Bazar günü günü, 15 noyabr 2026
     

Azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün tədbirlər gücləndirilib

Image


“Azyaşlı qızların cinsi zorakılığa məruz qalması problemi dünyada aktualdır. Azərbaycanda cinsi zorakılığa məruz qalan azyaşlı qızların sayı çox deyil, lakin yox da deyil. Dinamikada bəzən azalma, bəzən də qalxma müşahidə olunur. Təəssüf ki, faktlar az da olsa, qeydə alınır”.

Bunu APA-nın sorğusuna cavab olaraq Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova deyib.

O bildirib ki, Azərbaycanda azyaşlı qızların cinsi istismarının qarşısının alınması üçün preventiv tədbirlər gücləndirilib: “Komitənin “Mən həyatı seçirəm” layihəsi çərçivəsində biz yuxarı sinif şagirdləri və onların valideynləri ilə həm sosioloji, həm də psixoloji məsələlərlə, eləcə də valideyn-övlad münasibətlərinin düzgün tənzimlənməsi ilə bağlı təlimlər keçirmişik. Təlim zamanı biz bu nəticəni özümüz üçün müəyyənləşdirdik: Valideyn bir çox məsələlərlə bağlı zamanı qabaqlamalı, övladı ilə daha sıx ünsiyyətdə olmalıdır. Digər nəticəmiz isə bundan ibarət oldu: Valideynlərin özlərinin də maariflənməsinə ciddi ehtiyac var. Bax biz bu sahədə işləri daha da gücləndirmişik”.

A. Veysəlovanın sözlərinə görə, AQUPDK tərəfindən bütün yerli icra hakimiyyətlərində müvafiq yerli icra orqanlarının nümayəndələrindən ibarət gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir: “Bu qrup ərazidə məişət zorakılığı hallarının baş verməsinin səbəblərini araşdırır, zorakılıq törətmiş şəxsə qarşı müvafiq tədbirlərin görülməsi üçün müvafiq işlər görür, zərərçəkmiş şəxslə profilaktik iş aparır. Zərərçəkmiş tibbi, psixoloji, sosial və hüquqi xidmətlərə yönəldilir. Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları da zərərçəkmişlərin ailəsinə baş çəkirlər. Bundan başqa, zərərçəkən ailə nəzarətə götürülür, onlara psixoloji yardım, hüquqi köməkliklər göstərilir. Eyni zamanda, Komitə tərəfindən “Məişət Zorakılığı üzrə” Məlumat Bankı yaradılıb. Bankdakı məlumatlar toplanaraq təhlillər aparılır və problemlər araşdırılır. Komitə BMT-nin Əhali Fondu ilə birgə “Azərbaycanda Gender Əsaslı Zorakılıqla Mübarizə” adlı 2 illik layihəyə başlayıb. Layihə çərçivəsində qanunvericiliyin daha da təkmilləşdirilməsi, müvafiq sənədlər hazırlanması üçün müzakirələr aparılır. Əlaqələndirmə Şurasının yaradılması və Milli Fəaliyyət Planının hazırlanması sahəsində bir sıra görüşlər keçirilib”.

