Bazar günü günü, 15 noyabr 2026
     

Gənc azərbaycanlı alimlər dövlətin siyasətində daha aktual istiqamətə çevrilir…

Image


İlqar Orucov: “Dövlət başçısının dəstəyi ilə dövlət hesabına xaricdə təhsil alan həmin gənclər ölkənin gələcəyinə xidmət edən sahələrə cəlb edilməlidirlər”

 

Azərbaycan elminin inkişafında gənclərin rolunun artırılması günün zəruri məsələlərindən birinə çevrilib. Məlum olduğu kimi, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində uğurlu işlər həyata keçirilməkdədir. Azərbaycanın gənc alimlərinin I qurultayının keçirilməsi bu işlərin davamı kimi qiymətləndirilə bilər.

Məlum olduğu kimi, dekabrın 15-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib. Qeyd edək ki, gənc alimlərin birinci qurultayına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev məktub ünvanlayıb.

Məlumata görə, AMEA-nın prezidenti, akademik Akif Əlizadə tədbirin Prezident İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına əsasən təşkil olunduğunu bildirib. O, qurultayın intellektual gəncliklə bağlı proqramda nəzərdə tutulan vəzifələrin icrasına töhfə verəcəyinə əminliyini ifadə edib.

Akademik Akif Əlizadə müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında bir sıra mühüm vəzifələr qoyduğunu vurğulamaqla yanaşı, bildirib ki, ölkədə və xaricdə yaşayan gənc azərbaycanlı alimlərin elmi fəaliyyəti müasir tələblər səviyyəsində əlaqələndirilməli, gənclər daha geniş miqyasda elmi fəaliyyətə cəlb olunmalıdırlar. Akademiyada gənclərin intellektual potensialının inkişafı, biliklər cəmiyyətinin qurulmasında onların rolunun artırılması, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində bir sıra işlər görülüb. Son illər AMEA-nın 100-ə yaxın gənc aliminin dünyanın nüfuzlu elmi mərkəzlərinə ezam olunduğunu bildirən akademik prosesin hazırda da davam etdirildiyini deyib: “Gənclərimiz Dubna şəhərindəki Birləşmiş Nüvə Tədqiqatları İnstitutu, Cenevrədəki Avropa Nüvə Tədqiqatları Təşkilatı və digər beynəlxalq elmi mərkəzlərdə aparılan qlobal elmi layihələrdə yaxından iştirak edirlər. Molekulyar biologiya və biotexnologiyalar sahəsində gənc alimlərin apardığı tədqiqatlar nəticəsində Azərbaycanda ilk dəfə xüsusi bitkilərdə fitoplazma patogeni aşkar olunub, dünya elmi üçün dörd yeni genotip müəyyənləşdirilib. Onların yaxından iştirakı ilə yeni sinif unikal funksional materiallar – topoloji izolyatorlar sintez olunub, Avropa ölkələri və Yaponiyanın elmi müəssisələri ilə birlikdə tədqiq edilib”.

Azərbaycanın gənc alimlərinin birinci qurultayının böyük əhəmiyyət daşıdığını deyən fəlsəfə doktoru, AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin rəhbəri, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov “Bakı-Xəbər”ə bildirdi ki, bu qurultay dövlət başçısı İlham Əliyevin elm sahəsinə böyük diqqət və qayğısının təzahürü, dövlətin elmin gəncləşdirilməsinə töhfəsidir: “2006-cı ildə gənc alimlərin ümumi toplantısı keçirilmişdi. Biz o vaxt qurultay ideyası ilə çıxış etdik. Gənc alimlərin qurultayının keçirilməsi onların həm ictimai aktivliyinin artmasına, həm də gənc alimləri narahat edən məsələlərin həllinə səbəb olacaq. Bu qurultay da gənc alimlərin istəklərinin, problem və qayğılarının müzakirə edilərək həllə doğru yönəldilməsində böyük rol oynayacaq. Gənc alimləri narahat edən problemlərin yaxın vaxtlarda aradan qaldırılacağına inanıram.

