Bazar günü günü, 15 noyabr 2026
     

Cumhuriyyət liderlərinin xaricdəki məzarları üçün Azərbaycan haqq ödəyirmi?

Image


Asif Rüstəmli: “Elə həmin dövrdə də siz dediyiniz faktla bağlı mətbuat yazmışdı”
Nadir Məmmədli: ”Sen-Klu o qədər bahalı yerdir ki, yerli əhalinin dediyinə görə, 1 kvadratmetr yer 10 min avrodur”

 

Azərbaycanın hüdudlarından kənarda mühacirət həyatı yaşayan və ömrü qürbət ellərdə sona yetən bir sıra görkəmli dövlət xadimlərimiz var. O şəxsiyyətlər dünyanın müxtəlif ölkələrində dəfn ediliblər. Hətta ölkə ziyalıları, tarixçiləri Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər Xalq Cumhuriyyəti qurucularının, liderlərinin nəşinin Azərbaycana gətirilərək burada dəfn edilməsinin vacibliyini qeyd ediblər.

Əlbəttə, bu başqa bir məsələ olduğu üçün, ayrıca müzakirə tələb edir. Mövzumuz tamam başqa məsələ ilə bağlıdır. Dəqiqləşməmiş məlumatlara görə, Azərbaycandan kənarda dəfn edilən siyasi xadimlərin dəfn edildikləri məzarlıqda onların məzarlarının saxlanılması üçün icarə haqqı, vəsait ödəməsi haqqında fikirlər var. Hətta illər əvvəl yerli mətbuatda gedən bir məqalədə Əlimərdan bəy Topçubaşovun məzarının Fransanın məşhur Sen-Klu məzarlığında saxlanılması üçün dövlət tərəfindən icarə haqqı ödənildiyi barədə məlumat yer almışdı. Əlbəttə, Azərbaycan dövlətinin öz böyük oğluna sahib çıxması, onun məzarüstü abidəsinin yenidən qurulması istiqamətində həyata keçirdiyi işlər təqdirəlayiqdir.

Fransanın paytaxtı Paris yaxınlığındakı müqəddəs Sen-Klu qəbiristanlığında uyuyan böyük Azərbaycan oğullarından biri olan Əlimərdan bəy Topçubaşov dövlətçilik tariximizin formalaşmasında müstəsna rol oynayıb. Tədqiqatçılar yazır ki, Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin sədri, Azərbaycan Cumhuriyyətinin II xarici işlər naziri, böyük dövlət xadimi Əlimərdan bəy Topçubaşov ömrünün son illərini maddi sıxıntı içində yaşayıb və 2 il ağır xəstəlikdən sonra 5 noyabr 1934-cü ildə vəfat edib. Onu da vurğulayaq ki, uzun illər yad edilməyən, məzarı az qala unudulan Ə.Topçubaşova ən böyük qiyməti Heydər Əliyev verib. Belə ki, 1993-cü ildə Heydər Əliyev Fransaya ilk səfərində onu müşayiət edən dövlət xadimləri və görkəmli ziyalılarla birgə Sen-Klu qəbiristanlığına baş çəkərək Ə.Topçubaşovun xatirəsinə ehtiramını ifadə etdi. Hətta bildirilənə görə, həmin tarixdə Heydər Əliyev Əliməran bəyin yubileyinin keçirilməsi ilə də bağlı sərəncam imzalayıb. Prezident İlham Əliyevin  Ə.Topçubaşovun 150 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı sərəncam bu böyük şəxsiyyətə böyük hörmətin ifadəsidir.

