Bazar günü günü, 15 noyabr 2026
     

Fərrux yüksəkliyi ətrafında son döyüş... - FOTO

Image


Şəhidlər haqqında yazı hazırlamaq onların ailələrinin ünvan axtarışları olmadan, döyüşçü yoldaşlarının fikirlərini öyrənmədən, arxiv materiallarını nəzərdən keçirmədən mümkün deyil. Hər dəfə bu mövzuda yeni məqalə üzərində işləyərkən mənəvi cəhətdən nə qədər ağır olsa da, ünsiyyətdə olduğum, əlaqə saxladığım, kömək üçün müraciət etdiyim insanların həssas münasibətini gördükdə, xalqımızın öz şəhidlərinin xatirəsinə nə qədər böyük ehtiram bəslədiyi bir qələm adamı kimi məni ruhlandırır.

Bəli, hansı şəhər, ya rayon, qəsəbə, ya da kəndə şəhid ailəsi ünvanına və şəhid məzarına getmişəmsə, yoluma bu ağrı-acıya laqeyd adam çıxmayıb.

Şəhidlər barəsində bir mahnıda belə sözlər var: “Köçüb ürəklərdə qalan oldunuz. Unutmaq olarmı, sizi şəhidlər!”. Onlar heç vaxt unudulmadı, xatirələrdə yaşadı və hər zaman anılacaqlar.

Bu yazı şəhid hərbi qulluqçumuz baş leytenant Hüseynov Əmrah Abdülüsüm oğlu haqqındadır. Onun döyüş yolunun son anları barədə təfsilatları aydınlaşdırmaq çətin oldu. Müharibənin gətirdiyi elə dəhşətli dərdlər var ki... Bəzi döyüşlərdə hərbi qulluqçular itkin düşür, meyiti belə tapılmır və ya döyüş meydanında qalır. Bu gün Ə.Hüseynovun ailəsinin ziyarət edəcəyi bir məzar yoxdur. Müharibədə öz əzizini itirəsən, ancaq onu torpağa tapşıra bilməyəsən, son döyüş yeri işğal altında qaldığından, oraya gedə biləcəyin yollar da üzünə bağlı olsun... Bu faciəni ifadə etməyə söz belə acizdir.

Ə.Hüseynov 1954-cü il mayın 25-də qədim yurdumuz Basarkeçərin (Ermənistan Respublikası Vardenis rayonu) Bala Məzrə kəndində dünyaya göz açıb. Bala Məzrə kənd orta məktəbini bitirib. 1971-1976-cı illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda Bakı Dövlət Universiteti) fizika fakültəsində ali təhsil alıb. Fizik, fizika müəllimi ixtisasına yiyələnib. Ə.Hüseynov universitetdə oxuduğu dövrdə orada hərbi kafedra olduğundan, ona ali təhsilini başa çatdırdıqdan sonra leytenant hərbi rütbəsi verilib. O, iki dəfə - Ermənistan və Gürcüstanda hərbi toplanışlarda olub. Növbəti dəfə ona baş leytenant hərbi rütbəsi verilərək ehtiyatda olan zabit kimi hərbi komissarlıqda uçota alınıb.

1976-cı ildən 1988-ci ilin noyabr ayınadək doğma yurdu Bala Məzrədə fizika müəllimi işləyən Ə.Hüseynovun öz el-obasının yeniyetmələrinə təhsil verdiyi illər onun özü üçün bir həyat məktəbi idi. Bir vaxtlar onu yetişdirmiş müəllimlərinin yolunu davam etdirirdi. Müəllimin missiyası şagirdlərə təkcə savad vermək deyil, həm də onları vətənpərvər ruhda tərbiyə etməkdir. O, bu yolda əməyini, bilik və bacarığını əsirgəməyib. Şərəfli müəllim adını həmişə uca tutub. Beləcə, elin, həmyerlilərinin gözündə bir ziyalı kimi ucalıb.

Ə.Hüseynov Bala Məzrə kəndində Siyatel xanımla ailə həyatı qurub. Bu xoşbəxt ailədə üç oğul övladı dünyaya gəlib. Həyatının ilk böyük kədəri 1983-cü ildə atası Abdülüsüm Orucovun vəfat etməsi ilə bağlı idi. Onu da qeyd edim ki, Ə.Hüseynovun soyadı babasının adı ilə bağlıdır. Taleyin daha da amansız zərbəsi isə ata ocağından uzaq düşməsi oldu.

