DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhərin 3 nömrəli orta məktəbində yuxarı sinif şagirdlərinin iştirakı ilə “Narkomaniyaya yox deyək”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə”və “Yol hərəkəti qaydaları” mövzularında görüş keçirilib.
Tədbirdə çıxış edən Şəki ŞRPŞ-nin rəis müavini Vüqar Xəlilov “ağ ölüm” hesab edilən narkomaniyanın cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən bəhs edib.O cümlədən, narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının,o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə ətraflı məlumat verib.Qeyd edilib ki,Daxili İşlər Nazirliyinin müvafiq qurumlarırespublikada narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə mühüm vəzifələri yerinə yetirirlər.
“Dini radikalizmə qarşı mübarizə” mövzusunda çıxış edən ŞRPŞ-nin inspektoru Səlim Səlimov gəncləri ehtiyatlı olmağa və dini məlumatları almaq üçün ancaq etibarlı mənbələrə müraciət etmələrini tövsiyə edib.
Tədbirdə çıxış edənlər erkən nikahları fəsadları barəsində çıxış edərək,xüsusilə də qızların bu mövzuda həssas olmalarını vurğulayıblar.Erkən nikahların əksəriyyətinin sonradan boşanma ilə nəticələndiyi barədə məktəbliləri məlumatlandırıblar.
DYPB-nin təbliğat və təşviqat üzrə inspektoru Tural Niftalıyev məktəbliləri yol hərəkəti qaydalarına əməl etməyə və onları yollarda ehtiyatlı olmağa çağırıb.
Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Mahir MƏSİMOV polis leytenantı