Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycanlı deputatlar Türkiyənin məşhur Liv Hospitalında… - FOTO

Image


Dekabrın 24-28-i arasında  Mill Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanovun rəhbərliyi, Milli Məclisin deputatı Məlahət İbrahimqızının təşəbbüsü ilə bir qrup deputat İstanbula səfər edib. Nümayəndə heyətinə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev, komitənin üzvləri Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva və Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı daxildir.

Səfərin məqsədi Türkiyənin məşhur İstinye Universiteti ilə tanışlıq, tibb sahəsində qanunvericiliyin daha yaxından öyrənilməsi, xüsusilə özəl sektorda tibbi sığortanın tədqiqi ilə bağlı mexanizmin öyrənilməsidir.

Nümayəndə heyəti öncə universitetlə tanış olub. Qonaqları universitetin prorektoru, professor doktor Erdal Karaöz  qarşılayıb və universitet barədə  geniş məlumat verib: “İstinye Universiteti "Liv Hospital”, “Medical Park " və "VM Medical Park" olmaqla özündə üç ayrı xəstəxana markasını birləşdirən “MLPCare Qrupu”nun 25 illik bilgisinin davamı olaraq 21-ci əsr Anadolu Vəqfi tərəfindən 2015-ci ildə yaradılıb. Universitetimiz dünyanın qabaqcıl texnoloji avadanlıqlarla təchiz olunub. Həmçinin, müxtəlif  ölkələrdən təhsil almaq üçün bura gələn tələbələrin sayı kifayət qədərdir.  İstinye Universiteti azərbaycanlı abituriyentlər üçün də xüsusi şans yaradıb. Belə ki, abituriyentlər imtanan vermədən, yalnız atestatla bura qəbul oluna bilərlər. Həmçinin, ayrı-ayrı universitetlərin biologiya fakültəsinin məzunlarının da burada təhsillərini davam etdirmək şansları var. Qeyd edim ki, universitetdə Türkiyənin ən məşhur professor-müəllim heyəti dərs keçir”.

Azərbaycanın nümayəndə heyəti universitetin ayrı-ayrı fakültələri, laboratoriyaları, qurğuları ilə tanış olub. Məlum olub ki, universitetdəki avadanlıqlar Türkiyənin  digər universitetləri ilə müqayisədə daha müasirdir. Buradakı tələbələrin müasir texnologiyadan istifadə etməsi onların ciddi təcrübələrə yiyələnməsi ilə nəticələnir. 

Universitetin prorektoru çıxışı zamanı bildirib ki, onlar bütün sahələrdə sözdə deyil, əməldə də Azərbaycan və Türkiyənin “bir millət iki dövlət” olduğunu təsdiq edirlər. O qeyd edib ki, universitetin qısa müddətli fəaliyyətinə baxmayaraq, hazırda orada 20-yə yaxın azərbaycanlı tələbə var: “Biz azərbaycanlı  tələbələrə türk vətəndaşları kimi yanaşırıq. Ümumiyyətlə universitetdə bu baxımdan hər hansı ayrı-seçkilik yoxdur. Digər tərəfdən, biz hər zaman Azərbaycanla əməkdaşlıq etməyə hazırıq. Bu, yalnız tibbi sahəyə aid deyil, bütün sahələri əhatə edir. Biz Azərbaycan Tibb Universitetində, Bakı Dövlət Universitetində olmuşuq. Hazırda digər universitetlərlə də görüşlər nəzərdə tutulub. İstinye Universitetində tibbi mühəndislik adlı yeni fakültə də fəaliyyət göstərir və bu, müasir dünya üçün çox əhəmiyyətlidir”.

Görüş zamanı qeyd edilib ki,  universitetin Azərbaycan üzrə koordinatoru Sevinc Cəfərova xüsusi fəallığı ilə seçilir: “Həqiqətən də  Sevinc Cəfərova qısa müddət ərzində ciddi iş görüb. Buna görə də digər ölkələrlə müqayisədə Azərbaycanla bağlı irəliləyiş əldə olunub. Sevinc Cəfərova azərbaycanlıların burada endirimlə təhsil almaları, müalicə olunmaları istiqamətində fəallıq nümayiş etdirir”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev universitetdəki müasir avadanlıqları, texnologiyanı yüksək qiymətləndirib. O bildirib ki, bu günə qədər demək olar ki, Türkiyənin əksər universitetləri ilə tanış olsa da, belə texnoloji avadanlıqların cəmləşdiyi universiteti ilk dəfə görür. Sədr müavini qeyd edib ki, Azərbaycanda xüsusilə tibb sahəsində təhsil alan tələbələrin universitetlə mübadilə aparması, burada biliklərinin təkmilləşdirməsi çox vacibdir.