1988-ci ildə Dağlıq Qarabağda erməni separatizmi baş qaldırmaqla yanaşı, Ermənistanda azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsinə də başlandı. Əsrlərlə o torpaqlarda yaşamış azərbaycanlılar zaman-zaman haqsızlıqlara, soyqırıma və deportasiyalara məruz qalmışlar. Ötən əsrin 80-ci illərinin sonunda baş verən qanlı hadisələr zamanı isə Ermənistanda bir nəfər də olsun, azərbaycanlı qalmadı. Soydaşlarımız dədə-baba yurdlarından didərgin salınaraq respublikamıza pənah gətirdilər.

Ə.Hüseynov və ailəsi də o vaxt Ermənistandan qaçqın düşən bütün soydaşlarımız kimi sarsıntı və iztirablarla dolu günlər yaşadılar. O, bu gerçəkliklə heç cür barışa bilmirdi. Qeyrətli bir insan kimi bütün vücudu buna qarşı üsyan edirdi, qəlbində düşmənə qarşı nifrət hissi güclənirdi. Qaçqınlıq həyatı onu sevdiyi müəllimlik peşəsindən də uzaq salmışdı. Ailə yerbəyer olanadək bir müddət Tərtər rayonu və Gəncə şəhərində yaşamalı oldu. Sonra Bakıda məskunlaşdılar.

O, 1990-cı ildə aqrar şirkətdə usta, 1991-ci ildən isə Xızı rayonundakı çörək müəssisəsində anbardar işləyib. Əsas diqqəti ailəsinə, doğmalarının qayğılarına yönəldib. Ailənin maddi cəhətdən korluq çəkməməsi üçün var gücü ilə çalışıb.

1992-ci ildə Ə.Hüseynovun həyatında yeni bir mərhələ başladı. O vaxt respublikamızda vəziyyət ağır idi. Ermənistanın hərbi təcavüzünün davam etməsi şəraitində bu dəfə soydaşlarımız respublikamızın ərazisində məcburi köçkünlərə çevrilirdilər. Artıq Xocalı, Şuşa, Laçın və digər onlarla yaşayış məntəqəmiz işğal olunmuşdu. Ön cəbhədə hər gün qanlı döyüşlər gedirdi. O, 1992-ci ilin sentyabr ayında ehtiyatda olan zabit kimi hərbi xidmətə çağırıldıqda heç bir tərəddüd etmədi, Vətən qarşısında borcunu yerinə yetirməyə həvəslə yollandı.

Daxili Qoşunların Komandanının 15 sentyabr 1992-ci il tarixli şəxsi heyət üzrə əmrində, “N” saylı hərbi hissəyə aid bənddə Suraxanı Rayonu Hərbi Komissarlığı (hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı Rayon İdarəsi) tərəfindən ehtiyatdan çıxarılmış baş leytenant Ə.Hüseynovun hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə qeyd var. Bu hərbi hissə Ağdam rayonu ərazisində yerləşirdi. Hərbi hissənin şəxsi heyəti Ağdamın düşmənlə təmas xəttində yerləşən kəndlərinin və bir sıra yüksəkliklərin müdafiəsində dayanır, həmçinin, cəbhənin Ağdam-Əsgəran, habelə Ağdam-Ağdərə istiqamətləri üzrə ermənilərin nəzarətində olan ərazilərin azad edilməsi uğrunda döyüşlərə cəlb olunurdu.

Daxili Qoşunların Komandanının 27 oktyabr 1992-ci il tarixli şəxsi heyət üzrə digər əmri ilə baş leytenant Ə.Hüseynov hərbi hissə komandirinin sərəncamından çıxarılaraq, bölük komandirinin texniki hissə üzrə müavini vəzifəsinə təyin edilib. Onun döyüş yolu Ağdamın düşmənin hərbi təcavüzünə məruz qalan ayrı-ayrı kəndlərindən keçib. Erməni xislətinə yaxşı bələd olan zabit ön cəbhədə düşmənin vəhşiliklərinin şahidi olub. O, bir qətiyyətli zabit kimi tabeliyindəki şəxsi heyəti düşməndən qisas almağa ruhlandırıb, döyüş tapşırıqlarının yerinə yetirilməsində öz iradəsi və əzmi ilə şəxsi nümunə göstərib.

