çərşənbə günü, 30 sentyabr 2026
     

Populyar enerji içkilərinin tərkibi ilə bağlı dəhşətli şayiələr gəzir

Image


Leyla Zülfüqarova: “Enerji içkiləri insanları məhvə aparır”
Adil Qeybulla: “Enerji içkilərinin tərkibi sintetik maddələrdən ibarət olduğundan, onların təsir mexanizmi indiyə qədər araşdırılmayıb”

 

Əvvəl idmanla məşğul olanların, sonra da bütün əhalinin arasında sürətlə yayıldı. Günbəgün müxtəlif qablaşdırmalarda, müxtəlif qiymətdə vitrinlərə düzüldü. Söhbət kiçikdən böyüyə hər kəsin içdiyi enerji içkilərindən gedir. Demək olar ki, məktəbli şagirddən tutmuş, orta yaşlı nəslin nümayəndəsi sevə-sevə bu içkini alıb içir. Ancaq heç kim o içkilərin tərkibinin nədən ibarət olduğu barədə məlumatlı deyil.

Bəzi Avropa ölkələrində isə energetik içkilərin istehsalı və satışı qadağan olunub. Əcnəbi saytlar iddia edir ki, energetik içkilərə öküz sidiyi və spermasından əldə edilən bir maddə əlavə edilir.

Bir neçə ölkədə enerji içkilərinin tərkibi araşdırılıb və ictimaiyyətə adıçəkilən içkilərin tərkibi açıqlanıb.

"Lonqorn" şirkəti tərəfindən aparılan araşdırmada enerji içkisi markaları test edilib. Şirkətin gəldiyi nəticə enerji içkilərini içən şəxslərin ürəyini bulandıra bilər. Belə ki, bu araşdırma sonrası energetik içkilərin tərkibində öküz sperması olduğu aydınlaşdırılıb.

Bu xəbər nəinki xarici ölkələrdə, eləcə də ölkəmizdə sürətlə yayılmağa başladı.

Ekspertlər bildirir ki, enerji verdiyi iddia olunan içkilər, əslində, bədənə enerji vermir, sağlamlığa çox ziyan vurur. Bu içkilərin zərərləri, hətta ölümə səbəb olması barədə mütəmadi mediada məlumatlar yer alır.

Qida mütəxəssisi və dietoloq Leyla Zülfüqarova bildirdi ki, enerji içkiləri insanları məhvə aparır: “Mən bu içkilərə enerjiverici yox, enerjisovurucu, enerjidağıdıcı içkilər deyirəm. Çünki tərkibində elə maddələrin birləşməsi, yüksək kofein var ki, bunların artıq dozada qəbulu insanı məhvə aparır”.

Energetik içkilərə öküz sperması və sidiyinin qatılması barədə yayılan fikirlərə gəlincə, qida mütəxəssisi qeyd etdi ki, energetik içkilərin tərkibində taurin var: “Bu bir amin turşudur. İnsan orqanizmində də, heyvanlarda da ifraz olunur. Bu daha çox öküzün ödü və spermasında var. Təbii ki, sənayedə insan taurinindən yox, öküzlərdən alınmış taurin istifadə olunur. Energetik içkilər o qədər çox istehsal olunur ki, ehtimal var ki, taurin məhz öküz spermasından qaynaqlanır”.

Həmsöhbətimiz onu da vurğuladı ki, insan orqanizminin gündəlik kofein norması 300-400 mq-dır: “Gün ərzində çay, kofe, qazlı içkilər, bəzi yeməklərlə kofein dozasını alırıq. İndi təsəvvür edin, bir-iki banka da energetik içki içilərsə, orqanizmə sanki kofein bombası düşür, beyin, qan dövranı, ürək, sinirlər ikiqat yüklənir, sürətlə işləyir və 1 saatın içində olan-qalan enerjini də aparır. Halbuki, həmin enerji 1 günə bəs edərdi. Ona görə uşaqlar, gənclər yatmır, yatsa da yuxudan doymur, yorğun, halsız, key kimi olur.

