Bazar günü günü, 15 noyabr 2026
     

Azərbaycan Uşaqlar Birliyi zorakılıq qurbanı olan uşaqlarla bağlı birgə işə görə DİN-ə xüsusi minnətdarlıq etdi…

Image


Kəmalə Ağazadə: “Əsas məqsədimiz cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşmasını ortaya qoymaqdır”
Vasif Akifli: “Çıxdığımız bu yolda, sözün əsl mənasında, güclərimizi birləşdirməli və sağlam gələcəyimizi sağlam inşa etməliyik”
Rövşən Nəcəfov: “Kimsəsiz, atasız, atılmış uşaqlar gələcəkdə bizim uşaqlarımızla rastlaşacaq və bizim uşaqlarımızla bu cəmiyyəti bölüşəcəklər”

 

Dekabrın 19-da Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Uşaqlar Birliyinin “Gələcəyimizə sığınaq” layihəsinin təqdimatına həsr edilən konfrans keçirildi. Layihənin məqsədi uşaq hüquqlarının müdafiəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyəti artırmaq, sosial məsuliyyət sahəsi üzrə təbliğat işini gücləndirməkdir.

Tədbirin aparıcısı, Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin 2-ci kurs tələbəsi Minarə Hüseynova bildirdi ki, o, Azərbaycan Uşaqlar Birliyindəki sığınacağa tələbə yoldaşları ilə birgə gedib. Onun sözlərinə görə, o və tələbə yoldaşları sığınacaqda olan uşaqlara qida və digər zəruri şeylər aparıblar: “Biz ora gedəndə əvvəlcə düşünürdük ki, uşaqlara qida aparsaq, bu kifayətdir. Amma sonra anladıq ki, onları qida ilə təmin etmək kifayət deyil, bu uşaqların gələcəkdə yaxşı bir vətəndaş kimi formalaşmasında hər birimiz böyük rol oynamalıyıq. Biz onlara özgə uşaqları, yaxud bu günün qurbanları kimi deyil, gələcəyin anası, vətəndaşı, igid əsgəri kimi baxmalıyıq. Bu uşaqlara bu gün həmrəylik göstərib dəstək olaq ki, onlar gələcəklərini qura bilsinlər. Bu körpələrə dəstək, sadəcə, bir gün onların problemlərini dinləmək deyil, o uşaqların hər birini tanımağa çalışmağımız lazımdır. Doğrudan da onlara dəstək olduğumuzu göstərmək məqsədimizdir”.

M.Hüseynovanın qeyd etdiyinə görə, sığınacağa sığınmış uşaqlara kədərləndiyimizi deyil, onlara qürurla, sevgi ilə baxmağımızı hiss etdirməliyik. “Öz yaxınlarımızı, doğmalarımızı, övladlarımızı bir anlıq da olsa o uşaqların yerinə qoyub onların başına gələn hadisələri dərk etməliyik. Bu gün sizlərin qarşısında “Gələcəyimizə sığınaq” deyirik. Gəldiyimiz bu yolda sizin hər biriniz bizə dəstək olun ki, gələcəyimizə sığına bilək” - deyə M.Hüseynova fikirlərini tamamladı.    

