Bazar günü günü, 15 noyabr 2026
     

Halal hotellər qarşısında yeni tələblər qoyula bilər...

Image


Sevinc Əzimbəyli: “Bu qanun layihəsinə münasibətim müsbətdir”
Bahadur Bilalov: “Məlum olduğu kimi, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində ölkəmizə müsəlman aləmindən gələn turistlərin sayında xeyli artım müşahidə edilir”

 

Xeyli müddətdir Azərbaycanda halal hotellərin yaradılması yolları araşdırılır. Əlaqədar qurumlar dəfələrlə halal hotel yaradılması ilə bağlı təklifləri gündəmə gətirərək bu məsələni müzakirəyə çıxarıblar. Sözsüz ki, burada halal hotellər olan ölkələrin təcrübəsinin öyrənilməsi də zəruridir.

Bir müddət əvvələ qədər halal hotelin standatlarının hazırlanması ilə bağlı mütəxəssislərin fikir və rəyləri də mətbuatda işıqlandırılıb.

Halal hotellərin standartları deyəsən artıq müəyyənləşib. Belə ki, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanan “Halal idarəetmə sistemi-Hotellər” adlı dövlət standartı layihəsində bir sıra məsələ və tələblər öz əksini tapıb. Azərbaycanda dindar şəxslərin ibadət edə bilməsi üçün halal hotellər qarşısında qoyula biləcək tələblər bu layihədə ifadə edilib.

Layihənin müəlliflərindən biri - Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərov “Trend”ə açıqlamasında layihəyə əsasən, mehmanxanada ibadət etmək istəyənlər üçün dəstəmaz alma yeri və kifayət qədər böyüklükdə namaz otağı və ya məscid olmalı olduğunu qeyd edib. O bildirib ki, dəstəmaz alma yerləri (kran, çanaqlar və s.) kişilərlə yanaşı, qadın və uşaqların da fiziki quruluşuna uyğun olmalıdır: “Qadınlara aid hissədə açıq qapıdan içəridəki şəxslərin görünməsini istisna edən qabaqlayıcı tədbirlər (arakəsmə və s. quraşdırılması) görülməlidir. Məscidlər və ya namaz otaqları, ətrafdan gələ biləcək səs-küyü və musiqi səsini keçirməyəcək formada izolyasiya edilməlidirlər. Mehmanxananın istirahət otaqlarında aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim, qiblə istiqaməti göstəricinin otaqda olduğu yeri (siyirmə içi, şkaf içi, otağın tavanı və s.) və məscidin/namaz otağının yeri (yerin planı və s.) Azərbaycan dili ilə yanaşı, ən azı ərəb, ingilis dillərindən birində ifadə edilən elan olmalıdır”.

R.Səfərov, həmçinin, vurğulayıb ki, layihəyə əsasən, cümə namazının mehmanxananın məscidində, namaz otağında qılınmaması halında namaza getmək istəyənlərin yaxınlıqdakı məscidlərə daşınması üçün kifayət qədər xidmət vasitəsi olmalıdır. Bundan başqa, azan oxunarkən hotelin məscidi və ya namaz otağına yaxın yerlərdə musiqi səslənməməlidir.

R.Səfərovun sözlərinə görə, mehmanxana otaqlarında qiblə istiqamətini göstərən işarə olmalı, hər otaqda aylıq/həftəlik namaz vaxtlarını göstərən təqvim və bir "Qurani Kərim" və ya "Qurani Kərim"in Azərbaycan dilinə tərcüməsi və səccadə (canamaz) saxlanmalıdır. Lift və ya dəhlizlərdə namaz vaxtlarını və məscidin yerini göstərən elanlar (məlumat qeydi, yerləşmə planı və s.) olmalıdır.

Qeyd edilənə görə, layihəyə əsasən, standartın ilkin yoxlama müddəti 2022-ci il, dövrü yoxlama müddəti 5 ildir.

Azərbaycan Menecment və Turizm Universitetinin Turizm və Qonaqpərvərlik fakültəsinin dekanı Rəhman Səfərovun fikirlərini şərh edən mütəxəssislər, dinşünaslar hesab edirlər ki, qanun layihəsində əksini tapan bu məsələyə münasibət müsbətdir.

