizə mahnılar ərmağan edib. Fəxrlə dedi ki, bu cür tədbirlər həqiqətən də hərbi qulluqçularımızın döyüş əzmini yüksəldir, qələbəyə inamını artırır.

Bir neçə ildir ki, DİN Daxili Qoşunlarında çalışır. Daxili Qoşunlarda xidməti ilə fəxr edir, hərbi rütbəni daşımaqdan qürur duyur. Fəaliyyəti haqqında danışarkən vurğuladı ki, Daxili Qoşunların hərbi orkestri Azərbaycan Dövlət Simfonik Orkestrindən sonra ikinci belə peşəkar kollektivdir.  Bir neçə ay bundan öncə elə bu kollektivlə birgə  Belarusun 100 illik yubiley şənliklərində çıxış edib.

Öyrəndim ki, repertuarında sırf klassik əsərlər deyil, estrada və caz musiqiləri, bəstəkar və xalq mahnıları, milli ruhlu marşlar da mühüm yer tutur.

Daxili Qoşunların sıralarına qəbul olunandan sonra xarakteri, yaradıcılığa bağlılığı daha da güclənib. Özündə tükənməz enerji hiss edir. Gənc vokalçıların yetişməsi üçün pedaqoji fəaliyyətlə də məşğuldur Fidan xanım. 2016-cı ildə gerçəkləşdirmək istədiyi Musiqi Mərkəzini yaradıb.

Sənətçinin əsas məqsədi tələbələrinə dərs keçmək üçün tədris yeri yaratmaq olub. Bu səbəbdən də vokal sənəti və klassik musiqilərin tədris olunmasına xidmət edən mərkəzdə əlavə olaraq caz, klassik estrada, fortepiano, saksafon, skripka və gitara ixtisasları da tədris olunmağa başlanıb. Mərkəz bu ildən "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırılıb.

Yetirmələrinə ən çox Azərbaycan mahnılarını ifa etməyi öyrədir ki, mədəniyyətimizi dünyada təbliğ etmək imkanları daha da çoxalsın. Və bu repertuarlar vətənpərvər ruhlu mahnıların hesabına get-gedə genişlənir. Sənətinin başlıca qayəsi kimi düşünür ki, hər zaman vətənin müdafiəçilərinə deyəsi sözü - onların qarşısında oxumaq üçün hərbi-vətənpərvərlik mövzusunda çoxlu mahnıları olmalıdır.

- Mahnı, bəstəkar sarıdan çətinlik çəkirsinizmi - sualımıza cavabında operamızın bənzərsiz ulduzu dedi ki, gözəl, keyfiyyətli musiqini sevir, onun hansı janra aid olması bir o qədər də önəmli deyil. Çox istedadlı bəstəkarlarla işləyir. Bu yaxınlarda E.Həsənovun və V.Əzizin “Vətənimdir” adlı əsərinə səhnə həyatı verib. Hazırda isə DİN Daxili Qoşunlarının Nümunəvi-göstərici Hərbi Orkestrinin     rəisi-baş hərbi dirijor, respublikanın əməkdar artisti, polkovnik-leytenant İlqar Novruzovun “Ana səsi” əsəri üzərində işləyir.

Söhbətimiz boyu çox mətləblərə toxunduq. Hiss etmədən münasibətlərimiz də istiləşdi. Söz dönüb-dolanıb ailədən düşəndə, elə bil ürəyimi oxuyurmuş kimi növbəti sualımı verməyə macal tapmamış özü cavabını verdi. Dedi ki, ailə qurduğu Böyük Britaniya vətəndaşı Fillip ona xaricə köçməyi təklif etsə də, vətənsiz yaşamağı ağlına belə gətirməyib. Elə bu cavabı, əslində, həyat yoldaşının da ürəyincə olub. Cünki o, artıq Azərbaycanı ikinci vətəni kimi sevir. Üç övladları var. İki adla - həm ingilis, həm də Azərbaycan adları ilə çağırırlar. Corciniya Xəyalə, David Davud, Çarls isə həm də Emindir. Ailədə Azərbaycan ab-havası hökm sürür...

Çoxdan fikrimdə canlandırdığım söhbət baş tutdu. Uzun müddət sevilən sənətkarımızla olan görüşümüzün xoş təsirində idim. Bu qədər sadə və istiqanlı təsəvvür etmədiyim Fidan xanım bəzi ulduz xəstəliyinə tutulanlardan fərqli olaraq, araya heç bir əda qoymadan bütün suallarımı cani-dildən cavablandırdı. Hələ bişirdiyi mürəbbələrin də dadına baxdıq.

...Son baharın sığal çəkdiyi şəhərə buludlardan nur ələnir. Duyğular isə bu dəfə mənim özümü sorğulayır. Düşünürəm, görəsən sənətkarın bu qədər  sevilməsinin bir sirri də onun öz sevgisini paylaşa bilməsində deyil ki?!

Xəyalə MƏMMƏDOV
DİN Mətbuat Xidmətinin əməkdaşı



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