Dövlət Komitəsinin əməkdaşı deyib ki, uşaqlar cinsi zorakılığa məruz qaldıqda daha ağır fəsadlar yaranır, onlar xüsusi ilə psixoloji çətinliklərlə üzləşirlər: “Bu hadisə onlarda hətta dərin travmaların yaranmasına və ömür boyu onu izləməsinə səbəb ola bilər. Buna görə də əsasən, profilaktik, qabaqlayıcı tədbirlərin görülməsinə üstünlük verilməlidir. Həm mənəvi, həm də hüquqi nöqteyi-nəzərdən valideynlərin üzərinə də böyük məsuliyyət düşür. Ailə Məcəlləsində də, Uşaq Hüquqları Konvensiyasında da valideynin övladını hərtərəfli sağlam böyütməsi onun öhdəliyi kimi təsbit olunub. Bunun üçün valideyn məsuliyyət daşıyır. Valideynlər öz övladlarının gündəlik həyatı, onların dostları, uşaqların gün ərzində qarşılaşdıqları hadisələrlə maraqlansalar yaxşı olar. Yəni valideynlər öz övladları ilə dostluq etməyi bacarmalıdırlar. Bəli, valideynlə övlad arasında pərdə olmalıdır, amma bu pərdə çox qalın və həddindən artıq məsafəli olmamalıdır. Xüsusilə keçid yaş dövründə valideynlər övladlarına iki qat qayğı göstərməlidirlər ki, uşaqlar da gündəlik həyatlarında baş verən hər bir hadisə ilə bağlı valideynlərini dəqiq və vaxtında məlumatlandırsınlar. Bu, baş verə biləcək təhlükəli hadisənin qarşısını vaxtında almağa kömək edə bilər”. 

A. Veysəlova qeyd edib ki, Balakəndə atalığından hamilə qalan 12 yaşlı qızın ailəsinə Dövlət Komitəsinin Zaqatala üzrə Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən baş çəkilib: “Biz bu məsələdə aidiyyəti dövlət orqanları ilə birgə nəzarəti öz üzərimizə götürdük. Tərəfimizdən bütün müvafiq tədbirlər görülüb. Zərərçəkmişə psixoloji xidmətlər göstərilib. Hətta 12 yaşlı qız xəstəxanada olarkən də bizim əməkdaşlarımız onunla əlaqə saxlayırdılar. Bilirsiniz ki, 12 yaşlı qızın uşağı vəfat edib. Hazırda qız müalicəsini davam etdirir. Onun öz ailəsinə, kəndinə qayıtması üçün heç bir təhlükə yoxdur. Cinayətkar həbsdədir, istintaq aparılır”.

AQUPDK təmsilçisi Beyləqanda sinif yoldaşları tərəfindən zorakılığına məruz qalan 17 yaşlı qızın ailəsinin kənd camaatı tərəfindən qınağa tuş gəlməsi, onlara qarşı təzyiq və təhdidlərin olmasını qəbuledilməz hesab edir: “Ümumiyyətlə, insanlar baş vermiş hadisəyə münasibətdə tolerant olmalıdırlar. Heç kim heç kimi mühakimə edə bilməz. Hadisənin baş verdiyi kənddə və ya qəsəbədə yaşayan insanlar bir – birlərini ittiham etməkdənsə, vəziyyəti düzgün qiymətləndirib, zərərçəkmişə dəstək verməlidirlər. Kənd camaatının zərərçəkmişi ittiham etməsi, onlara “Kəndə gəlməsinlər” deməsi, problemin həlli yolu deyil. Əsl günahkarlar qınaq obyektinə çevrilməlidir, nəinki qurbanlar”.

Qeyd edək ki, bir müddət əvvəl Balakəndə 12 yaşlı qız səhhətində yaranmış problemlə əlaqədar Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Ultrasəs müayinəsi zamanı onun 22-23 həftəlik hamilə olduğu müəyyənləşib. Dərhal bu barədə Balakən rayon Prokurorluğuna məlumat verilib. 12 yaşlı qızın anasının qeyri-rəsmi nikahda yaşayan şəxs tərəfindən zorakılığa məruz qaldığı aşkarlanıb. Balakən rayon Məhkəməsinin qərarı ilə 12 yaşlı C.Ş-nı zorlayan Şindiyev Elçin Qədir oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Faktla bağlı Cinayət Məcəlləsinin 149.3.3-cü (Zorlama, təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb, istintaqı davam etdirilir.

Beyləqan rayonunda isə 17 yaşlı orta məktəb şagirdi sinif yoldaşları tərəfindən təcavüzə məruz qalıb. Hadisədə şübhəli bilinən şəxslər həbs edilib, saxlanılan qarşı “seksual xarakterli hərəkətlər edilməsi faktına görə Beyləqan rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