1993-cü ilin yanvar ayında Əsgəran istiqamətində strateji yüksəklik olan Fərrux və ətraf  ərazilər uğrunda şiddətli döyüşlər baş verdi. O ərəfədə Fərruxun ətəyindəki Xramord (Pirlər) kəndinə düşmən nəzarəti itirsə də, yüksəklik və onun yaxın ətrafında möhkəm mövqe tutmuşdu. Bu yüksəklik təbii istehkam olmaqla yanaşı, böyük bir ərazini atəş və nəzarət altında saxlamağa imkan verirdi. Həmin yüksəklikdən Ağdamətrafı kəndlər və Ağdam şəhərinin özü müntəzəm olaraq artilleriya atəşinə tutulurdu.

1993-cü il yanvarın 25-dən 26-na keçən gecə yüksəkliyin Əsgəran-Xanabad istiqamətinə doğru yamacına bitişik Armudluq adlanan əraziyə hücum edən qruplardan birində baş leytenant Ə.Hüseynov da vardı. Bu, onun son döyüşü oldu.

Daxili Qoşunların veteranı, ehtiyatda olan mayor Tahir Ağayev həmin döyüşü belə xatırladı: “26 yanvar 1993-cü il tarixdə səhərə yaxın Fərrux yüksəkliyinin Əsgəran-Xanabad səmti üzrə yamacından başlayan Armudluq adlı ərazidə erməni postlarına yaxınlaşmışdıq. Bu döyüşdə üç qrup iştirak edirdi. Baş leytenant Ə.Hüseynovla bir qrupda idik. Qəfil açılan atəş səsinə düşmən duyuq düşərək, bizim hücuma keçdiyimizi aşkarladı. Şiddətli atışma başladı. Müxtəlif çaplı silahlardan açılan atəş nəticəsində yaralılarımız vardı. Bu, qeyri-bərabər döyüş idi. Ermənilər orada kifayət qədər canlı qüvvə cəmləşdirmişdi. Düşmənə Xanabad tərəfdən əlavə kömək də gəldi. Geri çəkilməyə məcbur olduq. Bu zaman mən pulemyot gülləsindən sağ budumdan yaralandım. Əmrah və Azər adlı bir əsgərimiz məni çıxararkən atəşlə vuruldular. Başından yaralanan əsgər dərhal keçindi. Əmrahın bədəninin harasından yaralandığını dəqiq görmədim, ancaq gözümün qabağında can verdi. Var gücümü toparlayıb bir təhər sürünərək oradan çıxmağa cəhd etdim. Ərazidən bir qədər uzaqlaşdım, sonra huşumu itirdim. Mən bir neçə döyüşçümüzün köməyi ilə döyüş meydanından çıxarılmışam. Məni qospitala aparıblar. O anları həmişə ürək ağrısı ilə xatırlayıram. Silahdaşlarımızın meyitlərini çıxartmaq mümkün olmadı. Müharibənin bu üzü də var, dəhşətli bir haldır. Əmrah cəsur və ləyaqətli zabit idi. Döyüş sınaqlarında da bunu isbat etdi”.

Baş leytenant Ə.Hüseynovun döyüş şəraitində həlak olması faktı 1993-cü il 29 oktyabr tarixində rəsmiləşdirilib. Belə ki, 29.10.1993-cü il tarixli ölüm şəhadətnaməsi tərtib olunub və ailəsinə təqdim edilib. Sənəddə onun ölüm tarixi 26 yanvar 1993-cü il göstərilib.

1992-1994-cü illərdə döyüş əməliyyatları zamanı hərbi qulluqçuların şəhid olmaları haqqında Daxili Qoşunlarda tərtib olunmuş 04.02.1998-ci il tarixli protokoldan çıxarışda da baş leytenant Ə.Hüseynovun 26.01.1993-cü il tarixdə həlak olduğu qeyd edilib.

