Azərbaycan İntellektual Oyunlar Assosiasiyasının təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə tələbələrarası çempionat keçirilib. Azərbaycan Tibb Universitetinin komandası yarışda IV yerə layiq görülüb.
Komandanın kapitanı Leyla Hüseynova bildirib ki, yarışda 30 komanda iştirak edib. O, yarışın çox maraqlı, eyni zamanda həyəcanlı keçdiyini deyib. Komandanın üzvü Mirzeynal Hüseynov universitetin həqiqi çempionları olduqlarını qeyd edib. Onlara verilən dəstək üçün ATU rektorunun köməkçisi Ceyhun Məmmədzadəyə və ATU-nun THİK-in sədri Elvin Kərimliyə təşəkkürünü bildirib. ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elvin Kərimli komandanı IV yer tutmaları münasibətilə təbrik edib. O, komanda üzvlərini hədiyyələrlə təltif edib.
Qeyd edək ki, ATU-nun intellektual oyunlar üzrə komandası artıq 5 ildir fəaliyyət göstərir. Komandanın üzvləri olan Həyat Quliyeva, Nigar Fərhadlı, Tofiq Dadaşov, Mirzeynal Hüseynov, İsmayıl Əliyev və Leyla Hüseynova universiteti fərqli intelektual oyunlarda, bilik yarışlarında, müxtəlif platformalarda təmsil edib.
Baki-xeber.com