Bazar günü günü, 15 noyabr 2026
     

Müasir uşaq şair və yazıçılarının bağçalarda, məktəblərdə görüşlər ənənəsi unudulub…

Image


Gülzar İbrahimova: “Mən bir uşaq yazarı kimi mütəmadi olaraq uşaqlarla görüşlərə gedirəm”
Aygün Bünyadzadə: “Məktəblilərlə görüşürük...”

 

Uşaqların bədii-estetik zövqünün formalaşdırılması, dünyagörüşünün genişləndirilməsi üçün ancaq tədris edilən dərslər, müəllimlərin təlimi kifayət etmir. Onların həyatında bədii ədəbiyyatın, şeirin, hekayənin də rolu danılmazdır. Uşaq psixoloqlarının hesablamalarına görə, hansı uşaq ki, bədii ədəbiyyata, şeirə, nağıla maraq göstərir, həm o uşaqda fantaziya, yaradıcılıq qabiliyyəti formalaşır, həm də onlar daha çevik düşünə bilir, söz ehtiyatları çox olduğu üçün fikirlərini müstəqil şəkildə ifadə edə bilirlər.

Uşaq dünyası elə sirli aləmdir ki, hətta valideynlər belə o aləmə tam olaraq bələd ola bilmir. Uşaq dünyasına ən yaxından bələd olanlar uşaqlar üçün yazan insanlardır. Çünki onların da daxilində kövrək, həzin, arzularla dolu bir uşaq yaşayır. 

Uşaq yazıçı və şairləri bütün dünyada uşaqların ən yaxın dostu sayılır. Əsərləri sevə-sevə oxunan yazarlarla uşaqların şəxsən görüşməsi, onlarla ünsiyyət qurması isə fərqli bir əhval yaradır.

Məlum olduğu kimi, Sovet dövründə uşaq şair və yazıçıları ilə uşaq bağçalarında, məktəblərdə görüşlər keçirilərdi. Bu da uşaqların yaddaşında dərin izlər buraxardı. Bu gözəl ənənə uzun illərdir  sıradan çıxmışdı, bağça və məktəblərin qapısı hansısa səbəbdən uşaq yazıçı və şairlərinin, onların kitablarının üzünə bağlanmışdı. Əvvəllər dəfələrlə onlarla söhbət zamanı deyirdilər ki, uşaqlara əsərlərimizi çatdıa bilmirik, bu da müasir uşaq ədəbiyyatının təbliğ edilməsinə ciddi əngəl yaradır. Əlbəttə, o yazarların narahatlığını başa düşürük. Yazıçı, şair uşaq üçün yazırsa, uşaq da onun yazdıqlarını oxumalı və özünü o əsərlərdə tapmalıdır. Uşaq ədəbiyyatı zamana görə sözsüz ki, uşaqların zövqünə, maraqlarına uyğun şəkildə dəyişməlidir. Amma öz əbədi qayəsinə - maarifçilik məqsədinə görə sabit qalmalıdır. Sadəcə, yazarlar yeni ifadə tərzi ilə əsər yazmalı, uşaqların ürəyinə yol tapmağı bacarmalıdır. Bu gün Azərbaycanda uşaq ədəbiyyatı yaranır. Müasir uşaq ədəbiyyatı ənənələrə söykənməklə yeni mövzular, yeni düşüncə tərzləri, baxışlar təlqin edir.

Bu gün Azərbaycanda saysız məktəb, uşaq bağçaları fəaliyyət göstərir. Uşaqların zövqü, həyata baxışı burada formalaşır, gələcəyə hazırlıq yolu bu müəssisələrdən keçir.

Müasir uşaq yazıçı və şairləri ilə bağça və məktəblərdə görüşlər keçirilirmi?