Hesab edirəm ki, gənc alimlərin qurultayında səsləndirilən ideyalar, fikirlər həyata keçirilərsə, bu müsbət olacaq. Əlbəttə, gənc alimlərə öz sözlərini deməsi üçün auditoriya lazımdır. Qurultay belə bir auditoriya ola bilir. Qurultayın keçirilməsinin əhəmiyyəti çox böyükdür. Xüsusilə də bu qurultaya cənab Prezidentin təbrik məktubu göndərməsi bir daha onu göstərir ki, bu məsələ eyni zamanda dövlət başçısının diqqətində olan bir məsələdir. Onu da deyim ki, bu cür qurultayların keçirilməsi, ümumiyyətlə, alimləri, ziyalıları əhatə edən böyük tədbirlərin düzənlənməsi cəmiyyətə mesajların ötürülməsi baxımından çox əhəmiyyətlidir. Hesab edirəm ki, qurultayda qaldırılan məsələlər dövlət sənədlərində, strategiyada və s. öz əksini tapacaq və problemlər aradan qaldırılacaq”.

İlk dəfə gənc alimlərin ümumi təşkilatlanmasının 2003-cü ildə baş tutduğunu vurğulayan İ.Orucovun sözlərinə görə, o dövrlə bu dövrü müqayisə edərkən görürük ki, gənc alimləri narahat edən xeyli sayda problem aradan qaldırılıb, xeyli hissəsi həll olunmaqdadır. “Elə proseslər var ki, onlar davamlı olaraq həyata keçirilməkdədir. Təbii, bütün bunlar onun sayəsində olub ki, həm ölkəmizin iqtisadi qüdrəti artıb, həm də ölkədə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı ölkə başçısının ortaya qoyduğu siyasi iradə mövcuddur. Eyni zamanda da gənc alimlərin öz sözünü deməsi, fikirlərini müvafiq qurumlara, mərkəzi icra hakimiyyəti orqanlarına çatdırması istiqamətində işlər görülüb. Qurultayın keçirilməsi həm ölkə başçısı tərəfindən elmə, təhsilə qayğıdır, həm də dövlət gənclər siyasətinin əsas istiqamət kimi götürülməsidir. Sevindirici haldır ki, məhz bu istiqamət I vitse-prezident Mehriban xanım Əliyevanın kurasiyasına verilib, Prezident Administrasiyasında Gənclər və idman şöbəsi yaradılıb. Bununla da gənclərin problemlərinin müvafiq qurumlara ötürüləcəyinin və onların real həllinin şahidi olacağıq. Fikrimcə, qurultayda səsləndirilən fikirlərin, eləcə də həllini tapmalı olan məsələlərin aradan qaldırılması istiqamətində real addımlar atıldığını görəcəyik. Bu qurultay ilk növbədə cənab Prezident tərəfindən son 10 ildir həyata keçirilən ölkəmizdə insan kapitalının inkişaf etdirilməsi ilə bağlı mühüm bir istiqamətin tərkib hissəsinə dəstək olacaq. Düşünürəm ki, bu, gənc alimlərin hazırlığı məsələləri, bütövlükdə gənclərin elmi biliklərə yiyələnməsi yönündə, istedadlı gənclərin gələcəkdə elmə gətirilməsi istiqamətində mühüm addımlardan biri olacaq. Bir neçə il əvvəl bir təklif etmişdim. Bu gün də o təklifi səsləndirmək istəyirəm. Elmdə zərərli qocalma tendensiyasının aradan qaldırılması üçün yenə də real işlərin həyata keçirilməsi lazımdır. Fikrimcə, bu qurultaydan sonra biz gerçək olaraq bunu görəcəyik. Bu gün elm, təhsil, texnologiya sahəsində idarəetməyə mütləq yeni nəsil gəlməlidir. Bu arada olan boşluğun doldurulması məqsədilə yaşlı nəsli əvəz edəcək kadrların yerləşdirilməsi üçün Prezident tərəfindən 2007-ci ildə imzalanan “Xaricdə Təhsil üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın nüfuzlu ali məktəblərində təhsil alan və bu gün yüksək biliklərə sahib olan gənclərin irəli çəkilməsi olduqca vacibdir. O gənclərin həm Akademiyada, həm də digər strukturlarda təmsil olunması üçün ciddi işlər görülməlidir. Dövlət başçısının dəstəyi ilə dövlət hesabına xaricdə təhsil alan həmin gənclər ölkənin gələcəyinə xidmət edən sahələrə cəlb edilməlidirlər”.

İradə SARIYEVA    



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