Professor Nadir Məmmədli yazır ki, Parisdə Azərbaycanın rəmzi ünvanlarından olan həmin məzarı Prezident İlham Əliyev də 2006-cı ilin mayında ziyarət edib: “Lakin artıq görkəmli dövlət xadimi Ə.Topçubaşovun məzarüstü kompleksi müsbət mənada xeyli dəyişikliyə uğramışdı. Köhnə məzar daşının üstündə "Quran"dan ayələr yazılmışdı və bu həmin qəbiristanlıqda üstündə ərəbcə yazılar olan yeganə məzar idi. Gündəlik çörəyə möhtac olan, təhsil haqqını ödəyə bilməyən tələbələr çox ağır şəraitdə həm oxumaq, həm də işləmək məcburiyyətində qalırlar. Bir yandan da yeni hökumət onlara səbatsızlıq göstərir. Böhranlı vəziyyətdə maddi sıxıntı içərisində yaşayan tələbələr ümid yeri kimi Əlimərdan bəyə baxırlar. Ancaq heç kəs Ə.Topçubaşovun özünün maddi durumunun pis olduğunu başa düşmür, başa düşmək istəmir. Sonsuz yardım müraciətlərinə artıq cavab verə bilmirdi. Məsələn, ona kömək məqsədilə müraciət edən Ceyhun bəy Hacıbəyliyə 30 iyul 1928-ci il tarixli məktubunda yazır: “Sizin maddi yardım barədə məktubunuzu aldım. Nə şəxsən məndə, nə də nümayəndəliyin xəzinəsində pul var”...

Ə.Topçubaşovun dəfnini professor V.Quliyev belə təsvir edir: “Mərasim noyabrın 8-də keçirilmişdir. Cənazə Paris məscidinin imamı Seyid Əli Yəhyanın oxuduğu dualarla yerdən qaldırılmışdır. Mərhum Sen-Klu qəbiristanlığında çoxsaylı yaxınlarının və dostlarının iştirakı ilə torpağa tapşırılmışdır. Cənazə mərasiminin önündə mərhumun oğulları Əliəkbər bəy və Ənvər bəy Topçubaşov, dul qadını Pəri xanım Topçubaşova (Məlik-Zərdabi), qızları Sara xanım Sultanova və Sevər xanım Topçubaşova, onların ardınca isə Azərbaycan nümayəndə heyəti və Mlli Şurasının üzvləri gedirdilər. Əlimərdan bəyin nəşi Quran ayələri altında torpağa tapşırılmışdır. Onun həmvətənləri, doğmaları, dostları, məsələn, Gürcüstan dövləti adından A.Çxenkeli, Türküstan Milli İttifaqı adından M.Çokayoğlu, kalmıkların milli təşkilatı adından "Kalmık" komitəsinin sədri, "Kalmık" qəzetinin baş redaktoru Ş.Balinov, Qafqaz Dağlıları Xalq Partiyası adından T.Çakman çıxış etmişlər. Dəfn mərasiminə tanınmış dövlət və ictimai xadimlər də qatılmışlar: general Kvintadze, Gürcüstan - Paris ofisinin rəhbəri Asatiani, Ukrayna hökumətinin naziri Kuligin, Fransadakı Ukrayna Federasiyasının katibi Nikityuk, general Udovitçenko, Parisdəki Ukrayna icmasının rəhbəri Yeremeyev  və "Azad kazaklar" qəzetinin baş redaktoru Bilgi və b. dəfndə iştirak etmişlər".

Məlum olduğu kimi, Ə.Topçubaşov və onun rəhbərlik etdiyi nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün Fransaya getmişdilər. Lakin tale elə gətirdi ki, onun və silahdaşlarının taleyinə əbədi olaraq qürbətdə yaşamaq və orada da son mənzilə yola salınmaq yazıldı.

Qayıdaq Ə.Topçubaşovun Sen-Klu məzarlığında qəbrinin saxlanmasına, Azərbaycan dövlətinin icarə pulu verməsi ilə bağlı vaxtilə yayılan fikrə. Müraciət etdiyimiz alimlərin əksəriyyəti bildirdi ki, bu faktın nə dərəcədə dəqiq olması haqda məlumatsızdırlar, bu barədə onlar da mətbautdan oxuyublar. Alimlər bildirdi ki, Heydər Əliyev Topçubaşovun məzarını ziyarətə getdiyi zaman onun məzarı həqiqətən də bərbad və baxımsız vəziyyətdə imiş. Sonra H.Əliyevin göstərişi ilə Topçubaşovun məzarına qayğı-diqqət artırılıb.

