çərşənbə günü, 30 sentyabr 2026
     

İnsanlıq yanlış yoldadır

Image


“Newtimes.az.” analitik-informasiya portalının 3 oktyabr 2012-ci il tarixində “Bəşəriyyətin gələcəyi: hansı inkişaf modeli üstündür?” başlığı altında verdiyi yazıda bunları oxuyuruq:

“Yaxın Şərqdə müsəlman ölkələri daxilində baş qaldıran ixtilaflar getdikcə daha geniş miqyasda sosial təbəqələri əhatə edir. Meydana çıxan müxtəlif xarakterli problemlərin beynəlxalq birlik tərəfindən obyektiv və səmərəli həlli yolu isə gözə dəymir. Məsələn, Suriyada böyük bir humanitar faciə yaşanır, ancaq böyük dövlətlər hələ də öz geosiyasi maraqları çərçivəsindən kənara çıxa bilmirlər.

İranın nüvə proqramı ətrafında getdikcə daha da kəskinləşən informasiya müharibəsi faktiki olaraq bir neçə dövləti qarşı-qarşıya gətirib. İndi bu məsələnin müharibə vasitəsilə həll edilməsi barədə ən yüksək səviyyələrdə belə danışırlar. Düşündürücüdür ki, həm Qərb, həm də İran tərəfdən problem sivilizasiya dəyərləri aspektində təqdim edilir. Yəni İsrail İranın müsəlman dövləti kimi dünyaya təhlükə törətdiyini iddia edir. Tehran isə “sionist rejimi dünya xəritəsindən siləcəyi” ilə hədələyir. O, məsələni birmənalı olaraq İslam və xristian sivilizasiyalarının qarşıdurması kimi qələmə verir.

Təxminən eyni mənzərə hazırda Uzaq Şərqdə müşahidə edilir. Çinin fərqli mədəniyyət sisteminə və sivilizasiya dəyərlərinə sahib olan ölkə kimi təqdimatı açıqca özünü göstərir. Bunun ətrafında həmin regionda geosiyasi vəziyyət getdikcə daha da gərginləşdirilir. Artıq ABŞ-ın hərbi dəniz donanması ora xeyli qüvvə toplayıb. Qərbli ekspertlər proqnozlarını Çin sivilizasiyasının Qərbə qalib gəlməsinin qarşısını necə almaq üzərində qurur.

Bu proseslər bütövlükdə bəşəriyyətin daha təhlükəli bir vəziyyətə doğru getdiyini təsdiqləyir. Müxtəlif sivilizasiyalar arasında mübarizənin barışmaz olaraq aparılması dünyanı böyük mənada təhdid edir. Proseslərin bu məzmunda davam etdiyi təqdirdə bəşəriyyətin gələcəyi xeyli müəmmalı görünür...”

Bu qısa xronologiya dünyada çox təhlükəli bir ideoloji və psixoloji prosesin getdiyini göstərir.

İnsanlar hələ qədim çağlardan ətrafında gördüyü varlığa maraq göstərib, yaşamına təsir edən hadisələrin yaranma səbəbini anlamağa çalışıb, xeyir və ya ziyan verən hadisələrə təsir etmək yollarını axtarıblar. Dünyanın hansı guşəsində olursa olsun, onu və yanındakıları qoynunda yaşadan təbiətin müəyyən qüvvə tərəfindən idarə olunduğunu dərk edən insan şüuraltı qorunma instiktilə firavan yaşamağa yardım edən və bəladan qurtara bilən ibadətgahlar yaradıb. Çünki qədim insanlar hər şeyin bir sahibi, idarə edəni, bir sözlə - hər bir varlığın yiyəsi olduğuna inanırdılar. Onlar daşın, suyun, meşənin, ildırımın, quşun yiyəsi ilə təmas qura bilən kahinlərə, xüsusilə dastanlarımızda “ağzı dualı” deyilən mediumlara da hörmətlə yanaşırdılar. Qədim insanlar yiyələrin də bir yaradıcısı ola biləcəyi qənaətinə varıb, bütün varlığı və onların yiyələrini yaradanı Tanrı adlandırıblar. Beləcə, tanrıçılıq inamına ibadət edənlərdə Tək Tanrıçılıq inancı ortaya çıxıb.

Qarşısına saysız ilahi nemətlər sərilən insan digər varlıqlarda olmayan ağıl və idrak gücü ilə təchiz edilib, bu xüsusiyyəti ilə də bütün varlıqlardan üstün qılınıb. Buna əlavə olaraq yabançısı olduğu dünyada yaşadığı surəcə özü ilə Uca Yaradan və insanlar arasındakı əlaqələrində nələrə diqqət etməsinin lazım olduğu, nəyin doğru, nəyin yanlış olduğu peyğəmbərlər vasitəsilə özlərinə bildirilibdir.

