Bazar günü günü, 15 noyabr 2026
     

Bakı kəndlərində və Abşeron yarımadasında ekoloji fəlakət mənbəyi olan mövcud göllərin taleyinə daha bir alim reaksiya verdi…

Image


Gülsurə Mehdiyeva: “Onların təmizlənməsi üçün əsas şərtlərdən biri  külli miqdarda vəsaitdirsə, digəri onları çirkləndirən mənbələrin ləğv edilməsidir”

 

Bakı kəndlərində və Abşeron yarımadasında mövcud olan göllərin ekoloji vəziyyətinin ağır olması məsələsi hər kəsin diqqətini çəkir. Bu göllərin gerçək ekoloji fəlakət məkanı olması ilə bağlı qəzetimizin keçən sayında yazı dərc etmişdik. Qaldırdığımız məsələ bu sahədə çalışan alimlərin, ekoloqların müzakirəsinə səbəb olub. Azərbaycan Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Gülsurə Mehdiyeva aktuallaşdırdığımız problemə reaksiya verib.

G.Mehdiyeva “Bakı-Xəbər”ə açıqlamasında bu ciddi məsələ ilə bağlı öz fikirlərini qeyd edərək bildirdi ki, su təminatına görə respublikamız dünyanın az təmin olunan regionlarından sayılır və təxminən 1 kv.km-ə 100 000 kubmetr su, adambaşına isə il ərzində 950-1000 kubmetr su düşür. Statistika göstərir ki, Yer kürəsindəki su ehtiyatlarının 97.5 % -i şor, 2.7 % - i içməli sudan ibarətdir. İnsanlar bütün yeraltı və yerüstü içməli suyun cəmi bir faizdən azını istifadə edirlər: “Yerdə qalan  hissəsindən isə ya istifadə etmir, ya da israfçılığa yol verirlər. Bəşər tarixində çirkli sudan xəstələnib ölənlərin sayı bütün müharibələrdə ölənlərin sayından 4-5 dəfə çoxdur.

İnsan cəmiyyəti öz inkişaf tarixində elmi nailiyyətlər nəticəsində sənayeni inkişaf etdirərək, böyük nailiyyətlər əldə edib, istehsalı artırıb, təbiətdən istifadəni isə gücləndirərək, ona ciddi ziyan vurmaqla, başqa bir problemlə - ətraf mühitin  çirklənməsi ilə  üzləşib. İnsanın normal yaşamağı və inkişafı üçün birinci növbədə təmiz hava, saf içməli su, qida və digər şeylər vacibdir ki, onlar da  öz tələbatını ödəmək üçün lazım olan hər şeyi  təbiətdən əldə edir. İnsanın istehsalat fəaliyyəti isə ətraf təbii mühitlə əlaqəsi olmadan baş verə bilməz. 

Bir çox zavod və fabriklər təmizlənməmiş çirkabları dənizə axıdıblar ki, bu da ancaq tək suyun keyfiyyətini pisləşdirməyib,  çirkablarda olan fenollar, neft məhsulları, ağır metallar torpağa hoparaq, həm torpağı, həm də yeraltı suları zəhərləyirlər.

Məhz buna görə də Abşeronda 200-ə qədər süni və təbii gölün neft və neft məhsulları ilə çirkləndiyinin şahidi oluruq, həmçinin, bu çirklənməni təmizləmək üçün nə qədər vəsait, insan qüvvəsi lazım olduğunu hesablamaq da çox çətin olur.

Yuxarıda deyilənlər subut edir ki, insanla təbiət arasında gedən maddi mübadilə prosesində həm insanın sağlamlığına zərər vuran, həm də maddi nemətlər istehsalına mənfi təsir göstərən əlavə effektlər baş verir.  Eyni zamanda, hər cür tullantının azaldılması ilə yanaşı, həm də “tullantını gəlirə çevirmək” mühüm məsələlərdən biri kimi insanı düşündürməlidir”.

G.Mehdiyevanın qeyd etdiyinə görə, ekoloji tarazlıq qanunları pozulursa, bu, iqtisadiyyata mənfi təsir göstərir. “Ekoloji tarazlıq təbiətin obyektiv qanunu  olub, yalnız bitki və heyvanat aləminin deyil, həm də insanın  sağlamlığına təsir edir.

Abşeron yarımadasında vahid kanalizasiya sistemi olmadığından, bir çox yaşayış məntəqələri və sənaye müəssisələri çirkab sularını təmizləmədən yaxınlığındakı göllərə axıtdığı üçün, onların  əksəriyyəti hədsiz dərəcədə çirklənməyə məruz qalıb. Çirkliliyin yüksək olması isə göllərin fauna və florasına  öldürücü təsir göstərir. Hazırda göllərdəki suyun keyfiyyətinin vəziyyəti elədir ki, nəinki rekreasiya üçün (çimmək, su turizmi və s.), hətta texniki ehtiyacı ödəmək üçün də istifadəyə yararlı deyil. Bu isə regionda ekoloji gərginlik yaradır.

Ətraf mühitin çirklənməsi günü-gündən ciddiləşir. Bu obyektiv reallıqdır.