Professor Asif Rüstəmli bizimlə söhbətində bildirdi ki, o bu barədə mətbuatdan oxuyub: “Heydər Əliyev Parisə gedib Topçubaşovun məzarını ziyarət etmişdi. Elə həmin dövrdə də siz dediyiniz faktla bağlı mətbuat yazmışdı. Amma Xoyskinin, Rəsulzadənin, Həsən bəy Ağayevin məzarları ilə bağlı vurğuladığınız fakta rast gəlməmişəm. Əlimərdan bəy Topçubaşovun dəfn edildiyi qəbiristanlıqda məzar yeri icarəyə verilir. Müddət bitdikdən sonra müqavilə uzadılmırsa, yer başqasına satılır. Mən bildiyim qədər, uzunmüddətli icarə haqqı ödənilib. Ancaq bu informasiyanı dəqiqləşdirməyə ehtiyac var”. 

Filologiya elmləri doktoru Nadir Məmmədli vaxtilə Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət edib və bu barədə geniş şəkildə yazıb. N.Məmmədli bizimlə söhbətində bildirdi ki, Sen-Klu qəbiristanlığı dünyanın ən bahalı qəbiristanlıqlarından biridir. Onun sözlərinə görə, bura bahalı qəbiristanlıq olduğu üçün ,burada icarə haqqı da bahadır. Müqəddəs Sen-Klu məzarlığında qəbirlərin bir neçə mərtəbəli olduğunu deyən N.Məmmədli bildirdi ki, Ə.Topçubaçov beşmərtəbəli qəbirdə uyuyur: “Sen-Klu qəbiristanlığı qətiyyən bizim qəbiristanlıqlara bənzəmir, ora tamamilə başqa cürdür. Sen-Klu o qədər bahalı yerdir ki, yerli əhalinin dediyinə görə, 1 kvadratmetr yer 10 min avrodur. Ona görə də burada qəbirlər çoxmərtəbəlidir. Topçubaşovun qəbri beşmərtəbəlidir. Bu qəbiristanlıqda dəfn olunmağın siyasi əhəmiyyəti var. O vaxt Parisdə olan türk mühacirləri ianə toplayaraq Topçubaşovun  qəbrini saxlayırdılar. İş burasındadır ki, icarə haqqı ödənilmədikdə də onun qəbrini saxlayırdılar. Çünki bunun siyasi mahiyyəti vardı. 1993-cü ildə Heydər Əliyev Topçubaşovun məzarını ziyarət etdikdən sonra vəziyyət dəyişdi. Ora elə-belə adamlar basdırılmayıb. Təsəvvür edə bilməzsiniz ki, orada kimlər dəfn edilib? Orada dünyanın ən məşhur bəstəkarları, siyasi xadimləri, yazıçıları dəfn edilib. Bura adi qəbiristanlıq deyil. Sen-Klunun bahalı olmasının səbəbi odur ki, bura hər gün yuyulub-təmizlənir, qəbirlər gül-çiçəklə bəzənir. Bura o qədər abaddır, o qədər baxımlıdır ki. Buranı parka çeviriblər. Bu qəbiristanlıq sanki bir memarlıq abidəsidir. Topçubaşovun qəbirüstü abidəsi də olduqca möhtəşəmdir. Qəbirüstü abidəni heykəltəraş Akif Əsgərov hazırlayıb. Əlimərdan bəyin məzarı baxımlı vəziyyətdədir. Orada yaşayan azərbaycanlılar, xüsusən də Cənubi Azərbaycandan olan soydaşlarımız onun məzarını tez-tez ziyarət edirlər. Qəbiristanlığın önündə böyük gül mağazası var, onlarla müqavilə imzalayıb pulu ödənildikdən sonra onlar hər gün məzarların üstünə gül qoyurlar. Əlimərdan bəy Topçubaşovun məzarının orada saxlanması siyasi əhəmiyyət daşıyır. Onun məzarı burada Azərbaycanın bir simvoludur”.