Dinşünasların bildirdiyinə görə, indiyə qədər Azərbaycanda halal hotellərin olmaması hotellərdə qalan dindar qonaqların, inanclı insanların lazımi səviyyədə ibadət etmələrinə əngəl törədirdi. Dinşünaslar hesab edir ki, bu standatlar tətbiq edilərsə, Azərbaycana dindar kəsimdən daha çox turistin gəlməsinə səbəb olacaq.

Din üzrə ekspert Sevinc Əzimbəyli bizimlə söhbətində qeyd etdi ki, Azərbaycanda halal hotellərin yaradılması zərurətə çevrilib. Onun sözlərinə görə, halal hotellərin olması, onun standartlarının qanunla tənzimlənməsi olduqca müsbət bir haldır. O hesab edir ki, nəinki Bakıda, hətta bölgələrdə də sırf dini standartlara uyğun hotellərin qurulmasına ehtiyac var: “Bu gün respublikamız dünyanın diqqət mərkəzindədir. Son illər Azərbaycana gələn turistlərin sayında böyük irəliləyiş var. Gördüyümüz kimi, dünyanın istənilən ölkəsindən bura turistlər gəlir. Onların sırasında müsəlman turistlər də var. Bu turistlər onların dini ibadətləri üçün hotellərdə daha yüksək səviyyəli şəraitin yaradılmasını arzu edirlər. Xeyli müddətdir ki, halal hotel necə olmalıdır, onun standartları hansı formada müəyyən edilməlidir kimi məsələlər müzakirə edilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi bununla bağlı qanun layihəsi  hazırlayıb və burada standartlar əksini tapıb. Hesab edirəm ki, bu qanun layihəsi təsdiqlənəcək və tezliklə hotellərdə halal standartlar tətbiq ediləcək. Dindar şəxslər bundan sonra tam qaydasında ibadətlə məşğul olacaqlar. Mənim bu qanun layihəsinə münasibətim müsbətdir və hesab edirəm ki, onun tətbiqi ölkəmizə dindar, dini inanclı turistlərin axınını daha da gücləndirəcək”.

Azərbaycan Menecment və Turizm Universitetinin kafedra müdiri Bahadur Bilalov bizimlə söhbətində “halal” standartların müəyyən edilməsilə bağlı bildirdi ki, dünyada buna çox böyük maraq formalaşmaqdadır: “Dediyiniz məsələ zamanın tələbi ilə formalaşmağa başlayıb. Bir zamanlar mağazalarda "halal" işarəli ərzaq məhsullarına rast gələndə bir çoxumuz təəccüblənirdi. Lakin islam ölkələrində bu tipli məhsullara addım başı rast gəlinirdi. Məsələyə bu kontekstdən yanaşanda son zamanlar tez-tez səslənən "Halal turizm məhsulu", "Halal hotel" kimi ifadələri bəziləri qəbul edə bilmirlər. Lakin qeyd etmək lazımdır ki, bu artıq bir reallıqdır və turizmin inkişafında, ölkəyə turist axınında maraqlı olan ölkələr bu məsələdən geniş istifadə etməyə başlamışlar. Məsələnin mahiyyəti ondan ibarətdir ki, uzun zaman qapalı həyat sürən, öz ölkəsindən kənara çıxmayan müsəlman toplum son illərdə sürətlə turizm hərəkatına qoşulmaqdadır. Təbii ki, bu toplumun turizmdən umacağı bəzi nüanslar var ki, buna əməl edilərsə, onlar böyük məmnuniyyətlə həmin yerlərə səfər edirlər”

Bahadur Bilalov onu da qeyd etdi ki, bu nüanslar da o insanların inancı ilə bağlıdır. Onun sözlərinə görə, yəni qida məhsulları halal ərzaqdan hazırlanmalı, hotel nömrələrində namaz qılmaq üçün şərait olmalı (qiblənin istiqaməti göstərilən nişangah, müqəddəs kitabımız və s), qapalı hovuzlar, kişilər və qadınlar üçün nəzərdə tutulmuş çimərliklər olmalıdır: “Məlum olduğu kimi, son dövrlərdə aparılan məqsədyönlü işlər nəticəsində ölkəmizə müsəlman aləmindən gələn turistlərin sayında xeyli artım müşahidə edilir. Fikrimcə, “halal” sertifikatı alacaq hotellər bu axının daha da sürətlənməsinə yardım edəcəklər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