Məlumdur ki, bir sıra Avropa ölkələrində enerji içkiləri qadağan olunub. Səbəb isə bu içkilərdən içən 1-2 gəncin ölməsi faktıdır. Düzdür, Azərbaycanda bu fakt var, ya yoxdur, dəqiq bilmirəm. Bəlkə də hər hansı gənc ürək tutmasından vəfat edib, amma heç kim onun energetik içki qəbul edib-etməməyinin fərqinə varmayıb”.

Professor, həkim-ekspert Adil Qeybulla bizimlə söhbətində bildirdi ki, sözügedən içkilərin əksəriyyətinin üzərində yaş həddi ilə (18+) bağlı göstərişlər var. Həmin içkilərin tərkibində tonuslandırıcı maddə kofeindir: “Əslində, həmin içkilərin insana təsiri sırf kofeinlə bağlıdır. Lakin bu cür içkilərə istənilən halda aludə olmaq doğru deyil. Çünki kofeinin həddən artıq dozada insan orqanizminə daxil olması ürək fəaliyyətinin tezləşməsinə və digər problemlərə gətirib çıxara bilər. Ümumiyyətlə, bu cür içkilərə aludə olmaqdansa, yaxşı olardı yuxu rejimi düzgün seçilsin və təbii yolla mümkün sayılan maddələrin qəbulu məsləhətdir. Lakin enerji içkilərinin tərkibi sintetik maddələrdən ibarət olduğundan, onların təsir mexanizmi indiyə qədər araşdırılmayıb və tam tərkibi barədə də bizdə məlumat yoxdur”.

Günel CƏLİLOVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Xüsusi şərtlərlə pensiya alan qulluqçuların pulları azala bilər...

Azərbaycandakı Kürmük məbədinə Gürcüstan patriarxlığının iddiası... Real tarix...

Dövlət qulluğuna qəbulun mürəkkəbləşdirilməsi ciddi suallar doğurdu...

SON XƏBƏRLƏR

30.09.2026 / 16:16
İfrat sağçılar Makronun "nəfəsini kəsir"...

30.09.2026 / 16:05
Qareginin hakimiyyətinə "hökm oxundu" - Kilsə xarici təsirin yayılma alətinə çevrilib...

30.09.2026 / 15:30
Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul etdi - FOTO

30.09.2026 / 15:14
Baş prokuror Kamran Əliyev təcili Moskvaya uçub - səbəb?... - VIDEO

30.09.2026 / 14:58
Prokuror DTX-nın saxladığı Saleh Səmədova 9 il iş istədi...

30.09.2026 / 14:52
Sabahdan elektron pulköçürmələrlə bağlı yeni qaydalar qüvvəyə minir

30.09.2026 / 14:35
DİN-in Mərkəzi avtobus zolaqlarına daxil olan sürücülərə müraciət etdi - VİDEO

30.09.2026 / 14:02
Qətərin ABŞ və İranı bir-birinə yaxınlaşdırmaq cəhdləri uğursuz oldu - heç kim güzəştə getmək istəmir…

30.09.2026 / 13:48
Dubay-Təl-Əviv reysinin pilotu təyyarəni dik şəkildə aşağı endirib qəzaya uğratmağa cəhd etdi - sərnişinlər müdaxilə edib təyyarəni ələ keçirdi...

30.09.2026 / 13:40
Azərbaycan və Çin Birgə İnvestisiya Fondu yaradır

30.09.2026 / 13:25
AKP-çi Fatma Betül Sayanın bütün aktivləri donduruldu…

30.09.2026 / 13:16
Qaçırıldığı deyilən Dubay-Təl-Əviv reysində pilotların əlbəyaxa davaya çıxdığı məlum oldu

30.09.2026 / 13:02
Prezident və Birinci xanım “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olublar

30.09.2026 / 12:50
Cəlilabadda kütləvi zəhərlənmə - araşdırma aparılır...

30.09.2026 / 12:38
Vüqar Rəhimzadə: 3 oktyabr 1993-cü il Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcıdır

30.09.2026 / 12:22
Britaniyanın müdafiə naziri ADEX sərgisində iştirak edir...

