Bazar günü günü, 15 noyabr 2026
     

Tibb Universitetinin adlı təqaüdçü tələbələri ilə görüşdən təsirləndim…

Image


Geniş oxucu kütləsinin rəğbətini qazanmış populyar “Bakı-Xəbər” qəzetində (oktyabr, N 183) rastlaşdığım yazı öz məzmunu, təqdimatı, məna dərinliyi ilə o qədər səmimi və yaddaqalan idi ki, onu adi, “sıradan” hesab etmək olmazdı : “ATU rektoru Gəray Gəraybəyli Prezident təqaüdünə layiq görülən tələbələrlə görüşdü”.

İnformasiya ilə  tanışlığı oxuyub başa çatdırmamış bu qeydlərin fraqmenti hafizəmə həkk olunmuşdu. 3-4 gün sonra eyni mövzunun təkrarını universitrtin çoxtirajlısı “Təbib”qəzetində  görəndə ürəyimdəkilər əməli işə çevrildi və “qeydləri” sistemə salıb, “Bakı-Xəbər”ə çatdırdıq. Fikirləşdik ki, informasiyanı burada oxumuşuq, yekunu da burada qurtaraq.

***

Rektorla görüşün ilk anlarında salona toplaşanlar sevinc və fərəh dolu, qeyri-adi bir mühitə düşdüklərini hiss etmişdilər. Oxucuya zarafat gəlməsin, bir neçə həftə əvvəl “ abituriyent” adı daşıyan gənc oğlan və qız bu gün tələbədir – ölkədə öz yeri, sanbalı ilə seçilən, zəngin ənənələrə malik ATU-nun tələbəsi! Üstəlik də Prezident təqaüdçüsü fəxri adının daşıyıcıları.

***

Tədbir başlayır. Ənənəyə uyğun olaraq Tibb Universitetinin rektoru, professor G.Gəraybəyli öz adından təmsil etdiyi çoxminli müəllim, alim, professor-tələbə kollektivləri, işçi heyəti adından Prezident təqaüdünə layiq görülən 26 gənci təbrik edir, onlara təhsildə, həyatda yeni-yeni uğurtlar diləyir. Sözünə davam edərək, iftixar hissi ilə əlavə edir: “Bu böyük müvəfəqqiyətdir, nailiyətdir. İnanıram ki, bu yüksək biliyinizi gələcəkdə universitetdə göstərəcəksiniz”.

 Rektorun ümidverici bu sözləri – qapım hər zaman tələbələrin üzünə açıqdır... “Həmişə sizi dinləməyə, təklif və şikayətlərinizlə tanış olmağa hazıram” – deməsi görüşün bir növ leytmotivi, akkordu kimi səslənmişdir.

G.Gəraybəyli buradaca rəhbərlikdə etik normalara, demokratik əsaslara necə böyük hörmətlə yanaşdığını büruzə verir və bildirir ki, “məndən öncə sizin dekanlarınız var. İstənilən problemlə bağlı onlara müraciət edin”.

Prezident təqaüdçülərini, eləcə də I kurs tələbələrini, bütövlükdə təhsilə cəlb olunmuşların hamısını rektor başa salmaq istəyir ki, problemlərin həllinə ilkin vəsilədən başlamaq lazımdır. Onlar səlahiyyətləri daxilində məsələnin çözülməsini təmin etməlidirlər. Əks təqdirdə yenə də o söz... “qapım (elə də dekanların qapısı) üzünüzə açıqdır, gəlin birlikdə götür-qoy edib, məsələni yöluna qoyaq...

Fəxri təqaüdçü tələbələrlə görüşdə yüksək tribunadan səslənən digər çıxışlar da mətləbə yaxın idi, uşaqları razı saldı. ATU-nun tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev gəncləri səmimiyyət dolu ürək sözləri ilə salamlayıb, çoxillik iş təcrübəsinə əsasən onları bir növ ehtiyatlandırmışdır: ”... sizinlə qürur duyuruq. Lakin Prezident təqaüdçüsü adını qazanmaq nə qədər çətindirsə, onu qorumaq daha çətindir. Sizə... bu adı qoruyub saxlamağı, elə bu göstəricilərlə də universiteti bitirməyi arzulayıram”.

Qəbulda 700 bal toplayan I kurs tələbəsi, Prezident təqaüdçüsü Eldar İlqar oğlu Əfəndiyev qürur hissi ilə bildirmişdir: “Bu universitet bizim üçün yeni bir həyatdır”.

Düz buyurursan, əziz balam! Bu “yeni həyata” inamla, qətiyyətlə bel bağladıqda, vaxtın hər saatından, dəqiqəsindən səmərəli istifadə etdikdə “yeni həyat” dönüb olur, şan-şöhrət mənbəyi, lap zəfər çələngi, sözün həqiqi mənasında elin, obanın fəxri, şəxsiyyətin başucalığı! Bu zirvəyə yükslən insanlar eldə-obada çox-çoxdur. Belə zirvəyə siz də çatasınız, əzizlərim!

***

Bu qeydləri yerbəyer edib, mətbu orqana hazılayarkən “525-ci qəzet”in səhifələrində rast gəldiyim oxşar informasiyanın bir epizodunu böyük təlaş hissi ilə qarşılayası oldum. I kurs tələbələrinin göürüşünə gələn ali məktəb rektorlarından biri uzaq keçmişdə, özü də hələ tələbə olarkən rastlaşdığı hadisəni xatırlayıb, uşaqlara tövsiyələr verir. Deyir ki, bir problemi yoluna qoymaq üçün rektorun qəbuluna getməli idim. Təəsüf ki, neçə ay ünvana ayaq  döydüm, amma nə fayda ki, qəbul baş tutmadı və bəslədiyim ümid nəticəsiz qaldı...

Təzada bax, uçuruma diqqət yetir. Görün ki, elə də olur, belə də. Bir tərəfdə qayğıkeşlik, digər tərəfdə bürokratik əngəllərin hakim kəsilməsi! Hər biriniz fəxr edə bilərsiniz ki, sizin taleyiniz Azərbaycan Tibb Universitetinin “qızıl dövrünə”, demokratik əsasların hakim kəsildiyi zamana təsadüf edib.

****

Söhbət ATU-nun “qızıl dövründən” düşəndə xəyal adamı uzaq keçmişlərə aparır. Şöhrətli ali məktəbin bu günü ilə keçmişi əyani şəkildə göz önünə gəlir. İndi burada tam ayrı mənzərədir.

Universitetin nəhəng terapevtik və tədris cərrahiyyə klinikalarının tikilib istifadəyə verilməsi ən yaxın illərin nailiyyətidir. Bu obyektlər, eləcə də, əvvəllər inşa olunmuş, Tədris Stomatologiya , Onkologiya Klinikaları hər cür avadanlıq, innovativ cihazlarla təchiz olunmuşdur. Əzəmətli tədris korpusları, geniş və işıqlı auditoriyalar, laboratoriya və məşğələ otaqları, kitabxana, yeməkxana, təmirdən çıxmış yataqxanalar, bufetlər ... tələbələrin ixtiyarındadır. Əsaslı kitabxana neçə vaxtdan bəri iki növbəli 6 günlük iş rejimində fəaliyyət göztərir. Əvvəlki vaxtlardan fərqliu olaraq kitabxana saat 22-00-dək (şənbədə 21.00-dək) açıqdır. 3 qiraət zalı ağzınadək tələbələrlə dolu olur və növbətçi kitabxanaçılar oxucuları lazımi dərslik və ədəbiyyatla təmin edir, işlərin gedişini izləyirlər...

Bir dəfə tələbələrlə aramızda “atüstü” söhbət düşdü. Onlara keçən əsrin ortalarına aid bəzi məqamlardan danışdım. Dedim ki, siz həqiqətən gözəl dövrdə təhsil alırsınız.

Qoqol, 98 (indi Mərdanov qardaşları) ünvanında yerləşən yataqxanalardan dərsə yola düşənlərin marşrutu Semaşko, Əfəndiyev, M.Nağıyev xəstəxanalarından keçib “Qara şəhərə”, oradan Bayıla, “Malo morskoya”, daha neçə ünvandan keçib yataqxanaya çatırdı. Axşama yaxın tələbə yorğun-arğın növbəti günün dərslərinə hazırlaşmağa başlayır, böyük çətinliklərlə üzləşirdi... İndi nə var ki, böyük korpuslar, klinikalar, dərs otaqları, auditoriyalar, laboratoriyalar... bir ərazidə cəmləşib, adi tələbə şəhərciyini xatırladır.

Tələbələr yataqxanadan dərsə çatmaq üçün 5-6 dəqiqə vaxt itirirlər. Halbuki keçmişdə ağır şəraitdə oxuyanlar “təkərlər üstündə” diplom alırdılar. Unutmayın ki, ölkəmizdə tibbi cəbbəxanamızın ağır yükünü çiyinlərində daşıyan tanınmış elm korifeylərinin, alimlərinin böyük bir hissəsi məhz belə bir çətin şəraitdə təhsilə cəlb olunmuşdur. Sanballı dərsliklərin müəlliflərindən, sizə dərs deyən ağsaqqal müəllimlərdən bir çoxu həmin “təkərlər üstündə” diplom almış ziyalılar olmuşlar.

Deyilənləri dinlədikcə tələbələrin bəzilərinin sifətində təəccüb və şübhə hissini aydınca oxumaq olurdu, lakin bu bir həqiqətdir. Çox da uzaq olmayan keçmişimizin canlı mənzərəsi!

Yenə də sözüm sizədir, dostlar! Tibb aləmində son mühüm layihələrin həyata keçirilməsində ulu öndərimiz Heydər Əliyevin xidmətləri danılmazdır. Prezident İlham Əliyevin şəxsi təşəbbüsləri, ölkəmizin iqtisadi qüdrətinin möhkəmlənməsi sayəsində quruculuq işləri inamla davam etdirilir. İndi həqiqətən unuversitetimiz başdan-başa dəyişmiş, yenidən qurulmuş, gözəl bir tədris-təlim, təcrübə mərkəzinə çevrilmişdir. Burada təhsil almaq sözün həqiqi mənasında hər bir gəncin ürəkdən gələn arzusudur. İndi sizə belə bir xoşbəxtlik nəsib olmuşdur. Onu ən yaxşı nailiyyətlərlə, yüksək qiymətlərlə oxuyub sona çatdırmaq gərəkdir...

***

Bilənlər bilir, I kursun adlı və adi təqaüdçülərinə də bunu yenidən xatırladırıq. Hər bir təhsil növü yarış, mübarizə öz məcrasını “start xəttindən” götürür, finalda sona çatdırır. Qüvvəsini, imkanlarını əvvəlcədən düzgün ölçüb-biçənlər, dönməz iradə ilə işə girişənlər mənzil başına qələbə ilə çatırlar, ad-san qazanırlar. Eldə-obada başıuca gəzirlər belələri. Hər birinizə uğurlu final, başucalığı arzulayıram, əziz dostalar, ATU-nun Prezident təqaüdçüləri, eləcə də adi tələbələri! Vaxt tamama yetişir. Yeni hünər meydanı dövrü başlayır. Növbəti semestrdə qabiliyyət və hünərinizi göstərin! Söz sizindir!

Əsgər Əsgərov
ATU Əsaslı kitabxananın böyük kitabxanaçısı,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