Bazar günü günü, 15 noyabr 2026
     

ATU-da “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirildi... - FOTO

Image


Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə  strategiyaları”na həsr olunmuş I Milli konfrans keçirilib.

Konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi və Azərbaycan Tibb Universitetinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Konfransı giriş sözü ilə açan ATU rektoru, professor Gəray Gəraybəyli  iştirakçıları salamlayaraq, onlara konfransın işində uğurlar arzulayıb.

G.Gəraybəyli bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, bütün sahələrdə olduğu  kimi, səhiyyədə də son illərdə sürətli inkişaf gedir.

“Bu istiqamətdə aparılan məqsədyönlü siyasət insan sağlamlığının, xəstəliklərin qarşısının alınması, xəstələrə göstərilən tibbi xidmətin yaxşılaşdırılması və keyfiyyətinin artırılmasına xidmət edir. Bunun bariz nümunəsi kimi 2005-ci il dekabrın 23-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın qəbulunu göstərmək olar. Bu sərəncamla təsdiq olunmuş strategiyadan sonra Səhiyyə Nazirliyi tərəfindən fəaliyyət planı hazırlanıb. Və bu fəaliyyət planına uyğun olaraq bir çox istiqamətdə işlər görülür və görülməkdə də davam edir”.

Daha sonra Səhiyyə Nazirliyinin Aparat rəhbəri Zəkiyyə Mustafayeva çıxış edib.

Z.Mustafayeva çıxışında hazırda qeyri-infeksion xəstəliklərin dünyada ən geniş yayılmış epidemiya olduğunu deyib.

“Bu xəstəlik hər gün minlərlə insanın sağlamlığına təhlükə yaradır. Bir çox inkişaf etmiş ölkələr kimi, Azərbaycan da bu təhlükəli epidemiya ilə mübarizəyə bir neçə il əvvəl qoşulub. Strategiyanın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin 10 may 2016-cı il tarixli əmri ilə, aidiyyəti dövlət orqanlarının nümayəndələri də daxil olmaqla, icra və əlaqələndirici işçi qrup yaradılıb. Bu istiqamətdə əhalinin sağlamlığının yaxşılaşdırılması məqsədilə mühüm tədbirlər həyata keçirilir. Qeyri-infeksion xəstəliklərin qarşısının alınması üçün tibbi xidmətin keyfiyyətinin artırılması, bu sahədə informasiya imkanlarının genişləndirilməsi, tədqiqatların aparılması, eləcə də bu xəstəliklə bağlı monitorinqlərin həyata keçirilməsi əsas vəzifələrdən biridir. Qeyd edim ki, bu xəstəlik təkcə Səhiyyə Nazirliyinin problemi deyil, ümumiyyətlə cəmiyyətin problemidir”.

Çıxış edən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov konfrans iştirakçılarını salamlayıb və onlara belə mühüm bir tədbirdə iştiraka görə minnətdarlığını bildirib.

“Artıq iki ildir ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” ölkəmizdə tətbiq olunur. Bu konfransın keçirilməsində də əsas məqsəd ölkəmizdə gələcəkdə bu strategiyanın tətbiqi ilə bağlı qarşıda duran vəzifələri həyata keçirməkdir. İnanıram ki, bu sahədə səylərimizi birləşdirərək qarşıda qoyulan hədəflərə uğurla nail ola bilərik”.

Milli Məclisin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxışında belə bir konfransın təşkilinə görə əməyi keçən hər kəsə öz təşəkkürünü bildirib.

Ə.Hüseynli qeyd edib ki, parlamentdə də bu xəstəliklə mübarizəyə dair bir sıra müzakirələr aparılır: “Hesab edirəm ki, səhiyyə işçiləri də bu sahədə üzərlərinə düşən işlərin öhdəsindən layiqincə gələcəklər”.

Qeyd edək ki, konfrans öz işini məruzələrlə davam etdirib.