30.09.2026 / 12:06
"Bələdiyyələr 300-500 min evdən əmlak vergisi toplaya bilmir" - Siyavuş Novruzov

30.09.2026 / 11:32
Milli Məclis Anım Günü ilə əlaqədar bəyanat qəbul etdi

30.09.2026 / 11:25
Serbiyanın müvəqqəti prezidenti vəzifəsində Vuçiçi lezbiyan qadın əvəz edəcək

30.09.2026 / 11:18
Britaniya polisi Trampın söylədiklərini alt-üst etdi...

30.09.2026 / 11:10
Faiq Ələkbərlinin “Türk xalqları fəlsəfəsi tarixi (Qədim dövr)” əsəri haqqında fəlsəfi düşüncələr

30.09.2026 / 10:54
Şahin Mustafayev İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

30.09.2026 / 10:36
Vuçiçin partiyasını Avropa Xalq Partiyasından qovurlar - səbəb terrorçu Mladiçə göstərilən qayğıdır...

30.09.2026 / 09:49
Prezident: "Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir"

30.09.2026 / 09:44
"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir" - Prezident

30.09.2026 / 09:41
Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian 2026” sərgilərinin iştirakçılarına müraciət ünvanladı

30.09.2026 / 07:52
Netanyahunun maraqlı karikaturası yayıldı

30.09.2026 / 07:37
Almaniya Ukraynaya PVO sistemləri verəcək - Merz açıqladı

30.09.2026 / 06:46
Netanyahu bir sıra İsrail media qurumu və jurnalistləri məhkəməyə verdi

29.09.2026 / 22:22
İran təyyarəsi İstanbul hava limanında müsadirə edildi - sərnişinləri endirib təyyarəyə əl qoydular...

29.09.2026 / 22:06
2.4 milyardın taleyi Rusiya-Türkiyə münasibətlərində ciddi problemə çevrildi...

29.09.2026 / 21:56
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - FOTO

29.09.2026 / 21:50
Putin ordunu 15 min nəfər artırdı, gələn il müharibəyə 27 trilyon xərcləyəcək...

29.09.2026 / 21:48
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - FOTO

29.09.2026 / 21:44
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - FOTO

29.09.2026 / 21:33
Paşinyan mina xəritələrini Bakıda məhkum edilmiş separatçılarla dəyişmək istəyir...

29.09.2026 / 21:14
Avropa İttifaqı NATO-nu əvəzləmək üçün hərəkətə keçdi - Şimal Alyansının sonu çatır...

29.09.2026 / 20:52
Kremlin yeni səfərbərlik hazırlığı başladı - miqrantlar üçün təhlükə artır

29.09.2026 / 20:40
Gürcüstanı 2 monastr məsələsində Azərbaycana qarşı qızışdıranlar var...

29.09.2026 / 20:25
Daxili işlər naziri Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirəcək

29.09.2026 / 20:18
Danışıqlar dalana dirəndi, neft bahalaşdı

29.09.2026 / 19:49
Azərbaycan Orta Dəhlizdən əlavə 1,3 milyard dollar qazanacaq - Dünya Bankı xəbər verdi...

29.09.2026 / 19:31
Azərbaycana xaricdən sərmayə cəlbinin yeni mərhələsi açıldı...

29.09.2026 / 19:14
“Nefti Hitlerdən qoruduq, ancaq SSRİ onu bizə bərbad gündə qaytardı” – Əliyevdən unikal ittiham və tarix...

29.09.2026 / 18:50
Azərbaycanın olmadığı beynəlxalq təşkilatda idarəçilik Ermənistanın əlinə keçir...

29.09.2026 / 18:33
ABŞ-Britaniya tarixində pik gərginlik – Tramp hərbi bazanı çəkib aparır...

29.09.2026 / 18:17
Vuçiç istəyəndə prezident olur, lazım gələndə baş nazir də ola bilir - Serbiyada başladı...

29.09.2026 / 17:44
Rusiyada strateji bombardmançı təyyarə qəzaya uğradı - altı ölü, bir yaralı…

29.09.2026 / 17:23
Putin Rusiyadan Azərbaycana nağd pulun çıxarılmasına qoyulan limiti sərtləşdirdi...