Deputat Məlahət İbrahimqızı isə çıxışı zaman universitetdə Türkiyə-Azərbaycan qardaşlığının nümunəsini hiss etdiyini deyib. O, bunu  İstinye Universitetinin Azərbaycan universitetləri ilə sıx əməkdaşlığında, eyni zamanda  bir çox tələbələrin mübadilə prosesində  gördüyünü vurğulayıb.

Deputat Sədaqət Vəliyeva bu səfərdən məmnun olduğunu və qarşılıqlı səfərlərin hər iki ölkə üçün səmərəli olacağını qeyd edib.

Deputatlar universitet rəhbərliyini Azərbaycana dəvət ediblər.

Nümayəndə heyəti Liv Hospitalla da tanış olub, klinikanın müdürü Meri İstiroti və baş həkimi Adil Tankla görüşüblər.  Onlar Milli Məclisin Səhiyyə Komitəsinin üzvlərinə zaman ayırıb hospitala gəldikləri üçün təşəkkürlərini bildiriblər və hospital barədə məlumat veriblər.

Baş həkim Aydın Tank qeyd edib ki, hospital beş il fəaliyyət göstərməsinə baxmayaraq, çox ciddi nəticələr əldə edib və Türkiyə çapında ilk beşlikdədir: “Liv Hospital beynəlxalq arenada sağlamlıq sahəsində lider olmaq məqsədi ilə ilk dəfə 2013-ci ilin yanvarında İstanbulda hər kəsə öz qapılarını açdı və həkim ixtisaslarına görə bütün sahələrdə xidmətlərini təqdim etdi. 2015-ci ilin yanvarında isə Liv Hospital ailəsi daha da genişləndi. Klinik mübadilə proqramı sayəsində qonşu ölkələrin həkimləri Liv-də təhsil ala bilərlər. Liv Hospital Klinik Mübadilə Proqramı sayəsində, dünyanın hər yerindən mütəxəssislər və həkimlərlə əməkdaşlıq edir, son tibbi müayinələrin öyrənilməsi və inkişaf etdirilməsinə kömək göstərir. Elə sahə var ki, bu birincilikdi. Texnolji üstünlük məsələsinə görə nəinki Türkiyədə, dünyada da öncül yerləri tutur”.

Universitet və hospitalın beynəlxalq şöbəsinin müdürü  Fatih Akpınar çıxışı zamanı  deyib ki, Türkiyənin ayrı-ayrı bölgələrində ümumi şəbəkədə 30 xəstəxana var və bunun 4-ü Liv Hospitaldır: “Hospital 1100 yerlikdir və 5 il müddətində bura 124 ölkədən xəstə gəlib. Hospitalda 17 dildə danışan 40 nümayəndə var. Biz beynəlxalq şöbəyə ayrı-ayrı xalqların nümayəndələrindən əməkdaşlar götürmüşük. Məqsəd isə hospitala gələnlərin danışmaqda çətiklik yaşamamasıdır. Ümumiyyətlə, 5 il ərzində hospitala 65 min xarici xəstə müraciət edib.  Bu da il ərzində təxminən 15 min xəstə deməkdir. Xəstələr ən çox türkdilli ölkələrdən, Qafqaz ölkələrindən, Balkanlardan, ərəb ölkələrindən və  Avropadan gəlirlər.  Ümumiyyətlə, burada robot cərrahiyyəyə üstünlük verilir. Xüsusilə kök hüceyrə məsələsində xəstəxanamız və universitetimiz  ölkədə birinci sıradadır”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Liv Hospitalda gördüklərindən məmnun olduğunu vurğulayıb: “Son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf müşahidə edilir. Azərbaycandakı xəstəxanalarda texnoloji üstünlüklər kifayət qədərdir və onlar müasir avadanlıqlarla təmin olunub. Azərbaycan səhiyyəsinin inkişafına prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət ayırdığını vurğulamaq lazımdır. Bu günə qədər Azərbaycana xeyli  əcnəbi həkimlər gəlir və bunların içərisində təbii ki, Türkiyə birincilik təşkil edir. Amma bəzən bu sahədə müəyyən problemlər ortaya çıxır. Böyük xəstəxanalar ya özünü axıra qədər doğrultmur  ya da hansısa xəstələrə verilən sözlərə bəzən əməl edilmir. Amma bu, bütün xəstəxanalara şamil olunmur. Çox istərdim ki, dünyada məşhur olan Liv Hospitalı bu kimi məsələlərdən tam uzaq olsun. Əslində buradakı texnoloji avadanlıqlar məsələlərin bu cür həll olunmasına imkan verir. Çünki hər hansı bir yanlışlıq həmin qurumun iflasına gətirib çıxara bilər”.