Layihənin təqdimat mərasimində çıxış edən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə uşaq hüquq və maraqlarını qorumaq üçün vətəndaş həmrəyliyi göstərməyimizin vacib olduğunu dedi. “Gələcəyimizə sığınaq” layihəsinin heç bir dövlət və özəl qurumlar tərəfindən maliyyələşdirilmədiyini deyən Birlik rəhbərinin sözlərinə görə, bu tip uşaqların müdafiəsi məsələsi yalnız dövlətin işi deyil, bu ilk növbədə cəmiyyətin üzərinə düşən böyük məsuliyyətli işdir: “Azərbaycan Uşaqlar Birliyi 25 ildən çoxdur uşaqların hüquq və maraqlarının qorunması istiqamətində layihələr həyata keçirir. Bizim əsas məqsədimiz “Özgə uşağı olmur” devizini rəhbər tutaraq, vətəndaş həmrəyliyimizi göstərib, bu deviz altında uşaqların hüquq və maraqlarını qorumaqdır. Əsas məqsədimiz cəmiyyət üçün yararlı şəxsiyyətin formalaşmasını ortaya qoymaqdır”.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də KİV nümayəndələrinin iştirak etdiyini qeyd edən K.Ağazadənin fikrincə, bu tərkibin tədbirə qatılması o anlamı daşıyır ki, bu qurumlar sığınacağa sığınmış uşaqların taleyinə biganə deyillər: “Biz “Özgə uşağı olmur” aksiyasına start verəndə də heç kimə müraciət etmədən, öz imkanlarımız hesabına həyata keçirdik. “Özgə uşağı olmur” deməklə gələcəyimizə sığınırıq. Bunun isə məqsədi gələcəyimizin anaları, gələcəyimizin əsgərləri olacaq uşaq və yeniyetmələrə dəstək verməkdir. Mən ən çox mediada və sosial şəbəkələrdə “dövlət hara baxır” fikrilə rastlaşıram. Mənim də sualım var: “Cəmiyyət hara baxır?”. Bəs biz cəmiyyət olaraq nə etməliyik? Bu gün Azərbaycan Uşaqlar Birliyinin ən sıx əməkdaşlıq etdiyi qurum Daxili İşlər Nazirliyidir. Çünki bizim işlədiyimiz qrup həssas qrupdur. Bizim təşkilat Azərbaycanda yeganə qurumdur ki, bu gün zorakılığa məruz qalmış uşaqlara xidmət göstərir, reabilitasiya işi aparır. Əsas əməkdaşlıq etdiyimiz qurumlar, qeyd etdiyim kimi, Daxili İşlər Nazirliyi, icra hakimiyyətləri və Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsidir. Eyni zamanda da beynəlxalq təşkilatlar arasında ən qocaman tərəfdaşımız Beynəlxalq Miqrasiya Təşkilatıdır. Bizə dəstək verən hər bir quruma təşəkkür edirəm. Bəli, bu işdə medianın da rolu böyükdür. Gələcəyimizə sığınaq. Biz uşaqların zorlanmasının, zorakılıq hallarının qarşısını almaq, döyülən qadınların sayının azalmasını istəyirik. Mən demirəm ki, bəli, biz birdəfəlik bu halın qarşısını alıb, problemi həll edə biləcəyik. Bu mümkün deyil. Ancaq bu gün cəmiyyətin ən azından maariflənməsinə çox böyük ehtiyac var. Bizim uşaq təşkilatı olaraq ən əsas vurğuladığımız uşaqların problemlərinə cəmiyyətin diqqətinin artırılmasıdır. Çünki cəmiyyət nə qədər məlumatlı olacaqsa, nə qədər bir araya gələcəksə, dövlət qurumları da bir o qədər bizimlə sıx əməkdaşlıq edəcək, effektiv işlər ortaya qoya biləcək.

Azərbaycan Uşaqlar Birliyinin sədr müavini, Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin koordinatoru Vasif Akifli çıxışında bildirdi ki, “Gələcəyimizə sığınaq” layihəsinin məqsədi sığındığımız gələcəyin sağlam olmasıdır. O vurğuladı ki, sağlam gələcək üçün sağlam uşaqlar böyütməliyik: “Günümüzdə insanlar “məndən ötsün qardaşıma dəysin” misalı ilə yaşayır. Mənim övladıma olmayıbsa, mənim ailəmdə deyilsə, mənə nə? Bu gün bizim sığınacaqda ən çox 40 uşaq görə bilərik. Say tutumu etibarilə gördüyümüz rəsmi rəqəmlərin bir də görsənməyən, küçələrdə qalan, natamam ailələrdə, kimlərinsə himayəsində böyüyən sayılmamış sayları var. Biz cəmiyyət olaraq, potensial sözünün qarşısına potensial təhlükə yox, potensial həkim, potensial memar, potensial müəllim, potensial alim, potensial uğur qoya bilərik. Cəmiyyət olaraq bərabər atdığımız hər bir addım uğur deməkdir. Güc birlikdədir deyərək çıxdığımız bu yolda, sözün əsl mənasında, güclərimizi birləşdirməli və sağlam gələcəyimizi sağlam inşa etməliyik”.

V.Akifli, həmçinin, qeyd etdi ki, “Gələcəyimizə sığınaq” Birliyin keçən il həyata keçirdiyi “Özgə uşağı olmur” layihəsinin ikinci hissəsidir. “Bizim məqsədimiz diqqəti uşaq hüquqlarının təkmilləşdirilməsinə daha çox artırmaqdır. Mən sığınacağımızda qalan 35-40 uşağın problemlərindən danışa bilərəm. Yəni burada ağır hadisələr var. Onlar arasında zorakılığın istənilən növü ilə üzləşən uşaqları misal çəkə bilərəm. Ancaq gəlin bu gün qəbul edək ki, bizim sığınacaqda olmayan, qohumlarının himayəsində olan və yaxınları tərəfindən hansısa zorakılıqla qarşılaşan, əziyyət çəkən, öz hüquqlarını müdafiə edə bilməyən uşaqlar var. Uşaq hüquqlarının təkmilləşdirilməsində gəncliyin rolu çox böyükdür. Bizim gənclərə və mediaya çox böyük ehtiyacımız var. Biz burada hansısa bir 5 yaşlı uşağın atalığı tərəfindən zorlandığını müzakirə etsəydik, nəinki media nümayəndələri, hətta mediaya aid olmayan adamları da bu zalda görə biləcəkdik. Amma məqsədimiz bu məsələni müzakirə etmək yox, bu kimi halların baş verməsinin qarşısını almaq üçün maarifləndirmə işini həyata keçirməkdir. Maarifləndirmə kampaniyasında medianın rolu çox böyükdür və biz bu məsələ ilə bağlı mediada böyük təbliğat işi aparmalıyıq ki, bu hadisələr baş verməsin.

