Türkiyənin Baş Prokurorluğu tərəfindən Ekol TV-yə qarşı çirkli pulların yuyulması ittihamı ilə başlanmış cinayət işinin istintaqına azərbaycanlı iş adamı Mübariz Mənsimov da cəlb edilib.
Ekol TV- nin pul dövriyyəsi, maliyyə mənbələri və səhm paylarının bölünməsi məsələlərinin istintaq üçün həssas mövzular olduğu bildirilir. Mübariz Mənsimov daxil olmaqla 12 şübhəli şəxsin cəlb edildiyi istintaqda "bir məxfi şahidin" də olduğu bildirilir.
Türkiyədə media və siyasi dairələrdə Mənsimova qarşı həmin məxfi şahidin kimliyi məsələsi qızğın müzakirə olunur. Məsələ burasındadır ki, bir neçə il əvvəl hazırkı AKP hakimiyyətinə yaxın bir şəxslə ciddi biznes münaqişəsi üstündə həbsə atıldığı deyilən Mənsimov o vaxtdan Türkiyə mediasında tanınan və həssas persona kimi diqqət mərkəzində yer alıb. Türkiyə qaynaqlarında gedən müzakirələrə görə hazırkı prosesdə də Mənsimova qarşı məxfi şahidlik edən şəxs AKP iqtidarına çox yaxın bir şəxsdir...
Mövzuya qayıdacağıq...
Namiq Quliyev