“2016-cı illə müqayisədə bu il dəm qazından zəhərlənmələr azalıb”. APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.
O bildirib ki, əgər 2016-cı ildə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilmişdisə, 2017-ci ildə rəqəm 207 nəfər təşkil edib: “Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrdən 1 nəfəri ölüb”.
A. Maqsudov qeyd edib ki, dərman preparatlarından zəhərlənmə ilə bağlı 1100 müraciət daxil olub və onlardan 602 nəfəri Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul olunub: “Həkim təyinatı olmadan qəbul edilən dərman preparatları, yüksək doza və ard-arda qəbul edilən dərmanlar zəhərlənmələrə səbəb olur və nəticədə ağır zəhərlənmə halları baş verir. Xəstələrə həkim müayinəsi olmadan və resept təyin edilmədən dərman qəbul etməyi məsləhət görmürük”. rif";mso-fareast-font-family:"MS Mincho"; mso-ansi-language:EN-US;mso-fareast-language:EN-US;mso-bidi-language:AR-SA'>Nazir müavini əlavə edib ki, bu gün müddətdən artıq hərbi xidmət keçən hərbi qulluqçuların əksəriyyəti peşəkar insanlardır.