Bazar günü günü, 15 noyabr 2026
     

BMT-dən Azərbaycana emosional xəbərdarlıq – qız uşaqlarını qoruyun…

Image


Könül Vaqifqızı: “Bu daha çox əxlaqi-mənəvi məsələlərdən irəli gəlir”

 

Azərbaycanda qız və oğlan uşaqlarının sayında balansın pozulması halı əsasən ötən əsrin 90-cı illərindən daha qabarıq müşahidə olunmağa başlayıb. İllər öncə Azərbaycan cəmiyyətinə “oğul düşmən çəpəridir” kimi bir stereotip hakim kəsilsə də, bu mənfi tendensiya bu gün də yaşanır.

Xatırladaq ki, ötən əsrin 90-cı illərindən başlayaraq dölün cinsini 12 həftəlik hamiləlikdən sonra müəyyən edə bilən tibbi cihazların kəşfi valideynlərə gələcək övladları ilə bağlı “seçim” etməyə şərait yaratdı. O zamandan etibarən selektiv abortlar geniş yayılmağa başladı. Oğlan uşaqlarına olan ənənəvi sevgi qız uşaqlarının ana bətnindəcə məhv olmasına səbəb olur. Belə davam edərsə, gələcəkdə oğlanlar ailə qurmaq üçün qız tapmaqda çətinlik çəkəcək.

Azərbaycanda indiki nəsil ailə qurmaq yaşına gəlib çatdıqda hər 8 kişidən biri evlənmək üçün qız çatışmazlığı problemi ilə üzləşə bilər. Bunu BMT Əhali Fondunun dəvət edilmiş eksperti, ABŞ-ın Meriland Universitetinin professoru, demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Gupta deyib. Onun sözlərinə görə, Azərbaycan dünyada uşaqların cins nisbətinin pozulmasına görə Çindən sonra ən yüksək göstəriciyə malikdir: “Çində cins nisbətinin pozulması prosesi Azərbaycanla müqayisədə daha tez başlayıb. Burada 1980-ci illərin sonundan doğulan oğlan uşaqlarının sayı çoxalmağa başladı. Nisbətin pozulmasının “pik dövrü” 13 il davam etdi. Son vaxtlara qədər Çində hər 100 oğlana 120 qız düşürdü. Lakin indi artıq qızların sayı azalmağa başlayıb və bu göstərici 116-ya enib. Cins nisbətinin pozulduğu illərdə doğulan oğlanlar ailə həyatı qurduqda onlar üçün kifayət qədər qız çatışmazlığı problemi yaranacaq. Hesablamalar göstərir ki, Çində cins nisbətinin pozulması 2030-cu ilə qədər davam edərsə, hər 5 kişidən 1-i üçün qadın tapılmayacaq. Nəticədə də oğlanlar məcbur olacaqlar ki, xarici qızlarla ailə həyatı qursunlar”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda cins nisbətinin pozulması prosesi Çinlə müqayisədə daha gec başlayıb. O qeyd edib ki, Azərbaycanda 1990-cı ildən sonra doğulan oğlan uşaqlarının sayı çox sürətlə artmağa başlayıb. Ölkədə cins nisbətinin pozulmasına görə ən pik vəziyyət 2001-2002-ci illərdə olub:

“Lakin Çinlə müqayisədə Azərbaycanda problemin “pik dövrü” çox qısa olub. İndi Azərbaycanda doğulan oğlan uşaqlarının sayı azalır, amma bu göstərici çox asta-asta düşür. Tövsiyə olunur ki, həmin sayı daha sürətlə aşağı salasınız”.

M.Das Gupta bildirib ki, hazırda Azərbaycanda hər 100 qıza təxminən 114 oğlan uşağı düşür: “Əgər müvafiq tədbirlər görülməsə, mövcud rəqəmlər olduğu həddə qalacaq, bu nisbət bəlkə daha da arta bilər”.

M.Das Gupta əlavə edib ki, Azərbaycanda kişilərin rastlaşacağı problem Çindəki kimi olmaya bilər: “Çin çox böyük dövlətdir. Çinin elə kəndləri var ki, orada evlənmək istəyən, amma qız çatışmazlığına görə subay qalan kifayət qədər çox kişi yaşayır. Daha çox Çinin orta hissəsində yaşayan belə kişilər məsafə uzaq olduğundan, evlənmək üçün qonşu ölkələrə də gedə bilmirlər. Azərbaycan isə kiçik ölkədir və Türkiyə, İran, Rusiya ilə həmsərhəddir. Həmin ölkələrdə cins nisbəti ilə bağlı problemlər yoxdur. Bu o deməkdir ki, kifayət qədər çox sayda qadın xaricdən Azərbaycana gələrək burada ailə qura bilər. Amma kişi yalnız öz millətindən olan qadınla evlənmək istəyərsə, evlənmə ilə bağlı çətinliklər yarana bilər”.

Onu da qeyd edək ki, selektiv abortların qarşısının alınması istiqamətində müvafiq işlər görülsə də, nəticə dəyişməz olaraq qalır.  

Demoqrafiya sahəsi üzrə tədqiqatçı Monika Das Guptanın Azərbaycanın gələcəkdə demoqrafik çətinlik yaşayacağı fikrilə yerli mütəxəssislər də razılaşırlar.

Psixoloq Könül Vaqifqızı bizimlə söhbətində bildirdi ki, ümumiyyətlə, qız və ya oğlan uşaqlarının birinin digəri üzərində üstünlüyü və ya birinin digəri qarşısında naqisliyi kimi anlam olmamalıdır: “Biz bu gün qız uşaqlarının üstünlüyü şüarı ilə işə başlasaq, yeni bir ayrıseçkilik yarada bilərik. Dünyaya gələn uşağa cins anlamı kimi deyil, övlad, insan anlamı kimi yanaşmaq lazımdır. Stereotiplər və mental düşüncəyə görə, oğlan valideynin gələcəyinin təminatçısıdır. Lakin gündəlik həyatda əksər qız övladlarının öz valideynlərinin ahıl çağlarında onlara daha çox dəstək olduqlarını görürük. Belə yaxşı nümunələrin təbliği ilə qız uşaqlarının ana bətnində öldürülməsi faktı ilə bağlı ictimai şüurda dəyişiklik etmək mümkündür. Qız uşaqlarının ana bətnində öldürülməsi iqtisadi məsələ deyil, bu daha çox əxlaqi-mənəvi məsələlərdən irəli gəlir”.

Həmsöhbətimizin sözlərinə görə, qız uşaqlarına qarşı ayrıseçkiliyə son qoyulmasa, Azərbaycan demoqrafik gərginliklə üz-üzə qalacaq: “Əgər proses bu şəkildə davam etsə, Azərbaycanda qız çatışmazlığı, əhalinin say tərkibində ciddi fərqlər müşahidə ediləcək. Qızların sayının azalması gələcəkdə anaların sayının azalmasına gətirib çıxaracaq. Bu düşüncə tərzinin formalaşmasında elmin, mədəniyyətin, dünyagörüşün öz təsiri olur. Dünyəvi, bəşəri dəyərləri bilən insanlar bu cür düşüncə tərzindən uzaq olurlar. Bu sahədə də ciddi maarifləndirmə işlərinə ehtiyac duyulur. Düzgün maarifləndirmə işlərindən sonra bu düşüncənin dəyişəcəyinə ümid edirik”.

Günel CƏLİLOVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