1960-cı illərə qədər təbii şəraitdə ilin soyuq dövründə göllər atmosfer yağıntıları ilə dolar, ilin isti dövründə isə  quruyar və ya suları azalardı. O dövrlər Abşeron göllərinin əksəriyyəti xörək duzunun toplayıcıları idi. Lakin sənayenin (xüsusilə neft istehsalı) və kənd təsərrüfatının intensiv inkişafı ilə əlaqədar son 50 ildə göllərə daxil olan buruq, sənaye və məişət çirkab sularının həcminin sürətlə artması onların kəskin çirklənməsinə, sahələrinin böyüməsinə və yeni göllərin əmələ gəlməsinə səbəb olub.

Böyükşor, Bülbülə, Qırmızı göl, Xocasən və Çuxurdərə gölləri daha çox çirklənməyə məruz qalıb. Bu göllərdə zərərli maddələrin miqdarı normadan 8-12 dəfə artıqdır.

Böyükşor gölünə şəhərin Nərimanov, Sabunçu və Binəqədi rayonlarının göl ətrafında salınmış və kanalizasiya sistemləri ilə təchiz olunmayan məişət, ticarət və digər obyektlərindən, fərdi evlərdən tullantı suları (gün ərzində 18 min kubmetr sənaye və məişət suları) daxil olurdu. Gölün əsas çirklənmə mənbəyi keçən əsrin 30-cu illərindən başlayaraq ətraf ərazilərdə neft çıxarılması zamanı əmələ gələn neft-mədən sularının gölə axıdılması olub. Böyükşor gölünün sularının minerallaşmasının artması ilə yanaşı, suyun tərkibi kəskin şəkildə dəyişib” - deyən G.Mehdiyeva bildirir ki, statistik məlumatlara görə, 1929-cu ildə Keşlə kanalı vasitəsilə gölə neft-mədən suları axıdılıb, 1970-ci illərdən isə gölə fekal, təsərrüfat-məişət və sənaye suları axıdılıb.

Alimin bildirdiyinə görə, təsərrüfat-fekal sular gölə təmizlənmə prosesi keçmədən, sistemsiz formada açıq kanal və çökəkliklər vasitəsilə axıdılıb ki, bu da ərazinin sanitariya vəziyyətini xeyli pisləşdirib, gölün dibi və sahil zolağı neft məhsullarının bitum qatı altında qalıb: “Suyun inteqral çirklənmə indeksinə əsaslanaraq demək olar ki, 2000-ci ildə Böyükşor gölü keyfiyyət sinfinin çox çirkli su sinfinə aid olmuşdusa, bu göstərici 2004-cü ildən başlayaraq fövqəladə çirkli su sinfinə aid edilib.

Lakin Olimpiya kompleksinin tikintisi ərəfəsində Böyükşor gölünün təmizlənməsi və ətrafında istirahət parkının salınması layihəsi həyata keçirildi. Bu layihə çərçivəsində gölün cənub hissəsində Böyükşor Park-Bulvarı salındı. Böyükşor Park-Bulvarı Böyükşor gölünün bərpası layihəsinin birinci mərhələsi çərçivəsində salınıb. Park-Bulvarın açılışı 2015-ci il mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə  həyata keçirildi.

Park-Bulvar ərazisində neftlə çirklənmiş torpaqlar təmizlənib, 2500 metr uzunluğunda sahilboyu gəzinti zolağı salınıb. Ümumi sahəsi 15 hektardan çox olan abadlıq işləri görüldü. Burada idman və uşaq oyun meydançaları, qaçış və velosiped zolaqları quruldu, həmçinin, minlərlə ağac və bəzək kolu əkildi. Gölün içində quraşdırılmış fəvvarələr kompleksi  burada istirahət edənlərin zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir. Suyun səviyyəsinin və keyfiyyətinin idarə edilməsi üçün avtomatlaşdırılmış nəzarət-monitorinq sistemi yaradılıb, gölün davamlı təmizliyinin və mühafizəsinin təmin edilməsi üçün xüsusi avadanlıq quraşdırılıb.

Yasamal-1 gölünün ətrafında da bir sıra abadlaşdırma və yaşıllaşdırma işləri görülüb, gölə axıdılan məişət-kommunal çirkab sularının qarşısı alınıb. Görülən işlər bilavasitə gölün ekoloji vəziyyətinə müsbət təsir göstərib. Belə ki, gölün oksigen rejmi tam bərpa olunub və suda həll olmuş oksigenin konsentrasiyası yüksəlib, onun biokimyəvi sərfi digər göllərlə müqayisədə kəskin şəkildə azalıb. Hazırda Yasamal-1 gölünün müasir ekoloji vəziyyəti qənaətbəxşdir. Lakin digər göllərdə vəziyyət olduqca bərbaddır, nəzərə alsaq ki, bu göllərin çirklənmə prosesi artıq yüz ilə yaxın bir dövrü əhatə edir, onların təmizlənməsinin bir–iki ilə tamamilə həll ediləcəyinə inanmaq sadəlövhlük olardı. Onların təmizlənməsi üçün əsas şərtlərdən biri  külli miqdarda vəsaitdirsə, digəri onları çirkləndirən mənbələrin ləğv edilməsidir. Bu mənbələrin ləğvi isə ilk növbədə Bakı və Bakıətrafı ərazilərdə kanalizasiya sisteminin tam şəkildə bərpası və yenidən qurulmasından  asılıdır.

Ən azından böyük göllərin təmizlənməsi və ətrafının istirahət parklarına çevrilməsi hər bir sakinin arzusudur. İnsanlar onlara yaxın ərazidə yerləşən göllərin ekoloji cəhətdən normalara cavab verməsini və burada istirahət etmək arzusunun reallaşacağı günü səbrsizliklə gözləyirlər”.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