 “Dünyada və Azərbaycanda qeyri-infeksion xəstəliklərin yükü”, (Ceyhun Məmmədov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru),  “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın icrası ilə bağlı görülmüş işlər”, (Təranə Nəzərova, Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçisi), “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiyanın icrasında növbəti 3 il üzrə prioritetlər və çətinliklər” (Nabil Seyidov, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və islahatlar şöbəsinin mudiri), “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” AR Qanunun tələblərindən irəli gələn məsuliyyət məsələləri (Əli Hüseynov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri), “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” AR qanunun əhəmiyyəti və potensial təsirləri (Adil Vəliyev, Azərbaycan Respublikası Milli Məclisinin Sosial Qanunvericilik şöbəsinin sektor müdiri), “Gənclər arasında fiziki aktivlik və idmanla məşğuliyyətin təşviqi və təbliği: innovativ yanaşmalar, yerli imkanlar və beynəlxalq təcrübə” (Nərmin Aslanbəyova, Gənclər və İdman Nazirliyi Sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri), “Sağlam qidalanmanın uşaqlar arasında aşılanmasında yeni yanaşmalar və metodlar: beynəlxalq təcrübə və onun tətbiqi imkanları” (Afət Süleymanova, Təhsil Nazirliyi, Aparıcı məsləhətçi), “Tütün məmulatları, spirtli içkilər, şəkərli içkilər və s. sağlamlığa zərərli təsiri olan məhsullara aksiz və digər vergilərin tətbiqi: beynəlxalq təcrübə və ölkədaxili imkanlar” (Samir Məmmədov, Vergilər Nazirliyi, Baş dövlət vergi müfəttişi), “Qeyri-infeksion xəstəliklərlə cinsi və reproduktiv sağlamlıq arasında müəyyən olunan tibbi və ictimai əlaqələr” (Fərid Babayev, BMT-nin Əhali Fondunun Azərbaycanda Nümayəndəliyin sədri), “2030-cu ilə doğru. Dayanıqlı inkişaf məqsədlərinin QİX-la bağlı hədəflərinə nail olaq” (Gauden Galea, Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə Regional Müdiri), “Onkoloji xəstəliklərinin skrininqi” (Azad Kərimli, Milli Onkologiya Mərkəzinin baş həkimi, Səhiyyə Nazirliyinin baş onkoloqu), “QİX-in risk faktorlarının öyrənilməsinə dair reprezentativ STEPS sorğusunun yekun nəticələri” (Səbinə Babazadə, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin mudiri), “Əhalinin fiziki aktivliyinin səviyyəsi və onun sağlamlığa təsiri” (İlahə İslamzadə, Azərbaycan Tibb Universiteti İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının doktorantı), “Məktəblilərin hərəki fəallığının artırılmasında «Sağlam Təhsil» texnologiyalarının rolu” (Şəhla Balayeva, Azərbaycan Tibb Universitetinin Əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri), “Ürək-damar xəstəliklərinin yükü və birincili profilaktikanın əhəmiyyəti” (Rafael Daşdəmirov, Elmi-Tədqiqat Kardiologiya İnstitutu direktorunun müavini), “CORE (Chronic Obstructive Respiratory Diseases) Tədqiqatının nəticələri” (Gülzar Əliyeva, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi), “Şəkərli diabetin qarşısının alınması və tibbi xidmətin keyfiyyətinin artırılmasında REM-in gördüyü işlər” (Yeganə Sultanova, Respublika Endokrinoloji Mərkəzinin həkimi), “İSİM tərəfindən məktəbli uşaqların qidalanmasına dair aparılmış araşdırmanın nəticələri” (Nərmin Əliyeva, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Tibbi keyfiyyət standartları şöbəsinin mütəxəssisi), “Məktəblilər arasında artıq bədən kütləsinin (piylənmənin) yayılması, sağlamlıq vəziyyətlərinə təsiri”(Aytəkin Tağıyeva, Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti), “Yeniyetmələr və tütün epidemiyası: Rəqəmlər arxasında reallıq”(Tofiq Musayev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin mudiri), “Artıq bədən çəkisinin və piylənmənin formalaşmasının risk amilləri və onların qadınların sağlamlığına təsirinin azadılması mexanizmləri” (Aynur Cəfərova, Azərbaycan Tibb Universitetinin İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının assistenti), “BMJ resurslarının DTT-də rolu” (Sevinc Həsənova, “British Medical Journal”-ın ölkə üzrə təmsilçisi).

Baki-xeber.com



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