Şübhəsiz ki, insan elminin çata bilmədiyi neçə-neçə aləm vardır. Ağıl və idrak sərhədinin xaricindəki bu qeyb aləmi ancaq vəhy xəbərləri ilə öyrənilib. Tarixin belə təsbit edə bilmədiyi keçmiş zamanların qaranlıqlarında qalan bir çox dünyəvi hadisələr əsrlər sonra yaşayan Uca Yaradanın elçisinə vəhy yolu ilə bildirilib və bütün insanlıq bu hadisələrdən xəbərdar edilərək, ibrət almaları yenə vəhy yolu ilə istənilib. Ağıl və idrakla təchiz edilən insan nə üçün vəhyə möhtacdır? Yəni vəhy əmrləri olmasa insan ağlı öz-özünü idarə etməyə, doğru yolla getməyə qadir deyildimi? Xeyr, deyildi! Çünki insan ağıl və idrak sahibi olduğu kimi, nəfs, ehtiras, mənlik, dünya sevgisi kimi bir çox zəifliyi ilə birlikdə bir canlıdır. Bu da bir həqiqətdir ki, ağıl özü üçün fiziki sərhədlərdə hökm edərkən çox zaman insan nəfs və mənlik zəifliyinə məğlub olaraq cızdığı həyat yolundan çox uzaqlarda qalır. Yəni Uca Yaradanın göndərdiyi vəhyi qəbul etməyən insanlar ağıllarını nəfslərinə məğlub etdirərək və mənliklərini tanrılaşdıraraq zalimanə hökm verib zülmü ədalət kimi qəbul etdikləri görülür.

Uca Yaradan doğru sayılan yanlışları yıxıb həqiqətləri ortaya qoymaq və qullarını insanlığın fitrətindəki izzət və şərəfinə görə hərəkət etmələri üçün ilk insan və ilk peyğəmbər Hz.Adəmdən son peyğəmbər Hz. Məhəmmədə(s.ə.s.) qədər peyğəmbərlər vasitəsilə həqiqətləri ortaya qoyub, din adını verdiyi hökmlərə riayət edilməsini istəyib və dinin əmrlərinə uyulmadığı təqdirdə ədalətin yox olacağını, buna bağlı olaraq da pozğunçuluğun ortaya çıxacağını vurğulayıb.

Kainatın hər zərrəsində Uca Yaradanın qüdrətinin izləri var. Bütün bunlar Uca Yaradanın varlığına bir aləmdir. Ona görə kainat “aləmin” olaraq adlandırılıb. Yəni kainatın möhtac olduğu Rəbb Uca Yaradandır. Uca Yaradan aləmlərin yaradıcısı, idarə edəni və rəhmət sahibidir. Uca Yaradanın rəhman və rəhim sifətləri olmasaydı kafirin dünyada yaşaması mümkün olmazdı. Rəhman və rəhim sifətlərinin təcəllisi ilahi ədalətin gərəyi deyil, ancaq Uca Yaradanın bir lütfüdür. İlahi rizaya qovuşmanın yolu Uca Yaradanın lütf və hidayəti ilə iman və ibadətdir. İbadət qulun ən səmimi bir huşu ilə Uca Yaradana təzimini yerinə yetirməsi deməkdir.

Tək Tanrıya ibadət etməyi təbliğ edən səmavi din zaman keçdikcə daha geniş sahəyə yayılaraq bir çox xalqın inancına çevrilib. Səmavi din dedikdə ayrı-ayrı zamanlarda səmadan mələklər vasitəsilə peyğəmbərlərə çatdırılan Uca Yaradanın buyruqlarına ibadət edilən din nəzərdə tutulur. Tək Tanrı dininə ibadət edən insanlar sonradan parçalanıb uydurduqları hansı dinə girsələr də, yeni inancları içində qədim tanrıçılıq dininin əsas xüsusiyyətlərini yaşatmağa davam ediblər.

Hz.İbrahim Tək Tanrıya ibadət edən bir hənif idi. Bütün insanlar, hansı dinə mənsub olmalarına baxmayaraq, Hz.İbrahimin Hebrondakı məzarını birlikdə ziyarət edirlər. Yəni Tək Tanrıçılığı qəbul edirlər. Bu da bir həqiqətdir ki, bütün peyğəmbərlər Uca Yaradanın bir olduğunu təbliğ ediblər. Heç şübhəsiz, bir Yaradanın bir dini olar. Halbuki bu gün dünyada sitayiş edilən dinlərin sayını saymaqla bitməz!?. 

