DİN Mətbuat Xidmətinin Şirvan şəhərindəki regional qrupundan verilən məlumata görə, cari il avqustun 28-də Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakinləri 24 yaşlı Ayşən Məmmədova və 6 yaşlı Davud Məmmədov evdən çıxaraq bir daha geri qayıtmayıb.
Bundan narahat olan ailə onların tapılması üçün Şirvan ŞPŞ-nə müraciət edib.
Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsi tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində itkin düşən bacı və qardaş Bərdə rayonu ərazisindən tapılaraq ailə üzvlərinə təhvil verilib.
Toğrul NƏSİRLİ polis leytenantı