N.Məmmədli dedi ki, orada uyuyan istənilən şəxs haqqında məzarlığın önündə quraşdırılan elektron qurğuda ətraflı məlumat verilir. Həmin qurğuda Topçubaşov haqqında da ətraflı məlumat yerləşdirildiyini deyən N.Məmmədli  qeyd etdi ki, onlar orada olanda Ceyhun Hacıbəylinin məzarını tapa bilmirmişlər: “Ceyhun Hacıbəylinin məzarını tapa bilmirdik. O da çoxmərtəbəli qəbirdə dəfn edilib. Həmin elektron lövhəyə baxdıq və orada qəbrin nömrəsi, yeri göstərilirdi, oranın işçilərinin köməkliyi ilə gedib məzarı tapdıq. Bu qəbirlər bahalı mərmərdəndir və hər gün təmizlənir. Hansı ölkənin ki, burada vətəndaşı uyuyur, həmin ölkələrin səfirlikləri, dövlət nümayəndələri mütəmadi olaraq ora gedib-gəlirlər. Bu qəbiristanlıq siyasi mahiyyət daşıdığından, daha çox diqqətdədir. Ora gələn insanlar burada uyuyanların kimliyi ilə maraqlanırlar”.

İradə SARIYEVA 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Azərbaycan üzərindən Ermənistanla ticarət dayan(dırıl)ıb - İrəvan adekvat ola bilmir...

İrəvanda Göy məscid murdarlandı, Azərbaycandan başqa heç bir qonşu müsəlman ölkə səsini çıxarmadı...

Saatlıq maaş sisteminə keçirik, pullar yeni qaydada hesablanacaq...

SON XƏBƏRLƏR

14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat - ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...

14.11.2026 / 17:45
ABŞ-dan Ukraynaya şok təklif... Donbası ruslara verin, NATO-ya üzv olun - Zelenski detalları açıqladı...

14.11.2026 / 16:50
Ev təsərrüfatları ilə bağlı yeni qaydalar əslində əhalinin öz mənafelərinə uyğundur - baxın, necə...

14.11.2026 / 16:10
Sabunçuda avtomobildən 6 min oğurlayan şəxs yaxalandı

14.11.2026 / 16:02
Rusiya XİN Zelenskinin Moskvaya getməkdən imtina etməsinə belə münasibət bildirdi - icazə vermirlər...

14.11.2026 / 15:46
Tramp, Putin və Cinpin İran məsələsini üzbəüz müzakirə edəcək – tarix açıqlandı...

14.11.2026 / 15:09
“Türkiyə ilə münasibətlərin normallaşmasına və Azərbaycanla davamlı sülhə yaxınıq” - Paşinyan

14.11.2026 / 14:31
Rusiya ABŞ-dan NATO-nun Avropada və Cənubi Qafqazda hərbi mövcudluğunun məhdudlaşdırılmasını tələb etdi...

14.11.2026 / 14:06
Rusiya hərbçilərinin Gümrüdə 30 ildə törətdikləri cinayətlərin hesabatı aparıldı...

14.11.2026 / 13:46
Qaradağda evdən 7050 manatlıq qızıl-zinət əşyaları oğurlandı

14.11.2026 / 13:14
Ermənistan XİN-in saxtakarlığı İFŞA OLUNDU...

14.11.2026 / 12:30
Moskva məhkəməsi Ukraynanın sabiq müdafiə naziri Reznikov barəsində qiyabi həbs qərarı çıxardı...

14.11.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlandı

14.11.2026 / 11:46
İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...

14.11.2026 / 10:58
Gənc əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyuldu - RƏSMİ

14.11.2026 / 10:15
Britaniyada ABŞ bazasında təhlükəsizlik həyəcanı - naməlum dron ordunu ayağa qaldırdı...

14.11.2026 / 09:40
Azərbaycan nefti bahalaşdı...

14.11.2026 / 09:17
Hörmüz boğazında daha bir tanker minaya düşdü...

14.11.2026 / 08:52
Husilər Ər-Riyad hava limanını vurdu

13.11.2026 / 22:49
Rusiyanın Ukraynada itkiləri yarım milyona çatdı - sızdırılan gizli sənədlər Moskvanı ifşa etdi...

13.11.2026 / 22:26
Məşhur milyarder süni intellektlə bağlı xəbərdarlıq etdi - xəstəxana və banklar təhlükədə...

13.11.2026 / 22:10
Ərəb Parlamenti husilərin maliyyə və silah təchizatını kəsmək üçün hərəkətə keçdi...

13.11.2026 / 21:55
Rusiya Əbu-Dabidə Finlandiyanın NATO-dan çıxmasını tələb etdi - Moldovanın parçalanması da gündəmə gətirildi...

