Beyləqan RPŞ Veteranlar Şurasının üzvləri şəxsi heyətin təlim-tərbiyə işinin aparılması, gənc əməkdaşların peşə vərdişinin artırılması, onlarda dövlətə və dövlətçiliyə, anda, xidməti vəzifə borcuna sədaqət hisslərinin formalaşdırılması, nizam-intizama və qanunçuluğa ciddi əməl edilməsinin vacibliyinin izah olunması işində yaxından iştirak edir.
RPŞ-nin rəisi, polis polkovniki Fizuli Şıxəliyev veteranların qayğılarını daim diqqətdə saxlayır, vaxtaşırı keçirilən görüşlərdə onlara cari məsələlərin həllində öz köməyini göstərir. Cinayətkarlığa qarşı mübarizədə, axtarışda olan şəxslərin yerinin müəyyən olunmasında, narkomaniya, yetkinlik yaşına çatmayanlar arasında hüquqazidd əməllərin profilaktikasında, əhali arasında hüquqi maarifləndirmə işlərinin aparılmasında polis veteranları fəallıq göstərirlər.Şuranın üzvləri ilin əvvəlindən bu günədək ümumtəhsil məktəblərində 45 görüş keçiriblər. Bu görüşlərdə milli-mənəvi dəyərlərin qorunması, hüquqi maarifləndirmə, dini radikalizmlə mübarizə, narkotik vasitələrin fəsadları, cinayətkarlıqla mübarizədə və asayişin qorunmasında cəmiyyətin üzərinə düşən vəzifələr barədə profilaktik söhbətlər aparıblar.
Bu ilin ötən dövrü ərzində polis veteranları cinayətkarlığa qarşı mübarizə sahəsində 53 cinayət hadisəsinin açılmasında və axtarışda olan 20 nəfərin yerinin müəyyən edilməsində yaxından iştirak ediblər.
Xəyalə MƏMMƏDOVA, DİN Mətbuat Xidmətinin əməkdaşı