“Gələcəyimizə sığınaq” layihəsinin rəhbəri Rövşən Nəcəfov layihənin məqsədlərindən danışarkən vurğuladı ki, bu gün cəmiyyətə yaxşı vətəndaşlar, yaxşı insanlar yetişdirilməsə, gələcəyimizi sual altında qoymuş olacağıq: “Sağlam fikirli insanlar yetişdirməliyik. Əgər biz insan mühəndisliyi ilə məşğul olmaq isrtəyiriksə, birinci növbədə onların fikirlərini təmir etməliyik. Çünki fikri sağlam olmayan insan nə idmançı, nə həkim, nə hüquqşünas, nə də bir mütəxəssis kimi sağlam ola bilər”.

R.Nəcəfovun sözlərinə görə, bu gün bu kimi problemlərə biganəlik stereotipləri var və bunlar aradan qaldırılmalıdır. Bizim əsas silahımızın sevgi olduğunu deyən layihə müəllifinin dediyinə görə, o, sığınacaqda olan uşaqların bəzilərinin həyatı ilə tanış olub: “Biz o uşaqların həyatını sıfırdan qurmalı və onları gələcəyə ötürməliyik. Kimsəsiz, atasız, atılmış uşaqlar gələcəkdə bizim uşaqlarımızla rastlaşacaq və bizim uşaqlarımızla bu cəmiyyəti bölüşəcəklər. Ən gözəl dil sevgi dilidir”.

Sonra “Gələcəyimizə sığınaq” layihəsi çərçivəsində sığınacaqdakı uşaqlarla bağlı çəkilən iki kiçik süjet təqdim edildi. Təqdimatın ardınca problemin müzakirəsi keçirildi.

Azərbaycan Uşaqlar Birliyinin sədri K.Ağazadə vaxtilə sığınacağa yerləşdirilən 9 yaşlı zorlanmış oğlan uşağından danışdı. O bildirdi ki, bu uşağa qarşı hədsiz zorakılıqlar edilmişdi: “Elə bir işgəncə yox idi ki, o məruz qalmasın. Bir dəfə kameradan həyətə baxdım ki, bu uşaq həyətdəki palma ağacının iynələrini çıxarıb uşaqların bədəninə, əl-qoluna batırır. Onu çağırıb dedim ki, niyə belə edirsən, uşaqlar yazıqdır, onlara mikrob keçər. Mənə qayıdıb dedi ki, bəs mən yazıq deyildim, mənə hər cür işgəncə veriblər. O uşaq sonradan bizdən reabilitasiya olundu, Rusiyaya getdi, ora vətəndaşı idi. O gedərkən mənə dedi ki, mən 18 yaşım olandan sonra Azərbaycana gəlib bura vətəndaşı olacağam”.

Cəmiyyətimizdə ən həssas qrup olan qaraçılarla bağlı da işlər gördüklərini deyən K.Ağazadə qaraçı uşaqlarının küçələrdən yığışdırılmasında, onların təhsilə cəlb edilməsində cəmiyyətin də səy göstərməli olduğunu dedi: “Qaraçı ailələri ilə işləməyə çox böyük ehtiyac var. Biz sığınacağımıza yerləşdirilən 16 nəfərdən 9-nu fərdi təhsilə cəlb etmişik. Onlar Təhsil Nazirliyinin xətti ilə ayrı-ayrı məktəblərdə oxuyurlar. 14 yaşlı uşaqlar 3-cü sinifdə oxuyurlar. Bizdə 14 yaşlı qız var, 3-cü sinifdə oxuyur, məktəbdən bizim nümayəndəmizə deyiblər ki, biz o qızı 6-cı sinfə keçirmək istəyirik. Çünki o artıq bütün dərsləri mənimsəyir. Çox intellektli, bilikli uşaqdır. Bu 14 yaşlı qız sığınacağa cəlb etdiyimiz qaraçı uşaqlarından biridir”.

Cəmiyyətimizin özünün reabilitasiyaya böyük ehtiyacı olduğunu vurğulayan K.Ağazadə hesab edir ki, cəmiyyət maariflənərsə, bu kimi hallara qarşı həssas olar.

Sonda qeyd edildi ki, layihə çərçivəsində çəkilən videoçarx sosial şəbəkələrdə yayımlanacaq.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