Tanınmış uşaq yazıçısı və nağılçısı Gülzar İbrahimova (Gülzar nənə) “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, uşaq yazıçı və şairləri bağçalara, məktəblərə dəvət edilir. Onun bildirdiyinə görə, bu görüşlər həm yazıçı və şairlərin, həm də uşaqların həyatında, yaddaşında dərin izlər buraxır: “Mən bir uşaq yazarı kimi mütəmadi olaraq uşaqlarla görüşlərə gedirəm. Vaxt vardı ki, uşaqlar üçün yazanlar bağçalara, məktəblərə dəvət edilmirdi. Bu da bu sahədə boşluq yaratmışdı. Ancaq son illər bu problem aradan qaldırılıb və biz davamlı olaraq paytaxt məktəblərinə, eləcə də Bakıətrafı kəndlərin məktəblərinə dəvət edilirik. Görüşlər əsasən uşaq kitabxanalarında təşkil edilir. Mən bir yazar kimi ən çox Bakı kəndlərinə dəvət edilirəm. Zirə, Əmircan, Əhmədli, Sumqayıt məktəbliləri ilə tez-tez görüşürük. Bakıda məktəblərin çox olmasına baxmayaraq, burada məktəblərə az dəvət olunuram. Görün nə qədər məktəb var, onların hamısında görüşlərimiz keçirilsə, bunun şagirdlərə böyük faydası dəyər. Bakıda “Bakı Modern Məktəbi”ndə, 138, 53, 244 saylı məktəblərdə çox yüksək səviyyəli görüşlərimiz olub. Uşaq bağçalarına da dəvət olunuram. Hər uşaq bir dünyadır sözsüz ki. Uşaqlarla ünsiyyətdə olmaq, onları öyrənmək çox xoşdur. Bu görüşlər uşaqların mənəvi dünyasını hədsiz dərəcədə gözəlləşdirir. Məktəblərə dəvət ediləndə uşaqlar qarşımıza çox maraqlı şəkildə çıxır. Məsələn, mənim onlar üçün yazdığım şeirləri, hekayələri səsləndirirlər, əsərlərimi səhnəcik şəklində təqdim edirlər. Mənim müxtəlif peşələr, sənətlər haqqında əsərim var. Uşaqlar onu çox maraqlı şəkildə təqdim edirlər. Bilirsiniz ki, uşaqlar üçün müxtəlif nağıllar yazıram, o nağıllar internet şəbəkəsində də yerləşdirilib, uşaqlar onlarla tanışdır. Müəllifi olduğum “Su pərisi və balıqçı” nağılını da uşaqlar özünəməxsus şəkildə səhnələşdiriblər. Uşaq əsərlərini oxuduğu, nağıllarını dinlədiyi yazarlarla görüşəndə bu onun yadında əbədi iz buraxır. Biz özümüz uşaq olanda məktəbdə yazıçı və şairlərlə görüşlər keçirilirdi. Bu görüşlər yaddaşımdan çıxmır. Əlbəttə, uşaq ədəbiyyatının təbliği, uşaqlar üçün yazan adamların tanıdılması baxımından bu görüşlər əlamətdardır. Onu da vurğulayım ki, Bakı kəndlərində uşaqlarla saysız görüşlərim olub. Arzu edərdim ki, Bakı məktəbləri də məni və həmkarlarımı tez-tez dəvət etsinlər. Əvvəllər uşaq yazıçıları, şairləri məktəblərə o qədər dəvət edilirdi ki, onların vaxtı olmurdu. İstəyirəm yenə də elə olsun. Amma əvvəlki illərlə müqayisədə indi görüşlərə gedirik”.

Tanınmış uşaq yazıçısı, Dünya Türk Yazarlar Birliyinin Uşaq Ədəbiyyatı bölməsinin rəhbəri, Polşa Respublikasının “Beynəlxalq Təbəssüm” ordeninə layiq görülən Aygün Bünyadzadə bizimlə söhbətində bildirdi ki, mütəmadi olmasa da, məktəblilərlə görüşə dəvət edilir: “Çox olmasa da, dəvət edilirəm. Bu görüşlər əsasən Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasının xətti ilə baş tutur. Ümumiyyətlə isə, müasir uşaq ədəbiyyatının inkişafında bu kitabxananın və müdiri Şəhla xanımın rolu çox böyükdür. Bunu mütləq qeyd etməyi özümə borc bilirəm. Şəhla xanımın sayəsində biz uşaq yazarları mütəmadi olaraq o kitabxanada həm uşaqlarla, həm də bir-birimizlə görüşürük. Yaradıcılıqla bağlı məsələləri müzakirə edirik, uşaqların maraq dünyası ilə bağlı fikir mübadiləsi aparırıq. Məktəblilərlə görüşürük, kitab bayramlarında iştirak edirik və s. Uşaqlar üçün yazmaq, əlbəttə, çətin, lakin maraqlıdır”.

Uşaqlara öz kitablarını hədiyyə edib-etməməsinə gəlincə, yazıçı kitablarının az nəşr edilməsi ucbatından bunu etmədiyinə təəssüfləndi: “Yaralı yerimə toxundunuz. 2000-ci ildə yaradıcılığa başlayanda özümə söz vermişdim ki, öz hesabıma kitab çıxarmayacağam, çünki yazaram, kitab çapı ilə müvafiq orqanlar məşğul olmalıdır. Məhz bu səbəbdən cəmi 1 kitabım dərc olunub. 2010-cu ildə "Üç  nağıl" adlı kitab “Təhsil” nəşriyyatı tərəfindən buraxılıb. Keçən il “Bilik” fondunun xətti ilə uşaqlarla görüşə gedəndə bu kitabdan balaca oxuculara hədiyyə etdim. “SOS uşaq kəndinə” də uşaqlarla görüşə getmişdik. Uşaqlarla hər bir görüş yadda qalır. Məncə, bu görüşlərdən uşaqlar çox şey öyrənir. Hesab edirəm ki, onları sevən böyüklər olduğuna bir daha əmin olurlar. Mən isə özlüyümdə doğru yolda olduğuma bir daha əmin oluram və Allahıma şükür edirəm ki, məhz bu saf varlıqlar üçün yazıb yaratmağa məni seçib”.

Uşaqlar üçün yazmaq, əlbəttə, çətin və məsuliyyətlidir. Hər bir ifadə, deyim uşağın dünyagörüşündə yaxşı və pis mənada təlatüm yarada bilər. Yazıçı və şair yaxşı anlayır ki, uşaqlar bir fidandır, onları hansı istiqamətə yönəltsələr, onlar o istiqamətdə də irəliləyəcəklər. Uşaqlar və yazarlar bir-birini daha yaxşı anladıqları üçün, fikrimizcə, onlar ortaq məxrəcə gələ bilirlər. Bu ortaq məxrəc ədəbiyyatdır, şeirdir, hekayədir. Müasir uşaq istədiyini tapırsa, demək, o əsər uşağın düşüncəsini tam olaraq ifadə edə bilir.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