Bütün peyğəmbərlər Uca Yaradanın istək və məlumatlarını azaldıb-artırmadan insanlığa çatdırıb, Tanrının bir olduğunu bəyan ediblər. Onlar mələklər vasitəsilə Uca Yaradanın hökmlərini eşidən, bu hökmləri insanlığa çatdırıb təbliğ edən insanlar olublar.Uca Yaradanın seçdiyi peyğəmbərlər Tanrı qarşısında böyük məsuliyyət daşıyıblar. Tanrı ilə danışmaq heç bir bəşər övladına müyəssər olmaz. Tanrı onlara ancaq vəhy edər və ya bir mələk göndərər, o da Tanrının izni ilə Onun istədiyini insanlığa çatdırar. Tanrı tərəfindən bir istək və hökmün peyğəmbərə xəbər verilməsi Uca Yaradandan nazil olan əmrdir. Tanrı vəhyi seçdiyi peyğəmbərə yuxu, qeybdən gələn bir səslə və ya insan surətinə girən mələk vasitəsilə bildirib.

Müqəddəs dinin əsasını dini inanc təşkil edir və o dəyişməzdir. Yəni başqa xəyala düşmək qeyri məqbuldur. Bütün peyğəmbərlər eyni inanca qulluq edib və Tək Tanrıdan başqa Tanrının olmadığını, yerin, göyün, kainatın yaradıcısı olduğunu təbliğ ediblər. İnsanlıq Tək Tanrını qəbul etməyə, Onun bütün peyğəmbərlərini sevməyə borcludur. Çox təəssüflər olsun ki, insanlıq bu qaydalara tam əməl etmir.

Peyğmbərləri insanlar yox, Tanrı seçir. Tanrı həm də insan şüurunun dövrünə uyğun müqəddəs Kitab – inanc göndərir. Yəni, əslində din tək dindir, məqsəd-məram eynidir, amma dövrünə uyğundur və bu dinin məqsədi-məramı insan kamilliyi mərhələsidir ki, bu da müqəddəs kitablara inamdır.

Uca Yaradan Öz sifarişini peyğəmbərlər vasitəsilə bütün insanlığa göndərib. Və biz əminik ki, bütün insanlıq, nə qədər gec deyil (bəlkə də artıq gecdir, çünki təbiəttə baş verən fəlakətlər insanlığa çox şey deməlidir) bir dinə qulluq etməklə Tək Tanrıçılığı qəbul etməli, dini parçalamamalı, məzhəblər mövcudluğunu itirməli, bütün insanlıq sidq ürəkdən Uca Yaradanına sitayiş etməlidir.

Tək Tanrıçılığa qarşı yönələn bütün məsələlər yaşadığımız zamanda daha çox şüurlu və planlı surətdə siyasi-iqtisadi heqemonluq və qısqanclıq zəminində özünü daha kəskin göstərir. Yəni müqəddəs dinə diqqətlə yanaşılarsa, məlum olar ki, o bu dünyada düzgün yayılmır. Bax bu, Uca Yaradan qarşısında çox böyük günahdır! Çünki bütün peyğəmbərlər müxtəlif vaxtlarda, müxtəlif xalqlardan gəlmələrinə baxmayaraq, insanlığı Tək Tanrıya inanmağa, Onun qanunları ilə yaşamağa çağırıblar. Bu, hər şeydən əvvəl dinin dəyişməzliyini ortaya qoyub və insanlığı Tək Tanrıya, Onun peyğəmbərlərinə, kitablarına inanmağa dəvət edibdir. Heç şübhəsiz, bugünkü müharibələr, münaqişələr və təbiətdə baş verən fəlakətlər insanlığın Uca Yaradanın əmr və buyruqlarına qarşı çıxdığına görə baş verir.

Müqəddəs dinlə yaxşı biliklənən insanlar hansı mənəvi dəyərlərə xidmət etmələrindən asılı olmayaraq, onu olduğu kimi təlqin etmirlər. Heç şübhəsiz, Uca Yaradanın Kəlamı bütün insanlığın yaddaşına həkk olunmalı, bizi ürəyimizdən idarə etməlidir. Uca Yaradanın Kəlamı insanlığın üzərinə böyük məsuliyyət qoyur. Bu da bir həqiqətdir ki, Uca Yaradan birdir, bir Yaradanın isə bir dini olar. Yəni bütün insanlıq bir dinə qulluq etməli, Uca Yaradanın xeyirxahlıq yoluna qayıtmalıdır!