13.11.2026 / 21:38
Leyla Əliyeva COP31 çərçivəsində Xəzərin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib - FOTO

13.11.2026 / 21:22
Tramp Avropanın təhkükəsizliyi barədə Putindən məsləhət almaq istəyir... Qəribəlik...

13.11.2026 / 21:05
Əlil şəxslər “keçiddə” bir beçə aylıq müavinətdən niyə məhrum olsunlar?!

13.11.2026 / 20:47
Vüqar Rəhimzadə: Azərbaycan-Böyük Britaniya əlaqələri çoxşaxəli siyasi-strateji müstəvidə

13.11.2026 / 20:30
Rusiya ABŞ-la qarşılıqlı hücum etməmək sazişi imzalaya bilər - NATO-ya dağıdıcı təhlükəsi...

13.11.2026 / 20:13
Məzuniyyətin pulla əvəzlənməsi - İşçi özü istəyirsə, pisdir?

13.11.2026 / 19:52
Süni intellektlə tələbələrin görüntülərini montaj edərək pul tələb edən şəxs saxlanıldı - VİDEO

13.11.2026 / 19:37
Avropanın Bakı zirvəsi təsadüfi qərar deyil...

13.11.2026 / 19:15
İşdə məhəbbət macərası - DOST Agentliyinin müdir müavini buna görə işdən azad olundu

13.11.2026 / 18:58
Zelenski Əliyevdən umacaqlarını Dublində bu cür dilə gətirdi...

13.11.2026 / 18:41
Güclü Avropanın gələcəyində Azərbaycanın yeri - Dublin zirvəsi perspektivi göstərdi...

13.11.2026 / 18:26
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatdı

13.11.2026 / 18:23
Dublin zirvəsi Qafqazda sülh prosesini sürətləndirir - Əliyev Avropa zirvəsində...

13.11.2026 / 17:56
Rusiya xarici ticarətdə dolları yuanla əvəzləyə bilmədi - uğursuzluğun səbəbi...

13.11.2026 / 17:55
Avropa ölkələri birgə xartiya imzaladılar - Rusiyadan gələcək təhlükələrə qarşı

13.11.2026 / 17:40
Firəngiz Əlizadə bəstəkarların əsas problemlərini gündəmə gətirdi - "Kabinetimə gəlib ağlayırlar"

13.11.2026 / 17:13
Bakıdan gəlib bağ evi tikən imkanlı şəxslərin üzündən bəzi rayonlarda torpağın sotu 15–20 min manata çatıb.... Niyə?

13.11.2026 / 16:55
İrandan Almaniyaya 29 kq-dan çox metamfetamin aparanlar Naxçıvanda yaxalandı

13.11.2026 / 16:40
Ev təsərrüfatlarının uçotunun arxasında nələr var - Şayiələr baş alıb gedir, bəs həqiqət harada?...

13.11.2026 / 16:26
“Yazıçılar Birliyi hara, restoran hara?” – Anar parlamentdən kömək istədi...

13.11.2026 / 16:10
KTMT-yə görə Ermənistan Kremldən daha bir "dişsiz həmlə" yeyəcək...

13.11.2026 / 15:53
Özbəkistanın Milli Universitetində hicabla bağlı narahatlıq baş qaldırıb - hələlik kənar müdaxilə yoxdur...

13.11.2026 / 15:49
İran raket maneələrini aradan qaldırdı, ABŞ-ın Avropadakı bazaları təhlükə altındadırmı?

13.11.2026 / 15:48
ABŞ-ın Ukrayna siyasəti ziddiyətlər içində - ərazi bütövlüyünü imzalamaq hara, "Donbası verin" hara...

13.11.2026 / 15:10
İrəvandakı Göy Məscid üzərindən İslam dəyərlərinə növbəti zərbə vuruldu...

13.11.2026 / 14:41
Türkiyə Rusiya ilə AES əməkdaşlığına birdəfəlik son qoyur...

13.11.2026 / 14:36
Əməkhaqqına nəzarət mexanizmi gəlir: “paket maaş” ın taleyi həll olunur...

13.11.2026 / 14:01
Moskvada Ukraynanın keçmiş baş naziri Azarovun müşavirinin avtomobili partladıldı...

