Bayram öncəsi yol-nəqliyyat hadisələrinin qarşısının alınması və yollarda təhlükəsizliyin təmin olunması məqsədilə respublika ərazisində mütəmadi olaraq reydlər keçirilir.
DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Ağsu RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları növbəti belə tədbir keçirib.
Dekabrın 28-də keçirilən reyd zamanı yol hərəkəti qaydalarını pozduğuna görə bir neçə sürücü saxlanaraq, barələrində protokollar tərtib edilib.
Rayon ərazisində xidmətin nümunəvi təşkili, qəzaların sayının minimuma endirilməsi, yol hərəkəti qaydalarına riayət olunması məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Toğrul NƏSİRLİ polis leytenantı