Biz bir elm adamı olaraq, dünya ictimaiyyətinin ümumi təşkilatı olan Birləşmiş Millətlər Təşkilatının nəzdində müqəddəs din üzrə Beynəlxalq bir komitənin yaradılmasını təklif edirik. Yaradılacaq bu komitə də bütün dünyada mövcud olan dinlərin rəhbərlərini və bu mövzuda real düşünən ilahiyyatçıları bir adaya yerləşdirib ilk öncə onların təhlükəsizlik altına alınmalarını, onların sərbəst çalışmaları üçün bütün şəraitlərin yaradılmasını, onların uyğun gördükləri zamanın onlara tanınmasını təmin etməlidir. Qoy onlar bütün səmavi kitabları böyük məsuliyyətlə incələsinlər və yekdilliklə uyğun gördükləri bir dini, yəni Tək Tanrıçılığı bütün dünya ictimaiyyətinə, insanlığa təklif etsinlər. Zatən Uca Yaradan bütün insanları tək bir candan, yəni Hz.Adəmdən yaradıb. Yəni insanlar qan qardaşıdırlar. Bu da bir həqiqətdir ki, müxtəlif irqlərə mənsub insanların tək bir kökdən gəldiklərini, eyni atadan törəmiş olduqlarını bütün dünya ictimaiyyəti qəbul edir. Yəni Uca Yaradan irq, dil, bölgə fərqi güdmədən bütün insanlığa xitab edən müqəddəs dinin birləşdirici bir din olduğunu ortaya qoyub. Heç şübhəsiz, bütün insanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə, Uca Yaradanın dininə itaət etməli, insanlığın tarix boyu yanlış yolda olduğuna görə bir olan Tanrıdan əfv diləməlidir. Bəlkə o zaman Uca Yaradan bütün insanlığı əfv stdi. 

Bu gün Tək Tanrıçılığı özündə ehtiva edən mədəniyyətlərin vahid bir məcraya yönəldilməsinə çox böyük mənəvi ehtiyac var. Bu, insanlığın psixologiyasında yeni bir mərhələnin – qardaşlığın başlanğıcı olar. Bu formalaşma yer üzünün, insanlığın ayaqda qalmasına yardım edər. Hesab edirik ki, bu gün dünyada baş verən təbii fəlakətlərin və qırğınların baş verməsi insanlığın Tək Tanrıçılıq dini-mənəvi dəyərlərə qulluq etməməsindəndir. Odur ki, tam səmimiyyətlə və açıq ürəklə, “İnsanlıq Tək Tanrıçılığı qəbul edib bir dinə itaət etməkdə gecikməməlidir”– deyir, BMT-nin bu müqəddəs işin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə etməsini təklif edirik.

Biz bu yazımızı insanlığa müraciətlə bitirmək istərdik. Baxın, XX əsrin milli və millətlərarası müharibələrə səhnə olduğu bir həqiqətdir. Qarşımızdakı əsrin fərqli olacağı istiqamətində, çox təəssüflər olsun ki, bir işarə belə yoxdur. Əksinə, 2017-ci ildə bütün dünyada hərbi xərcləmələrə tam 1 trilyon 340 milyard dollar pul xərcləndi. Halbuki aclığa qarşı mübarizədə qida istehsalının artırılması üçün bu rəqəmin 0,1 faizi qədər, yəni 134 milyon dollar pul xərclənibdir. Biz, Birləşmiş Millətlər Təşkilatının keçmiş Baş katibi Pan Gi Munun “Aclıq qarşısında güclərimizi birləşdirməliyik...” çağrışı insanlıq üçün var olmaq, yaşayıb-yaratmaq çağrışıdır düşüncəsindəyik. Amma çox təəssüflər olsun ki, insan oğlu üstünlüyü yenə də silah istehsalına, xüsusilə atom bombasının istehsalına verir, atom bombası isə insanlıq üçün dəhşətli bir təhlükədir. Naqasaki və Xirosimaya atılan atom bombasının partlaması nəticəsində ölənlərin sayı 210 min civarında olub! Bu faciəvi nəticəyə baxmayaraq insan oğlu yenə də atom bombasının istehsalına davam edir. Yəni bugünün insanı tarixi hadisələrlə, həqiqətlərlə maraqlanmır. Bugünkü insanı maraqlandıran ancaq dünya malı, varlanma, silahlanma... Yəni doğrudan da insanlıq yanlış yoldadır!..

Fazil QARAOĞLU
professor



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