Bazar günü günü, 15 noyabr 2026
     

Müxtəlif dünya ölkələrinin şəhərləri ilə qardaşlaşmış Bakı rayonları…

Image


Həyat Məhərrəmova: “Bakı rayonları bütün mənalarda xarici rayonlar üçün maraqlıdır”
Zaur Əliyev: “Bakı şəhərinin rayonlarının ABŞ-ın, Belarusun, eləcə də digər ölkələrin rayonları ilə qardaşlaşmasının mədəni, iqtisadi, ticari və turizm əhəmiyyəti böyükdür”

 

Bir-birindən kilometrlərcə uzaqda yerləşən, coğrafi oxşarlığı olmayan şəhər və rayonların qardaşlaşması həqiqətən də maraqlı görünür. Əvvəllər ayrı-ayrı ölkələrin əsasən şəhərləri qardaşlaşırdı. Son illər bu sıraya rayonlar da daxil edilib.

Qeyd edək ki, tarixdə ilk dəfə qardaşlaşan Britaniyanın Keighley şəhəri ilə Fransanın Poix-du Nord şəhəri olub. Bu iki şəhər arasında müqavilə 1920-ci ildə imzalanıb.

Bildirək ki, qardaşlaşmış şəhərlər coğrafi olaraq bir-birindən uzaq olan yaşayış məskənlərinin mədəni və ticari əlaqələrini bir-birinə yaxınlaşdırmasıdır.

Azərbaycan şəhər və rayonları başqa ölkələrin şəhərləri, rayonları ilə qardaşlaşır. Bu da yeni əlaqələrin yaranmasına xidmət edir.

Bu mövzunu silsilə şəkildə davam etdirmək istəyirik və bu səbəbdən də sözügedən sahədə araşdırmalar apardıq. İlk olaraq qardaşlaşmış rayonlarımızdan danışmaq istəyirik.

Məlum olduğu kimi, Azərbaycan müstəqillik əldə etdikdən sonra Bakının rayonları ilə başqa ölkələrin rayonları arasında qardaşlaşmaya dair müqavilələr imzalanmağa başlayıb. Əvvəllər bu hal ara-sıra baş verirdisə, son illər intensiv xarakter alıb.

Qeyd edək ki, qardaşlaşmış rayonlarımızdan biri Bakının Nəsimi rayonudur. Nəsimi rayonu 2011-ci ildə Kaliforniya ştatının San Dieqo şəhərinin Svitzer Haylənd (Switzer Highland) rayonu ilə qardaşlıq münasibətləri qurub. Svitzer Haylənd (Switzer Highland) rayonu ilə Bakı şəhərinin Nəsimi rayonu arasında tarixdə ilk dəfə olaraq "Qardaşlaşmış rayonlar" münasibətlərinin qurulması haqqında qərar qəbul edib.

2012-ci ildə isə Bakı şəhərinin Xətai rayonu ilə Minsk şəhərinin Leninsk rayonu arasında iqtisadi-ticarət, mədəni və elmi-texniki əməkdaşlığa dair müqavilə imzalanıb.

2014-cü ildə Səbail və Bruklin qardaşlaşmış rayonlar sırasında yer alıblar. Səbail və Nyu-Yorkun Bruklin rayonu arasında müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi və genişləndirilməsi məqsədilə birgə müxtəlif addımlar atılıb.

Qardaşlaşmış rayonların bir-birinə daha da yaxınlaşması, mədəni, iqtisadi, turizm əlaqələri qurmasının vacib olduğunu deyən tarixçi Həyat Məhərrəmova hesab edir ki, vaxtilə şəhər və rayonların qardaşlaşması sırf siyasi mahiyyət daşıyırdısa, bu gün tamam başqa formatdadır. “Azərbaycanın, demək olar ki, əksər şəhər və rayonları başqa ölkələrin rayon və şəhərləri ilə qardaşlaşıb. Bu həm siyasi, həm iqtisadi, həm mədəni, həm turizm, həm də adət-ənənələrin tanıdılması baxımından çox əhəmiyyətlidir. Burada əlaqələr daha da sıxlaşır, qeyd etdiyim sahələrdə əməkdaşlıq həyata keçirilir. Adlarını qeyd etdiyiniz rayonlar Bakının öncül rayonlarındandır. Bakı rayonları bütün mənalarda xarici rayonlar üçün maraqlıdır. Bir vaxtlar “qardaşlaşmış şəhərlər”, “qardaşlaşmış rayonlar” məsələsi əsasən siyasi əhəmiyyət daşıyırdı. Yəni bir-birilə soyuq münasibəti olan ölkələr münasibətləri ilıqlaşdırmaq üçün şəhər və rayonları qardaşlaşdırırdılar. Bu gün isə bu məsələyə baxış dəyişib. Hazırda daha çox mədəni, turizm, ictimai əlaqələri genişləndirmək məqsədi daşıyan qardaşlaşmış rayonlar, qardaşlaşmış şəhərlər insanları bir-birinə yaxınlaşdırır, icmalar arasında əlaqələri genişləndirir, istiləşdirir. Bakının Nəsimi, Səbail, Xətai, eləcə də digər rayonları çoxmillətlidir. Bakıda, ümumiyyətlə, bir sıra xalqların nümayəndələri yaşayırlar. Xaricilər gəlib bizdəki mühiti, ab-havanı görəndə xalqımızın qonaqpərvərliyinə, tolerantlığına heyran qalırlar”.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, tarixçi Zaur Əliyevin də fikrincə, qardaşlaşmış rayonlar məsələsi olduqca əhəmiyyətlidir. Rayonların bir-birilə yaxınlaşmasını təcrübənin, mədəniyyətlərin paylaşması kimi şərh edən Z.Əliyevin qənaətinə görə, xarici ölkələrin rayon meriyaları Azərbaycanın rayonları ilə əməkdaşlığa, dostluğa böyük əhəmiyyət verirlər: “Azərbaycan çoxmillətli dövlətdir. Ölkəmizdə mövcud olan multikulturalizm və tolerantlıq ənənələri xariciləri hədsiz dərəcədə cəlb edir. Bakı şəhərinin rayonlarının ABŞ-ın, Belarusun, eləcə də digər ölkələrin rayonları ilə qardaşlaşmasının mədəni, iqtisadi, ticari və turizm əhəmiyyəti böyükdür. Qardaşlaşmış rayonlar bir-birinə böyük töhfələr verirlər. Hətta elm və təhsil, eyni zamanda başqa sahələrdə müxtəlif tədbirlərin keçirilməsi ilə bağlı qarşılıqlı əməkdaşlıq təqdirəlayiqdir. Qadaşlaşmış rayonlar arasında müqavilələr imzalandıqdan sonra rayon rəsmiləri, mədəniyyət adamları, icma nümayəndələri qarşılıqlı gediş-gəlişlər edirlər. Əlbəttə, qardaşlaşmış rayonlar arasında hərtərəfli əlaqələr yaranır. Bu ideya sülhə, birliyə, insanların həmrəyliyinə hesablanıb. Azərbaycandakı toleranlıq, burada başqa xalqlara xoş münasibət, qonağa hörmət xariciləri bizimlə əməkdaşlığa cəlb edir. Bəzən elə rayonlar olur ki, onlar məsafəcən uzaq olsalar da, coğrafiyası, təbiəti bənzər olur. Düşünürəm ki, Bakının digər rayonları ilə də Avropa, Amerika, Rusiya, Türkiyə, Ukrayna və s. ölkələrin rayonları arasında qardaşlaşma prosesi genişlənə bilər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