"Azərbaycana turist axını ilə bağlı müxtəlif fikirlər dolaşır. Deyirlər ki, onlar özlərini apara bilmirlər. Lakin biz dünyada tanınmaq istəyiriksə, o zaman başqa ölkələrdən insanlar gəlib Azərbaycanı görməlidirlər".
Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 27 sentyabr - Ümumdünya Turizm Günü ilə əlaqədar keçirdiyi brifinqdə deyib.
Ə.Qarayev bildirib ki, turistlərin davranışları ilə bağlı bütün insanlar birgə çalışmalıdır: "Bütün insanlara üzümü tuturam: Qonaqpərvərlik kifayət qədər mürəkkəb anlayışdır. Əgər bizi tanımaqlarını istəyiriksə, bu yolda müəyyən qədər iş görülməlidir".
Azərbaycan Uzaq Şərqdən gələn turistlərin sayında artım gözləyir. Bunu da Ə.Qarayev deyib.
Ə.Qarayev deyib ki, Çinin turizm şirkətlərinin Azərbaycana marağı var: "Amma çinli turistlər fərqlidir. Onları qarşılamağa başqa mühit lazımdır. Onları peşəkar şirkətlər qəbul edə bilər".