29.09.2026 / 16:58
Rusiya Polşa-Ukrayna sərhədində Yahodin keçid məntəqəsini bombaladı…

29.09.2026 / 16:41
Trampın və Netanyahunun çıxışı qəti sübut etdi ki, BMT ölüb, yerdən götürən yoxdur"...

29.09.2026 / 16:23
Makronun reytinqi tarixi minimuma düşdü – 18 faiz...

29.09.2026 / 16:14
Lənkəranda zəlzələ olub

29.09.2026 / 16:08
İranın qarşı çıxdığı TRİPP-ə ehtiyacı artır...

29.09.2026 / 15:52
Xətainin heykəlinin üzərindəki yazı ilə bağlı araşdırma başladı...

29.09.2026 / 15:37
Tramp İrana qarşı sanksiyaların azaldılması ilə bağlı xəbərləri təkzib etdi…

29.09.2026 / 14:42
Məkkə sazişi elə sınaq anında “sarsıntı keçirdi”... Husilər Səudiyyəni dağldır...

29.09.2026 / 14:21
Prezident İlham Əliyev Pezeşkianı təbrik etdi

29.09.2026 / 13:52
Trampın İranla bağlı iştahı xeyli artdı – “Onlarla belə sazişi 1 il əvvəl imzalamaq olardı, indi yox”...

29.09.2026 / 13:37
İrəvan bələdiyyəsinə qəti tapşırıq - Ararat dağını göstərən videolar yaymayın…

29.09.2026 / 13:22
Qalibafdan ABŞ-a təhdid kimi mesaj – biz neft sata bilmiriksə, regionda heç bir ölkə sata bilməz…

29.09.2026 / 13:07
Ukrayna Rusiyanın daha bir Kasta radar stansiyasını vurdu…

29.09.2026 / 12:45
Bakıya gələn Qazaxıstan vətəndaşının üzərindən 4 milyonluq brilyant çıxdı

29.09.2026 / 12:30
İnfantinodan Prezident İlham Əliyevə maraqlı hədiyyələr... - FOTO

29.09.2026 / 12:16
Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul etdi - FOTO

29.09.2026 / 12:14
Almaniyanın XI naziri Lavrova 2 aydın mesaj verdi - Tramp bunu bilsə, aləm yenə qarışacaq...

29.09.2026 / 11:37
Lənkəranda vətəndaşların 150 min manatdan çox pulunu ələ keçirən şıxs yaxalandı

29.09.2026 / 11:20
ABŞ Yunanıstanda çevriliş hazırlayır? - Afinadakı səfirdən ŞOK AÇIQLAMA …

29.09.2026 / 11:02
Şair-publisist Dəyanət Osmanlının yeni nəşrləri oxuculara təqdim edilib

29.09.2026 / 10:55
Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlandı

29.09.2026 / 10:48
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayət törətməkdə ittiham edilən şəxslərdən danışdı

29.09.2026 / 10:36
9 milyonluq bir ölkə ABŞ-ı idarə edir - Amerikalı jurnalistdən Tramp administrasiyasına sərt sözlər…

29.09.2026 / 10:20
Bir ayda at arabalarının iştirakı ilə iki qəza baş verib - Yol polisindən xəbərdarlıq...

29.09.2026 / 09:29
Rusiya Kiyevdə Ukrayna Elmlər Akademiyasının binasını vurdu – DƏHŞƏTLİ GÖRÜNTÜLƏR...

29.09.2026 / 09:12
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub - FOTO

29.09.2026 / 08:28
Azərbaycan xarici iqtisadi strategiyasını dəyişir, biz buna sadəcə məhkumuq...

29.09.2026 / 07:40
Rusiya Monqolustanla hərbi tərəfdaşlıq sənədi imzaladı

29.09.2026 / 07:16
Pentaqonun nəhəng kadr məlumat bazasına haker hücumu - 3 milyona yaxın fayl oğurlanıb

29.09.2026 / 06:53
İran ABŞ gəmilərini Hind okeanında da vuracaq - ölkəyə qarşı hərbi müdaxilə bərpa olunarsa…

29.09.2026 / 01:03
Bakıda 16 marşrutun hərəkət sxemi dəyişdirilir - XƏBƏRDARLIQ

29.09.2026 / 00:03
"Starship" kosmik gəmisi partlayıb

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