13.11.2026 / 13:45
İsrailin ABŞ-dan gözlədiyi xəbər gəldi - İranla yeni müharibəyə hazır olun...

13.11.2026 / 13:44
BIAF-ın ikinci mövsümü başa çatıb: 37 ölkədən 500-dən çox iştirakçı, 10 mindən artıq tamaşaçı

13.11.2026 / 13:29
Deputat Elm və Təhsil Nazirliyini tənqid etdi - valideynlər, müəllimlər həyəcan təbili çalır...

13.11.2026 / 13:24
Görmə məhdudiyyəti maneə deyil, əlçatmaz mühit maneədir!

13.11.2026 / 13:20
Gələn il bu müavinətlər artırılacaq...

13.11.2026 / 13:09
Müəllimlərin orta aylıq əməkhaqqı nə qədərdir?..

13.11.2026 / 12:57
Azərbaycan Avropa Siyasi Birliyinin əlavə öhdəlik yaradan bəyanatlarına qoşulmadı...

13.11.2026 / 12:43
Xəbərin fotosu başqa, məzmunu başqa - Media Şurası bu xəbərlərin vizual təqdimatına irad bildirdi...

13.11.2026 / 12:29
Tramp rəsmən elan etdi - ABŞ daha bir ölkəyə hücum edəcək...

13.11.2026 / 12:20
Aşpaz İlyas

13.11.2026 / 12:04
Müəllimlərə yeni qadağalar tətbiq edildi...

13.11.2026 / 12:00
Mühasibat uçotu: bəşəriyyətin iqtisadi yaddaşından qlobal maliyyə hesabatlılığı sisteminə

13.11.2026 / 11:37
Ukrayna Volqoqradda azərbaycanlı milyarderin zavodunu vurdu...

13.11.2026 / 11:20
Zakir Həsənov Yaşar Gülerə başsağlığı verdi

13.11.2026 / 11:14
Türkiyədə axtarışda olan qruplaşma rəhbəri Azərbaycanda həbs edildi

13.11.2026 / 11:03
Fin körfəzində Rusiya hərbi gəmisi vuruldu... NATO ölkəsi dəniz və hava məkanını bağladı...

13.11.2026 / 10:47
"Azərbaycan Yaxın Şərq münaqişəsi fonunda neft qiymətlərinin artımından faydalana bilər" - BVF

13.11.2026 / 10:35
ABŞ Avropanı da Rusiya ilə üçtərəfli danışıqlara qoşur... Moskva qəbul edəcəkmi...

13.11.2026 / 10:22
Bakıda Azərbaycan-Gürcüstan-Türkiyə “Eternity-2026” təliminin açılışı oldu

13.11.2026 / 10:10
Narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs həbs olundu

13.11.2026 / 09:57
İrəvanda Ermənistan-Kipr matçında separatçı simvollar açıldı - UEFA hansı cəzanı verəcək?

13.11.2026 / 09:33
İran Bəhreyndə ABŞ-ın erkən xəbərdarlıq radarını vurdu...

13.11.2026 / 09:16
Mindən çox güzəştli mənzil satışa çıxarılır - QİYMƏTLƏR AÇIQLANDI

13.11.2026 / 08:45
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Britaniyanın Baş naziri ilə görüşdən görüntülər paylaşılıb

13.11.2026 / 01:52
ABŞ-da bahalaşma kütləvi etirazlara səbəb ola bilər - ölkənin borcu 40 trilyonu ötdü...

13.11.2026 / 01:34
Ukrayna danışıqlarında Avropanı kim(lər) təmsil edəcək? - ABŞ-ın da, Aİ-nin də öz maraqları var...

13.11.2026 / 01:20
Prezident İlham Əliyev Dublində Endi Börnhemlə görüşdü - FOTO

13.11.2026 / 00:55
“Tarixi anekdotlar”da Uzun Həsən və Şah İsmayıla qarşı təxribatın məqsədi nədir?

13.11.2026 / 00:43
“Sükut içində addımlar” tammetrajlı sənədli filminin təqdimatı keçirildi - FOTO

İki ildən çoxdur azad sahibkarlıq yeni Rəqabət Məcəlləsi ilə tənzimlənir...

XƏBƏR ARXİVİ