Daxili Qoşunların Komandanının 23.12.2000-ci il tarixli, 84 nömrəli əmrilə baş leytenant Ə.Hüseynov 26.01.1993-cü il tarixdə döyüş əməliyyatında həlak olması ilə əlaqədar həmin tarixdən qoşunların şəxsi heyətinin siyahısından çıxarılıb.

1993-cü ilin yanvarından keçən 24 ildən çox müddət ərzində baş leytenant Ə.Hüseynovun şəhid olması barədə sənədlərdə heç bir dəyişiklik edilməyib. Onun taleyi barədə bu günədək hansısa yeni fakt qeydə alınmayıb.

Şəhidin ailəsinə baş çəkdim. Həyat yoldaşı Siyatel xanım, oğulları Emin və Natiqlə görüşdüm, qardaşları İlqar Orucov və Knyaz Orucovla isə telefonla danışdım. Qeyd edim ki, şəhidin anası Simuzər Orucova 2007-ci ildə dünyasını dəyişib. Ümumilikdə, Simuzər xanım və Abdülüsüm kişinin çoxuşaqlı ailəsində Vətən və millət təəssübkeşi olan övladlar yetişib. Baş leytenant Ə.Hüseynovun yoxluğu onun əzizləri üçün böyük kədərdir.

Həyat yoldaşı Siyatel xanım həyatın amansız zərbəsi qarşısında büdrəməyib, ata həsrətli övladlarına qayğısını, onların cəmiyyət üçün layiqli vətəndaş kimi yetişməsində əməyini əsirgəməyib. O, Hövsanda bir neçə orta məktəbdə bufetdə işləyib. Ailəyə müvafiq müavinət də təyin edilib. Oğulları və bir qız nəvəsi onun həyatının fərəhləridir.

Şəhidin övladları arasında böyüyü Emindir. Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirib. Daxili Qoşunların Gəncədəki “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmət keçib. Fövqəladə Hallar Nazirliyində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Sadıq Dadaşov adına Elmi-Tədqiqat Layihə Konstruktor İnşaat Materialları İnstitutunda böyük elmi işçi işləyir. Evlidir. Elşən də Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzunudur. “Gilan” Tekstil Parkında çalışır. Subaydır.

Natiq isə Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb, Daxili Qoşunların Bakıdakı “N” saylı hərbi hissəsində təlim toplanışında olub. O, polis kapitanıdır, evlidir, bir qızı var, adı İncidir.

Siyatel xanım həyat yoldaşı haqqında xatirələrini danışdı. Onun səmimi, xoşxasiyyət, geniş dünyagörüşünə malik, Vətənini, millətini ürəkdən sevən, ailəsinə bağlı bir insan olduğunu vurğuladı. Ön cəbhədən göndərdiyi məktubları mənə göstərərək bildirdi ki, o, döyüşlərdə odun-alovun içində belə, həmişə ailəsini düşünüb, ailənin qayğıları ilə maraqlanıb. Onun qeyri-adi qurub-yaratmaq enerjisi, həyatsevərliyi olub.

Şəhidin qardaşı İlqar Orucov da Daxili Qoşunların sıralarında zabit kimi xidmət edib, hazırda pensiyadadır. Digər qardaşı Knyaz Orucov isə polis sıralarında zabit kimi xidmət edərək pensiyaya çıxıb. Onlar qardaşlarının həm müəllim, həm də zabit kimi fədakarlığını qeyd etdilər, Vətən naminə çətin sınaqlara atıldığını söylədilər. Mənə bildirildi ki, baş leytenant Ə.Hüseynovun son döyüşdən sonra sağ qalma ehtimalı da nəzərdən keçirilib, lakin müvafiq qurumlar xətti ilə aparılan axtarışlar heç bir nəticə verməyib.

Bənövşə Eyyubovanın “Qızıl qan” adlı kitabında şəhid zabit haqqında yazı və şəkli dərc olunub. Bu yazıda şəhidin son döyüş yeri Xramord (Pirlər) kəndi göstərilərək qeyri-dəqiqliyə yol verilib.

Şəhid zabitin xatirəsinin əbədiləşdirilməsi yönündə işlərin görülməsi xeyirxah addım olardı.

Baş leytenant Ə.Hüseynov cismən barıt qoxulu Vətən torpağına qovuşdu, ruhu əbədiyyət zirvəsinə ucaldı.

Allah rəhmət eləsin!

Yalçın QAYA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