Əhliman Əmiraslanov həmçinin bildirib ki, indi xarici ölkələrə müraciət edən xəstələrin əksəriyyətini maliyyə məsələsi daha çox maraqlandırır. Bu baxımdan komitə sədri hospitalın qiymətləri ilə də maraqlanıb.  Ə.Əmiraslanov deyib ki, Liv Hospital Türkiyənin ən qabaqcıl xəstəxanalarından  olsa da, burada qiymətlər digər xəstəxanalarla müqayisədə aşağıdır.

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı çox maraqlı məsələyə toxunub. O, Azərbaycanın hazırda müharibə şəraitində olan ölkə olduğunu bildirərək təkliflə çıxış edib:

“Bizim müharibə zamanı sağlamlıqlarına ciddi ziyan dəymiş qazilərimiz və şəhid ailələrimiz var. Çox yaxşı olardı ki, Liv Hospitalda onlara ödənişsiz xidmət göstərilsin”.

 Hospitalın müdürü Meri İstiroti təklifi böyük hörmətlə qarşılayıb və söz verib ki, 2018-ci ildən bu məsələyə diqqət ayrılacaq: “Liv Hospital Azərbaycanda müalicəsi çətin olan, eyni zamanda Qarabağ  qazisi, şəhid ailəsi üçün öz imkanlarını pulsuz açacaq. Biz azərbaycanlıları öz həmvətəndaşlarımız hesab edirik və bu məsələni nəzərdə saxlamaq borcumuzdur”.

Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini Musa Quliyev belə imkanlı və texnoloji, kadr cəhətdən tanınan universitetin Azərbaycanda ciddi şəkildə tanınmasına ehtiyac olduğunu bildirib: “Hətta Azərbaycanın böyük  bölgələrindən olan həkimlər bura cəlb edilə bilər. Eyni zamanda,  hospitalın həkimləri də Azərbaycanın bölgələrinə gedib öz təcrübələrini paylaşa bilərlər. İstinye Universitetinin, həmçinin Liv Hospitalın təcrübə mübadiləsi Azərbaycan səhiyyəsində ciddi  irəliləyişlərə səbəb olacaq. Bunun üçün geri döndükdən sonra öz imkanlarım daxilində hər şey edəcəyəm. Həm universitet, həm də hospitalın ölkəmizdə tanınması üçün xüsusi plana ehtiyac var. Yəni həkimlərlə yanaşı, reklam və PR məsələsi xüsusi önəm kəsb edir”.

Nümayəndə heyətinin üzvləri ürək-damar cərrahı, professor  doktor Ahmed Özkara, kök hüceyrəsi üzrə professor doktor Erdal Karaöz, beyin cərrahı Mustafa Kemal Hamamcıoğlu ilə ayrı-ayrılıqda söhbət ediblər. Mütəxəssislərin hər biri öz sahələri ilə bağlı  hospitalda gördükləri işlərdən danışıblar. Onları dinləyən nümayəndə heyəti böyük məmnunluq hissi keçiriblər və qeyd ediblər ki, kök hüceyrə sahəsində Türkiyə dünyanın ən qabaqcıl ölkəsidir.

Xəstəxanadakı texnoloji üstünlüklər, kadrların hazırlığı və xəstəxanaya müraciət edənlərin əvvəlki və sonrakı durumunu müqayisə edən nümayəndə heyətinin üzvlərində belə bir təəssürat yaranıb ki, burada hər bir xəstəliyin, hətta çətin sayılan onkoloji xəstəliklərin  müxtəlif üsullarla müalicəsi mümkündür. Bildirilib ki, Liv Hospitalın mütəxəssisləri bədəndə əməliyyat olunan hissənin bərpası üçün regenerasiyanı yaradan hüceyrələri tapıb insan bədəninə vurmaq istəyirlər..

Qeyd edək ki, Liv Hospitalında məşhur həkimlər çalışır. Onların möcüzə doğuran əməliyyatları, insanlara necə həyat vermələri barədə növbəti yazılarımızda məlumat verəcəyik.

GÜNEL



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